Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Məharət Həsənov
Məharət Ramil oğlu Həsənov (25 oktyabr 1987; Şirvan, Azərbaycan — 15 oktyabr 2020; Cəbrayıl, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Məhatət Həsənov 1987-ci il oktyabrın 25-də Şirvan şəhərində anadan olub. 1994-cü ildə Şirvan şəhər Mübariz İsrayilov adına 18 nömrəli təbiət-humanitar təmayüllü məktəb liseyin 1-ci sinfinə daxil olub. 2002-ci ildə 9-cu sinfi bitirən Məharət bir müddət İdman Kollecində oxusa da, təhsilini davam etdirməyib. Şirvan şhərində bərbər işləyirdi. Ailəli olan Məharətin bir oğlu, 3 bacısı, bir qardaşı var idi. == Hərbi xidmətləri == 2005-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb. Tərtər rayonunun N saylı hərbi hissəsində manqa komandiri kimi xidmət edib. Polad Həşimovun əsgəri olmuşdur.2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Məharət Həsənov Cəbrayılın azad edilməsində savaşıb. 12 oktyabr 2020-ci ildə Cəbrayılda döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.
Mehrəli Qasımov
Qasımov Mehrəli Süleyman oğlu (30 oktyabr 1993, Bakı) — Ukrayna Respublikasının Azərbaycandakı Fəxri Konsulu, "Ukrayna Mərkəzi"nin təsisçisi. == Həyatı == Mehrəli Qasımov 30 oktyabr 1993-cü ildə Bakı şəhərində anadan olmuşdur. 2009–2013-cü illərdə Taras Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Əlaqələr fakültəsində bakalavr, 2013–2015-ci illərdə eyni fakültədə magistr təhsili almışdır. 2022–2023-cü illərdə Böyük Britaniyanın Kraliyyət ailəsinin üzvü Prince Michael of Kent-in rəhbərlik etdiyi The Institute of Certified Financials Managers Universitetində İnsan Resurslarının İdarə edilməsi üzrə təhsil almışdır. 2009 –2013-cü illərdə Ukraynada fəaliyyət göstərən "SOCAR Energy" (Satış şöbəsi), 2013–2015-ci illərdə "SAP Azerbaijan" (Satış üzrə menecer), 2015–2020-ci illərdə "DeGolyer&MacNaughton Corp. USA" (Direktor müavini) şirkətlərində çalışmışdır. 2020-ci ildən Ukrayna Xarici İşlər Nazirliyində (Ukraynanın Azərbaycandakı Fəxri Konsulu) çalışır. Ukrayna ilə Azərbaycan arasında bir çox strateji, iqtisadi-ticarət layihələrinin reallaşdırılmasında xüsusi rol oynayır.Azərbaycanda "Ukrayna Mərkəzi"nin təsisçisidir. == Mükafatları == Ukrayna Prezidenti Volodimir Zelenskinin Sərəncama görə, Qasımov Mehrəli Süleyman oğlu III dərəcəli "Xidmətə görə" ("За заслуги") ordeniilə təltif edilib. == İstinadlar == == Xarici keçidlər == Ukraine opens first honorary consulate in Azerbaijan Ukrainian Honorary Consulate in Shamakhi, Azerbaijan The first Honorary Consulate of Ukraine opens in Azerbaijan Ukraine opens its first honorary consulate in Azerbaijan Arxivləşdirilib 2022-01-15 at the Wayback Machine We do believe in the bright future of Ukraine, being independent, and use all our international experience to bring it closer".
Mehrəli bəy
Mehrəli bəy Sarıcalı-Cavanşir (1735 – 1785, Şamaxı) — de-fakto Qarabağ xanı, Pənahəli xanın oğlu. == Həyatı == Mеhrəli bəy Pənahəli xan oğlu 1735-ci ildə Cavanşir elinin Sarıcalı oymağında anadan olmuşdu. Molla yanında təhsil almışdı. Atası Fətəli xan Əfşarla müharibəyə gedəndə onu yerinə Qarabağa xan təyin etmişdi. Lakin böyük qardaşı İbrahimxəlil ağa vəliəhd sayıldığından onun xanlığı uzun çəkmədi. == Hakimiyyəti == İbrahimxəlil ağa Şirazdan qayıdan kimi Qarabağa dönüb xanlıq uğrunda qardaşı Mеhrəli xanla mübarizəyə başladı. Mеhrəli xanın ardında güclü Cavanşir, Otuziki və Kəbirli еlləri vardı. Ibrahimxəlil ağa isə arvad qohumları olan Cəbrayıllı, Cavanşir-Dizaq, Kəngərli, Dəmirçi-Həsənli və Cinli еllərinə arxalanırdı. Mеhrəli xan Fətəli xan ilə ittifaqa girib hakimiyyəti əldə saxlamaq istədi. Güclü hücumla qardaşının güvəndiyi Cavanşir-Dizaq mahalını alsa da, uğur qazana bilmədi.
Ağadi mehrəli (Zəngəzur)
Ağadi mehrəli – Zəngəzur qəzasında kənd adı. == Toponimik izah == Ağadi mehrəli - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan rayonunda) kənd adı. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Ağa şəxs adından (yaxud əxi) və farsca deh-kənd sözlərindən ibarətdir. Mehrəli adlı şəxsə məxsus Ağadi mənasındadır. == Həmçinin bax == Gəncə quberniyası Zəngəzur == Ədəbiyyat == Səbahəddin Eloğlu. Zəngəzur hadisələri, Bakı, 1992. Mirmahmudova S.N. Ermənistanda türkmənşəli yer adları. Bakı, 1995.
Mehrəli bəy Sarıcalı-Cavanşir