BAYRAMQULU
BAZİLƏ
OBASTAN VİKİ
Frederik Bazil
Frederik Bazil (fr. Jean Frédéric Bazille; 6 dekabr 1841[…], Monpelye – 28 noyabr 1870[…]) — fransız rəssamı, impressionizmin yaradıcılarından biri. == Əsərləri == La Robe rose, (1864) – 147 x 110 cm, Musée d'Orsay, Paris Atelier de la rue Furstenberg, – 80 x 65 cm, Musée Fabre, Montpellier Aigues-Mortes, – 46 x 55 cm, Musée Fabre, Montpellier Autportrait, (1865) – 109x72 cm, Art Institute of Chicago Réunion de Famille, (1867) – 152 x 230 cm, Musée d'Orsay, Paris Le Pécheur à l'épervier, (1868) – 134 x 83 cm, Fondation Rau pour le tiers-monde, Zürich Vue de village, (1868) – 130 x 89 cm, Musée Fabre, Montpellier Scène d'été, (1869) – 158 x 158 cm, Cambridge, Harvard University La Toilette, (1870) – 132 x 127 cm., Musée Fabre, Montpellier L'Atelier de la rue Condamine, (1870) – 98 x 128.5 cm, Musée d'Orsay, Paris Paysage au bord du Lez, (1870) – 137.8 x 202.5 cm, The Minneapolis Institute of Arts, Minneapolis == Qalereya == == Ədəbiyyat == Pitman, Dianne W. (1998). Bazille: Purity, Pose and Painting in the 1860s. University Park: Penn State University Press. ISBN 978-0-271-01700-6. Rosenblum, Robert (1989). Paintings in the Musée d'Orsay. New York: Stewart, Tabori & Chang. ISBN 1-55670-099-7 == Xarici keçidlər == Frédéric Bazille at the National Gallery of Art Bazille Gallery at MuseumSyndicate Arxivləşdirilib 2010-09-13 at the Wayback Machine Impressionism: a centenary exhibition, an exhibition catalog from The Metropolitan Museum of Art (fully available online as PDF), which contains material on Bazille (p.
Ançisxati bazilikası
Ançisxati bazilikası (gürc. ანჩისხატი) – Tbilisinin Qədim şəhər rayonunda yerləşən VI əsrə aid bazilika formalı kilsədir. Tanrı anasının doğulmasına həsr edilmiş kilsə Tbilisidə dövrümüzə çatmış ən qədim kilsədir. == Tarixi == Gürcü salnamələrinə görə, Ançisxati kilsəsi Tbilisini paytaxt elan etmiş Xosrovidlər sülaləsindən olan İberiya çarı I Daçinin (522-534) sifarişi ilə inşa edilmişdir. İlkin olaraq Bakirə Məryəmin doğulması şərəfinə adlandırılmış kilsə, 1675-ci ildə Ançi monastırından (Tao-Klarceti, müasir Türkiyənin Artvin əyaləti) enkaustik Xilaskar ikonasının (Ançi ikonası) gətirilməsi ilə əlaqədar olaraq həm də Ançisxati adı ilə tanınmışdır. XII əsrdə Beka Olizarinin qızıl elementlərlə işlədiyi gümüş riza içərisində olan ikonanın Tbilisiyə gətirilməsində məqsəd, osmanlıların əraziyə hücumu zamanı məhv edilməsinin qarşısını almaq idi. Əsrlər boyunca Ançisxati kilsəsində saxlanan ikona hazırda, Gürcüstan Dövlət İncəsənət Muzeyində sərgilənir. XV-XVII əsrlərdə farslar və türklərin Tbilisini ələ keçirmələri zamanı kilsə dəfələrlə dağıdılmış və yenidən bərpa edilmişdir. Ançisxati kilsəsinin yanında yerləşən kərpic zəng qülləsi 1675-ci ildə katolikos Domentinin sifarişi ilə inşa edilmişdir. 1870-ci illərdə tağların əlavə edilməsi zamanı, qədim bazilikanın erkən memarlıq planlaşdırılmasına ciddi dəyişiklik edilmişdir.
