Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Amur pələngi
Amur pələngi (lat. Panthera tigris altaica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü. Nadir yarımnövdür, bəzi yerlərdə tamamilə yox olub. == Görünüşü == Zahiri görünüşü üçün pələngin görünüşünə bax. Bədənin uzunlu]u 190-290 sm. bəzən 317 sm. Quyruğunun uzunluğu 115 sm. qədər. Tük örtüyü qışda hündür, gur və sıxdır. Əsas fon rəngi açıq, narıncı çalarlı tünd sarıdır.
Bali pələngi
Bali pələngi (lat. Panthera tigris balica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü.
Benqal pələngi
Benqal pələngi (lat. Panthera tigris tigris) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü. Benqal pələngi pələngin ən çoxsaylı yarımnövüdür. Bu pələngin sayı Hindistanda 1706, Banqladeşdə 200, Nepalda 155, Butanda isə 67-81 civarındadır. Benqal pələngi Banqladeşin milli heyvanı hesab edilir.
Malay pələngi
Malay pələngi (lat. Panthera tigris jacksoni) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü.
Sumatra pələngi
Sumatra pələngi (lat. Panthera tigris sumatrae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü. Sayı sürətlə azaldığına görə 2008-ci ildə adı "Qırmızı kitab"ın "Son həddə çatmışlar" siyahısına salınmışdır. Ümumi sayı 441–679 arasında dəyişən bu pələnglərin nəsil artırma qabiliyyətinə malik olan fərdlərinin sayı isə 50-dən çox deyildir. Bali və Yava pələnglərinin nəslinin kəsilməsindən sonra Sumatra pələngləri Zond adalarında yaşayan yeganə pələng qrupudur. == Xüsusiyyətləri == Sumatra pələngi öz kəllə quruluşuna, xəzinə və zolaqlarına görə Benqal və Yava pələnglərindən fərqlənir. O, öz xəzinin daha tünd rəngli olmasına və zolaqları arasındakı məsafənin daha geniş olmasına görə Yava pələngindən seçilir. Sumatra pələngi digər yarımnövlər arasında öz ölçülərinə görə ən kiçiklərdən biri hesab olunur. Onun bədən ölçüləri təqribən böyük bəbir və ya yaquarla bərabərdir. Erkək fərdlərin çəkisi 100–140 kq, uzunluğu 220–255 sm arasında dəyişdiyi halda, dişi fərdlərin çəkisi 75–110 kq, uzunluğu 215–230 sm arasında dəyişir.
Turan pələngi
Xəzər pələngi - (lat. Panthera tigris tigris, əvvəllər lat. P.t.virgata) — Nəsli kəsilmiş pələng yarımnövü. Həmçinin Turan pələngi, Mazandaran pələngi, Hirkan pələngi kimi adları da mövcud olmuşdur. Xəzər pələngi iri ölçülü pişik idi. Erkəklər 270-295 sm uzunluğa, 240 kq-a dək çəkiyə, dişilər isə ortalama 250 sm uzunluğa və 135 kq-a qədər çəkiyə malik olurdurlar. Lakin, daha iri fərdlər də qeydə alınmışdır. Məsələn, 1899-cu ildə Göytəpədə ovlanan bir erkək fərdin dərisi quyruğu ilə birgə 360 sm olaraq ölçülmüşdür! Məşhur rus zooloq Satunin bu nəhəng fərdi “ən az yerli at boyda” deyə təsvir edir. Rəngi tünd olub üzərində çoxsaylı, yaxın yerləşən və ensiz zolaqları var.
Ussuriya pələngi
Amur pələngi (lat. Panthera tigris altaica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü. Nadir yarımnövdür, bəzi yerlərdə tamamilə yox olub. == Görünüşü == Zahiri görünüşü üçün pələngin görünüşünə bax. Bədənin uzunlu]u 190-290 sm. bəzən 317 sm. Quyruğunun uzunluğu 115 sm. qədər. Tük örtüyü qışda hündür, gur və sıxdır. Əsas fon rəngi açıq, narıncı çalarlı tünd sarıdır.
