MÜŞKÜLAT

is. [ ər. “müşkül” söz. cəmi]
1. Həlli çətin iş; çətinlik, əngəl, maneə.
Kim eylədi həll müşkülatın; Kim verdi bu qüssədən nicatın? Füzuli.
Burada Ceyranın qarşısına yeni bir müşkülat çıxır. S.Hüseyn.

2. Müşkülatla şəklində zərf – çətinliklə.
Bu bir min ədədi ki, belə müşkülatla düzəldə bildik, iki min ədədə gücümüz çatsa, genə min şükür eləməli. C.Məmmədquluzadə.

Этимология

  • MÜŞKÜLAT Ərəbcə müşkül sözünün cəm formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
MÜŞKÜL
MÜŞKÜLCƏ

Значение слова в других словарях