Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Müzikl
Müzikl (ing. Musical, "musical comedy"-dən — musiqili komediya) — mahnıları, dialoqu, aktyorluğu və rəqsləri cəmləşdirən teatr tamaşa janrı.
Əl-Muzil
Əl-Muzil (ər. المذل) — Allahın adlarından biri. Elə isə yer üzündə dörd ay gəzib dolaşın və bilin ki, siz (müşriklər) Allahdan yaxa qurtara bilməyəcəksiniz və Allah kafirləri rüsvay edəcəkdir. Xor və alçaq edilmə, Allahın inkarçıları uğratdığı "dünya əzabı"nın bir hissəsidir. Bütün həyatlarını başqalarına nümayiş etdirmək, onlardan təqdir almaq üçün davam etdirən inkarçılar üçün 'xor və alçaq qılınma' son dərəcə böyük bir əzabdır. Allah Quranda dünyada verilən bu əzabın xüsusiyyətini belə bildirir: Onlardan əvvəlkilər də (peyğəmbərləri) yalançı saymışdılar və (buna görə) əzab da onlara gözləmədikləri yerdən gəldi. Allah onlara dünya həyatında rüsvayçılığı daddırdı. Axirət əzabı isə daha böyükdür. Kaş ki, biləydilər! Allah bu xor və alçaq qılan sifətini möminlərin və xüsusilə də elçinin əliylə göstərər.
Müvil (Meşkinşəhr)
Müvil (fars. مويل‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,400 nəfər yaşayır (302 ailə).
Pişiklər (müzikl)
Pişiklər (ing. Cats) Endryu Lloyd Vebber tərəfindən revyu üslubunda yazılmış müzikl. Tamaşa öz məzmununu Tomas Sternz Eliotun "Qoca Possum tərəfindən yazılmış pişiklər haqqında elm" (ing. "Old Possum's Book of Practical Cats") adlı uşaq şerləri məcmuəsindən götürmüşdür. Tamaşa ilk dəfə 11 may 1981 ci ildə yeni London teatrında 7 oktyabr 1982 ci ildə isə Brodveydə oynanılmışdır. Müziklın əsas məğzini Qrizabella adlı personaj tərəfindən ifa edilən ing. "Memory" "Yaddaş" nəğməsi təşkil edir. Yaddaş nostalgik bir nəğmədir. Bu nəğməsi ilə Qrizabella keçmiş üçün kədərlənir. Bu parçanı bəzən "Qrizabella ariyası" adlandırırlar.
Ceyn Eyr (müzikl)
Ceyn Eyr - 2000-ci ildə çəkilən müzikldır. Yazıçı Con Kayrd, bəstəkarı isə Pol Qordandır. Müzikl seminarı 1995-ci ildə ABŞ-nin Nyu-York şəhərində yerləşən "Manhattan Theatre Club" adlı klubda keçirilmişdir. Bu seminarda müzikl tənqidçilər tərəfindən müsbət qarşılanmışdır. Müziklın ilk premyerası Kanadanın Toronto şəhərində "Royal Alexandra Theatre" adlı teatrda 1996-cı ildə keçirilmişdir. Rəsmi açılışı isə Nyu-York şəhərinin Manhetten bölgəsində yerləşən "Brooks Atkinson Theatre" adlı teatrda 10 dekabr 2000-ci il tarixində baş tutmuş və bağlanış mərasimi 10 iyun 2001-ci il tarixində son yetmişdir. "Ceyn Eyr" müziklın London premyerası "Royal Academy of Music" konservatoriyasında 2007-ci ilin iyun ayında keçirilmişdir.
Müzzil şah (Kedah)
Paduka Şri Sultan Muzzil Şah ibni əl-Marhum Sultan Məhəmməd Şah (v. 1280) — dördüncü Kedah sultanı. Onun hakimiyyəti 1237–1280-ci illəri əhatə edir. O, dövlətin paytaxtını Kota Meryamdan Kota Sunqay Mas şəhərinə köçürmüşdür.
