Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Müəsisə
Müəssisə — mülkiyyət formasından asılı olmayaraq ictimai tələbatın ödənilməsi və mənfəət əldə edilməsi məqsədilə məhsul istehsal edən, satan, müvafiq iş və xidmətlər yerinə yetirən hüquqi şəxs olan müstəqil təsərrüfat subyektidir. Müəssisə termini aşağıdakı üç termini özündə əks etdirir: Maşın və bu kimi istehsal ünsürlərini çalışdırmaq, yəni, onlara iş gördürmək üçün bir vasitədir; Müxtəlif iş və fəaliyyətlərin yerinə yetirildiyi yer, iş yeri; Maddi və fəal elementlərdən (texnika, sərmayəvə işçilər) əmələ gələn bir istehsal vahididir. Müəssisə anlayışının hər üç tərifində fəal, yəni istehsaledici bir hərəkətdə və fəaliyyətdə olma görünür. Ancaq birinci yalnız texniki, ikinci və üçüncüsü kütləyə (xalqa) və texnikaya aid xüsusiyyətlərə malikdir. Birinci mənada alət və maşın kimi texniki vasitələrdən istifadə, onlara iş gördürmə anlaşıldığı kimi, bir dükan, mağaza, fabrik və s. kimi də iş yerlərini fəaliyyətdə olub-olmadığı da düşünülür. Müəssisə sözünün bu anlamı dinamik bir xüsusiyyətə malikdir. İkinci mənada fabrik, büro, dəftərxana, ticarətxana və bu kimi terminlərin ifadə etdiyi işlərin göründüyü kimi yerlər müəyyənləşir ki, bu da, müəssisənin statik bir məna daşıdığını göstərir. Üçüncü mənada isə elmi hərəkətlərin olduğu yer deyil, bu hərəkətləri görmək üçün müəyyənləşdirilmiş təşkilat başa düşülür. Müəssisə — ölkə iqtisadiyyatının ilkin halqası olub, müəyyən mülkiyətə və kollektiv əməyə əsaslanan ictimai tələbatı ödəmək və mənfəət əldə etmək məqsədilə məhsul istehsal edən, iş və xidmətlər göstərən, istehsal-texniki, təşkilati və iqtisadi vəhdətə malik olan hüquqi şəxs statuslu istehsal təsərüfat vahididir.
Münirə Sultan
Münirə Sultan (9 dekabr 1844, Topqapı sarayı, Konstantinopol – 29 iyun 1862, Konstantinopol) — 31. Osmanlı padşahı I Əbdülməcidin qızlarındandır. 1844-cü ildə İstanbulda Topqapı Sarayında dünyaya gəlmişdir. Atası I Əbdülməcid, anası Verdicanan xanımdır. Atasının istəyilə Qərb musiqisi öyrədildi. Piano və ud ifa edə bilirdi. İki dəfə nigahlanmışdır. İlk evliliyi Misir xədivi Abbas Hilmi Paşanın oğlu İbrahim Hilmi Paşa ilə baş tutdu. Cütlüyün 1854-cü ilin aprelində İstanbuldakı Şəmsi Paşa sarayında baş tutan nişan mərasimi olduqca dəbdəbəli keçirildi. Gəlinə nişan hədiyyəsi olaraq olduqca dəyərli ziynət əşyaları, Çindən gətirilən çini qablar və ətirlər təqdim edildi.
Münirə Sultan (Əhməd Kəmaləddin Əfəndinin qızı)
Münirə Sultan (17 may 1880, Dolmabağça sarayı – 7 oktyabr 1939, Nitsa) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. Münirə Sultan 17 may 1880-ci ildə Dolmabağça sarayında dünyaya gəldi. Atası Sultan Əbdülməcidin oğlu Kəmaləddin Əfəndi, anası isə Fatma Səzadil xanımdır. Əmisi Sultan Əbdülhəmidin taxta çıxmasının ardından atası taxt varisi elan olundu və bu səbəblə Münirə Sultan Dolmabağça sarayında böyüyüb tərbiyə edildi. Buna baxmayaraq atasının Sultan Əbdülhəmidlə münasibətləri yaxşı deyildi və ona qarşı qurulan müxalif cəbhəyə rəhbərlik edirdi. Bu səbəblə atası Kəmaləddin Əfəndi 1905-ci ildə əmisi Sultan Əbdülhəmidin əmriylə edam edildi. Atasının ölümünün ardından Yıldız sarayına köçürülən Münirə Sultan cəmi 2 il sonra 10 yanvar 1907-ci ildə keçmiş sədrəzəmlərdən Tunisli Xeyrəddin Paşanın oğlu Mehmed Salih Paşayla evləndirildi. Toy mərasiminin ardından Nişantaşı köşkündə yaşayan cütlüyün bu nigahdan bir oğlu dünyaya gəldi. Sultan Əbdülhəmidin taxtdan endirilməsi və digər əmisi Sultan Rəşadın taxta çıxmasının ardından daha rahat həyat tərzi yaşayan Münirə Sultannın həyatı çox keçmədən alt-üst oldu. 1913-cü ildə sədrəzəm Mahmud Şövkət Paşaya qarşı tərtiblənən sui-qəsd hadisəsinin ardından aparılan araşdırmada əri Salih Paşanın da adı hallandı və İttihad-Tərəqqi hökumətinin verdiyi qərarla Salih Paşa haqqında ölüm hökmü verildi.