Avan bazilikası
Avan Bazilikası – Qərbi Azərbaycanın (indiki Ermənistan) Qırxbulaq mahalında, Ellər (12. 10. 1961 – ci ildən Abovyan) rayonunun Avan kəndində, İrəvandan Baş Gərniyə gedən yolun üstündə qədim türk xristian məbədi. == Tarixi == Məbəd 592 – 598 – ci illərdə inşa edilmiş və dövrümüzə yarımdağılmış vəziyyətdə çatmışdır. 1939 – 1941 – ci illərdə məbəddə ermənilər tərəfindən bərpa işləri aparılmışdır. == Memarlıq xüsusiyyətləri == Tədqiqatçılar indiki məbəd binasının hansısa qədim bir məbədin özülləri üstündə inşa olunmasını qeyd edirlər. Məbəd ərazisində arxeoloji tədqiqatlar zamanı qərb divarı yaxınlığından xüsusi ornamentli naxışlarla bəzədilmiş inşaat materialları və incə yonulmuş daşlar tapılmışdır. Binanın indiki qalıqları iki hissəli platforma üzərində yerləşmişdir. Gümbəz və tavan uçduğundan divarlara ağıqlıq düşməmiş və nisbətən sağlam qalmışdır. Qərbi Azərbaycan ərazisindəki tarixi – memarlıq abidələrini tədqiq etmiş erməni tədqiqatçı Toros Toromanyan qeyd edir ki, məbədin üstündə beş günbəz olmuşdur ki, onlardan da biri böyük olmaqla mərkəzdə, digərləri isə kiçik olmaqla onun ətrafında yerləşmişdir.
Ağoğlan bazilikası
Ağoğlan monastırı və ya Sisərnəvəng — Laçın rayonu ərazisində, Ağoğlançayın sahilində, Azərbaycan-Ermənistan sərhəd xətti yaxınlığında yerləşən, V-VI əsrlərə aid Qafqaz Albaniyasına aid bazilikadır. Monastır Sünik vilayətini ilə sərhəd tarixi Xaçın ərazisində yerləşir. Əfsanəyə görə monastır kompleksi daha qədim politeist məbədinin yerində inşa edilmişdir. Xristian inancına görə isə monastırda Müqəddəs Georginin relikviyası saxlanmışdır. Abidə inşaat kitabəsinə malik deyildir; lakin, memarlıq xüsusiyyətlərinə əsasən onun üç əsas inşaat mərhələsi keçdiyi güman edilir. Kilsə ilkin mərhələdə sadə düzbucaqlı formaya malik apsidasız bazilika olmuşdur. Bazilikanın uzun daxili həcmi dörd cüt sütun vasitəsiylə üç nefə bölünür. Orta nef altar hissədə nalvari apsida ilə tamamlanır. Binanın kənarları boyunca uzanan yan neflər isə altar kənarlarında yan otaqlar ilə tamamlanır. Neflər tarğvari örtüyə malikdir: yan neflərin örtüyü yarımdairəvi, mərkəzi nefin örtüyü isə oxvari formaya malikdir.
Bazildon
Bazildon (ing. Basildon) — Böyük Britaniyada, İngiltərədə şəhər.
Bazilika
Bazilika – adətən dini əhəmiyyəti olmayan, sadəcə toplanma funksiyası daşıyan dini tikililər üçün istifadə olunan memarlıq planı. Bazilika düzbucaqlı, uzunsov bina olub, üç, beş yaxud daha artıq aşırıma bölünürdü. Orta aşırım kənardakılardan nisbətən daha geniş və hündür olurdu. Bazilikanın şərq tərəfində mehrab, qərb hissədə isə giriş yerləşirdi. Bazilikalar əsasən Xristianlıq və orta əsrlər memarlığında istifadə olunmuşdur. Bazilikalardan Bonn kafedralını misal göstərmək mümkündür.
Bazilika sisterni
Yerebatan sərnici və ya Bazilika sisterni (yunan. Βασιλική Κινστέρναı, türk. Yerebatan sarnıcı və ya Yerebatan sarayı) — Bizans dövrünə aid iri yeraltı su anbarı. İstanbulun (Konstantinopolun) mərkəzində, Sultanahmet rayonunda, Aya Sofya məscidi (Müqəddəs Sofiya kilsəsi) ilə üzbəüz, onun 150 metr cənub-qərbində yerləşir. "Sistern" sözü yunancadan "su anbarı" kimi tərcümə edilir. 2013-cü ilə olan məlumata görə, İstanbulda 40-dan çox belə sistern aşkar edilmişdir. == Sistern Bizans dövründə == Bazilika sisternində quraqlıq və ya mühasirə halları üçün şəhərin su ehtiyatı saxlanırdı Bu sisternə su şəhərdən 19 km şimalda yerləşən Belqrad meşəsindəki bulaqlardan akveduklar (o cümlədən, Valent akveduku) və su kəməri vasitəsilə çatdırılırdı. Bazilika adı sisternin yerləşdiyi yerin adından qalmışdır. Bu yerdə Konstantinopolun Birinci təpəsində, Stoa Basilica adlı meydan yerləşdirdi.Orada əvvəlcə bir Bazilika olduğundan su anbarı da bu adı almışdır. Sisternin tikintisinə imperator Konstantinin hakimiyyəti dövründə (306–337-ci illər) başlanmış və imperator I Yustinianın hakimiyyəti dövründə, 532-ci ildə başa çatdırılmışdır.