Möhtəşəm Yüzil (teleserial, 2011)
Möhtəşəm əsr (türk. Muhteşem Yüzyıl) — Türkiyənin Star TV telekanalında yayımlanan teleserial. Türkiyə kinematoqrafının son illərdəki ən məşhur tarixi teleserialı hesab olunur. Osmanlı sultanı Sultan Süleyman Qanuninin həyatından bəhs edən film Türkiyənin orta əsr tarixini, mədəniyyətini, o dövrün zadəganlarının həyat tərzini və adət-ənənələrini əks etdirir. Serial, təməl olaraq Osmanlı İmperatorluğu sultanı Qanuni Sultan Süleymanın və Xürrəm Sultanın həyatı, Xürrəm Sultanın övladları üçün girişdiyi taxt mübarizəsi və saray həyatı üzərində hazırlanmışdır. Rejissorluğunu Taylan qardaşlarının etdiyi, prodüserliyini Timur Savcının boynuna götürdüyü serialın ssenarisini 10 Aprel 2012-ci ilə-ölümünə qədər Məral Okay, ondan sonra isə Yılmaz Şahin yazmışdır. Seriallar 3.500.000 TL büdcəsiylə Türk televiziya tarixinin ən bahalı layihəsidir. İlk yayım tarixindən əvvəlki 5 aylıq müddət içərisində başlayan istehsal işləri üçün 2.100 m² sahəyə bir plato qurulmuş, 30 nəfərlik bir heykəltaraş və rəssam qrupu burada strukturların birə-bir eynisini inşa etmişdir. İyirmi altı yaşında bu böyük iqtidarı idarə etməyə başladığında, Sultan Süleyman önünə elə bir hədəf qoymuşdu ki; Böyük İsgəndərdən daha güclü və məşhur bir suverenlik quracaq və Osmanlını məğlubedilməz edəcəkdi. 1520-ci ildə bir ov gəzintisində aldığı, atası Yavuz Sultan Səlimin ölüm xəbəriylə taxta çıxan gənc Süleyman, xəyallarının kənarında bir iqtidarı idarə edəcəyinə bilmədən, Manisa'daki sarayında arvadı Mahidövran və oğlu kiçik Şahzadə Mustafanı buraxıb, yanında yaxın dostu, yoldaşı Parqalı İbrahim ilə yola çıxdılar.
Mugil
Kefal (lat. Mugil) — kefallar fəsiləsinə aid balıq cinsi. Kefal balıqlarının Xəzər dənizində 2 növü yaşayır — qızılı kefal (singil) və sivriburun kefal. Hər iki növ 1930-cu illərdə Qara dənizdən gətirilərək Xəzərə buraxılmışdır. Xəzər dənizinin iqlim və qida şəraiti həddindən artıq əlverişli olduğu üçün kefallar qısa müddətdə yeni şəraitə uyğunlaşaraq Xəzərin hər yerində geniş yayılmışlar. Bu tədbirdə məqsəd Xəzərin ixtiofaunasının növ tərkibini dəniz balıqları hesabına zənginləşdirilməsi olmuşdur. Vətəgə əhəmiyyəti olan bu balıqlar Xəzərdə çoxalaraq, əsas ov obyektinə çevrilmişlər. Çox cəld və müxtəlif səs qıcıqlandırıcılarına qarşı həssas balıqdır. Xəzər dənizi şəraitinə uyğunlaşmış hər iki növün öz xarakterik xüsusiyyətləri var.
Mugil cephalus
Mugil cephalus (lat. Mugil cephalus) — kefal cinsinə aid balıq növü.
Mugil haematocheilus
Liza haematocheila (lat. Liza haematocheila) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kefalkimilər dəstəsinin kefallar fəsiləsinin liza (balıq) cinsinə aid heyvan növü.
Mugil haematochilus
Liza haematocheila (lat. Liza haematocheila) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kefalkimilər dəstəsinin kefallar fəsiləsinin liza (balıq) cinsinə aid heyvan növü.
Mugil soiuy
Liza haematocheila (lat. Liza haematocheila) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kefalkimilər dəstəsinin kefallar fəsiləsinin liza (balıq) cinsinə aid heyvan növü.
Mugil tricuspidens
Zolaqlı kefal (lat. Liza tricuspidens) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kefalkimilər dəstəsinin kefallar fəsiləsinin liza (balıq) cinsinə aid heyvan növü.
