Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qalaaltı
Qalaaltı — Azərbaycan Respublikasının Siyəzən rayonun inzibati ərazi vahidində kənd == Toponimikası == "Qalanın altında, aşağısında yerləşən kənd" mənasındadır. Yaşayış məntəqəsi V–VI əsrlərə aid Çıraqqala qalasının aşağısında, alt tərəfində bina edildiyi üçün belə adlanmışdır. İlk sakinləri yaxınlıqdakı Çalğan kəndindən çıxmış ailələr olmuşdur. Kəndin yaxınlığında müalicə əhəmiyyətli mineral su çıxır. Qalaaltı balneoloji kurortu burada yerləşir. == Coğrafiyası və iqlimi == Kənd Çıraqqala dağının yamacında, hündür ərazidə yerləşir. Kənddə məşhur sanatoriya fəaliyyət göstərir ki, onun da ərazisində müalicəvi bulaq var. == Əhalisi == Əhalisinin sayı 179 nəfərdir (2009-cu il). == Təhsil == Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı ilə Siyəzən rayonu Qalaaltı kənd 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması üçün 180 000 manat vəsait ayrılmışdır. == İstinadlar == == Həmçinin bax == Siyəzənin bəzi insanları Qalaltının Siyəzən rayonuna aid olduqunu bildirsələrdə.Bütün məlumatlar,wkipediya,Rəsmi saytlar,eləcədə Azərbaycanın xəritəsinə nəzər saldıqda tam açıq aşkar görünür ki Qalaltı və Qalaltı hotel Şabran rayonu ərazisinə aiddi.
Qalaaltı Hotel & SPA
"Qalaaltı Hotel & SPA" — Azərbaycan Respublikasının Şabran rayonunun ərazisində yerləşən müalicə-istirahət kompleksi. == Ərazisi == Kompleks Azərbaycanın qədim tarixi-mədəniyyət abidələrindən olan Çıraqqalanın yanında, sıldırım qayanın altında yerləşir. Dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən yeni kompleks məşhur "Qalaaltı" kurortunun bazasında inşa edilib. Təxminən 7,1 hektar sahədə yerləşən kompleksdə 354 nəfəri qəbul edə biləcək otel, villa və kotteclər inşa olunub. Kompleksin yerləşdiyi ərazi gözəl və füsunkar təbiətə malik olmasına baxmayaraq, burada əlavə yaşıllıq da salınıb. Ərazidə 48 növdə 1200-dən çox ağac əkilib, 15 min m² ərazidə yaşıl ot örtüyü salınıb. Həmçinin uzunluğu 246 metr olan süni çay, fontanlar və şəlalə inşa edilib. Uzunluğu 246 metr olan süni çay, fəvvarələr və şəlalə ziyarətçilərin istirahətini daha da maraqlı etməsi üçün hazırlanmışdır. == Otelləri == Kompleksin otel binası ən müasir səviyyədə inşa edilib. Buradakı 171 otaq hər təbəqədən olan qonaqlar üçün nəzərdə tutulub.
Qalaaltı mineral suyu
Qalaaltı mineral suyu — Azərbaycanda qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, eləcə də müxtəlif xəstəliklərin müalicəsi zamanı və digər məqsədlər üçün qəbul edilən təbii, müalicəvi mineral süfrə suyu. Naftusiya mineral suyunun müalicəvi xüsusiyyətləri haqqında çoxdan məlumatlar var idi. Onun müalicəvi effekti haqqında ədəbiyyatda olan ilk xatırlamalar 1578-ci illərə aiddir. Onun bir tək adı çox məna kəsb edir - o neft mənbəli yüksək miqdarda üzvi maddələr tərkibli yeganə müalicəvi sudur. Naftusiya adını birçoxları Truskavets kurortu ilə əlaqələndirir. Lakin uzun illər istifadə nəticəsində Truskavets suyunun ehtiyatları və orqanik tərkibi tükənmişdir. Ancaq bir çox adama məlum deyil ki, Truskavets ilə yanaşı, mineral müalicəvi suyun başqa mənbələri də mövcuddur, məsələn Azərbaycanda olan Qalaaltı kurortu. Tərkibində fenol, alifatik turşular, mikroelementlər vardır. Alimlərin apardıqları hidrogeoloji, fiziki-kimyəvi, biokimyəvi tədqiqatlar göstərmişdir ki, "Qalaaltı" suyu tərkibi etibarı ilə Zakarpatiyada (Truskavets) çıxan mədən suyu "Naftusiya"nın eynidir. "Qalaaltı" mədən suyu tapılana qədər Truskavetsin "Naftusiya" suyu SSRİ-də yeganə hesab olunurdu.
Zağaaltı
Zağaltı — Azərbaycan Respublikasının Laçın rayonu Qorçu kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 2020 ci il dekabrın 1 də 28 il 6 aydan sonra Müzəffər Azərbaycan ordusu Ermənistan ordusunu darma-dağın edərək işğala son qoydu. == Tarixi == Zağaltı (Alıbəyli) kəndi Kiçik Qafqazın dağlarından biri olan Muxtökən dağ silsiləsinin cənub-şərq ətəyində,mənbəyi Buzxana,Yelligədik,Çalbayır su ayrıcından alan Qorçu çayının sağ sahilində bünövrələşən Zağaltı (Alıbəyli) kəndi Laçın rayon mərkəzindən 60 km uzaqlıq ərazidə yerləşir.Kəndimizin əsas bünövrəsi XIX-cu əsrin 60-70-ci illərində qoyulub,kəndin əsas əhalisi Zağaltı (Alıbəyli) kəndindən 30–35 km aralıda yerləşən əsası XVII-ci əsrin ortalarına gedib çıxan Qaraçanlı tayfalarından ayrılmış bir neçə tayfadan ibarətdir.Bünövrə Qaraçanlı,Pircahan kəndinin ərazisində yerləşmişdir. Bünövrə Qaraçanlıda kənd əhalisinə yer azlıq edəndə yaylaq kimi istifadə olunan indiki,Zağaltı (Alıbəyli) kəndinə gəlib məskunlaşıblar.1935-1936- ci ilərə kimi kəndimiz Alıbəyli kəndi kimi tanınmışdır ,kəndin yaşlı axsaqqalları deyərdi ki,sovet hakimiyyəti gələndən sonra bəylərə pis baxıldığından kəndimizin adın dəyişib kəndin üst tərəfi qayalıqda zağalıq olduğundan Zağaltı kəndi adlandırıblar.Kənddə 1937-1938-ci illərdə kolxozçuluq qurulub,Zağaltı (Alıbəyli) kəndinin ətrafı əkinə və biçinə görə çox yararlı yerlər idi.Kəndin cənub tərəfində Dəmirçi dağının ətəyində cavan qarışıq meşə zolağı kəndimizə xüsusi yaraşıq verirdi. Bu meşədən qırmızı palıd,adi palıd,vələs,(ulas) ağcaqyın və (cır alma,armud,2 növ yemişan,ayı gilası,toz ağacı,qaraağac,mırdarça,əzgil,zirinc,söyüd və sair.) kol bitkisi kimi 2 növ qarağat moruq,itburnu,(həmərsin)qoyungözü,tubulğa,nadir kollardan olan gərməşov,kollarından və başqa adlarda ağac və kol bitkiləri ilə zəngindir.Kənd qərbdən Oğuldərə kəndi,şimal- qərb tərəfdən qayalıqdan və kiçik təpəlikdən ,cənubdan Dəmirçi dağı ,şərqdən isə Qorçu kəndi ilə həmsərhəddir. Qışı istərsə yayl mülayim və az yağıntılı iqlimə maıik idi.Yaylaq kimi kənd sakinləri, Şır-şır,Sarıyoxuş,Divlər,Çınqılınbaşı,Cəhənnəm dərəsi və Cərgə adlı ərazilərdən istifadə edirdilər.Kəndin qabaq tərəfindəki,meşə zolağı demək olarki,qoruq sayılırdı.Kəndimizin sakinləri qış yanacağı üçün 8–10 km uzağa gedib meşə materyallarından gətirib istifadə edirdilər.Kəndimizin flora və faunası olduqca zəngin idi,yerli əhali tikinti materyalları kimi əhəng daşından və yerdən çıxan qum karxanasından müasir deyimdə mişardaşı kimi əllə asan hamarlanan göy və qonur daşlardan istifadə edilirdi.Kəndimizin əhalisi əsasən maldarlıqla məşğul olurdu,əvvəllər əkinçilikdə olubdu,sonralardan iqdisadiyyatın inkişafına görə əkinçilikdən o,qədərdə istifadə olunmurda az da olsa kalxoz üçün müəyyən qisimdə istifadə olunurdu.Kəndimizin 1 Ferşil mama məntəqəsi,1 kitabxanası və 1 mağazası var idi. Kəndimizin ərazisində olan bulaqların adları yəni yadımda qalan Navlı bulaq,Güləsərin bulağı,Zamanın bulağı,Hümbətin bulağı,Alışın bulağı,Sarı bulaq və sair. Kəndin ətrafında adi içməli sudan başqa içməli və müalicəvi əhəmiyyətli turş su və başqa mineral sular var idi.Kəndin 1 şəhidi var 4 qarabağ əlili və 30-a yaxın qarabağ veteranı varıdır.Kəndin əhalisi bu gün Azərbaycanın 16 rayon və şəhərlərində məcburi köçkün kimi məskunlaşmışdır. Şəhidlər.1.İsgəndərov Əliqulu Tohid oğlu 1970-ci ildə Zağaltı kəndində doğulub 1992-ci ilin iyun ayında Ağdam rayon istiqamətində gedən döyüşlərdə şəhid olub şəhidin nəşi Bərdə rayon Soğanverdilər kənd qəbirsanlığında dəfin edilib.
Tavaaltı
Tavaaltı — Xəzər dənizində yerləşən, Azərbaycana məxsus olan kiçik ada. Dəniz səviyyəsindən -29 metr aşağıda yerləşir. Elə də böyük hündürlüyə malik deyil. Yaxınlığında kiçik adalar vardır. Şimalında Böyük Tava adası yerləşir. İnzibati cəhətdən Pirallahı rayonu ərazisinə daxildir. == Faunası == Sahil sularında dənizdə yayılmış balıqlara rast gəlinir. Xəzər suitilərinə burada rast gəlmək olar.
Tavaaltı adası
Gültəpə-i Malali (Ərdəbil)
Gültəpə-i Malali (fars. گل تپه ملالي‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 123 nəfər yaşayır (27 ailə).