Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Məngənə
Məngənə — hissələrinin emalından tərpənməz bərkidilməsi üçün tətbiq olunan tərtibat. O, əsasən aralarında hissə bərkidilən tərpənməz və hərəkətli dodaqlardan ibarətdir. Dodaqların üzərinə yeyilmənin qarşısını almaq üçün əlavə olaraq emal olunan hissəyə uyğun formaya malik xüsusi lövhələr bərkidilir. Məngənə həm əl işlərinin (yivaçma, mişarlama, bülövləmə, təmizləmə), həm də dəzgahlarda (burğulama, frezləmə) aparılan əməliyyatların yerinə yetirilməsində geniş tətbiq olunur. Dəzgahlarda tətbiq olunan məngənələr yüksək dəqiqliyi, sərtliyi ilə fərqlənir. Məngənələrdə bərkitmə üçün lazım olan güc həm tənzimləyici vintin köməyi ilə əl ilə, həmçinin hidravlik ötürmədən istifadə etməklə yaradıla bilir. Şəkildə göstərildiyi kimi, məngənədə bərkidilmiş hissəni dəzgahın işçi sahəsində müəyyən bucaq altında döndərməklə onun bir çox səthlərini mexaniki emal etməyə şərait yaradılır. Boruların emalı üçün verilmiş ölçüyə sazlanabilən xüsusu boru məngənələrindən istifadə olunur. Onun üstün cəhəti ondan ibarətdir ki, burada yumşaq materialdan olan boruların deformasiya olunmadan emalını aparmaq olur. == Mənbə == Rezo Əliyev.
Mənqəbə
Mənqəbə – Ərəb sözü olan mənqəbə kəlməsinin cəmi mənaqibdir. Bu kəlmə lüğətdə bir insanın fəzilət, məziyyət, hünər kimi öyüləcək vəsflərini ifadə edir. İstilahda isə tarixi şəxsiyyətlər, peyğəmbər, məzhəb imamları və sufilərin tərif ediləcək fəzilət və məziyyətlərini ehtiva edən rəvayətlərdir. Mənqəbə təsəvvüf cərəyanı ilə birlikdə yaranıb yayılan məfhum olub, təsəvvüf tarixində "sufilərin göstərdikləri fövqəladə hadisə" demək olan kəramətləri nəql edən hekayələr mənasında IX əsrdən etibarən istifadə olunmuşdur. Bu şəkildə mənqəbələrin əsasını kəramətlər təşkil edir. Mənqəbələrin toplandığı əsərlərə Mənaqibnamələr adı verilmişdir. Mənaqibnamələri araşdıran tarixçi A.Y.Ocaq bu məsələ ilə əlaqədar yazır: "Türk mədəniyyətinin, İslami dövrdə ortaya qoyduğu əhəmiyyətli ədəbi məhsullardan biri olan övliya mənqəbələrinin, bu mədəniyyətin tarixi, psixoloji, sosioloji və folklor baxımından tədqiq edilməsində mənbə rolunu oynaması çox əhəmiyyətlidir. Ancaq övliya mənqəbələri təəsssüf ki, indiyə qədər bu yöndən tədqiqə və təhlilə cəlb edilməmişdir.(A.Y.Ocak-Kültür tarihi kaynağı olan Menakıbnameler,Ankara,1992) Təsəvvüf tarixçisi H.K.Yılmaz da "Bu rəvayətlər bəzən həddən artıq məhəbət və bağlılığın nəticəsi kimi çox qabarıq şəkildə yazılmış olsa da,onlarda çox vaxt etibarlı məlumatlar da görülür.