Bazilikata
Bazilikata — İtaliyanın 1948-ci il Konstitusiyası ilə qismən regional muxtariyyət verilmiş 20 regionundan biridir. Region İtaliyanın cənubundadır. Qərbində Campania, şimal və şərqində Puglia və cənubunda Calabria regionları yerləşir. Regionun sahəsi 9,992 km², əhalisi 2008-ci ilə əsasən 600.000-ə yaxındır. Regionun paytaxtı Potentsa şəhəridir.
Doloçopi bazilikası
Doloçopi bazilikası (gürc. დოლოჭოპის ბაზილიკა) ― Şərqi Gürcüstanın Kaxeti bölgəsində hal-hazırda xarabalığa çevrilmiş erkən xristian kilsəsi. Daha əvvəl ərazidə mövcud olmuş kilsənin üzərində inşa edilmiş bu böyük bazilikanın radiokarbon tarixləşdirmə üsulundan istifadə edilərək eramızın 387-ci ilinə aid olduğu aşkar edilmişdir və bu da onu Gürcüstanda bilinən ən erkən xristian yerlərindən biri halına gətirir. Kilsənin qalıqları 2012-ci ildə aşkarlanmışdır. Bazilika Gürcüstanın Milli Əhəmiyyətli Daşınmaz Mədəniyyət Abidələri siyahısına daxil edilmişdir. == Yerləşməsi == Uzun müddətdir tərk edilmiş bir kəndin adını daşıyan Doloçopi bazilikası Duruji çayının sağ sahilindəki Kvareli şəhərinin şimal-qərbində yerləşir. Bazilikadan təxminən 3,5 km qərbdə Nekres monastırı, daha 1 km qərbdə isə Doloçopi ilə bir çox xüsusiyyətləri paylaşan və böyük bir erkən xristian bazilikasının dağıntılarını ehtiva edən Çabukauri arxeoloji sahəsi var. Doloçobinin dağıntıları 2012–2015-ci illər arasında Nodar Baxtadzenin rəhbərlik etdiyi Gürcüstan Milli Muzeyinin ekspedisiyası tərəfindən aşkarlanmışdır. Qazıntı işləri tikilinin son qədim dövrdə bir zamanlar çiçəklənən yaşayış məntəqəsinin mərkəzində dayanan əhəmiyyətli bir kilsə olduğunu sübut etdi. Yazılı mənbələrdə adı çəkilməyən bu yaşayış məntəqəsi ardıcıl zəlzələlər və xarici istilalardan sonra getdikcə dağımağa və unudulmağa başladı və son orta əsrlərdə təmamilə tərk edildi.
Dəstəfur bazilikası
Dəstəfur bazilikası — Daşkəsən rayonunun Dəstəfur kəndində inşa edilən XV əsrə aid məbəd. Sovet hakimiyyəti dövründə bərpa adı altında burada çalışan erməni mütəxəssislər məbədə xeyli zərər vursalar da onu erməniləşdirə bilməmişlər. Məbəddəki xaçlar və digər dini xarakterli əşyalar oğurlansa da, alban kilsəsini qriqorian kilsəsi adı altında təqdim etmək cəhdləri tam uğursuzluqla nəticələnmişdir. Bundan sonra təxribat nəticəsində kilsə partladılmışdır. Tağlardan ikisi dağılsa da, kilsə özü duruş gətirmişdir. Dəstəfur kəndinin lap yaxınlığında inşa edilən məbədə sonralar ermənilər tərəfindən qapının yan divarına yuxarı qülləyə yerləşdirilmiş saxta erməni yazıları, ornamentləri heç nəyi dəyişməmişdir.
Gavurqala bazilikası
Gavurqala kilsəsi — Ağdam rayonunun Sofulu kəndində, Gavurqala şəhər xarabalığında 1958-ci ildə aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş qədim alban kilsəsinin qalıqlarıdır. == Tarixi == Bazilika Ağdam rayonunun Sofulu kəndində arxeoloji tədqiqatlar zamanı aşkarlanmışdır. Abidə ərazisində arxeoloji tədqiqatlara rəhbərlik etmiş R. Vahidov bazilikanın VIII-X əsrlərdə inşa edilmiş olması ehtimalını səsləndirmişdir. G. Məmmədova isə qeyd edir ki, “tikilinin memarlıq-kompozisiya xüsusiyyətləri və analoqlarını nəzərə alaraq demək olar ki, bina ərəb işğalından əvvəlki dövrdə, təxminən VI əsrdə inşa edilmişdir.” == Memarlıq xüsusiyyətləri == Bir nefli zal tipli xristian məbədi onun Narınqalasının qərb hissəsində aşkar olunmuşdur. Düzbucaqlı, uzunsov quruluşlu, şərq-qərb istiqamətli bu tikili şərqdə yarımdairəvi apsida ilə tamamlanır. İbadət otağının uzunluğu 11,95 m, eni 5,25 m-dir. Mehrab apsidası məbədin döşəməsindən 0,45-0,60 m yuxarıda yerləşir. Onun eni ibadət otağının eninə bərabərdir. Döşəmədən apsidaya daşdan inşa edilmiş 2 pillə ilə qalxmaq mümkündür. Аrxeoloji qazıntılar nəticəsində bu pillələrdən ancaq birinin qorunub saxlanıldığı müəyyənləşdıirilmişdir.