Xəzər pələngi
Xəzər pələngi - (lat. Panthera tigris tigris, əvvəllər lat. P.t.virgata) — Nəsli kəsilmiş pələng yarımnövü. Həmçinin Turan pələngi, Mazandaran pələngi, Hirkan pələngi kimi adları da mövcud olmuşdur. Xəzər pələngi iri ölçülü pişik idi. Erkəklər 270-295 sm uzunluğa, 240 kq-a dək çəkiyə, dişilər isə ortalama 250 sm uzunluğa və 135 kq-a qədər çəkiyə malik olurdurlar. Lakin, daha iri fərdlər də qeydə alınmışdır. Məsələn, 1899-cu ildə Göytəpədə ovlanan bir erkək fərdin dərisi quyruğu ilə birgə 360 sm olaraq ölçülmüşdür! Məşhur rus zooloq Satunin bu nəhəng fərdi “ən az yerli at boyda” deyə təsvir edir. Rəngi tünd olub üzərində çoxsaylı, yaxın yerləşən və ensiz zolaqları var.
Yava pələngi
Yava pələngi (lat. Panthera tigris sondaica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü.
Yavan pələngi
Yava pələngi (lat. Panthera tigris sondaica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü.
Cənubi Çin pələngi
Cənubi Çin pələngi (lat. Panthera tigris amoyensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü.
Hind-Çin pələngi
Hind-Çin pələngi (lat. Panthera tigris corbetti) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü.
Novruzun Çələngi (1989)
== Məzmun == Novruz bayramı Azərbaycan xalqının ən qədim və ən əziz bayramıdır. Xalq bu bayramı həmişə sevə-sevə qeyd etmişdir. Bolluq-bərəkət, gözəllik-saflıq bayramı olan Novruzla əlaqədar xalq rəqsləri, xalq mahnıları, xalq mərasimləri, el-oba içində bu günə qədər yaşamaqdadır. Qadağalar dövrü adlandırdığımız durğunluq illərində xalqın bu əziz bayramına dini rəng verilmiş, onun təntənəli şəkildə keçirilməsini yasaq etmişdilər. Filmdə yenidənqurma, aşkarlıq dövründə — 1989-cu ildə Azərbaycan SSR-də Novruzla əlaqədar keçirilən ümumxalq şənlikləri lentə alınmışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Rafiq Yüzbaşov Ssenari müəllifi: Sabir Məmmədov Operator: Elxan Əliyev, Nemət Rzayev, Şərif Şərifov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Novruzun çələngi (film, 1989)
== Məzmun == Novruz bayramı Azərbaycan xalqının ən qədim və ən əziz bayramıdır. Xalq bu bayramı həmişə sevə-sevə qeyd etmişdir. Bolluq-bərəkət, gözəllik-saflıq bayramı olan Novruzla əlaqədar xalq rəqsləri, xalq mahnıları, xalq mərasimləri, el-oba içində bu günə qədər yaşamaqdadır. Qadağalar dövrü adlandırdığımız durğunluq illərində xalqın bu əziz bayramına dini rəng verilmiş, onun təntənəli şəkildə keçirilməsini yasaq etmişdilər. Filmdə yenidənqurma, aşkarlıq dövründə — 1989-cu ildə Azərbaycan SSR-də Novruzla əlaqədar keçirilən ümumxalq şənlikləri lentə alınmışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Rafiq Yüzbaşov Ssenari müəllifi: Sabir Məmmədov Operator: Elxan Əliyev, Nemət Rzayev, Şərif Şərifov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
İldırım Pələngi (aerobatika eskadronu)
Çin Respublikası Hərbi Hava Qüvvələri İldırım Pələngi Aerobatika Eskadronu (çin. 中華民國空軍雷虎特技小組) Çin Respublikasına məxsus aerobatika eskadronudur. == Tarixi == 1953-cü ildə qurulmuşdur. Komandanın ilk uçuşu 14 avqust 1954-cü ildə Hərbi Hava Qüvvələrinin Bayramı Günündə yerinə yetirilmişdir. Uçuşlar üçün 4 ədəd F-84G təyyarəsi istifadə olunmuşdur. 6 iyun 1956-cı ildə komanda "Çin Hava Qüvvələrinin İldırım Pələnglərinin Uçuş Texniki Korpusu" adını alır və bir il sonra 9 təyyarədən ibarət düzülüşdə uçuşlar həyata keçirir. Komandanın xarici ölkədəki ilk aviaşousu 15 dekabr 1957-ci ildə Filippin Beynəlxalq Aviasiya Şousu daxilində olmuşdur. 1959-cu ildə uçuşlar üçün 12 ədəd F-86 təyyarəsi istifadə olunmağa başladı. 1967-ci ildə bu təyyarələr F-5A ilə əvəz olundu. 1 noyabr 1988-ci il tarixindən bu günə qədər AT-3 təyyarələri istifadə olunur.
