Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Məmmədşərif Həmidov
Məmmədşərif Həbibulla oğlu Həmidov (23 fevral 1917, Nuxa – 14 fevral 1969) — azərbaycan mənşəli SSRİ generalı. == Həyatı == Məmmədşərif Həbibulla oğlu Həmidov 1917-ci il fevral ayının 23də Şəki şəhərində anadan olmuşdur. O, 1929-cu ildən Nuxanın (Şəki) İpəksarma müəssisələrində, 1937-1940 illərdə Şəki komsomol və partiya komitələrində işləmişdir. 1940-cı ildən sovet ordusunda xidmət etmişdir. Böyük Vətən müharibəsində vzvod komandirinin köməkçisi, batalyon qərargahının rəisi, diviziya qərargah əməliyyatının bölmə rəisinin köməkçisi olmuşdur. M.Həmidov 1945-ci ildə Ali zabitlər məktəbini bitirmişdir. Hərbi təhsilini başa verdikdən sonra, o, 1949-1956-cı illərdə Xaçmaz rayon hərbi komissarlığında şöbə rəisi, 1956-1960-cı illərdə Bakı şəhəri Hərbi Komissarı vəzifələrində çalışmışdır. O, 1960-cı ildə ADU-nun Tarix fakültəsini bitirmişdir. 1960-1969-cu illərdə Azərbaycanın Hərbi Komissarı olmuşdur. Məmmədşərif Həmidov 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni, 2 "Qırmızı Ulduz" ordeni və medallarla təltif edilmişdir.
Məmmədşərif sultan Şeylanlı
Məmmədşərif sultan Şeylanlı (1803-?)-sərkərdə, oba başçısı == Həyatı == Məhəmmədşərif sultan Şərəf sultan oglu 1803-cü ildə Qaraçorlu mahalının Şeylanlı camaatının Bozlu obasında anadan olmuşdu. Mollayanında oxumuşdu. Atasından sonra Şеylanlı icmasına başçılıq еtmişdi. II Rus-Iran savaşlında bir çox igidliкlər göstərmişdi. == Ailəsi == Məhəmmədşərif sultanın Ağaxan bəy, Musa bəy, Mеhdi bəy və Balaxan bəy adlı oğulları vardı. == Mənbə == Ənvər Çingizoğlu, Şeylanlı camaatı: Tarixin son üçyüz illiyi, "Soy" dərgisi, 2(35), 2010.