Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Malaya Vişera
Malaya Vişera — Rusiya Federasiyasında yerləşən şəhər. Novqorod vilayətinə daxildir.
Malatyalı Mehmed Paşa
Malatyalı Mehmed Paşa (1714, Malatya, Osmanlı imperiyası – 7 aprel 1784) — I Əbdülhəmid səltənətində ümumilikdə 1 il 7 ay 26 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == İndiki Malatyanın tabeliyindəki Darəndədə, bölgənin məşhur Cəbəcizadələr ailəsinə mənsub Mahmud ağanın oğlu olaraq 1714-cü ildə dünyaya gəldi. Digər yandan müxtəlif əyalətlərdə xidmət etmiş Darəndəli Sarı Əbdürrəhman Paşa da əmisi idi. Bu səbəblə gənc yaşlarından etibarən əmisinin fəaliyyət göstərdiyi əyalətlərdə onunla birlikdə xidmət etmişdir. Əmisinin Sivas hakimliyi dönəmində etdiyi müraciət nəticəsində 7 may 1757-ci ildə qapıçıbaşı təyin edilərək saray mühitinə daxil oldu. 1759-cu ildə Niğdə, 1765-ci ildə Gümüşxana əyalətlərinə təyin edildi. Niğdədə tanış olduğu Silahdar Mehmed ağa (daha sonra sədarətə gələn Qaravəzir Mehmed Paşa) vasitəsilə 20 dekabr 1776-cı ildə qapıçıbaşılıqdan sədarət kəndxudalığına gətirildi. Krım məsələsindəki çəkişmələr nəticəsində uzun illər dövlət xidmətində olmuş birinin sədarətə gətirilməsi düşüncəsiylə Dərviş Mehmed Paşanın yerinə 5 yanvar 1777-ci ildə vəzir rütbəsiylə sədarətə gətirildi. Yeni sədrəzəm ilk öncə yeniçəri ağalığı və kəndxudalıq kimi mühüm vəzifələrdə dəyişiklik edərək idarəetməni ələ almağa çalışdı. Rusların dəstəyilə Krım xanı olan Şahin Gəraya qarşı Hotin, Bəndər və İsmayıl qalalarına ərzaq və silah tədarükü göndərərək sərhəd boyunca ruslara qarşı hərbi tədbirlər gördü.
Malaya Sennux adası
Malaya Sennux adası - Ağ dənizə daxil olan Oneqa körfəzində yerləşən ada. inzibati cəhətdən Rusiya Federasiyası Kareliya Respublikası, Belomorski rayonu ərazisinə daxildir. == Xüsusiyyətləri == Adanın masksimal hündürlüyü 4,3 metrdir. Adanın ölçüləri: 50 x 100 m. Sahillərində dərinlik 7 metr təşkil edir. Qabarmanın orta hündürlüyü 1 metrdir. Yaxınlığıında yerləşən ada — Bolşaya Sennux.
Malaya Çerepaxa çayı
Malaya Çerepaxa çayı — Taqanroq ərazisindən axaraq Azov dənizinə tökülən kiçik çay == Çay haqqında == Malaya Çerepaxa çayı eyni adlı ərazidən axır. Çayın uzunluğu 3 kilometrdir. Malaya Çerepaxa çayı Taqanroq atçılıq zavodu ırazisindən axaraq Azov dənizinə tökülür. Axdığı ərazinin bir hissədi bstaqlıqlaşmış ırazisir. Bu səbəndən burada kollektorlar quaşdırılmışdır. Kollektor diametri 2 metr olan borularla çəkilmişdir. Malaya Çerepaxa çayının yatağı tullantılarla doldurulmuşdur. Çayın datağında yerləşən lilin qalınlığı dörd metrə çatır. 2005-ci ildə Malaya Çerepaxa çayında suyun keyfiyyətini yoxlamaq məqsədi ilə aparılan manitorinqin nəticələri: Ammonium (1,4 PDK), Nitrit (47,8 PDK), Fosfat (1,7 PDK), Marqans (6,3 PDK), Dəmir ( 2,4 PDK), Neft məhsulları (3,2 PDK), Nikel (2,3 PDK), Molibden (8 PDK). Suyunun fərkibi ağır metallsrla çirkləndirilmişdir.
Malabadi köprüsü
Malabadi köprüsü (adı orta əsrlərdə türk mənbələrində Akarman və ya Karaman körpüsü olaraq keçərlidir) — Silvandan 23,2 km uzaqlıqdadır və Silvan ilçəsi sərhədləri içərisindədir. Silvandan körpüyə asan yol var. Diyarbakır Tarixi Əsərlər Siyahısına alınmışdır. Malabadi körpüsü 1989-cu ildə Silvan Bələdiyyəsi tərəfindən bərpa edilmişdir. Körpüsü Silvan Bələdiyyəsinin loqosunu təşkil edən əsas elementdir. 1147-ci ildə Artuqlu bəyliyi dövründə Timurtaş Bin-i İlqazi tərəfindən inşa edilmişdir. Yeddi metr enində və 150 metr uzunluğunda bir körpüdür. Hündürlüyü su səviyyəsindən təməl daşına qədər 19 metrdir. Rəngli daşlarla tikilib və təmirlə günümüzə gəlib çatıb. Malabadi körpüsü Türkiyədəki və yaxın şərqdəki daş körpülər arasında ən geniş tağı olan körpüdür.
Malaqasi ariarisi
Ariari - Madaqaskarın pul vahidi.
Malaqasi dili
Malaqasi dili — Madaqaskarın milli dili və Avstroneziya dillərinin Malay-Polineziya dilləri qrupunun bir üzvüdür. Madaqaskarın əhalisinin əksəriyyəti,Malaqasiycanı ilk dil kimi danışırlar.
Malaqasi Nil timsahı
Malaqasi Nil timsahı (lat. Crocodylus niloticus madagascariensis) — əsl timsahlar sinfinin ən böyük nümayəndələrindən biri sayılan Nil timsahının bir yarımnövü. Yalnız Madaqaskar adasında yayılmışdır. Malaqasilər buna "voay" və ya "mamba" deyirlər. Hal-hazırda yarımnöv insanlar tərəfindən demək olar ki, məhv edilir. Son Malaqasi Nil timsahlarına əlçatmaq çətinkeşilən yerlərdə rast gəlinir. Məsələn: Ankarana massivinin yeraltı çaylarında (Ankarana Milli Parkı). "Müqəddəs göllərdə" yaşayan və dini qadağa ilə qorunan populyasiyalar da var. Belə bir göl Ambilube və Antsiranana şəhərləri arasında yerləşən Anivuranudur. == Ədəbiyyat == Мадагаскар / Сакалоў В. Е. — М.: Прагрэс, 1990.