Musa pələngi basar dərəsi nekropolu
Musa pələngi basar dərəsi nekropolu —Еl аrаsındа Musа аdlı bir gəncin igidliyi bаrədə mаrаqlı bir rəvаyət dоlаşır. Əhvаlаt Ахurаçаyın yuхаrı ахаrındа hər tərəfdən qаyаlıqlаrlа əhаtələnmiş dаrısqаl bir dərədə bаş vеrmişdir. Pələnglə əlbəyаха оlmuş Musа оnu bоğub öldürmüş və Ахurа kəndinə dоğru qаçmışdır. Yоldа bеlindəki şаlın bir ucu аçılаrаq tоz-dumаn qаldırmış və hələ həddi buluğа çаtmаmış gənc Musа vаhimələnərək həlаk оlmuşdur. Nеkrоpоl dərədən bir qədər kənаrdа оlаn təpəlikdə yеrləşir. Nеkrоpоl müsəlmаn qəbirlərindən ibаrətdir. Qəbirlər qərb-şərq istiqаmətindədir. Nеkrоpоl təхminən 13-17 əsrlərə аiddir.
Ləvəngi
Ləvəngi — Azərbaycanın Talış mətbəxinə aid milli yemək. İçi doldurulan balıq və ya toyuqdan hazırlanır. Ləvəngi sözünün ilkin mənası talış dilində "içi doldurulmuş" deməkdir. Talışca "ləvə" — "qarın" deməkdir, qarnı doldurulmuş isə "ləvəngi"dir. Bu sözün başqa mənası isə qoz, soğan və lavaşanadan (alça turşusundan) ibarət qiymədir. == Növləri == Sulu ləvəngi Quru ləvəngi == Kütüm ləvəngisi == Əsasən kütüm (ziyad) balığından hazırlanır. Azərbaycanın Masallı Rayonunda daha çox bişirilir. Ləvəngi adətən təndirdə bişirilir. Texnologiyanın inkişafı ilə əlaqədar son illər daha çox elektrik sobalarda da bişirilir. Masallının balıq ləvəngisi Azərbaycan mətbəxinin ən gözəl nümunələrindəndir.
Mələkli
Mələkli — İğdır ilinin İğdır ilçəsində belde. == Coğrafyası == Bələdiyyənin qüzeyində Evci, Tacirli və Özdəmir; şərqində Qaraqoyunlu və Göyçəli; qərbində Ağyumaq və İğdır; güneyində isə Aşağıərhacı yer alır.
Mərəndi
Mərəndi — qədim əkinçilik aləti == Haqqında == Taxıl biçinindı istifadə edilirdi. Oval şəkilli dişsiz tiyədən (uzunluğu 1 m-ə qədər) və ağac sapdan ibarət olan Mərəndi, əsasən "seyitmə biçin" üsulunda tətbiq olunur. Mərəndinin adı Koroğlu dastanında və s.folklor nümunələrində də çəkilir. Azərbaycanda (xüsusilə, Naxçıvan bölgəsində) XX əsrin əvvəllərinədək təsərrüfatda Mərəndi istifadə olunmuşdur. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 319. ISBN 5-8066-1468-9.
