Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Məzəcin
Məzəcin (fars. مزجين‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 542 nəfər yaşayır (124 ailə).
Məzəmli
Məzəm – Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Qarabağ müharibəsi dövründə bu kənd 8 şəhid verib. Bu kənddə dörd hərbçi şəhid olub, onlardan biri Mərifət Nəsibov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Dörd sakin isə düşmən gülləsinin qurbanı olub. 2016-cı ildən başlayaraq sakinlərin təhlükəsizliyini və gediş-gəlişi təmin etmək məqsədilə kənddə 57 evin qarşısına uzunluğu 2530 poqonmetr, hündürlüyü üç metr olan istinad divarı çəkilib. Bundan əlavə, daha beş evin qarşısına 88 poqonmetr uzunluğunda istinad divarının çəkilməsi nəzərdə tutulub. Məzəm kəndi Ermənistanla sərhəd kəndidir. Sərhəd xəttindən 150 metr uzaqlıqda yerləşir. 2009-cu ilin əhalinin siyahıyaalınmasına əsasən kəndə 343 nəfər əhali yaşayır. Əhalinin 169 nəfəri kişilər, 174 nəfəri qadınlardan təşkil olunmuşdur.
Məncil
Məncil — İranın Gilan ostanında yerləşən şəhər. Məncil şəhəri İranda öz külək turbinləri ilə məşhurdur. Bu şəhər tarixən Tarım vilayətinə daxil olaraq bir zamanlar bu bölgənin mərkəzi olubdur. Sonrakı dönəmlərdə qədim türk torpağı olan tarixi Tarım vilayəti bölünərək; Məncil şəhəri isə Gilan ostanına daxil edilibdir. Məncil Tehrandan 210 kilometr şimal-qərbdə, dəniz səviyyəsindən 314 metr yüksəklikdə və Ammarlı dağının qərbi ətəyində yerləşir.Ortalama illik yağıntı miqdarı burada 477 milimetr dir. Məncil Qızılüzən çayının şərq sahilindəki dağlıq ərazidədir. Burası çox küləkli bir bölgə olaraq, son illərdə Məncildə bölgənin küləklərindən elektrik enerjisi istehsal etmək üçün bir neçə külək stansiyası quraşdırılmışdır.Məncil küləyi bu şəhərin şöhrət amillərindən biridir ki, yazda və yayda tez-tez daha çox, payızda və qışda daha az kəskinləşir. Bu külək çoxdan yerlilər arasında Məncilin Yeddi Küləkləri olaraq bilinir və elə güclüdür ki, burada bol əkilən zeytun ağaclarını tez-tez bir yana əyir.Məncilə gəldikdə, şübhəsiz ki, hamımız yel və onun külək turbinlərini xatırlayırıq. Bu turbinlər yalnız təmiz enerji istehsalının ən böyük qaynaqlarından biri deyil, eləcə də bu şəhərə xüsusi bir şöhrət və gözəllik verir. Bu turbinlərin və Sefidrud suanbarının mövcüdluğu səbəbindən bu şəhər bölgənin alış-veriş mərkəzi kimi tanınır.
Mədəcik (ürək)
Mədəcik — ürəyin ürək qulaqcığından qanı qəbul edib arteriyalara ötürən bir şöbəsidir. Sağ mədəcik — (lat. Ventriculus dexter) üçbucaqlı piramidaya bənzəyir; bu piramidanın oturacağı sağ qulaqcığa və zirvəsi isə aşağıya doğru baxır. Sol mədəcik — (lat. Ventriculus sinister) ürəyin sol və arxa hissəsini tutaraq sivriləşmiş ellipsə bənzəyir; sağ mədəcikdən uzun və ensizdir; divarlari təxminən üç dəfə qalındır, daxili səthində olan ətli atmaların miqdarı çox, ensiz həm də bir-birinə sıxdır.
Sağ mədəcik
Sağ mədəcik (lat. Ventriculus dexter) — üçbucaqlı piramidaya bənzəyir; bunun əsəsı sağ qulaqcığa və zirvəsi aşağı doğru baxır. Sağ mədəcikdən ağciyər kötüyü başlandığı üçün iki hissəyə bölünür; dal hissəsi tam mənada mədəcik boşluğunu təşkil edərək sağ qulaqcıq ilə rabitədə olur; qabaq hissəsi isə konusa ya qıfa bənzədiyi üçün (lat. conus arteriosus s. infundibulum) adlanır. Bunlar bir-birindən əzələvi bir daraq — (lat. crista supraventricularis) vasitəsilə ayrılmışdır. Qurluş cəhətcə konusun fərqi bundadır ki, burada ətli atmalar yoxdur, divar hamardır. Sağ mədəcik divarlarınada bir çox ətli atmalar — (lat. trabeculae carneae) və üç ədəd məməyəbənzər əzələ — (lat.