Alois Musil
Alois Musil (çex. Alois Musil) — çex kəşfçisi, şərqşünası, bibliya alimi, səyyahı, etnoqrafı, yazıçısı və katolik keşişi. XVIII-XIX əsrlərin sonlarında ən böyük şərqşünas və ərəbşünaslardan biri hesab olunur. İngilis sosial antropoloqu Ernest Gellner ona Moraviyalı Lourens ləqəbini vermişdir (Tomas Edvard Lourensin şərəfinə). Alois Musil 1868-ci ildə Rıxtarjovda Vişkovun ailəsində kənd ailəsində anadan olmuşdur. Onun ən yaxın qohumu çex əsilli məşhur Avstriya yazıçısı Robert Musil idi. O, Kromerjije, Brno və Vysoke Mitoda gimnaziyalarda oxuyub. Gimnaziyanı bitirdikdən sonra 1887-1891-ci illərdə Olomouts Universitetinin İlahiyyat fakültəsində təhsil almışdır. Təhsilini başa vurduqdan sonra 1891-ci ildə keşiş təyin edilir və 1895-ci ildə ilahiyyat üzrə doktorluq dərəcəsi alır. Onun teoloji araşdırmaları dərinləşdirmək səyləri onu ərəb dünyasına maraq göstərməyə vadar edir.
Düzül
Hərbi komanda olub Farağat komandasından əvvəl verilir. Komanda verilən zaman hərbi qulluqçular başlarını bir qayda olaraq sağ tərəfə çevirirlər.Hərbi qulluqçular sağ tərəfdəki yoldaşlarına baxaraq cərgəni bu üsulla düzəldirlər,beləki o,baxıdığı tərəfdəki dördüncü yoldaşının sinəsini görməlidir. Komandanın icrası yalnız baş sağa elə çevrilirki,sağ qulaq sol qulaqdan bir azca üstün olsun.
Fazil
Fazil — Kişi adı. Fazil İrəvani — Fazil Mustafa — Fazil Mehdiyev — Fazil Məmmədov (dəqiqləşdirmə) Fazil Məmmədov Fazil Məmmədov (neftçi alim) Fazil İbrahimov — Fazil Cabbarov — Fazil Şirvani Digər Fazıl (əvvəlki adı: Fazil) — Azərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi vahidində kənd.
Güzik
Güzik (Şepiran)
Metil
Metil — bir karbon atomuna birləşmiş üç hidrogen atomundan ibarət, metandan əldə edilən bir alkildir — CH3. Kimyəvi formullarda metil əsasən Me olaraq qısaldılır. Bu karbohidrogen qrupu bir çox üzvi birləşmələrdə mövcuddur. Molekullarda əksərən stabil bir qrupdur. Metil qrupu adətən daha böyük bir molekulun tərkib hissəsi olsa da, anion, kation və ya radikal kimi üç formada tapıla bilər. Anionda səkkiz, kationda yeddi, radikalda isə altı valent elektronu var. Hər üç formada metil çox reaktivdir və nadir hallarda müşahidə oluna bilir. Metilium kationuna (CH3+) qaz fazasında rast gəlinir, digər fazalarda mövcud deyil. Bəzi birləşmələr metilium kationunun mənbəsi hesab olunur və üzvi kimyada praktikada geniş tətbiq olunur. Nümunə üçün, metanol protonlaşma zamanı elektrofil metil yaradan reagent verir: CH3OH + H+ → CH3+ + H2O Eynilə, metil yodid və metil triflata metil katalizinin ekvivalenti kimi baxılır, çünki onlar zəif nukleofillərlə SN2 reaksiyalarına dərhal məruz qalırlar.
Mezel
Mezel (fr. Mézel, oks. Mesèu) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Mezel kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04121. 2008-ci ildə əhalinin sayı 660 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 387 nəfərdən (15–64 yaş) 284 nəfər iqtisadi fəal, 103 hərəkətsiz (fəaliyyət göstərici 73,4%, 1999-cu ildə 69,6%) idi. Fəal 284 nəfərdən 250 nəfər (134 kişi və 116 qadın) işləyir, 34 nəfər işsizdir (13 kişi və 21 qadın).
Mobil
Mobil (Alabama) — ABŞ-də, Alabama ştatında şəhər. Mobil telefon — rabitə vasitəsi. Mobil körfəzi — ABŞ-nin Alabama ştatı ərazində, Meksika körfəzində buxta. Mobil bulud texnologiyaları — Mobil genetik elementlər — ilk dəfə olaraq Barbara Mak-Klintok tərəfindən müəyyənləşdirilib. Adlar Mobil Babayev — azərbaycanlı bəstəkar, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2007). Mobil Əhmədov — azərbaycanlı teatr aktyoru, vokal ifaçı, Azərbaycan Respublikasının xalq artisti (2000).
