MÜTTƏHİM

is. [ ər. ] İttiham olunan; günahkar, müqəssir, məhkəmədə ittiham edilən adam. Müttəhimi dindirmək. Müttəhimin müdafiəçisi.
// Sif. mənasında.
[Sədr:] Müttəhim Baxşının qiyamçılar təşkilatlarına mənsub olmağı haqqında sizin əlinizdə başqa bir sübut varmı? C.Cabbarlı.

□ Müttəhim etmək – ittiham etmək, təqsirləndirmək, günahlandırmaq.
[Səba:] Bu sirri bir kimsəyə açma, çünki məni sarayın sirlərini satmaqda müttəhim edə bilərlər. M.S.Ordubadi.

Синонимы

  • MÜTTƏHİM MÜTTƏHİM (hüq.) Ehtiyac qalmasın məhkəmələrə; Həm müttəhim olaq, həm hakim olaq (B.Vahabzadə); GÜNAHKAR Budur indi dayanıb; Günahkarın önündə; Özü gün
  • MÜTTƏHİM müqəssir — günahkar — suçlu

Этимология

  • MÜTTƏHİM Ərəbcə töhmət, ittiham sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
MÜTTƏHİD
MÜTTƏHİMLİK
OBASTAN VİKİ
Müttəhim
Müttəhim və ya Təqsirləndirilən şəxs cinayət törətdiyinə görə məhkəməyə gətirilən şəxsdir. Barəsində cinayət işi açılmış və cinayət məhkəməsinin vermiş olduğu qərar hökmünün qüvvəyə minməsinə qədər cinayətdə şübhəli bilinən şəxsdir.

Значение слова в других словарях