Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Müzikl
Müzikl (ing. Musical, "musical comedy"-dən — musiqili komediya) — mahnıları, dialoqu, aktyorluğu və rəqsləri cəmləşdirən teatr tamaşa janrı.
Pişiklər (müzikl)
Pişiklər (ing. Cats) Endryu Lloyd Vebber tərəfindən revyu üslubunda yazılmış müzikl. Tamaşa öz məzmununu Tomas Sternz Eliotun "Qoca Possum tərəfindən yazılmış pişiklər haqqında elm" (ing. "Old Possum's Book of Practical Cats") adlı uşaq şerləri məcmuəsindən götürmüşdür. Tamaşa ilk dəfə 11 may 1981 ci ildə yeni London teatrında 7 oktyabr 1982 ci ildə isə Brodveydə oynanılmışdır. Müziklın əsas məğzini Qrizabella adlı personaj tərəfindən ifa edilən ing. "Memory" "Yaddaş" nəğməsi təşkil edir. Yaddaş nostalgik bir nəğmədir. Bu nəğməsi ilə Qrizabella keçmiş üçün kədərlənir. Bu parçanı bəzən "Qrizabella ariyası" adlandırırlar.
Ceyn Eyr (müzikl)
Ceyn Eyr - 2000-ci ildə çəkilən müzikldır. Yazıçı Con Kayrd, bəstəkarı isə Pol Qordandır. == İstehsal tarixi == Müzikl seminarı 1995-ci ildə ABŞ-nin Nyu-York şəhərində yerləşən "Manhattan Theatre Club" adlı klubda keçirilmişdir. Bu seminarda müzikl tənqidçilər tərəfindən müsbət qarşılanmışdır. Müziklın ilk premyerası Kanadanın Toronto şəhərində "Royal Alexandra Theatre" adlı teatrda 1996-cı ildə keçirilmişdir. Rəsmi açılışı isə Nyu-York şəhərinin Manhetten bölgəsində yerləşən "Brooks Atkinson Theatre" adlı teatrda 10 dekabr 2000-ci il tarixində baş tutmuş və bağlanış mərasimi 10 iyun 2001-ci il tarixində son yetmişdir. "Ceyn Eyr" müziklın London premyerası "Royal Academy of Music" konservatoriyasında 2007-ci ilin iyun ayında keçirilmişdir.
Əl-Muzil
Əl-Muzil (ər. المذل) — Allahın adlarından biri. Elə isə yer üzündə dörd ay gəzib dolaşın və bilin ki, siz (müşriklər) Allahdan yaxa qurtara bilməyəcəksiniz və Allah kafirləri rüsvay edəcəkdir. Xor və alçaq edilmə, Allahın inkarçıları uğratdığı "dünya əzabı"nın bir hissəsidir. Bütün həyatlarını başqalarına nümayiş etdirmək, onlardan təqdir almaq üçün davam etdirən inkarçılar üçün 'xor və alçaq qılınma' son dərəcə böyük bir əzabdır. Allah Quranda dünyada verilən bu əzabın xüsusiyyətini belə bildirir: Onlardan əvvəlkilər də (peyğəmbərləri) yalançı saymışdılar və (buna görə) əzab da onlara gözləmədikləri yerdən gəldi. Allah onlara dünya həyatında rüsvayçılığı daddırdı. Axirət əzabı isə daha böyükdür. Kaş ki, biləydilər! Allah bu xor və alçaq qılan sifətini möminlərin və xüsusilə də elçinin əliylə göstərər.
Güzik
Güzik (Şepiran)
Güzik (Şepiran)
Güzik (fars. گوزيك‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı, Şəpiran dehistanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 286 nəfər yaşayır (42 ailə).
Güzik (Şinatal)
Güzik (fars. گوزيك‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 206 nəfər yaşayır (32 ailə).
Müvil (Meşkinşəhr)
Müvil (fars. مويل‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,400 nəfər yaşayır (302 ailə).
Müzzil şah (Kedah)
Paduka Şri Sultan Muzzil Şah ibni əl-Marhum Sultan Məhəmməd Şah (v. 1280) — dördüncü Kedah sultanı. Onun hakimiyyəti 1237–1280-ci illəri əhatə edir. O, dövlətin paytaxtını Kota Meryamdan Kota Sunqay Mas şəhərinə köçürmüşdür.