Mozel
Mozel (fr. Moselle, ; alm. Mosel‎; lüksemb. Musel) — Fransa, Lüksemburq və Almaniyada çay. Reyn çayının sol qolu. Uzunluğu 545 kilometrdir. Hövzəsinin sahili 28,2 min km2-dir. Vokez diyarından başlayır. Marna-Reyn kanalı Mozeldən keçir. Şərq kanalı onu Sena çayı ilə birləşdirir.
Mozir
Mozır (belar. Мазы́р) — Belarusda şəhər. Qomel vilayətində yerləşən şəhər Mozir rayonunun inzibati mərkəzidir. Mozir şəhəri vilayətin mərkəzi olan Qomel şəhərindən 133 km qərbdə, paytaxt Minsk şəhərindən isə 220 km cənub-şərqdə yerləşir.
Mücin
Mojen — İranın Semnan əyalətinin Təbəri (Mazandarani) şəhərlərindən biri, Şahrud şəhərinin şimal-qərbində yerləşir. Mojen xalqının (Təbəri etnik qrupu) mənşəyi Mazandaranidir və onlar Təbəri, Qorqani, Həzərcəribi, Kiasri və Elikai adlı dörd mühacir tayfasındandırlar və Mazandarani ləhcəsinin ləhcəsi olan Mojen ləhcəsində danışırlar. Dəyişməkdədir, çünki bu şəhərin Təbəri ləhcəsi Şahrudi fars dilinin güclü təsiri altında olmuşdur, lakin Mojenin Təbəri ləhcəsi hələ də öz Mazandarani kimliyini və mədəniyyətini, adət-ənənələrini və əcdadını, hələ də Təbəri adət və ənənələrini qoruyub saxlayır.
Müfid
Şeyx Müfid (ərəb. الشيخ المفيد‎) (tam adı: Əbu Abdullah Məhəmməd ibn Məhəmməd ibn Nöman əl-Bağdadi; d. HQ. 13 Zilhiccə 336/ M. 27 iyun 948, Uqbəra, Bağdad, İraq, Ərəb Xilafəti — ö. HQ. Ramazan 413/ M. Dekabr 1022, Bağdad, İraq, Ərəb Xilafəti) — ərəb əsilli islam alimi. HQ. IV–V yüzilliyin On iki imam şiəliyi əqidəli məşhur ilahiyyatçı alim. Əbu Abdullah Məhəmməd ibn Məhəmməd ibn Nöman 27 iyun 948-ci ildə Bağdad şəhərinin Uqbəra bölgəsində dindar ailədə dünyaya gəlmişdir. Uşaq yaşlarından təhsilini davam etdirmək üçün atası ilə birlikdə Bağdad'a köçmüşdür. Dekabr 1022-ci ildə Bağdad şəhərində vəfat etmiş və Kazımeyndə cəfəri şiələrinin 9-cu imamı Məhəmməd ibn Əli ət-Təqi'nin hərəmində onun ayaq tərəfində dəfn olunmuşdur. Şeyx Tusi'nin dediyinə görə cənazəsinə 80 minə yaxın insan qatılmış, cənazə namazını tələbəsi və o dönəmin məşhur alimlərindən Seyid Mürtəza qılmışdır. İlk təhsilini öz ailəsində almışdır.
Mugil so-iuy
Liza haematocheila (lat. Liza haematocheila) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kefalkimilər dəstəsinin kefallar fəsiləsinin liza (balıq) cinsinə aid heyvan növü.
