Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Müəzzin
Müəzzin (və ya azançı) (türk. müezzin ərəb. مؤذن‎, mu’aḏḏin) — məscidlərdə azan, namazlarda salam və təsbeh dualarını oxuyan şəxs. Müəzzinlik mövqeyi, İslam peyğəmbəri Məhəmməd bin Abdullah zamanından bəri var. İlk müəzzin Bilal-i Həbəşidir.
Vədud Müəzzin
Vədud Müəzzin — azərbaycanlı heykəltaraş, rəssam və musiqiçi. Vədud Səlim oğlu Müəzzin 1960-cı il avqust ayının 11-də Ərdəbil şəhərində anadan olmuşdur. Ali təhsil almaq üçün Tehrana gedib. Lakin İran inqilabından sonra oxuduğu universitet bağlanır. Daha sonra ali təhsil almaq üçün Türkiyəyə gedib Memar Sinan Universitetində rəssamlıq üzrə təhsil alıb. 1980-ci ildə peşəkar rəssamlıq fəaliyyətinə başlayıb. Bir sıra rəssamlıq və incəsənət kurslarında iştirak edib. Vətənə geri döndükdən sonra da həm ölkədə həm də ölkə xaricində sərgiləri keçirilir. 1990 və 2000-ci illərdə Los-Anceles şəhərində, 1992–ci ildə Fransada, 1995–ci ildə Kanadada, 1997 – 1999 - 2012-ci illərdə Tehranda, 1998-ci ildə Dubayda, 2000 - 2013 - 2018-ci illərdə Bakıda, 2004–cü ildə Təbrizdə, 2005 - 2007-ci illərdə Ərdəbildə fərdi sərgiləri keçirilmişdir. Rəsm əsərlərindən ibarət 4 albom-kataloq işıq üzü görüb.