Həvari Yuhənna bazilikası
Həvari Yuhənna bazilikası — Türkiyədə tarixi Efes şəhərinin xarabalıqları yaxınlığında yerləşən bazilika formalı məbəd qalıqlarıdır. Bazilika VI əsrə Bizans imperatoru I Yustinianın göstərişi ilə inşa edilmişdir. Kilsənin memarlığı Konstantinopoldakı Müqəddəs Həvarilər kilsəsinin memarlığı əsasında işlənmişdi. Bazilikanın xarabalıqları Türkiyənin İzmir ilinin Səlcuq şəhəri yaxınlığındakı Ayasuluk təpəsi üzərində, Efez şəhəri xarabalıqlarından 3.5 km aralıda yerləşir. == Tarixi == Həvari Yuhənna bazilikası haqqında az məluat vardır, binanın təsvir edildiyi yeganə tarixi mənbə Qeysəriyyəli Prokopinin yazdığı “Yustinianın binaları” əsəridir. O, yazır: Kilsənin inşasına 548-ci ildə başlanılmış və inşaat işləri 565-ci ildə tamamlanmışdır. Kilsəyə yepiskop Efesli Hipati rəhbərlik edirdi. Kiçik Asiyada nadir hallarda iri inşaat işləri aparılsa da, dövrünün ən nüfuzlu kilsə nəzəriyyəçisi və yazıçısı olan Hipati Yustiniana təsir edərək Həvari Yuhənnanın məzarı və məzar üzərində inşa edilmiş kilsənin bərpa edilməsi üçün vəsait ayırılmasına nail ola bilmişdi. Prokopinin “Gizli Tarix” əsərində qeyd etdiyi kimi, tamamlandıqdan sonra bina dövrünün ən böyük kilsələrindən biri olmaqla yanaşı həm də mühüm ziyarətgaha çevrilmişdi: Məşhurluğuna baxmayaraq, İlahiyyatçı Yuhənna kilsəsininn inşa edilməsindən sonra, təxminən IX əsrdən etibarən kilsə haqqında mənbələrdə məlumat verilmir. == Memarlıq xüsusiyyətləri == === Materiallar === Bazilikanın inşasında bişmiş kərpic və yaxşı yonulmuş ağ daşdan istifadə olunmuş, günbəzin ağırlığını saxlamaq üçün sütunlar mərmərdən hazırlanmış və ya mərmərlə üzlənmişdi.
Həvari İohann bazilikası
Həvari Yuhənna bazilikası — Türkiyədə tarixi Efes şəhərinin xarabalıqları yaxınlığında yerləşən bazilika formalı məbəd qalıqlarıdır. Bazilika VI əsrə Bizans imperatoru I Yustinianın göstərişi ilə inşa edilmişdir. Kilsənin memarlığı Konstantinopoldakı Müqəddəs Həvarilər kilsəsinin memarlığı əsasında işlənmişdi. Bazilikanın xarabalıqları Türkiyənin İzmir ilinin Səlcuq şəhəri yaxınlığındakı Ayasuluk təpəsi üzərində, Efez şəhəri xarabalıqlarından 3.5 km aralıda yerləşir. == Tarixi == Həvari Yuhənna bazilikası haqqında az məluat vardır, binanın təsvir edildiyi yeganə tarixi mənbə Qeysəriyyəli Prokopinin yazdığı “Yustinianın binaları” əsəridir. O, yazır: Kilsənin inşasına 548-ci ildə başlanılmış və inşaat işləri 565-ci ildə tamamlanmışdır. Kilsəyə yepiskop Efesli Hipati rəhbərlik edirdi. Kiçik Asiyada nadir hallarda iri inşaat işləri aparılsa da, dövrünün ən nüfuzlu kilsə nəzəriyyəçisi və yazıçısı olan Hipati Yustiniana təsir edərək Həvari Yuhənnanın məzarı və məzar üzərində inşa edilmiş kilsənin bərpa edilməsi üçün vəsait ayırılmasına nail ola bilmişdi. Prokopinin “Gizli Tarix” əsərində qeyd etdiyi kimi, tamamlandıqdan sonra bina dövrünün ən böyük kilsələrindən biri olmaqla yanaşı həm də mühüm ziyarətgaha çevrilmişdi: Məşhurluğuna baxmayaraq, İlahiyyatçı Yuhənna kilsəsininn inşa edilməsindən sonra, təxminən IX əsrdən etibarən kilsə haqqında mənbələrdə məlumat verilmir. == Memarlıq xüsusiyyətləri == === Materiallar === Bazilikanın inşasında bişmiş kərpic və yaxşı yonulmuş ağ daşdan istifadə olunmuş, günbəzin ağırlığını saxlamaq üçün sütunlar mərmərdən hazırlanmış və ya mərmərlə üzlənmişdi.