Möhtəşəm Yüzil (teleserial, 2011)
Möhtəşəm əsr (türk. Muhteşem Yüzyıl) — Türkiyənin Star TV telekanalında yayımlanan teleserial. Türkiyə kinematoqrafının son illərdəki ən məşhur tarixi teleserialı hesab olunur. Osmanlı sultanı Sultan Süleyman Qanuninin həyatından bəhs edən film Türkiyənin orta əsr tarixini, mədəniyyətini, o dövrün zadəganlarının həyat tərzini və adət-ənənələrini əks etdirir. Serial, təməl olaraq Osmanlı İmperatorluğu sultanı Qanuni Sultan Süleymanın və Xürrəm Sultanın həyatı, Xürrəm Sultanın övladları üçün girişdiyi taxt mübarizəsi və saray həyatı üzərində hazırlanmışdır. Rejissorluğunu Taylan qardaşlarının etdiyi, prodüserliyini Timur Savcının boynuna götürdüyü serialın ssenarisini 10 Aprel 2012-ci ilə-ölümünə qədər Məral Okay, ondan sonra isə Yılmaz Şahin yazmışdır. Seriallar 3.500.000 TL büdcəsiylə Türk televiziya tarixinin ən bahalı layihəsidir. İlk yayım tarixindən əvvəlki 5 aylıq müddət içərisində başlayan istehsal işləri üçün 2.100 m² sahəyə bir plato qurulmuş, 30 nəfərlik bir heykəltaraş və rəssam qrupu burada strukturların birə-bir eynisini inşa etmişdir. İyirmi altı yaşında bu böyük iqtidarı idarə etməyə başladığında, Sultan Süleyman önünə elə bir hədəf qoymuşdu ki; Böyük İsgəndərdən daha güclü və məşhur bir suverenlik quracaq və Osmanlını məğlubedilməz edəcəkdi. 1520-ci ildə bir ov gəzintisində aldığı, atası Yavuz Sultan Səlimin ölüm xəbəriylə taxta çıxan gənc Süleyman, xəyallarının kənarında bir iqtidarı idarə edəcəyinə bilmədən, Manisa'daki sarayında arvadı Mahidövran və oğlu kiçik Şahzadə Mustafanı buraxıb, yanında yaxın dostu, yoldaşı Parqalı İbrahim ilə yola çıxdılar.
Mugil
Kefal (lat. Mugil) — kefallar fəsiləsinə aid balıq cinsi. Kefal balıqlarının Xəzər dənizində 2 növü yaşayır — qızılı kefal (singil) və sivriburun kefal. Hər iki növ 1930-cu illərdə Qara dənizdən gətirilərək Xəzərə buraxılmışdır. Xəzər dənizinin iqlim və qida şəraiti həddindən artıq əlverişli olduğu üçün kefallar qısa müddətdə yeni şəraitə uyğunlaşaraq Xəzərin hər yerində geniş yayılmışlar. Bu tədbirdə məqsəd Xəzərin ixtiofaunasının növ tərkibini dəniz balıqları hesabına zənginləşdirilməsi olmuşdur. Vətəgə əhəmiyyəti olan bu balıqlar Xəzərdə çoxalaraq, əsas ov obyektinə çevrilmişlər. Çox cəld və müxtəlif səs qıcıqlandırıcılarına qarşı həssas balıqdır. Xəzər dənizi şəraitinə uyğunlaşmış hər iki növün öz xarakterik xüsusiyyətləri var.
Çuzik
Çuzik — Rusiya Federasiyasındə Tomsk vilayətində çay. Parabel çayını (Ob hövzəsi) yaradan sol qol. Uzunluğu 382 km, hövzəsinin sahəsi 9 min km². Vasyuqan düzənliyi ilə axır. Qarışıq mənbədən, əsasən, qar suları ilə qidalanır. Ortaillik su sırfi mənsəbindən 73 km³ məsafədə 30,5 m³/sanmetrdir. Oktaybr-noyabrdan aprelin axırı-mayın əvvəlinədən donmuş olur. Ağac axıdılır. Mənsəbindən 210 km məsafədə gəmiçiliyi yararlıdır.
