Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Müşkapat
Müşkapat — Azərbaycan Respublikasının Xocavənd rayonunun Kəndxurd kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Müşkapat kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının nəzarətinə keçib . == Toponimikası == Müşkapat kəndi XIX əsrdə Çar Rusiyası Azərbaycanı işğal etdikdən sonra bu ərazidə Türkiyənin Muş əyalətindən gəlmə ermənilər yerləşdirilmişdi. Oykonim "Muş kəndi" mənasındadır. Oykonimin Müşqapat, Muşkanat variantlarına da təsadüf edilir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil.
Cessika Muskat
Cessika Muskat (ing. Jessika Muscat; 27 fevral 1989) və ya sadəcə Cessika — Malta müğənnisi və aktrisası. O, Cenifer Breninq ilə birlikdə ifa etdiyi "Who We Are" mahnısı ilə San-Marinonu 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Cessika Muskat daha öncə 2009-cu ildən 2016-cı ilə kimi hər il Maltanın Avroviziya üçün təşkil etdiyi milli seçim turlarında iştirak etmiş, lakin heç vaxt qələbə qazana bilməmişdir. O hal-hazırda Maltada yayımlanan Dostlar və düşmənlər (malta Ħbieb u Għedewwa) teleserialında Emma rolunu canlandırır.
Nikola Muskat
Nikola Muskat (1994) — Maltalı üzgüçü. Nikola Muskat Maltanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Nikola Muskat birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Londonda baş tutan XXX Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 27.22 saniyəlik nəticəsi ilə 43-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi. Nikola Muskat Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində də iştirak etdi. Burada isə 26.60 saniyəlik nəticəsi ilə 53-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.