Kasax bazilikası
Kasax Bazilikası – Qərbi Azərbayanın (indiki Ermənistan) Abaran rayonunun mərkəzi olan Baş Abaran (qədim Kasax) şəhərində, İrəvan – Gümrü şose yolunun üstündə yerləşən qədim türk məbədi. Bütün əlamətlərinə (tarixi, arxeoloji, memarlıq) görə Qərbi Azərbaycan ərazisində ən qədim məbədlərdən biri olan Kasax bazilikasının inşa tarixi V yüzilə aid edilsə, bir çox mütəxəssislər tərəfindən politeizm dövrünün yadigarı kimi xarakterizə edilir. Üçnüfli bazilika şəklində olan məbəd 1947 – 1948-ci illərdə Ermənistan Memarlıq Abidələrinin Mühafizəsi Komitəsi tərəfindən bərpa olunmuş və ona bir sıra erməni və xristian elementləri əlavə olunmuşdur. Abidənin yerləşdiyi yerin istər Abaran, istərsə də daha qədim Kasax adı qədim türk etnonimlərindən törəmədir və bu ərazilərin hələ miladdan əvvəlk dövrlərdən türklərin vətəni olması haqqında mənbələrdə çoxlu məlumatlar vardır. Belə ki, mixi yazılı kitabələr, eləcə də antik müəlliflər məhz bu ərazilərin sakini olan sak – skif – massaget tayfalarının tez – tez Urartuya yürüşlər etməsindən bəhs edir. Abaran rayonuna ilk ermənilərin gəlişi 1829 – 1830-cu illərə təsadüf edir. Həin vaxt 56 erməni ailəsi Türkiyədən köçürülərək burda məskunlaşdırılmışdır. == Mənbə == И.Шопен. Исторический памятник состояния армянской области к эпоху ее присоединения к Российской империи, СПб., 1852, стр.587–590; Ə. Ələkbərli. Qədim Türk-Oğuz yurdu — "Ermənistan", В., 1994, səh.20–24.
Köhnə Müqəddəs Pyotr bazilikası
Köhnə Müqəddəs Pyotr bazilikası Vatikandakı Müqəddəs Pyotr bazilikasının yerində IV-XVI əsrlərdə mövcud olmuş bazilikadır.Tarixi Neronun sirki yerində inşa edilmiş bazilikanın tikintisinə imperator I Konstantinin hakimiyyəti dövründə başlanılmışdır. “Köhnə Müqəddəs Pyotr bazilikası” adı XVI əsrdə yeni bazilikanın inşa edilməsindən sonra iki binanı bir-birindən fərqləndirmək üçün istifadə edilmişdir. == Tarixi == Bazilikanın inşasına imperator I Konstantinin əmri ilə 318 – 322-ci illər arasında başlanılmış və inşaat işlərinin tamamlanması 30 il çəkmişdir. Sonrakı on iki əsr ərzində kilsə tədricən mühüm əhəmiyyət qazanaraq, yekun nəticədə Romanın ən mühüm ibadət yerinə çevrilmişdir. Adətən Roma papalarının tacqoyma mərasiminin keçirildiyi Müqəddəs Pyotr kafedralında 800-cü ildə Müqəddəs Roma imperiyasının imperatoru Böyük Karlın tacqoyma mərasimi keçirilmişdir. 846-cı ildə sarasinlər bazilikanı qarət edərək dağıtmışlar. Ehtimal ki, qarətçilər Romanın zəngin xəzinələrindən xəbərdar idilər. Müqəddəs Pyotr bazilikası kimi bəzi müqəddəs və mühüm bazilikalar Avreli divarlarından kənarda yerləşdiləri üçün asan hədəf idilər. Bu bazilikalar “zəngin liturgiya qabları zinətli metallar və qiymətli daş-qaşlarla işlənmiş relikviarilər və illərlə toplanmış müqəddəs əşyalarla dolu idi.” Nəticədə qarətçilər adi bir kilsəni yox, müqəddəs bir ziyarətgahı elan etmiş oldular. Hadisədən sonra Roma papası IV Levin sifarişi ilə Leonin divarı inşa edildi və kilsənin zərər çəkmiş yerləri bəra olundu.