Aylin Muxika
Aylin Muxika (ing. Aylin Mujica) — məşhur Meksika aktrisası, modeli və balerinası.
Xose Muxika
Xose Muxika (20 may 1935, Montevideo) — Uruqvay prezidenti. Xose Muxika 1960–1980-ci illərdə diktatura əleyhinə silahlı mübarizədə iştirak edib. O, "Tupamaros" partizan qrupunun (rəsmi adı "Milli Azadlıq Hərəkatı"dır) üzvü olub və terror aktları, bank soyğunları, girov götürülməsi də daxil olmaqla müxtəlif qarşıdurma üsullarından istifadə edib. Xose Muxika bir neçə dəfə yaralanıb, işgəncələrə məruz qalıb və təxminən 15 il məhkum həyatı yaşayıb. Onun döyüş dostu Lusiya Topolanski də həbsxanadan keçib. Onlar 2005-ci ildə rəsmən evləniblər. Xose Muxika yalnız 2010-cu ildə maşın sahibi olub. Bu 1987 istehsalı və qiyməti 1810 $ olan Wolksvagen Beatles idi. Prezidentlik dövründə isə yeganə aldığı qiyməti 1945 $ olan Wolksvagen Juke avtomobili olmuşdur. O,dünyada ən kasıb (əliaçıq) prezident sayılır.
Muzaki döyüşü
Mouzaki döyüşü (Yunan: Mάχη του Μουζακίου) — 4 may 1878-ci ildə Yunan Ordusunun Yunan nizamsızlarına dəstəyi ilə Osmanlı qüvvələrinə qarşı baş vermiş döyüş. 1877–1878-ci illər Rusiya-Osmanlı müharibəsi zamanı Fessaliya və Epirusda baş verən Yunan üsyanlarının əsas hadisələrindən biridir. Müstəqil|Yunan dövlətinin yaradılması ilə İrredentizm Yunan sakinləri olan, Fessaliya , Epirus və Makedoniya kimi Osmanlı bölgələrinə yayıldı. Qərbi Fessaliyada, Yunan Ordusunun rəsmi iştirakı olmadan təşviqatlar başladı, ancaq Yunan Zabitlərindən ibarət komitə Osmanlı qoşunlarının təcavüzünü yerli partizan dəstələri ilə əlaqələndirmək üçün gizli bir şəkildə bu əraziyə göndərildi. Qərargah, kapitanlar Georgios Filaretos və Ioannis Igglesisin köməyi ilə artilleriya polkovniki Konstantinos Ischonomachos'un ümumi komandanlığı altında Loutro Karditsas'a quruldu. Partizan müharibəsi artıq türklərə və albanlara qarşı ərazidə endemik hal almışdı. 1878-ci ilin mart ayının əvvəlində yerli başçı Tanasis Ziakas və onun Aqrafiote dəstələri Vounista, Qranista və Mesenikola kəndlərində üsyan etdilər. Yunan Ordusunun baş çavuşu Styananos Tzavaras da Sarakatsan və Arumın klefləri ilə qüvvə meydana gətirdi, bunların bir çoxu Arvanitakis dəstəsinin üzvləri idi. Hər iki qrup bir yerə toplanaraq bölgənin strateji bir nöqtəsi olan ərzaq və su almaq üçün açar olan Mouzaki kəndinə hücum etdi. Bundan əlavə, böyük şəhərlərdən Osmanlı qoşunlarını kəndlərə çəkmək fürsəti oldu.
Mugil cephalus
Mugil cephalus (lat. Mugil cephalus) — kefal cinsinə aid balıq növü.
Mugil haematocheilus
Liza haematocheila (lat. Liza haematocheila) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kefalkimilər dəstəsinin kefallar fəsiləsinin liza (balıq) cinsinə aid heyvan növü.
Mugil haematochilus
Liza haematocheila (lat. Liza haematocheila) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kefalkimilər dəstəsinin kefallar fəsiləsinin liza (balıq) cinsinə aid heyvan növü.
Mugil soiuy
Liza haematocheila (lat. Liza haematocheila) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kefalkimilər dəstəsinin kefallar fəsiləsinin liza (balıq) cinsinə aid heyvan növü.