Müsli
Müsli, məşhur səhər yeməyində yeyilən dənli bitkilərdən hazırlanmış yeməkdir. Adı İsveçrə Almancasında əzmə və ya sıyıq mənasını verən Mües sözündən yaranan Müsli, 1900-cü ildə həkim və diyetoloq Dr. Maksimilian Oskar Bircher-Benner tərəfindən aşkar edilmişdir. Bircher-Brenner, Sürixdəki xüsusi klinikasında xəstələr üçün hazırladığı qarışığı Apfeldiätspeise adlandırırdı, bu da alma pəhriz yeməyi deməkdir. Daha sonra İsveçrədə standart yemək halına gəldi və öz ixtiraçısının adının şərəfinə Birchermüesli adını aldı. Almaniyada Müsli, ingilis dilli ölkələrdə Muesli olaraq tanındı. İsveçrədən dünyaya yayılan Muesli, bu ölkədə şam yeməyi olaraq da istehlak edilir. Bunun əksinə olaraq, Azərbaycanda süd istehlakının az olması kimi amillərə görə geniş yayılmamışdır. Bircher-Brennerin orijinal alma pəhrizi resepti təzə turş alma, quru yulaf əzməsi, limon suyu ilə qarışdırılmış qatılaşdırılmış süd, fındıq və badamdan ibarətdir. Bu gün ticarət nöqteyi-nəzərindən qablaşdırılan və quru şəkildə satılan taxıl, qoz-fındıq, yer fıstığı və meyvə hissəciklərinin birləşməsindən meydana gələn müsli uzun müddət təzə saxlanıla bilər.
Müşir
Müşir (Osmanlı dili: مشير), Osmanlı imperiyasının son dövrü ilə Türkiyə Respublikasının ilk illərində istifadə edilən, müasir rütbələr arasında ən yüksək hərbi rütbə olan marşal hərbi rütbəsinə bərabərdir. 1826-cı ildə Yeniçəri Ocağı ləğv edildikdən sonra hərbi rütbə oldu. Məlum olan ilk müşir Əhməd Fevzi Paşa 25 iyun 1832-ci ildə Mabeyn Müşaviri rütbəsini almışdır. 1833-cü ildə kürəkən gürcü Xəlil Rüfət Paşa ilk Topxana müşiri olmuşdur. Tənzimat islahatları dövründən İlk Konstitusiya Dövrünə qədər Osmanlı ordusunda müşirlərin sayı 19-u keçmədi. II Əbdülhəmidin dövründə 24-ə yüksəldi, sonra İttihad və Tərəqqi tərəfindən həyata keçirilmiş hərbi tənzimləmə və ləğv etmələr nəticəsində yeddiyə endirilmişdir. Birinci Dünya müharibəsi başlayanda Osmanlı ordusunda ümumiyyətlə müşir yox idi.
Mənzil
Hərbidə: əldə edilə bilən ən uzaq məsafə Mənzil — Qədim türk ölçü vahidi Mənzil — Adıyaman əyalətinin Kaxta qəzasında kənd. Mənzil — Nəqşibəndiliyin qollarından biri olan camaat Mənzil (din) — sufinin çatmağı hədəf aldığı yer Mənzil (yay) — türk yayınının variantlarından biri.
Bioloji mühit
Bioloji mühit — biosenozun yaratdığı ətraf mühit. R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Cozil boğazı
Cozil boğazı - Hind okeanının gərbində yerləşir. Mzamboro adası ilə Mayotta adasını ayırır. Mozambik boğazının bir hissəsini təşkil edir.
Coğrafi mühit
insan cəmiyyətinin əhatə edən , cəmiyyətin həyatı və istehsal fəaliyyəti ilə bilavasitə bağlı olan bir hissəsi.
Fazil Abbasov
Fazil Eyvaz oğlu Abbasov (8 dekabr 1950, Horovlu, Cəbrayıl rayonu) – Azərbaycan kardiocərrahı, tibb elmlər doktoru (1990). Fazil Abbasov 1950-ci il dekabr ayının 8-də Azərbaycanın Cəbrayıl rayonunun Horovlu kəndində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Tibb İnstitunu bitirmişdir. F. Abbasov 1973–86-cı illərdə M. A. Topçubaşov adına Klinik və Eksperimental Cərrahlıq İnstitunda kiçik elmi işçi, baş elmi işçi, kəskin ürək çatışmazlığı laboratoriyasının müdiri işləmiş, 1986–91-ci illərdə Elmi Tədqiqat Rentgenologiya, Radiologiya və Onkologiya İn-tunda anesteziologiya-reanimatologiya şöbəsinin, 1991–94-cü illərdə torakal onkologiya şöbəsinin rəhbəri olmuşdur. 1994-cü ildən M. A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin ürək cərrahlığı şöbəsinin müdiridir (1999-cu ilədək eyni zamanda in-t direktorunun elmi işlər üzrə müavini olmuşdur). Tədqiqatları əsasən anesteziologiya-reanimatologiyanın, ürəkda mar və torakal cərrahiyyənin aktual problemlərinə həsr edilmişdir. 150-dən artıq elmi əsərin müəllifidir. Abuzər Qazıyev Məhərrəm Mustafayev (alim) Fazil Eyvaz Abbasov, M. D. saglamTV. Fazil Abbasov. T.e.d. Ürək cərrahı.