Köhnə Müqəddəs Pyotr bazilikasındakı Roma papalarının məzarlarının siyahısı
Köhnə Müqəddəs Pyotr bazilikasındakı Papa məzarları V-XVII əsrlərdə taxtda olmuş Papalara aid olmuşdur. XVI-XVII əsrlərdə köhnə bazilikanın tədricən sökülməsi zamanı, 846-cı ildə sarasinlərin Roma talanı zamanı dağıdılmış məzarlar istisna olmaqla həmin abidələrin əksəriyyəti dağıdılmışdır. Papaların qalıqları isə köhnə bazilikanın yerində inşa edilmiş yeni bazilikaya, o cümlədən Romanın digər kilsələrinə köçürülmüşdür. == Tarix == Qədim Roma katakombalarının daşınması, XIV əsrdə Lateran bazilikasında baş vermiş iki yanğınvə Müqəddəs Pyotr bazilikasında həyata keçirilən yenidənqurma işləri papaların məzarlarının təxminən yarısının məhv olmasına səbəb olmuşdur. Buna görə də, yeni Müqəddəs Pyotr bazilikasının əsas memarı olan Donato Bramante “Mastro Ruinante” adlandırılmışdır. Baxmayaraq ki, ilkin bazilikanın inşasına I Konstantinin hakimiyyəti dövründə başlanmış və IV əsrdə inşaat işləri tamamlanmışdır, I Lev (440-461) Konstantin bazilikasında dəfn edilmiş ilk Papa olmuşdur. Əsrlər ərzində bazilikanın atriumu, kapellaları və nefləri Papaların məzarları ilə doldurulmuş, müxtəlif illərdə parılan inşaat işləri ilə əlaqədar isə məzarların yerləri tez-tez dəyişdirilmişdir. İlkin qəbirlərdən dövrümüzə çatmış yeganə qalıqlar bir neçə sarkofaq və heykəltəraşlıq elementləridir. Ehtimal edilir ki, Konstantin bazilikasının sökülməsinin təşəbbüskarı olmuş Papa II Yuli, Mikelancelo tərəfindən özü üçün hazırlanmış “nəhəng” abidə üçün yer yaratmaq istəyirdi. Orijinal məzarların yerləşməsi və görünüşü haqqında çox az məlumat vardır: ən dəyərli məlumatlardan biri kilsə kanoniki və tarixçi Cakomo Qrimaldinin (atası Genuya senatoru Cirolamo Qrimaldi-Kavalleroni) sökülmə ərəfəsində olan məzarları çəkdiyi təsvirlərdir; Qrimaldinin təsvirlərində əksəri üç hissəli olan erkən məzarların formaları və mürəkkəbliyi görünür.
Minkənd bazilikası
Minkənd məbədi — Məbəd Laçın rayonunun Minkənd kəndinin mərkəzində yerləşir. Abidənin girişindəki lövhədə tarix olaraq 1675 göstərilib. Məbəd sovmə tipli alban məbədləri sırasına daxildir. Məbəd binası yerli bazalt daşlardan və əhəng-gəc qatışığından inşa edilib. 2009-cu ildə "Tufenkian Foundation"un maliyyə dəstəyi ilə "Müqəddəs Minas kilsəsi" adı altında "bərpa edilmişdir". 2020-ci il 1 dekabrdan etibarən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Müqəddəs Mark bazilikası
Müqəddəs Mark kafedralı (it. Basilica di San Marco — San Marko bazilikası) — Qərbi Avropada bizans memarlığının nadir nümunəsi və Venesiya şəhərinin dini mərkəzlərindən biri. 1807-ci ilədək bu kafedral kilsə şəhərin ali rəhbərləri olmuş dojların kapellası kimi fəaliyyət göstərib. 1808-ci ildə I Napoleonun xahişi ilə Venesiya patriarxının iqamətgahı San Pyetro di Kastello kilsəsindən buraya köçürülür və bina nəhayət "kafedral" statusunu əldə etmiş olur. Bina Müqəddəs Mark meydanında, Dojlar sarayının yaxınlığında yerləşir. Bizans üslubunda hazırlanan çoxsaylı mozaikalarla bəzədilmiş bu kafedral, səlib yürüşləri zamanı Konstantinopol şəhərindən qənimət kimi Venesiyaya gətirilmiş Həvari Markın nəşinin və çoxlu qiymətli incəsənət əşyalarının saxlandığı yerdir. 1987-ci ildə Müqəddəs Mark kafedralı Venesiyanın bir çox digər abidələri ilə birlikdə UNESCO-nun Ümumdünya irs obyektləri siyahısında daxil edilmişdir. Özünün nəfis qızılı mozaik işləmələrinə görə və eləcə də zəngin Venesiya hakimlərinin simvolu kimi, bu bina XI əsrdən başlayaraq Qızıl kilsə (it. Chiesa d'Oro) adı ilə məşhur idi. == Müqəddəs Mark kafedralının tarixi == === Birinci bazilika === Bazilika 31 yanvar 829-cu ildə İsgəndəriyyə şəhərindən Venesiyaya gətirilmiş müqəddəs həvari Markın qalıqlarının yerləşdirilməsi üçün inşa edilmişdir.