Musine Kokalari
Musine Kokalari (alb. Musine Kokalari; 10 fevral 1917, Adana, Osmanlı imperiyası – 24 avqust 1983) — Alban yazıçı. Albaniyada kitabı çap edilən ilk qadın yazardır. Gənclik illərində üç əhvalat kitabı çap olunan Kokalari, İkinci Dünya müharibəsindən sonra "xalq düşməni" kimi günahlandırılaraq həbs olunmuşdur. 18 ilini həbsxanada, 19 ilini isə konslagerdə keçirmişdir. Ömrü boyu bir daha yazı yazmasına icazə verilməmişdir. 10 fevral 1917-ci ildə Adanada dünyaya gəlmişdir. Əslən Ergirili olan ailəsi ilə birlikdə 1920-ci ildə Albaniyaya köçmüşdür. Ədəbiyyat təhsili almaq üçün 1938-ci ildə Roma Sapienza Universitetinə daxil olmuş və 1941-ci ildə Osmanlı dövründə yaradıb-yaratmış alban şairi və yazıçısı olan Naim Fraşeri barəsində doktorluq dissertasiyası yazaraq təhsilini tamamlamış və ölkəsinə geri dönmüşdür. Albaniyaya döndükdən sonra xalq mədəniyyətindən ilhamlanan hekayələrini kitab halında çap etdirmişdir.
İskəndər Münşi
İsgəndər bəy Münşi Türkman — Azərbaycan türkman tayfasından olan Səfəvi tarixçisi, şair və xəttat. Tanınmış Səfəvi tarixçisi, məşhur "Tarixe-aləmaraye-Abbasi" ("Dünyanın bəzəyi olan Abbasın tarixi") əsərinin müəllifi İsgəndər bəy Münşit 1560/1561-ci ildə türkman tayfasının tanınmış ailələrindən birində doğulmuşdur. Erkən yaşlarında, hələ ilkin təhsilini də bitirməmiş İsgəndər o zaman "siyaq" adlanan mühasib sənətini öyrənmək işinə girişir və sonradan buna da peşman olur. Dövrünün iqtisadi biliklərinin əsaslarını mənimsəyən İsgəndər Münşi bir çox dövlət xadimləri ilə bir sırada çalışır, hətta hərbi yürüşlərdə də iştirak edir. Sonradan, professor Əbülhəsən Rəhmaninin də yazdığına görə, o, "yorucu mühasiblik sənətindən üz döndərir və dövrünün oxumuş adamlarının təsiri altında cidd -cəhdlə katiblik sənətini öyrənməyə girişir. Az sonra epistolyar ustalığın bütün incəliklərinə yiyələnir ki, Şah Abbasın dəftərxanasında xidməti işə girə bilsin. "1592–1593-cü ildə İsgəndər Münşi I Şah Abbasın sarayında "böyük katib" (münşi) vəzifəsinə götürülür və paytaxt İsfahana köçürülərkən şahla birlikdə oraya gedir. Burada ev-eşik sahibi olan İsgəndər bəy ailəsi ilə bütün ömrünü İsfahana bağlayır. Münşinin doğulduğu ailəsi barədə məlumatlar çox azdır. Özünün "Tarix"ində İsgəndər bəy yaxın qohumlarından biri Gilan vəziri olmuş qardaşı oğlu Məhəmməd Saleh barədə o dövrün ən savadlı adamlarından biri kimi bəhs edir.
Münşi əl-məmalik
Münşi əl-məmalik —"Dövlət katibi", şah şurasının üzvü və sərəncamında xeyli mirzə ştatı olduğuna görə, münşi əl-məmalik nüfuzlu əyan idi. O vaqiyə-nəvislə (məclis-nəvis) yanaşı şahın yazışmasının bir hissəsini idarə edirdi. Bu iki vəzifə arasında funksional fərq görmək çətindir. Vaqiyənəvis dövlət şurası (məclisi-i əla) iclaslarını sənədləşdirir, arxivi nizama salırdı. O, sarayın tarixşünası, şahın şəxsi katibi idi,şahın yerli hakimlər və xarici dövlətlərlə yazışmasını təşkil edirdi. Münşi əl-məmalik və onun mirzələri şahın bütün məktublarında (pərva nəcət), fərmanlarda və digər rəsmi sənədlərdə müəyyən olunmuş tuğraları yerinə yetirirdilər. İsgəndər bəy Münşi dövrünün tanınmış münşi əl-məmaliklərindən aşğıdakıların adlarını çəkir: Məhəmmədi bəy Təbrizi Keçəçi, Mirzə Məhəmməd, Qazi Abdulla Cüveyni, Xacə Əlaəddin Mənsur. Onların hamısı şaha yaxın olan saray adamları sırasından çıxmışdı. “Təzkirət əl-Mülük” göstərir ki, münşi əl-məmalik ilk Səfəvilər dövründə böyük nüfuza malik olmuşdur. Oqtay Əfəndiyev.
