Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mərkəzəqaçma təcili
Mərkəzəqaçma təcili - çevrə üzrə bərabərsürətli hərəkətdə yaranan, radius boyunca çevrənin mərkəzinə doğru yönələn təcildir və xətti sürət kvadratının çevrə radiusuna olan nisbətinə bərabərdir. an kimi işarə olunur və an=ʊ2/r. Yəni çevrə üzrə bərabərsürətli hərəkət edən cismin təcili sıfırdan fərqlidir, sürətə perpendikulyardır və hər bir nöqtədən çevrənin mərkəzinə doğru çəkilmiş radiuş boyunca yönəlmişdir. Çünki xətti sürət modulca sabit qalsa da, istiqamətini daim dəyişir və olduğu nöqtədə çevrəyə toxunan istiqamətdə yönəlir. Təcil isə vahid zamandakı sürət dəyişməsinə bərabər olduğundan sıfırdan fərqli olur. Xətti sürət - çevrə uzunluğunun dövretmə perioduna olan nisbətinə bərabərdir, υ=2ΠR/T. Onda mərkəzəqaçma təcili, an=4ח2r/T2o. Bucaq sürəti - dönmə cicmi çevrənin mərkəzi ilə birləşdirən radiusun dönmə bucağının zamana olan nisbətidir və bir dövr üçün ω=2Π/T-dir. Onda, an=ω2r olar. BS-də bucaq sürətinin vahidi radian/saniyədir (rad/san). Bucaq təcili - ədədi qiymətcə bucaq sürətinin vahid zamanda dəyişməsinə bərabər olan fiziki kəmiyyətə deyilir, BS-də vahidi rad/san2.
Mərkəzdənqaçma nasosu
Mərkəzdənqaçma nasosu ən geniş yayılmış nasos növüdür. Bu nasoslar həm soyuq, həm də isti halda olan suların, özlülüyü yüksək olan və aşındırıcı mayelərin, suyun qruntla, torfla, şlakla və s. bərk hissəciklərlə qarışığını nəql etmək üçün tətbiq olunur. Mərkəzdənqaçma nasosunun ümumi təsviri şəkildə verilmişdir. Bu nasoslar üçün mayenin fasiləsiz axması səciyyəvidir. Nasosun işçi üzvü üzərində pərlər bərkidilmiş rotordan ibarətdir. Rotor fırlanan valda oturdularaq çox hallarda bir başa elektrik mühərriki ilə əlaqələndirilir. Fırlanan rotorun pərləri mühərrikin enerjisini mayeyə verərərək mayedə təzyiq yaradır. Mühərrikin gövdəsinin orta hissəsində təzyiq kənarlarına nisbətən aşağı olduğundan mərkəzdənqaçma qüvvəsinin hesabına) maye girişdən çıxışa doğru hərəkət edir. Nasosun işçi çarxı həm bir tərəfli, həm də ikitərəfli hazırlana bilir.
Mərkəzdənqaçma qüvvəsi
Mərkəzdənqaçma qüvvəsi maddi nöqtənin çevrə və ya əyri xətli trayektoriya üzrə hərəkəti zamanı yaranan və sürət vektoruna perpendikulyar istiqamətdə yönələn qüvvədir. Bu qüvvə, həcmi qüvvə kimi də başa düşülür, yəni sürətin istiqaməti dəyişdikdə hər bir elementar kütlənin ətaləti dəyişir və nəticədə həm daxili, həm də xarici təsir qüvvələri yaranır. Bu qüvvə d’Almeber prinsipinə əsasən digər qüvvələrlə tarazlıqda olur. Əgər kütləsi m olan cism r radiusuna malik əyri üzrə hərəkət edərsə onda həcmi qüvvələr toplanaraq mərkəzdənqaçma qüvvəsini yaradır: F=m*v2/r. Bu qüvvə kütlə ilə ağırlıq mərkəzinin bucaq təcillənməsinin hasilinə bərabər olur və sonuncunun əksinə yönəlir. Mərkəzdənqaçma qüvvəsinin qiyməti, istiqaməti və ümumiyyətlə mövcudluğu cismin araşdırıldığı koordinat sisteminə nəzərən müəyyən edilir. Məsələn, ətalət sistemində heç bir mərkəzdənqaçma qüvvəsi yaranmır. Bu qüvvənin yaranması üçün umumi şərt kimi götürülür ki, əgər bir sistem ətalət sistemində müəyyən bucaq sürəti (ω) ilə fırlanırsa onda fırlanan sistemdə yerləşən cismdə mərkəzdənqaçma qüvvəsi yaranır. Nisbi koordinat sistemində vəziyıtləri ρ- radius vektoru ilə verilmiş, kütləsi m olan cismin nisbi hərəkətini təsvir etmək üçün qüvvələr tarazlığı həcmi qüvvə ilə yanaşı Koriolis qüvvəsi ilə tamamlanmalıdır: F=-m*ω(ω*ρ). Burada göstərilən F qüvvəsi ρ və ω-dan keçən müstəvi üzərində yerləşir və ω-ya perpendikulyar olur.