Yozef Mengele
Yozef Mengele (alm. Josef Mengele‎; 16 mart 1911[…], Güntsburq[d], Bavariya Krallığı, Almaniya imperiyası – 8 fevral 1979[…], Bertioqa[d], San-Paulu ştatı), Ölüm mələyi (alm. Todesengel‎) və ya Ağ mələk (alm. der Weisse Engel‎ və ya Weißer Engel)) — SS-Hauptşturmfürer (kapitan) rütbəli Almaniya zabiti və İkinci Dünya müharibəsində xidmət etmiş hərbi həkim. Tarixdə daha çox Auşvitz həbs düşərgəsindəki fəaliyyəti ilə yadda qalıb. Mengele həbs düşərgəsində məhbuslar üzərində ölümcül eksperimentlər aparmış, eləcə də qaz kamerasında öldürülən qurbanların seçilməsində iştirak etmiş həkim qrupunun üzvü olmuşdur. Qızıl Ordu qoşunlarının Polşa ərazisindən keçməsi ilə Mengele Sovet qüvvələrinin Auşvitzə gəlməsindən cəmi 10 gün əvvəl, 1945-ci il yanvarın 17-də Auşvitzdən 280 kilometr (170 mil) uzaqlaşdırılaraq Qross-Rozen həbs düşərgəsinə göndərilmişdir. Müharibədən əvvəl Mengele antropologiya və tibb sahəsində doktorluq dərəcəsi almış və tədqiqatçı kimi karyerasına başlamışdır. 1937-ci ildə Nasist Partiyasına, 1938-ci ildə isə SS-ə üzv olmuşdur. İkinci Dünya müharibəsinin ilk illərində bir taborun hərbi həkimi vəzifəsinə təyin edilən Mengele sonralar 1943-cü ilin əvvəllərində nasist həbs düşərgələrinə göndərilir və təyinatı Auşvitzə verilir.
Yuyçzülyü Manqeti
Manqeti — atasının və qardaşının dövründə qərb komandanı idi. Ban dağında Vey orduları ilə vuruşarkən öldürülmüşdü. Yerinə böyük oğlu Xedoxan keçdi.
Aksel Munte
Aksel Martin Frederik Munte (31.10.1857, Oskarshamn – 11.2.1949, Stokholm) — İsveç həkimi, yazıçı. == Həyatı == 1857-ci ildə əczaçı ailəsində dünyaya gəlmişdir. 1874-cü ildə Upsala universitetinin tibb fakultəsinə daxil olmuşdur. Fakultənin ən parlaq və çalışqan tələbəsi olan Aksel Munte iki il sonra 1876 cı ildə ciddi xəstələnir. Həkimlərin qoymuş olduğu ağciyər qanaxması diaqnozundan sonra yeganə ümidlə cənuba, dəniz sahillərinə üz tutur. 1876-1878 ci illərdə Fransanın cənubunda, Monpele universitetində, 1878-1880 cı illərdə isə Paris universitetinin tibb fakultəsində təhsilini davam etdirərək, Fransada ən gənc diplomlu həkim olur. Hələ Parisdə oxuyarkən, işgüzarlığı, bilik və təcrübəliliyi ilə Jan-Martin Şarkonun diqqətini cəlb etmiş və onun rəğbətini qazanmış olur. 1880 cı ildə evləndikdən dərhal sonra Kapri adasına yaşamağa gedir. Onun peşəkar karyera nailiyyətləri özünə məxsusluğu ilə seçilir. 1881 ci ilin payızında Parisə dönərək avenyu Viledə öz praksisini açır.
Monete-syur-Alye
Monete-sür-Alye (fr. Monétay-sur-Allier) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Sen-Pursen-sür-Siul kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03176. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 548 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 355 nəfər (15-64 yaş) arasında 267 nəfər iqtisadi fəal, 88 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75.2%, 1999-cu ildə 74.1%). Fəal olan 267 nəfərdən 245 nəfər (136 kişi və 109 qadın), 22 nəfər işsiz (8 kişi və 14 qadın) idi. 88 hərəkətsiz 27 nəfər arasında şagird və ya tələbə, 32 nəfər təqaüdçü, 29 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Monete-syur-Luar
Monete-sür-Luar (fr. Monétay-sur-Loire) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Dompyer-sür-Bebr kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03177. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 293 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 163 nəfər (15-64 yaş) arasında 100 nəfər iqtisadi cəhətdən fəal, 63 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 61,3%, 1999-cu ildə 62.6%). Fəal 100 nəfərdən 89 nəfər (52 kişi və 37 qadın) işləyir, 11 nəfər işsizdir (6 kişi və 5 qadın). Fəal olmayan 63 nəfər arasında 11 nəfər şagird və ya tələbə, 28 nəfər təqaüdçü, 24 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Monete-sür-Alye

Monete-sür-Luar