Çin Respublikası Hərbi Hava Qüvvələri İldırım Pələngi Aerobatika Eskadronu (çin. 中華民國空軍雷虎特技小組) Çin Respublikasına məxsus aerobatika eskadronudur. [1][2]
İldırım Pələngi | |
---|---|
Növü | Aerobatika komandası |
Yaranma tarixi | 1953 | (qurulma) - Günümüz
Ölkə | Çin Respublikası |
Tabedir | Çin Respublikası Hərbi Hava Qüvvələri |
Rəngləri |
Ağ, göy, qırmızı |
Təchizatı | AIDC AT-3B |
Vikianbarda əlaqəli mediafayllar |
1953-cü ildə qurulmuşdur. Komandanın ilk uçuşu 14 avqust 1954-cü ildə Hərbi Hava Qüvvələrinin Bayramı Günündə yerinə yetirilmişdir. Uçuşlar üçün 4 ədəd F-84G təyyarəsi istifadə olunmuşdur. 6 iyun 1956-cı ildə komanda "Çin Hava Qüvvələrinin İldırım Pələnglərinin Uçuş Texniki Korpusu" adını alır və bir il sonra 9 təyyarədən ibarət düzülüşdə uçuşlar həyata keçirir. Komandanın xarici ölkədəki ilk aviaşousu 15 dekabr 1957-ci ildə Filippin Beynəlxalq Aviasiya Şousu daxilində olmuşdur. 1959-cu ildə uçuşlar üçün 12 ədəd F-86 təyyarəsi istifadə olunmağa başladı. 1967-ci ildə bu təyyarələr F-5A ilə əvəz olundu. 1 noyabr 1988-ci il tarixindən bu günə qədər AT-3 təyyarələri istifadə olunur. Təyyarələr ağ, göy və qırmızı rənglərdən ibarət olacaq formada boyanıb və həmin rənglərdə tüstü generatorları ilə təchiz olunub.
27 iyun 1997-ci ildə Kang Shan aviabazasında təlim uçuşu zamanı dörd təyyarə "çəllək" fiqurunu yerinə yetirən zaman komandanın lideri qəzaya uğradı və həlak oldu.