Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lansetli bağayarpağı
Neştəryarpaq bağayarpağı (lat. Plantago lanceolata) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bağayarpağı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 20-60 sm, gövdəsi üzərində çiçək olub, çoxsaylı, əyilib qalxan və ya düz, 5-6 sayda və ya daha çox qırışlı, sıx tüklü və ya çılpaq olan çoxillik ot bitkisidir. Yarpaqları kökətrafı rozetdə yerləşmiş, uzanmış lansetvari olub, xətvari lansetə qədər (bəzən enli lansetvari) dəyişir, sivridir, qaidəsinə doğru daralmışdır. 3-7 ədəd damarlıdır. Sünbül qısa silindrik olub, uzunsov və ya yumurtaşəkillidir. Çiçəkaltlıqları yumurtaşəkilli, sivriləşmiş, çılpaq və ya seyrəktüklüdür,dəriyəoxşardır, orta xətti qəhvəyi rəngdədir.Tacın uzunluğu 2-3 mm-dir, çılpaqdır, ağımtıl və ya qəhvəyi rəngdədir, yumurtaşəkilli-lansetvari və ya bəzən təpə hissədə sivriləşmiş hissələrlədir. Qutucuğun uzunluğu 3-4 mm-dir, yumurtaşəkillidir, ikitoxumludur. Toxumlarının uzunluğu 2 mm-ə qədərdir, demək olar ki, qaramtıldır, qarın tərəfdən çökək olub, kənarları qatlanmışdır. May-avqust aylarında çiçəkləyir, iyun-oktyabr aylarında meyvə verir.
Rotator manjeti
Rotator manjeti — çiyini əhatə edən 4 əzələ və onların vətərindən ibarət olub, onu stabil saxlayan əzələ qrupudur. Ümumilikdə, çiyini əhatə edən, yəni bazu sümüyünü kürək sümüyünə bilrəşdirən 7 əzələdən 4-ü rotator manjetinin payına düşür. Rotator manjeti çiyinin hərəkətində və oynağın stabilliyində böyük rol sahibidir. Bu əzələlər kürək sümüyündən başlanıb, bazu sümüyün proksimal hissəsinə birləşərək çiyin oynağında manjet əmələ gətirir. Onlar bazu sümüyünün başlığını (oynağı) kürək sümüyündə (oynaq çuxurunda) saxlayır. Qolun abduksiyası zamanı rotator manjeti çiyin oynağını compresləşdirir ki, bu da deltayabənzər əzələnin qolun daha da uzağa hərəkətini təmin etməyə imkan verir. Yəni ilk 10–15 dərəcə abduksiyanı rotator manjeti həyata keçirdir, 30 dərəcədən sonra isə deltayabənzər əzələnin effektivliyi daha da artır.
Yuyçzülyü Manqeti
Manqeti — atasının və qardaşının dövründə qərb komandanı idi. Ban dağında Vey orduları ilə vuruşarkən öldürülmüşdü. Yerinə böyük oğlu Xedoxan keçdi.
Neoseiulus hanselli
Neoseiulus hanselli (lat. Neoseiulus hanselli) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Kobus anselli
Kobus anselli (lat. Kobus anselli) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin su keçisi cinsinə aid heyvan növü.
Mansel adası
Мansel (ing. Mansel Island) — Kanada Arktik arxipelaqına daxil olan ada. Adada yaşayış yoxdur (2012). == Coğrafiya == Ada Hudzon körfəzinin şimal-şərqində, Unqava yarımadasının şimal-qərbindən 58 km qərbdə yerləşir. Yaxınlığında yerləşən adalar: Kots (115 km qərbdə), Sauthempton (150 km şimal-qərbdə) və Hottinhem (120 km şimal-şərqdə). Adanın uzunluğu 112 km, eni 48 km, sahəsi 3 180 km² təşkil edir. Dünyada sahəsinə görə 159-cu yerdədir. Sahil həttinin uzunluğu 298 km-dir. Kvebek vilayəti ərazisinə yaxın yerləşməsinə baxmayaraq, inzibati cəhətdən Nunavut vilayətinin Kikiktani rayonu ərazisinə daxildir. Ada əsasən düzənlik əraziyə malikdir.
Azərbaycan mənşəli sözlər
Azərbaycan mənşəli sözlər — müxtəlif dövrlərdə Azərbaycan dilindən və ya Azərbaycan dili vasitəsilə digər dillərə keçən sözlər. Azərbaycan sözləri digər dillərərə həmin dillərdə danışan xalqların Azərbaycan dilinin daşıcıları ilə sıx mədəni-tarixi, sosial-iqtisadi və ticari əlaqələrin nəticəsində keçirdilər. Azərbaycan mənşəli sözlər rus, gürcü, erməni, Nax-Dağıstan (ləzgi, avar, lak və s.) və İran (fars, tat, talış, kürd və s.) dillərində yer alıb. == Ədəbiyyat == Əsgərova Q. İ. Dünya dillərində Azərbaycan mənşəli sözlər // Filologiya məsələləri. — Bakı, 2015. — No 4. Асланов Г. Н. Функционирование азербайджанских элементов в русском языке // Научные труды Азербайджанского педагогического института русского языка и литературы. — 1979. — № 1. — С. 19–27.