Sol mədəcik
Sol mədəcik (lat. Ventriculus sinister) — ürəyin sol və arxa hissəsini tutaraq sivriləşmiş ellipsə bənzəyir; sağ mədəcikdən uzun və ensizdir; divarlari təxminən üç dəfə qalındır, daxili səthində olan ətli atmaların miqdarı çox, ensiz həm də bir-birinə sıxdır. Məməyəbənzər əzələlər — (lat. mm. papillares anterior et posterior) mədəciyin ön və arxa divarlarında olurlar. Mədəciklərarası arakəsmənin — (lat. septum interventriculare) çıxıq səthi sağ mədəciyə tərəf olduğu üçün sol mədəciyin eninə kəsiyi ovala bənzəyir; bu arakəsmənin yuxarı hissəsində əzələ elementləri yoxdur; odur ki, buna zarlı hissə — (lat. pars membranacea (septum membranaceum ventriculorim - BNA)) və mədəciklərarası arakəsmənin yerdə qalan hissəsinə əzələvi hissə — (lat. pars muscularis (septum musculare ventriculorum - BNA)) deyilir. Sol qulaqcıq-mədəcik dəliyi sol qulaqcıq-mədəcik qapağı, ya ikitaylı qapaq (mitral qapaq) — (lat.
Məzəli (jurnal)
"Məzəli" juranlı (az-əbcəd. مه‌زه‌لی‎) — 1914–1915-cu illərdə Bakıda çıxan həftəlik ictimai, siyasi, satirik jurnal. Naşiri və redaktoru Haşım bəy Vəzirov idi. "Məzəli" jurnalı 1914-cü ilin dekabrın 27-də nəşrə başlamış, 1915-ci il oktyabrın 17-də nəşrini dayandırmışdır. Jurnal Bakıda Azərbaycan türkcəsində nəşr edilirdi. Jurnalın əsas materiallarını redaktor özü yazırdı. 25-ci sayına kimi naşiri və redaktor Haşım bəy Vəzirov, 25–37 saylarında müvəqqəti müdiri Hacı İbrahim Qasımov, sonra isə yenidən müdir və naşiri Haşım bəy Vəzirov olmuşdur. H.Vəzirov "Kefim gələndə" sərlövhəli "Birisi" imzalı felyetonlar ilə məşhur olmuşdur. "Məzəli"nin 42 nömrəsi çapdan çıxmışdır. "Keyfim gələndə" ümumi başlığı altında yazdığı felyetonlar oxucular arasında geniş yayılmışdı.
Qulaqcıq-mədəcik dəstəsi
His dəstəsi, yaxud Qulaqcıq-mədəcik dəstəsi (lat. fasciculus atrioventricularis) — 1893-cü ildə İsveçrə həkim anatomu və kardioloqu Uilyam His tərəfindən aşkar edildiyinə görə onun şrəfinə adlandırıılmış, ürəryin aparıcı sisteminə aid bir hissənin adı. His dəstəsi qulaqcıq-mədəcik düyünündən başlayaraq sağ və sol lifli halqaların arası ilə və mədəcikarası arakəsmənin zarlı hissəsinin arxa kənarı ilə aşağı doğru gedir və iki ayaqcığa bölünür: sağ – (lat. crus dextrum) və sol – (lat. crus sinistrum). Ümumi kötüyün uzunluğu təxminən 1 sm-dir. Sağ ayaqcıq mədəcikarası arakəsmənin sağ tərəfilə gedərək Purkinye lifləri vasitəsilə məməyəbənzər əzələlərdə, ətli atmalarda və mədəcik divarının əzələ liflərində tamam olur. Sol ayaqcıq mədəcikarası arakəsmənin sol tərəfilə gedir və sağ ayaqcıq kimi məməyəbənzər əzələlərdə qurtarır. Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979 Waldeyer: Anatomie des Menschen, de Gruyter, Berlin 2003, ISBN 3-11-016561-9 S. 869f.