Müqəddəs Yelisey bazilikası
Müqəddəs Yelisey kompleksi və ya Qala piri — Oğuz rayonunda yerləşən alban məbədi. == Haqqında == Alban tayfalarından biri olan udinlər bu gün də Oğuz şəhərinin şərq hissəsində yerləşən qədim alban məbədindən dini sitayişlərini icra edirlər. Tuf daşlarından və əhəng məhlulundan inşa edilən və dördbucaq formasında olan bu məbəd binasının uzunluğu 7,45 metr, eni 5,55 metrdir. Məbəd daxilində ibadət üçün nəzərdə tutulmuş sahə 3,5 metr X 4,35 metr ölçüsündədir. Eni 1,1 metr, hündürlüyü 1,55 metr olan üstü yarımdairəvi tağlı qapı məbədin qərb hissəsində yerləşir. Xristian kilsəsinin müqəddəslərindən biri olan Yeliseyin şərəfinə inşa edilən bu məbədi udinlər Qerqets monastrı adlandırmışlar. (Qerqets udincə "Müqəddəs yer" deməkdir). 1828–1830-cu illərdə çar Rusiyası tərəfindən İrandan və Osmanlı imperiyasından Azərbaycan ərazisinə köşürülən ermənilərin bir hissəsi də Oğuz rayonu ərazisində yerləşdirilmişdir. Tarixi mənbələrə görə ermənilər məhz çar hökumətinin köməyi ilə 1836-cı ildə Alban katolikosluğunun ləğv edilməsinə nail olur. "Erməniləşdirmə" siyasəti Oğuz udinlərinin dini həyatından da yan keçmir.
Qum bazilikası
Qum bazilikası — Qax rayonunun Qum kəndi ərazisində yerləşən IV–V əsrlərə aid üçnefli, günbəzli alban məbədi. Qədim Bizans memarlığındakı bazilika (latın dilində basilevs-hökmdar bazilika isə hökmdarın evi mənasını verir) tipində inşa olunduğu üçün elmi ədəbiyyatda Qum bazilikası adlandırılır. == Tarixi == Abidə ilk dəfə əsaslı şəkildə XX əsrin 40-cı illərində bərpaçı-memar Pyotr Baranovski tərəfindən tədqiq olunmuş və bərpa işləri aparılmışdır. Moisey Kalankatuklunun "Albaniya tarixi" əsərində adını qeyd etdiyi Qomenk yaşayış məskənində inşa edilmiş məbədlə eyniləşdirilir. Fələstinli xristian missioneri Yeliseyin atəşpərəstlər tərəfindən öldürüldüyü yerdə Alban çarı III Mömün Vaçaqanın göstərişi ilə inşa olunduğu ehtimal edilir. Abidə də ilkin elmi tədqiqat işləri Qafqaz ekspedisiyası zamanı A.S.Xaxanov tərəfindən aparılmışdır. Daha sonra Qum bazilikası P.D.Baranovski tərəfindən tədqiq edilmiş və öyrənilmişdir. P. Baranovski abidəni VI əsrə aid etmişdir. Sonradan Q.N.Çubinaşvili və D.A.Axundov da Qum bazilikasında tədqiqat işləri aparmışlar. == Memarlıq xüsusiyyətləri == Məbədin qalıqları Qum kəndinin mərkəzində yerləşir.
Qədim Pipan bazilikası
Qədim Pipan bazilikası – Zaqatala rayonunun Pinalı kəndi yaxınlığında, meşə ərazisində yerləşən VII–VIII əsrlərə aid üçkilsəli bazilika formalı kilsədir. Pinalı kəndindəki (köhnə adı Pipan) iki bazilikadan daha qədim olanıdı. Kilsə binası birnefli mərkəzi zal və onu üç tərəfdən əhatə edən qalereyalardan ibarətdir. Zalın şərq hissəsində döşəmədən bir qədər yuxarı qaldırılmış altar apsidası yerləşir. Apsidanın hər iki yanında dərin niş vardır. İki plyastra söykənən divar tağları zalın yarımqalxanvari tağtavanını saxlayır. Məbəd çaydaşları və əhəng məhlulundan inşa edilmiş, üzəri isə kirəmit lövhələrlə örtülmüşdür. Abidənin həcm-fəza kompozisiyası hündür (6.5 metr) mərkəzi hissə, bir qədər alçaq qərb qalereyası və yarımyeraltı yan otaqların birləşdirilməsi nəticəsində yaradılmışdır. == Tarixi == Arxeoloqlar məbədin əsas kilsə zalının təməlini Qafqaz Albaniyasında erkən xristianlıq dövrünə (III–IV əsrlər), qalereya və digər hissələri isə VII–VIII əsrlərə aid edirlər. == Memarlıq xüsusiyyətləri == Kilsə binası birnefli mərkəzi zal və onu üç tərəfdən əhatə edən qalereyalardan ibarətdir.