Bitki mənşəli toksinlər
Fitotoksinlər — bitki mənşəli toksinlər. Fitotoksikologiya bitkilərin bioloji sitemlərdə zərərli təsirlərə səbəb olan toksik birləşmələrini öyrənən elm sahəsidir. İnsanlar və heyvanların bitkilərlə zəhərlənməsi müxtəlif səbəblərdən baş verə bilər. Zəhərli bitkilərin təsadüfən qəbul edilməsi Digər zəhərli orqanizmlərlə ,məs:zəhərli göbələklərlə qarışdırılması Bitkinin tərkibindəki az miqdarda toksiki birləşmələrin müəyyən həssas insanlarda təsirliliyi Mikotoksinlərlə kirlənmiç ərzaqların qəbulu. Bitkinin coğrafi yayılması səbəbi ilə torpağın tərkinbindəki toksiki birləşmələri udması.
Göbələk mənşəli toksinlər
Mikotoksinlər (yun. μύκης, mykes, mukos — "göbələk"; τοξικόν, toxikon — "zəhər") — kiflər (kif göbələkləri) tərəfindən sintez olunan və zərərli təsirlərə malik olan ikincili metabolitlər. Mikotoksinlərin təsiri ilə yaranan zəhərlənmələrə mikotoksikozislər deyilir. Mikotoksinlər bir çox əlamətlərinə görə antibiotiklərə oxşayırlar. Bu baxımdan onları ayırd etmək çox çətindir. Məs: bəzi mikotoksinlər də antibiotiklər kimi mikroorqanizmlərin inkişafının qarşısını alır. Ümumi götürdükdə isə mikroorqanizmlərə qarşı təsirli olanlar antibiotiklər, yüksək orqanizmlərə qarşı təsirli olanlar isə mikotoksinlər adlanırlar. Mikotoksinləri sintez edən göbələkləri növlərinə və cinslərinə görə ayırd etmək çox çətindir. Beləki, bir mikotoksin müxtəlif göbələk növləri tərəfindən sintez oluna bilər. Eyni zamanda bir göbələk növü də müxtəlif mikotoksinlər sintez edə bilər.
Jan-Fransua Mansel
Jan-Fransua Mansel (fr. Jean-François Mancel) — fransız siyasətçi, Fransa Milli Məclisinin keçmiş deputatı, Uaza departamentinin Ümumi Şurasının keçmiş prezidenti, Respublikaçılar partiyasının üzvü,Fransa-Azərbaycan Dostları Assosiasiyasının prezidenti == Bioqrafiyası == 1 mart 1948-ci ildə Bove şəhərində (Uaza departamenti) anadan olub. Parisdə təhsil aldı, ictimai və mülki hüquq ixtisası bitirmişdir. 1968-ci ildə o, siyasi karyerasına respublikaya dəstək olaraq Demokratlar İttifaqının Qaullist Partiyasına qoşulmaqla başlamış, daha sonra Cümhuriyyəti dəstəkləyən Birlik, sonra isə Xalq Hərəkatı Birliyi adını vermişdir. 1971-ci ildə Bove şəhər məclisinə seçildi və vitse-mer təyin olmuşdur. Bu vəzifəni 1977-ci ildə, sosialist Valter Ansallem bələdiyyə seçkilərində qazandıqdan sonra tutmuşdur. 1978-ci ildə Mansel Uaza departamentinin 5-ci təslimində Fransa Milli Məclisinə seçkilərdə namizədliyini irəli sürdü və 30 yaşında Milli Məclisin deputatı oldu. Növbəti il, ilk dəfə, Noai Kantonundan Uaza departamentinin Ümumi Şurasına seçkidə qalib gəldi, bundan sonra təkrar seçildi və kantonu hazırda məclisdə təmsil edir. 1981-ci ildə Jan-Fransua Mansel növbəti parlament seçkilərində mandatını müdafiə edə bilmədi və 1983-cü ildə Bove meri uğrunda mübarizədə Volter Ansalleyə məğlub oldu. 1985-ci ildə yenidən kantonal seçkilərdə qalib gələrək Uaza departamentinin Baş Şurasının prezidenti oldu və 2004-cü ildə məclisdə sağçı çoxluq itirənə qədər bu vəzifəni tutdu.
Girişi mandatlı idarə edilməsi
Girişi mandatlı idarə edilməsi (ing. Mandatory access control) − obyektlərə girişin idarə edilməsi üsulu. == Məqsədi == Obyektdə olan informasiyanın məxfilik dərəcəsinə və kritikliyinə, verilən kritiklik səviyyəsinə (xüsusi nişanlarla təsvir olunmuş) malik informasiyaya giriş zamanı subyektin səlahiyyətlərinin və hüquqlarının formal yoxlanılmasına əsaslanır == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Fransız mənşəli Roma papalarının siyahısı
Roma papalarından on altısı fransız mənşəlidir, onların hamısı Papa taxtında orta əsrlərin ikinci yarısında hakimiyyətdə olmuşlar. Yeddi Avinyon papası yalnız fransızlar olmuşdur (Siyahıda 10-dan 16-yadək) Müqəddəs taxtda oturan Roma papaları arasında fransızlar italyanlardan sonra sayca ikinci yerdədirlər.
Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti