Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yaşayan birinin zehnində ölümün fiziki mümkünsüzlüyü
Yaşayan birinin zehnində ölümün fiziki mümkünsüzlüyü — 1991-ci ildə "Gənc Britaniyalı Rəssamlar" dərnəyinin aparıcı üzvü, ingilis rəssam Demien Hörst tərəfindən yaradılmış sənət əsəri. O, vitrinin içində, formaldehiddə qorunmuş bir pələng köpəkbalığından ibarətdir. Əvvəlcə 1991-ci ildə Çarlz Saatçıya tapşırıldı, o da sənət əsərini 2004-cü ildə Stiven A.Kohenə satdı. Məbləğ gizli qalsa da, ən azı 8 milyon dollar olduğu deyilir. Amma Don Tompsonun "12 milyon dollarlıq ölü köpəkbalığı: müasir incəsənətin qəribə iqtisadiyyatı" adlı kitabının başlığı daha yüksək qiymət təklif edir. 14 futluq (4.3 m) orijinal pələng köpəkbalığının pozulması səbəbiylə, 2006-cı ildə yeni bir örnəklə dəyişdirildi. 2007-ci ildən 2010-cu ilə qədər Nyu Yorkdakı "Mitropolit İncəsənət Muzeyi"nə borc verildi.Əsər 1990-cı illər Britaniya incəsənətinin ikonik nümunəsi hesab olunur və bütün dünyada Britartın simvoluna çevrilib.
Maksimal mümkünlük
Maskimal mümkünlük metodu – verilən nəticələri hər hansı bir riyazi modelə uyğunlaşdırmaq üçün tətbiq edilən maksimallaşdırma üsulu. Bu metod 1912–1922-ci illər arasında İngilis statisti Ser R. A. Fişer tərəfindən kəşf edilmişdir.
Maksimal mümkünlük metodu
Maskimal mümkünlük metodu – verilən nəticələri hər hansı bir riyazi modelə uyğunlaşdırmaq üçün tətbiq edilən maksimallaşdırma üsulu. Bu metod 1912–1922-ci illər arasında İngilis statisti Ser R. A. Fişer tərəfindən kəşf edilmişdir.
Daha adil bir dünya mümkündür
Daha adil bir dünya mümkündür (türkcə:Daha Adil Bir Dünya Mümkün) — Türkiyə Cümhuriyyətinin XII prezidenti Rəcəb Tayyib Ərdoğanın müəllifi olduğu kitab. Kitab 7 dildə 2021-ci ildə nəşr edilmişdir. == Haqqında == "Dünya beşdən böyükdür" fəlsəfəsi əsasında yazılmış kitab dünyanın gələcəyinə təsir edəcək sahələrin yalnız beş ölkənin insafına buraxılmasının doğru olmadığını bildirir. Kitab davam etdirilməsi mümkün və daha adil bir dünya üçün BMT-in öhdəsinə düşən vəzifələrdən bəhs edir.Kitabda ədalətsizlik, korrupsiya, qaçqın böhranı, dünyanın Orta Şərqdə yaşananlara tamaşaçı qalması, beynəlxalq terrorun və islamofobiya başda olmaqla, qlobal problemlərə də toxunulur.İngilis, ərəb, alman, fransız, rus və ispan dillərinə tərcümə edilən kitabdan əldə edilən bütün gəlir AFAD-a (Fövqəladə Halların İdarə Olunması Agentliyi) verilmişdir.