Fazil Abdulcəlilov
Fazil Apasoviç Abdulcəlilov (noq. Фазыл Апас улы Абдулжаьлилов, rus. Фазиль Апасович Абдулжалилов; 1 mart 1913, Kanqlı[d] – 1974) — noqay sovet yazıçısı. O, 1940-cı ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür. Abdulcəlilov "Güclülər ailəsi" (1950), "Asantaj" (1956), "Sərt dönüş" (1961) povestlərinin müəllifidir. "Güclü axın" (1959) romanı kollektivləşməyə həsr olunmuşdur. "Kuban çağlayır" (1955) şeir toplusu var.
Fazıl
Fazıl (əvvəlki adı: Fazil) — Azərbaycan Respublikasının Şəki rayonunun İbrahimkənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Aşağı Küngüt kənd inzibati-ərazi vahidi tərkibindəki Fazil kəndi Fazıl kəndi adlandırılmışdır. Oykonim 1917-ci ildə Fazilli, 1933-cü ildə isə Fazılkənd variantında qeydə alınmışdır. Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsinin əsasını Fazil adlı şəxs qoyduğuna görə kənd onun adını daşıyır. Şəkinin Fazıl kəndində "Əbədi sükut dünyası" labirinti yerləşir və ətrafındakı həyətyanı sahələrindən vaxtaşırı olaraq müəyyən tapıntılar üzə çıxır. Arxeloqların sözlərinə görə, məişət avadanlıqları o dövrdə insanlarda sağa meyilliyin yüksək olmasını göstərir. Belə ki, aşkarlanan qablarda olan qulp hissələr yalnız sağ əllə götürmək üçündür. Təpəbaşı abidəsinin yerləşdiyi ərazinin əhalinin inanc yeri olduğunu labirintdə tapılan ana və ata bütləri sübut edir. Kənd Əyriçayın sahilində, Alazan-Əyriçay çökəkliyində yerləşir. Kəndin əhalisi 403 nəfər təşkil edir ki, onun da 194 nəfəri kişi, 209 nəfəri isə qadındır.
Kızıl
Kızıl — Rusiya Federasiyasında yerləşən şəhər. Tıva Respublikasına daxildir.
Mazıx
Mazıx (2001-ci ilədək Matsex) — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Mazıx kəndində orta məktəb, həkim ambulatoriyası, klub, poçt, ATS, uşaq baxçası, baytarlıq dairəsi, asfalt zavodu, Beretbinə kəndində məscid, klub, kitabxana, feldşer-mama məntəqəsi, Qəbizdərə kəndində ibtidai məktəb, kitabxana, feldşer-mama məntəqəsi vardır. Tarixi abidələr: Məscid, Qədim bürc, qəbristanlıq, Hücrə. Mazıx kəndi, rayon mərkəzindən 5 km aralı, Zaqatala – Balakən şose yolunun yaxınlığında, Katex çayının sağ sahilində yerləşir. Qəbizdərə kəndi, Qazangül qəsəbəsi, Katex çayı ilə həmsərhəddir. Mazıx ərazi nümayəndəliyi 4 (Mazıx, Qəbizdərə, Beretbinə, Cicixana) kənddən ibarətdir. Nümayəndəliyin ərazisi 1568 hektar. Zaqatala şəhərindən 13 km uzaqlıqda yerləşən kənddə 376 evdə 1,500 nəfər əhali məskunlaşmışdır , onların 98%-ni avarlar təşkil edir . Dini mənsubiyyəti müsəlman. Nümayəndəlik RİHB-nın ərazi icra nümayəndəsi, Mazıx (Mazıx, Qəbizdərə və Cicixana kəndləri daxildir) və Beretbinə bələdiyyələri tərəfindən idarə olunur.
Mozır
Mozır (belar. Мазы́р) — Belarusda şəhər. Qomel vilayətində yerləşən şəhər Mozir rayonunun inzibati mərkəzidir. Mozir şəhəri vilayətin mərkəzi olan Qomel şəhərindən 133 km qərbdə, paytaxt Minsk şəhərindən isə 220 km cənub-şərqdə yerləşir.