Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Müsədin Namazov
Müsədin Əhməd oğlu Namazov (4 avqust 1963, Düzəyrəm, Kaxetiya) — Azərbaycan Respublikasının əməkdar memarı, "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutunun direktoru. Müsədin Namazov 4 avqust 1963-cü ildə Gürcüstan Respublikasının Saqareco bələdiyyəsinin Düzəyrəm kəndində anadan olub. 1970–1980-ci illərdə Düzəyrəm kənd məktəbində orta təhsil alıb. O, 1981-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun memarlıq fakültəsinin əyani şöbəsinə qəbul olunmuş və 1986-cı ildə həmin institutu fərqlənmə diplomu ilə memar ixtisası üzrə bitirmişdir. M. Ə. Namazov ali təhsilini tamamladıqdan sonra "Azərdövlətlayhə" İnstitutunun 1 nömrəli Emalatxanasında memar kimi öz ixtisası üzrə ilk əmək fəaliyətinə başlamışdır. O, 1986-cı ildə ordu sıralarına çağrılmış və 1988-ci ilə kimi SSRİ Silahlı Qüvvələri sırasında əvvəlcə sıravi əsgər, sonra isə manqa komandiri olmuşdur. Müsədin Namazov ordudan tərxis olunduqdan sonra yenidən "Azərdövlətlayihə" İnstitutuna qayıtmış, əvvəlcə 1 nömrəli Emalatxanada memar (1988–1990), aparıcı memar (1990), qrup rəhbəri (1990–1993), layihənin baş memarı (1993–2007), 2 nömrəli Emalatxananın rəisi (2007–2009), sonra isə 2 nömrəli Memarlıq Planlaşdırma şöbəsinin müdiri (2009–2011) olmuşdur. M. Ə. Namazov 2011-ci ilin dekabrından 2012-ci ilin sentyabrına kimi Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərdövləttikintilayihə" DLİ İnstitutunun baş memarı vəzifəsində çalışmışdır. O, 10 oktyabr 2012-ci ildən Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərdövləttikintilayihə" DLİ-nin direktoru təyin olunmuşdur. Müsədin Namazov 27 may 2014-cü ildə fövqəladə hallar nazirinin əmri ilə "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutunun direktoru vəzifəsinə təyin olunub.