Mugil tricuspidens
Zolaqlı kefal (lat. Liza tricuspidens) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kefalkimilər dəstəsinin kefallar fəsiləsinin liza (balıq) cinsinə aid heyvan növü.
Alois Musil
Alois Musil (çex. Alois Musil) — çex kəşfçisi, şərqşünası, bibliya alimi, səyyahı, etnoqrafı, yazıçısı və katolik keşişi. XVIII-XIX əsrlərin sonlarında ən böyük şərqşünas və ərəbşünaslardan biri hesab olunur. İngilis sosial antropoloqu Ernest Gellner ona Moraviyalı Lourens ləqəbini vermişdir (Tomas Edvard Lourensin şərəfinə). == Bioqrafiya == === Gənclik === Alois Musil 1868-ci ildə Rıxtarjovda Vişkovun ailəsində kənd ailəsində anadan olmuşdur. Onun ən yaxın qohumu çex əsilli məşhur Avstriya yazıçısı Robert Musil idi. O, Kromerjije, Brno və Vysoke Mitoda gimnaziyalarda oxuyub. Gimnaziyanı bitirdikdən sonra 1887-1891-ci illərdə Olomouts Universitetinin İlahiyyat fakültəsində təhsil almışdır. Təhsilini başa vurduqdan sonra 1891-ci ildə keşiş təyin edilir və 1895-ci ildə ilahiyyat üzrə doktorluq dərəcəsi alır. Onun teoloji araşdırmaları dərinləşdirmək səyləri onu ərəb dünyasına maraq göstərməyə vadar edir.
Fransisko Xose Muxika
Fransisko Xose Muxika Velaskes (isp. Francisco José Múgica Velázquez; 3 sentyabr 1884, Tinquindin[d], Miçoakan[d] – 12 aprel 1954, Mexiko) — Meksika inqilabçısı, siyasi və hərbi xadimi, general-mayor. Meksika Konstitusiyasının müəlliflərindən biridir. Radikal ideoloq kimi tanınan Muxika Tabasko və Miçoakan ştatlarının, eləcə də o vaxtkı Cənubi Aşağı Kaliforniya ərazisinin qubernatoru vəzifəsində çalışmışdır. Muxika Meksika inqilabının silahlı mərhələsindən sonra Lasaro Kardenasın ideoloji mentoru olmuş və prezident olduğu müddətdə (1934–1940) hökumətə daxil olmuş, milli iqtisadiyyat, rabitə və ictimai işlər katibliklərinə rəhbərlik etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == De María y Campos, Armando. Múgica: Crónica biográfica. 1939 de Palacios, Ana María León. Gral. Francisco J. Mújica: Agrarista, Educador.
Mugil so-iuy
Liza haematocheila (lat. Liza haematocheila) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kefalkimilər dəstəsinin kefallar fəsiləsinin liza (balıq) cinsinə aid heyvan növü.
Ben-Sion Meyr Hay Uziel
Ben-Sion Meyr Hay Uziel (ivr. ‏בן ציון מאיר חי עוזיאל‏‎; 23 may 1880, Qüds – 4 sentyabr 1953, Qüds) – 1939–1948-ci illərdə Fələstin mandatının, 1948–1953-cü illərdə İsrailin baş ravvini. Səfərad yəhudilərinə mənsub olmuşdur. == Həyatı == Ben-Sion Meyr Hay Uziel 23 may 1880-ci ildə Qüds şəhərində doğulmuşdur. Atası Cozef Rafael Uziel Qüds şəhərində səfərad icmasının baş ravvini idi. Uziel 1911-ci ildə Yaffa şəhərindəki səfərad icmasının ravvini təyin olunmuşdur. Lakin təqib edilən yəhudilərə kömək etdiyi üçün Birinci Dünya müharibəsi zamanı türklər tərəfindən sürgün edilmişdir. 1921-ci ildə Salonikinin baş ravvini təyin olunmuş, 1923-cü ildə Tel-Əvivin baş ravvini olmaq üçün Fələstinə qayıtmışdır. 1939-cu ildə İsrail Torpağının baş ravvini təyin olunmuşdur. O, Yəhudi Milli Məclisinə seçilmiş və Yəhudi Agentliyinin qurulduğu sessiyalarda iştirak etmişdir.