Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fırlanma dövrü
Fırlanma periodu — Planetlərin, peyklərin və digər səma cisimlərinin hər hansı bir nöqtəsinin həmin cismin mərkəzi oxlarının ətrafında dönməsi nəticəsində ərtaf-mühitə nəzərən yenidən eyni yerdə olmasına qədər sərf olunan zaman müddəti. Yer kürəsinin fırlanma periodu 1 sideral gün, yəni 23 saat 56 dəqiqə təşkil edir. == Dönmənin növləri == Sideral dönmə — Ayın Yer ətrafında fırlanaraq müəyyən müddət sonra Yerin mərkəzində duran müşahidəçiyə nəzərən ikinci dəfə eyni nöqtəyə gəlməsi onun sideral dönməsi olub, 27.3 günə bərabərdir. Sinodal dönmə — Ayın fırlanaraq müəyyən müddət sonra Günəşlə Yer arasında yenidən eyni bucaqda olmasıdır, 29.5 gün təşkil edir.
Fırlanma periodu
Fırlanma periodu — Planetlərin, peyklərin və digər səma cisimlərinin hər hansı bir nöqtəsinin həmin cismin mərkəzi oxlarının ətrafında dönməsi nəticəsində ərtaf-mühitə nəzərən yenidən eyni yerdə olmasına qədər sərf olunan zaman müddəti. Yer kürəsinin fırlanma periodu 1 sideral gün, yəni 23 saat 56 dəqiqə təşkil edir. == Dönmənin növləri == Sideral dönmə — Ayın Yer ətrafında fırlanaraq müəyyən müddət sonra Yerin mərkəzində duran müşahidəçiyə nəzərən ikinci dəfə eyni nöqtəyə gəlməsi onun sideral dönməsi olub, 27.3 günə bərabərdir. Sinodal dönmə — Ayın fırlanaraq müəyyən müddət sonra Günəşlə Yer arasında yenidən eyni bucaqda olmasıdır, 29.5 gün təşkil edir.
Saxlanma itkisi
Dayaq və ya saxlanma itkisi — mayelər dinamikasında, bir maye içərisində hərəkət edən cismə təsir edən daşıma qüvvəsinin - hücum bucağının (AOA) kritik qiyməti keçməsinə görə - azalması və ya yox olması nəticəsində cismin maye içərisində özünü saxlaya bilməməsidir. Cismin özünü saxlaya bilməməsinin müxtəlif səbəbləri mövcuddur. Ən əsas olan iki səbəb aşağıdakılardır: Daşıyıcı səth üzərində tələb olunan maye sürətinin əldə edilməsinin mümkün olmaması; Nəzarət və ya daşıma səthləri üzərində meydana çıxan axıntı ayrılığı. Aviavasitələrdə dayaq kritik hücum bucağının aşıldığı hər vəziyyətdə “sürətdən müstəqil olaraq” reallaşır. Yəni dayaq bu bucağın keçildiyi bütün sürətlərdə reallaşır. Saxlanma itkisinə bütün qanad məruz qala biləcəyi kimi, nəzarət səthlərinin olduğu qanad hissələri də qala bilər. Hər ikisi də nəzarət itkisinə, dolayı yolla saxlanma itkisinə səbəb olacaqdır. Məsələn, ox bucağı verilmiş qanadlarda qanad ucunda olan nəzarət səthləri, təyyarədən və qanadın hamısından daha əvvəl saxlanma itkisinə uğrayır. Buna görə də, daşınma mərkəzi ağırlıq mərkəzinin qabağına keçir və bu da pozitiv yunuslama momenti meydana gətirir. Yəni təyyarə, burnunu qaldırma meylinə girir.
Nəzarət altında saxlanma
Nəzarət altında saxlanma və ya müvəqqəti həbs cinayət törətməkdə şübhəli bilinən şəxsin həmin cinayəti törətdiyinə dair sübutların olması halında dövlət ittihamçısının qərarı ilə, ibtidai istintaqın aparılması və ya istintaqın başa çatdırılması üçün lazım gəldikdə məcburi formada, hüquq-mühafizə orqanları tərəfindən müəyyən müddətə həbsdə saxlanması prosesidir. Həbs şübhəli bilinən şəxsin dövlətin hüquq-mühafizə orqanları tərəfindən qanuni əsaslarla müvəqqəti olaraq nəzarət altında saxlanılmasıdır. Çox vaxt saxlanılan şəxs əvvəlcə təcridxanaya aparılaraq burada ifadə verir, daha sonra isə qarşısına çıxarıldığı prokuror onun azadlığa buraxılmasını və ya məhkəməyə göndərilməsini tələb edir.
Miolania
Miolania (lat. Meiolania; meio + lania — madifikasiya q.yun. ἠλαίνω — "я брожу") — Gizliboyun tısbağalara aid yox olmuş tısbağa cinsi. Bu tısbağalar 2000 il öncə Yeni Kaledoniya və Avstraliya ərazisində yaşamışdır. Bu canlı 5 metr uzunluğa malik imiş. Canağları 2,5 m uzunluğa malik olurdu. Bitki yeyən canlı olmuşdur. Onun müasirləri Cənubi Amerikada yayılmış Gizliboyun tısbağalardır. Kəlləsi çoxlu çıxıntılara malik imiş. İki buynuzu vardır.
Milana Rəhimova
Milana Rəhimova (29 aprel 2004, Bakı, Azərbaycan) — Azərbaycanlı peşəkar qadın futbolçu. "Neftçi"nin və Azərbaycanın qadınlardan ibarət milli yığmasının müdafiəçisi. 29 aprel 2004-cü ildə anadan oldu. 2018-2019-cu illərdə Bakının "Keşlə" klubunda çıxış edib. 2022-ci ildə "8-li İOEUGİM" klubunda çıxış edib. Qələbə ilə yekunlaşan bir sezon keçirdikdən sonra, 2021/2022 Azərbaycan Yüksək Qızlar Liqası, mövsümünün ən yaxşısı seçilib. Növbəti ildən etibar isə, legioner həyatı yaşayıb. Belə ki, Şırnak əyalətinin "Nuhspor" klubuna transfer olub. 2023-cü ilin yanvar ayında isə, eyni bölgənin "Şırnak Belediyesi 72" klubuna transfer oldu. 2023-cü ildən etibarən "Neftçi"də oynayır Müdafiəçidir.2019-cu ildə U17 yaş qrupu üzrə Azərbaycan Millisini təmsil edib. .