Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mühəqqiq İrəvani
Şeyx Əbdülkərim İrəvani (?-1858) — İslam alimi, müctəhid. Ayətullah Şeyx Əbdül-Kərim İrəvani XVIII əsrin axırlarında yaşayıb-yaratmış zahid və fəzilətli şiə müctəhidi və fəqihlərindən biridir. Alimin fəzilətindən və zöhdündən təkcə onu demək kifayətdir ki, o Kərbəla və Nəcəfi-Əşrəfdə mərcəiyyət məqamını qoyub İranın Qəzvin şəhərinə köçür, pərhizkarlıqla, dinə xidmətlə məşğul olur. O, XVIII əsrin axırlarında İrəvan şəhərində dünyaya göz açmış ərəb və fars dillərinin müqəddimatını, fiqhi və üsul bəhslərini orta səviyyədə əvvəlcə İrəvanda sonra isə Ərdəbil şəhərində oxumuşdur. daha sonra elmi və mənəvi cəhətdən kamala çatmaq üçün Kərbəlaya köçür və orada "Riyaziül-məsail" kitabının müəllifi Seyid Əli Təbatəbainin fiqh dərslərində iştirak edir. Fitri istedadına və elmi məharətinə görə bu ustadın seçilmiş şagirdlərindən hesab olunur və çox çəkmir ki, ictihad məqamına çatır. Alim özü buyurur: "Biz üç nəfər Seyyid Əli Təbətəbainin dərsində iştirak edirdik. Tələbələrin hamısından qabaqda biz idik. Biz üç nəfər mən, Mərhum Molla Şərifül-Üləma Mazandarani və Molla Əhməd Türk birlikdə bəhs edirdik." Hətta "Qisəsül-üləma"-nın müəllifinin nəql etdiyinə körə, İrəvani elmdə və bilikdə, zəmanəsinin ən elmli müctehidlərindən biri olan Şərifül-Üləmadan da üstün olub. Təəssüflər olsun ki, alimin həyatı haqqında "Rical" kitablarında bir şey yazılmayıb.
Mühəqqiq Kərəki
Mühəqqiq Kərəki Əli bin Əbdül-Əli (1461, Cəbəl Amil və ya Livan – 29 iyun 1534, Nəcəf) — Cəbəl Amilindən köçüb əvvəlcə İraqa, sonra isə İrana gəlmişdir. Səfəvi dövrünün alimlərindəndir. On iki imamçılığı təbliğ etmək üçün Şah İsmayıl Səfəvinin dəvətindən sonra İrana gəlmişdir. Şah Təhmasb onu dövlətin həqiqi sahibi İmam Zamanın ümumi naibi adlandırmış və ona görə də əsl səlahiyyəti o öz üzərinə götürmüşdü. O, xalis müctəhid və prinsipial şəxs olmuşdur. Mühəqqiq Kərəki (Livanda) Cəbəl Amülün Nuh Kərək kəndində anadan olub. Mühəqqiq Kərki (1464–1533) öz vətənində Məhəmməd bin Məhəmməd bin Xatun, Şəmsuddin Məhəmməd Cəzini, Şəmsəddin Məhəmməd Əhməd Səhyoni və Əli bin Hilal Cəzayiridən təhsil alıb. Sonra Misirə gedib və hicri qəməri tarixi ilə 909-cu ildən sonra İraqa hicrət edib və hicri qəməri tarixi ilə 916-cı ildə İrana hicrət edib. Mühəqqiq Kərəki Səfəvi dövlətinin əvvəlində Baş qazi vəzifəsində çalışmışdır. Mühəqqiq Kərəki yazır: "Hədis Qurandan, mütəvatir sünnədən və ya icmadan olan qəti dəlilə zidd olarsa, təvili və başqa açıqlaması mümkün olmadığı təqdirdə tərk edilməsi vacibdir… Hədislər bu Quranla ölçülməlidir.
Məhəmmədrəhim Mütəqqi İrəvani
Məhəmmədrəhim Mütəqqi İrəvani — İranlı sərmayədar, sahibkar və İranın Milli Ayaqqabı Fabrikasının qurucusu. Atası Mirzə Məhəmmədkazım Mütəqqi İrəvani, Şirazın məşhur tacirlərindən idi. O, 2006-cı ilin mart ayında Londonda vəfat edib.