Pələngə
Pələngə (fars. پلنگه‎) iranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 213 nəfər yaşayır (67 ailə).
Sərəngi
Sərəngi (hind सारंगी sārangī IAST) — Hind simli-kamanlı udkimilər tipində musiqi alətidir. Hind ənənəsinə uyğun olaraq, tata-vadya qrupunun aləti kimi təsnifatlaşdırılıb; hindustani ənənəli klassik musiqi çalğı təcrübəsində yayılıb. ( Hindistanın Şimali rayonları , Pakistan , Nepal ) Bölgələr üzrə bir neçə ənənəvi növü də vardır. == Alətin quruluşu == Korpus Diapazon Alətin tonal diapazonu olduqca geniş-- 2 oktavaya qədərdir.
Pələng
Pələng (lat. Panthera tigris) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Böyük pişiklər ailəsinin dörd üzvündən biri. Yırtıcı heyvandır və vəhşi təbiətdə rast gəlinən ən böyük, ən güclü pişik növüdür. Dünyada təbii mühitdə yaşayan pələnglərin 80%-i Hindistan yarımadasının payına düşür. Şimalda Sibir, cənubda Hindistan ilə Malakka yarımadası arasındakı bölgələrdə yaşayırlar. Pələnglərin 8 növə bölürlər ki, onlardan 3 növü artıq nəsli kəsilmişdir. Bütün dünyada təbiətdə təxminən 7700 pələng yaşayır. Uzaq Şərqdə dünyanın ən böyük pələngləri yaşayırlar. Yetkin erkəklərin çəkisi 390 kiloqrama çatır.
Ləngi
Langi—Azərbaycan Respublikasının Qusar rayonunun Aşağı Legor inzibati ərazi vahidində kənddir. Düzənlikdə yerləşir. Yaşayış məntəqəsi salındığı ərazinin adını daşıyır. Tədqiqatçıların ehtimalına görə, oykonim İran dillərindəki ləng sözündən olub “müvəqqəti dayanacaq” mənasındadır. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Ləngi oyk., sadə. Qusar r-nunun Aşağı Legor i.ə.v.-də qəsəbə. Düzənlikdədir. Yaşayış məntəqəsi salındığı ərazinin adını daşıyır. Tədqiqatçılann ehtimalına görə, oykonim İran dillərindəki ləng sözündən olub “müvəq¬qəti dayanacaq” mənasındadır.
Buz nəhəngi
Buz nəhəngi — i əsasən, karbon, oksigen azot və kükürd kimi hidrogen və heliumdan daha ağır elementlərdən ibarət nəhəng planetdir. Günəş sistemində iki buz nəhəngi var: Uran və Neptun. Astrofizikada və planetar elmdə "buzlar" termini müvafiq olaraq donma nöqtələri 273 K (0°C), 195 K (-78°C) və 91 K (-182°C) olan su, ammonyak və ya metan kimi təxminən 100 K-dən yuxarı donma nöqtələrinə malik uçucu kimyəvi birləşmələrə aiddir (bax Uçucu maddələr). 1990-cı illərdə Uran və Neptunun, əsasən hidrogen və heliumdan ibarət qaz nəhəngləri olan digər nəhəng planetlərdən, Yupiter və Saturndan ayrı nəhəng planetlər sinfi olduğu müəyyən edilmişdir.
