Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Azadlığın məhdudlaşdırılması
Azadlığın məhdudlaşdırılması — İttiham hökmü çıxarılanadək on səkkiz yaşı tamam olmuş məhkumların cəmiyyətdən təcrid olunmadan, lakin nəzarət altında xüsusi müəssisələrdə saxlanılmasından ibarətdir.
Avropada Adi Silahların Məhdudlaşdırılması Müqaviləsi
Avropada adi silahlı qüvvələr haqqında Müqavilə (AASQHM) — Avropada adi silahların məhdudlaşdırılması müqaviləsi. "Avropada adi silahlı qüvvələrin məhdudlaşdırılması haqqında" müqavilə 1990-cı ilin noyabrın 19-da Parisdə imzalanmış və 1992-ci il noyabrın 9-da qüvvəyə minmişdir. Postsovet məkanı ölkələri arasında Rusiya bu anlaşmanı 1992-ci ildə ratifikasiya etsə də, müqaviləyə əməl etməmişdir. 2007-ci ilin aprelin 26-da isə Moskva AASMM-dəki iştirakına və bu müqavilənin şərtlərinə əməl olunmasına birtərəfli moratorium tətbiq etmişdir. Latviya, Litva və Estoniya isə ümumiyyətlə, AASMM-ə qoşulmayacaqlarını bəyan etdilər. AASMM-in şərtlərinə görə, Atlantik Okeanından tutmuş, Ural dağları və Xəzər dənizi sahillərinədək sənədi imzalamış üzv dövlətlərin silahlı qüvvələrində 40 min tank, 60 min zirehli maşın, 40 min artrilleriya mərmisi (100 mm və daha böyük çaplı), 13600 döyüş təyyarəsi və 4 min döyüş vertolyotu ola bilər. Sənəd üzv dövlətlərin silahlı qüvvələrindəki hərbi texnika və silahların sayını məhdudlaşdırmaqla yanaşı, sayı artıq olan texnikanın azaldılma mexanizmlərini də göstərirdi. Azərbaycan AASMM-i imzaladı və proses ratifikasiya mərhələsinə qədər yüksəldi. Lakin Dağlıq Qarabağ münaqişəsi və ərazilərinin bir hissəsinin erməni işğalında olması ilə əlaqədar rəsmi Bakı müdafiə potensialı ilə bahəm, döyüş hazırlığı səviyyəsini sürəkli olaraq yüksək səviyyədə saxlamaq məcburiyyətində qaldığından, bununla bağlı üzv dövlətlərə, sonra da NATO-ya dəfələrlə müraciət etmişdir.