Məzəli qız (film)
"Məzəli qız" (ing. Funny Girl) — rejissor Vilyam Uaylerin filmi. Hadisələr Nyu-Yorkda baş verir. Fanni Brays şəhər ətrafından olan sadə qızdır. O, uşaqlıqdan məşhur olmaq istəyib və vodevillərdə çıxış etməklə öz karyerasını başlamaq qərarına gəlir. Çıxış vaxtı diyircəkdə olan Fanni səhnədə cinas yaradır. Teatrın sahibi hirslənərək onu qovmaq istəyir, lakin səhnədə baş vermiş anlaşılmazlıq tamaşaçıları əyləndirir, bu məzəli və gözəl səsli qız onların xoşuna gəlir. Fanni işə qəbul olunur. Çıxışdan sonra o, səhnə arxasında Niki Arnştaynla tanış olur. Fanni ona heyran olur.
Məzəli qız (film, 1968)
"Məzəli qız" (ing. Funny Girl) — rejissor Vilyam Uaylerin filmi. Hadisələr Nyu-Yorkda baş verir. Fanni Brays şəhər ətrafından olan sadə qızdır. O, uşaqlıqdan məşhur olmaq istəyib və vodevillərdə çıxış etməklə öz karyerasını başlamaq qərarına gəlir. Çıxış vaxtı diyircəkdə olan Fanni səhnədə cinas yaradır. Teatrın sahibi hirslənərək onu qovmaq istəyir, lakin səhnədə baş vermiş anlaşılmazlıq tamaşaçıları əyləndirir, bu məzəli və gözəl səsli qız onların xoşuna gəlir. Fanni işə qəbul olunur. Çıxışdan sonra o, səhnə arxasında Niki Arnştaynla tanış olur. Fanni ona heyran olur.
Məzəli sima (film, 1957)
"Məzəli sima" (ing. Funny Face) — rejissor Stenli Donenin filmi. "Quality" qadın jurnalının redaktoru Meqqi Preskott və onun bir nömrəli fotoqrafı Dik Eyvern jurnalın üz qabığı üçün yeni sima axtarırlar. Elə bir sima ki, bütün moda dünyasını alt-üst eləsin. Onlar qadını təkcə gözəl kimi yox, həm də intellektual kimi göstərmək istəyirlər. Bunun üçün jurnalın heyəti kiçik kitab mağazasına gedir və fotoları orada çəkməyə başlayırlar. Orada satıcı Coya rast gələn Dik başa düşür ki, onun çox şən və məzəli siması var. Gələcəyin gözəllik etalonu. Co isə kitab mağazasına icazəsiz soxulanları əvvəl dəli hesab edir, lakin sonra onların Parisə çəkilişə getmək təkliflərinə razılaşdı. Getməyinə əsas səbəb isə onun kumiri professor Flosterin orada mühazirələr təşkil etməsidir.
Mezel
Mezel (fr. Mézel, oks. Mesèu) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Mezel kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04121. 2008-ci ildə əhalinin sayı 660 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 387 nəfərdən (15–64 yaş) 284 nəfər iqtisadi fəal, 103 hərəkətsiz (fəaliyyət göstərici 73,4%, 1999-cu ildə 69,6%) idi. Fəal 284 nəfərdən 250 nəfər (134 kişi və 116 qadın) işləyir, 34 nəfər işsizdir (13 kişi və 21 qadın).
Bezəcik (Həştrud)
Bezəcik (fars. بزوجيق‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 215 nəfər yaşayır (3 ailə).
Allahyar bəy Zülqədərov (meşəçi)
Allahyar bəy Mehralı bəy oğlu Zülqədərov (Yelizavetpol – 3 yanvar 1918, Annino) — mülkədar, ictimai-siyasi xadim, Şəmkir qəzasının rəisi, Gəncə Şəhər Dumasının üzvü. == Haqqında == Peterburqda Meşəçilik Akademiyasını bitirmişdir. Gəncə Şəhər Dumasının üzvü olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Gəncə quberniyasının Şəmkir qəzasının rəisi olmuşdur. Bolşeviklər tərəfindən provokasiyaya cəlb olunmuş kəndlilər tərəfindən evinə basqın nəticəsində arvadı Səid-Nisə xanım gülləylə öldürülmüş, özü isə tutularaq diri-diri yandırılmışdı. == Ailəsi == Qardaşı Lütvəli bəy Zülqədərov — Azərbaycan Xalq Cümhuriyyəti dövründə Göyçay qəzasının rəisi, Gəncə üsyanının iştirakçısı. Oğlu Kamran bəy Zülqədərov — general. Bacısı oğlu Qara bəy Qarabəyov — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, İttihad Partiyası və İttihad fraksiyasının sədri.