Mələkli ev
Mələkli ev — Bakı şəhərində, Nigar Rəfibəyli küçəsi ilə Rəsul Rza küçələrinin kəsişməsində yerləşən üçmərtəbəli bina. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınmışdır. == Haqqında == Bu ev 1893-cü ildə milyonçu Sergey Tumayevin sifarişi ilə tikilib, tarix binanın kartuşunda döyülüb. Binanın damında cəmi dörd mələk var. İkisi meydana, ikisi isə arxaya, Xaqani bağına tərəf baxır. Keçmiş dövrlərin tədqiqatçıları hesab edirlər ki, mələklər burada "elə belə deyil, bunun mənası var". İki versiya mövcuddur: birinci versiyaya görə, mələkləri Tumayevlərin əkiz övladlarının dünyaya gəlməsi münasibətilə qoyublar; ikinci versiyaya görə isə, mələklər Sergey Tumayevin dənizdə batan qohumları Qriqori Tumayev və onun xanımının xatirəsinə həsr olunub. Evin üstünə döyülən hərflər isə heç də rus əlifbasının "ТС" deyil, latın qrafikasının "TG" hərfləridir, yəni Tumayev Grigori. 2000-ci ildə baş verən zəlzələ zamanı mələklərdən birinin başı və çiyninin bir hissəsi qopub düşüb. Hadisə qurbansız ötüşüb.
Pələngli (Pərsabad)
Pələngli (fars. پلنگلو‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 789 nəfər yaşayır (131 ailə).
Qaz nəhəngi
Qaz nəhəngi əsas olaraq hidrogen və heliumdan ibarət olan nəhəng planetdir. Qaz nəhəngləri bəzən sönmüş ulduz olaraq da bilinirlər, çünki bu nəhənglər ulduz kimi eyni təməl elementlərdən təşkil olunurlar. Yupiter və Saturn Günəş sisteminin qaz nəhəngləridir. Qaz nəhəngi termini, əslində, "nəhəng planet"-lə sinonim idi, ancaq 1990-cı illərdə daha ağır maddələrdən təşkil olunan Uran və Neptunun nəhəng planet sinfindən olduqca ayrı olduğu bilindi. Bu səbəbdən, Uran və Neptun indi buz nəhəngləri kimi ayrı bir kateqoriyada sinifləşdirilirlər. Yupiter və Saturn, əsasən, hidrogen və helyum kimi yüngül qazlardan ibarətdir, nisbətən ağır elementlər onların ümumi kütləsinin 3-13%-ə qədərini təşkil edir.
Rodos Nəhəngi
Rodos nəhəngi — qədimdə "dünyanın yeddi möcüzəsi"ndən biri sayılan, 36 metr hündürlüyə malik olmuş nəhəng abidə. E.ə. III əsrdə sərkərdə Demetri Rodos adasına hücum etmiş, lakin rodosluları məğlub edə bilməmişdi. Adanın uğurlu müdafiəsi şərəfinə rodoslular adada dünyanın ən böyük heykəlini qoymağı qərara aldılar. == Tarixi == Abidənin yaradılması antik dövrün məşhur heykəltəraşı Lissipin şagirdi Xaresə həvalə olunmuşdur. Xares abidəni 12 il ərzində yaratmışdır. Heykəl 66 il mövcud olmuşdur. Dənizlə şəhər darvazaları arasındakı bazar meydanında qoyulmuş 36 metrlik tunc heykəldə gənc oğlan təsvir olunmuşdu. Onun möhkəm ayaqları azacıq aralı, sağ əli gözlərinin üstündə idi. Başında günəş şüalarının rəmzi olan tac vardı.
Anita Mulenqa
Anita Mulenqa (3 may 1995, Zambiya) — Qadınlardan ibarət Zambiya milli futbol komandasında müdafiəçi kimi çıxış edən Zambiya futbolçusudur. O, Qadınlardan ibarət Zambiya milli futbol komandasında iştirak edir. Mulenqa 2014 Afrika Qadınlar Çempionatında iştirak edən komandanın heyətinə daxil edilmişdir. Hal-hazırda Zambiyanın Qrin Buffalos FK klubunda çıxış edir.
Lepidium meyenii
Lepidium meyenii (lat. Lepidium meyenii) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin bozalaq cinsinə aid bitki növü.