San Martin de Mondonedo bazilikası
San Martin de Mondonedo bazilikası (qalis. Basílica de San Martiño de Mondoñedo) — İspaniyanın Qalisiya bölgəsində, Fos şəhərinin yaxınlığında yerləşən qədim bazilika. Kilsə kimi istifadə olunmuşdur. İspaniyanın ən qədim kilsəsi hesab olunur. IX əsrdə iki yepiskop burada xidmət göstərmişdir. == Tarixi == Bazilikanın tarixi IX əsrə qədər uzanır. Amma saysız sənədlər onun tarixini dəqiqləşdirməkdə çətinlik törədir. X əsrdə mövcud olması dəqiqdir. Bəzi nəzəriyyələrə görə bazilika bir neçə yepiskopun evi olmuşdur. İndiki bazilika XI əsrə aiddir və Roman memarlığı üslubundadır.
San Martino de Mondonedo bazilikası
San Martin de Mondonedo bazilikası (qalis. Basílica de San Martiño de Mondoñedo) — İspaniyanın Qalisiya bölgəsində, Fos şəhərinin yaxınlığında yerləşən qədim bazilika. Kilsə kimi istifadə olunmuşdur. İspaniyanın ən qədim kilsəsi hesab olunur. IX əsrdə iki yepiskop burada xidmət göstərmişdir. == Tarixi == Bazilikanın tarixi IX əsrə qədər uzanır. Amma saysız sənədlər onun tarixini dəqiqləşdirməkdə çətinlik törədir. X əsrdə mövcud olması dəqiqdir. Bəzi nəzəriyyələrə görə bazilika bir neçə yepiskopun evi olmuşdur. İndiki bazilika XI əsrə aiddir və Roman memarlığı üslubundadır.
Sant’Apollinare Nuovo bazilikası
Yeni Müqəddəs Apollinare Bazilikası (Sant'Apollinare Nuovo), Teoderik tərəfindən 500-cü illərdə inşa edilmiş, uzunluğu 35 metr və eni 21 metr olan son dövr antik bazilikadır. Binanı maraqlı edən xüsusiyyətlərdən biri də Konstantinopoldan gətirilən Prokonnesos mərmərindən hazırlanmış sütunlar və binadakı misilsiz mozaikalardır. == Memarlığı == Apsesdəki pəncərələrdəki bir yazı kilsəni VI əsrin birinci rübünə aid edir. İndiki bina əsasən Teoderik tərəfindən tikilmiş binanın planını izləyir, lakin yerinin səviyyəsi XVI əsrdə ilkin səviyyəsindən təxminən 1,5 metr yüksəkliyə qaldırılmışdır. 539-cu ildə İmperator I Yustinian tərəfindən komandan təyin edilmiş Belisariusun rəhbərliyi altındakı Bizans ordusunun Ravenna şəhərini fəth etməsindən sonra ariyaçılıq təzyiqə məruz qaldı. Buna görə, yarandığı dövrdə İsa Məsihə həsr olunmuş bir aryani kafedralı kimi xidmət edən kilsə, Bizans fəthindən sonra anti-aryanist Toroslu Müqəddəs Martiniyə ithaf edilmişdir. Nəhayət, 856-cı ildə Müqəddəs Apollinarenin yadigarlarının Sant'Apollinare Classedən buraya köçürülməsi ilə, bu dəfə kilsə Ravennalı Müqəddəs Apollinareyə ithaf edilmiş və hələ də kilsə bu adla adlandırılır. Sadə bir bazilikada olan Müqəddəs Apollinare Nuovo narteks, sağında va solunda iki yan nefi olan bir əsas nef və tək apsisə malikdir. Binada dəyişdirilmiş məmulat olaraq istifadə edilən Korinf sütun başlıqları görülə bilər. Əsasən Theoderic'in saray kilsəsi olaraq fəaliyyət göstərən bina, dini ayinlərə ev sahibliyi etdiyi kimi digər siyasi məqsədlər üçün də xidmət edilmişdir.
Sen-Deni bazilikası
Sen-Deni bazilikası (fr. La basilique Saint-Denis) — Fransada yerləşən Qotik memarlıq üslubunun nümunəsi olan bazilika. 1862-ci ildən etibarən Fransada tarixi abidə kimi qorunur. Orta dövr Fransa krallarının böyük bir qismi burada dəfn edilmişdir. Kilsəyə müqqədəs Denisin nəşi gətirildikdən sonra onun adına adlandırılmışdır. Hal-hazırda kilsədə müzey fəaliyyət göstərir.

Значение слова в других словарях