İsgəndər bəy Münşi
İsgəndər bəy Münşi Türkman — Azərbaycan türkman tayfasından olan Səfəvi tarixçisi, şair və xəttat. Tanınmış Səfəvi tarixçisi, məşhur "Tarixe-aləmaraye-Abbasi" ("Dünyanın bəzəyi olan Abbasın tarixi") əsərinin müəllifi İsgəndər bəy Münşit 1560/1561-ci ildə türkman tayfasının tanınmış ailələrindən birində doğulmuşdur. Erkən yaşlarında, hələ ilkin təhsilini də bitirməmiş İsgəndər o zaman "siyaq" adlanan mühasib sənətini öyrənmək işinə girişir və sonradan buna da peşman olur. Dövrünün iqtisadi biliklərinin əsaslarını mənimsəyən İsgəndər Münşi bir çox dövlət xadimləri ilə bir sırada çalışır, hətta hərbi yürüşlərdə də iştirak edir. Sonradan, professor Əbülhəsən Rəhmaninin də yazdığına görə, o, "yorucu mühasiblik sənətindən üz döndərir və dövrünün oxumuş adamlarının təsiri altında cidd -cəhdlə katiblik sənətini öyrənməyə girişir. Az sonra epistolyar ustalığın bütün incəliklərinə yiyələnir ki, Şah Abbasın dəftərxanasında xidməti işə girə bilsin. "1592–1593-cü ildə İsgəndər Münşi I Şah Abbasın sarayında "böyük katib" (münşi) vəzifəsinə götürülür və paytaxt İsfahana köçürülərkən şahla birlikdə oraya gedir. Burada ev-eşik sahibi olan İsgəndər bəy ailəsi ilə bütün ömrünü İsfahana bağlayır. Münşinin doğulduğu ailəsi barədə məlumatlar çox azdır. Özünün "Tarix"ində İsgəndər bəy yaxın qohumlarından biri Gilan vəziri olmuş qardaşı oğlu Məhəmməd Saleh barədə o dövrün ən savadlı adamlarından biri kimi bəhs edir.
İskəndər bəy Münşi

Əbdül Kərim (münşi)
Hafiz Məhəmməd Əbdül Kərim — Münşi kimi tanınan Kraliça Viktoriyanın Hindistanlı xidmətçisi. O kraliçaya son on beş il ərzində xidmət göstərmiş və bu müddət ərzində onun rəğbətini qazana bilmişdir. Kərim Britaniya Hindistanında Chansi yaxınlığında anadan olub. 1887-ci ildə Viktoriyanın Qızıl Yubileyi ilində, Kərim Kraliçanın qulluqçusu olmaq üçün seçilmiş iki hindistanlıdan biri idi. Xidməti ərzində Viktoriyanın rəğbətini qazandığı üçün ona Münşi ("mirzə" və ya "müəllim") adı verilib. Viktoriya onu özünün Hind katibi təyin edib və Hindistanda ona torpaq mülki bağışlayıb. Kərim və Kraliça arasında olan sıx platonik münasibətlər Kral Sarayında ziddiyyətlərin yaranmasına gətirib çıxardı, belə ki sarayın digər üzvləri özlərini Kərimdən daha üstün sayırdılar. Kraliça səyahətə çıxarkən Kərimin də götürülməsini təkid edib, bu da kraliça və digər xidmət personalı arasında mübahisələrə səbəb olub. 1901-ci ildə Viktoriyanın ölümünün ardından, onun davamçısı VII Eduard Kərimi Hindistana geri göndərib və Viktoriya ilə Münşinin yazışmalarının müsadirə olunması və məhv edilməsi əmr edib. Bu hadisələrdən sonra Kərim ömrünün sonunadək Viktoriya tərəfindən Aqra yaxınlığında ona verilmiş torpaq mülkində sakit həyat keçirib.
Abdulla ibn Əbdülqədir Münşi
Abdulla ibn Əbdülqədir Münşi (malay dilində Abdullah bin Abdul Kadir Munshi) (1796–1854) — malay maarifçisi və yazıçısı. Sadəcə Abdullah munşi adı ilə də tanınır. Malayziyada müasir Malay ədəbiyyatının banisi hesab edilir. == Həyatı == 1796-cı ildə Malakkada anadan olub. Tacir oğludur. Mənşəcə ərəb, bir tərəfi də tamillidir. Britaniya imperiyasının dövlər xadimi, erudit-şərqşünas, Nusantra tarixi və mədəniyyəti üzrə mütəxəssis Tomas Stemford Rafflzın katibi olub. Abdulla ibn Əbdülqədir Münşi Xristian missionerlərə və hind sipahilərə malay dili tədris edib. O eyni zamanda Malayya barədə məlumat toplayan ingilis alimlərinə kömək edirdi. 1854-cü ildə Səudiyyə Ərəbistanının Ciddə şəhərində vəfat edib.
İskəndər bəy Türkman Münşi