Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Maniçilik
Manixeizm və ya Manilik ( bəzən Maniçilik də adlanır) — qnostik dini təlim olub, Mani (216-277) tərəfindən qurulmuşdur. III əsrdə Babildə ortaya çıxmış olan bu təlim bütün dünyada və xüsusilə Şimali Afrikada yayılmışdır. Xristianlıq başda olmaq üzrə; Məzdəkilik, Buddizm və Mesopotamiya dinlərindən bir çox ünsürləri içinə aldığından eyni zamanda sinkretik bir xüsusiyyət daşımaqdadır. Mani, dinini yaymaq üçün biri fars digər altısı süryani dilində olmaq üzərə yeddi kitab və yetmiş risalə yazmış, ayrıca Hindistan başda olmaq üzərə bir çox ölkəyə səyahətlər etmişdir. Manilik ən parlaq dövrünü 8-ci əsrdə Uyğur dövlətinin milli dini olaraq elan edilməsi ilə yaşamışdır. Mani sözü qədim Türk dilində "Mengü" və Çağatay türkcəsində "Tanrı" deməkdir. Manixeist Uyğurlar, ölümdən sonra ruhun bir başqa bədəndə həyatına davam etdiyini ("re-enkarnasiya" və ya "yenidən təcəssüm") qəbul edirdilər. Maniçilik əslində Zərdüşt dualizmi, Babil folkloru, Buddist əxlaq prinsipləri və xristian ünsürlərin qarışığından ibarətdir. Bu tərkibdə öndə gələn anlayış iki əzəli qanunun, yaxşı və pisin münaqişəsidir. Bu baxımdan din tarixi araşdırmaları, Maniçiliyi bir növ dini dualizm (ikiçilik) olaraq qeyd etmişdirlər.
Malikilik
Maliki (ərəb. مالكي‎) məzhəbi — Sünni İslamın içərisində İslam hüquqşünaslığının dörd böyük məktəbindən biri. Onun əsası 8-ci əsrdə Malik ibn Ənəs tərəfindən qoyulmuşdur. Maliki fiqh məktəbi ilkin mənbə kimi Quran və hədislərə əsaslanır. Digər İslam fiqhlərindən fərqli olaraq Maliki fiqhi də Mədinə əhalisinin icmasını İslam hüququnun etibarlı mənbəyi hesab edir. Maliki məzhəbi sünni müsəlmanların ən böyük qruplarından biridir, tərəfdarlar arasında Şafi məzhəbi ilə müqayisə oluna bilər, lakin Hənəfi məzhəbindən daha kiçikdir. Maliki doktrinasına əsaslanan şəriətə əsasən Şimali Afrikada (Şimali və şərqi Misir istisna olmaqla), Qərbi Afrikada, Çadda, Sudanda, Küveytdə, Bəhreyndə, Qətərdə, Dubay Əmirliyində (BƏƏ) və Səudiyyə Ərəbistanının şimal-şərq hissələrində mövcuddur. Orta əsrlərdə Maliki məktəbi həmçinin Avropanın İslam hakimiyyəti altında olan bölgələrində, xüsusən də İslam İspaniyası və Siciliya Əmirliyində mövcud olub. 9-cu əsrdən 11-ci əsrə qədər Maliki təliminin əsas tarixi mərkəzi Tunisin Uqbə məscidində olmuşdur. == Yaranması == İslamın sünni qolunun dörd hüquq məktəblərindən biri də Maliki fiqh məzhəbidir.
Ariçilik
Ariçilik vəya Aryanizm (termin arii sözündən əmələ gəlib sanskr. ā́rya-, avest. airya-, fars. ariya-‎) Tərcüməsi azərb. layiqli, hörmətli, alicənab‎ kimidir. Yalan elmlərərə aid termindir. İskəndəriyyəli Ariusun ortaya atdığı təlimin tərəfdarları tərəfindən davam etdirilən dini cərəyan. Bu cərəyan Üçlüyü qəbul etməməklə birlikdə İsanın tanrı olduğunu da inkar edirdi. Əsasən german tayfaları arasında yayılmışdı. Nikeya kilsə məclisində qəti olaraq pisləndilər və heretik elan edildilər.
Manilik
Manixeizm və ya Manilik ( bəzən Maniçilik də adlanır) — qnostik dini təlim olub, Mani (216-277) tərəfindən qurulmuşdur. III əsrdə Babildə ortaya çıxmış olan bu təlim bütün dünyada və xüsusilə Şimali Afrikada yayılmışdır. Xristianlıq başda olmaq üzrə; Məzdəkilik, Buddizm və Mesopotamiya dinlərindən bir çox ünsürləri içinə aldığından eyni zamanda sinkretik bir xüsusiyyət daşımaqdadır. Mani, dinini yaymaq üçün biri fars digər altısı süryani dilində olmaq üzərə yeddi kitab və yetmiş risalə yazmış, ayrıca Hindistan başda olmaq üzərə bir çox ölkəyə səyahətlər etmişdir. Manilik ən parlaq dövrünü 8-ci əsrdə Uyğur dövlətinin milli dini olaraq elan edilməsi ilə yaşamışdır. Mani sözü qədim Türk dilində "Mengü" və Çağatay türkcəsində "Tanrı" deməkdir. Manixeist Uyğurlar, ölümdən sonra ruhun bir başqa bədəndə həyatına davam etdiyini ("re-enkarnasiya" və ya "yenidən təcəssüm") qəbul edirdilər. Maniçilik əslində Zərdüşt dualizmi, Babil folkloru, Buddist əxlaq prinsipləri və xristian ünsürlərin qarışığından ibarətdir. Bu tərkibdə öndə gələn anlayış iki əzəli qanunun, yaxşı və pisin münaqişəsidir. Bu baxımdan din tarixi araşdırmaları, Maniçiliyi bir növ dini dualizm (ikiçilik) olaraq qeyd etmişdirlər.
Yerli ariçilik
Yerli ariçilik, həmçinin yerli arilər nəzəriyyəsi (IAT) və Hindistandan çıxış nəzəriyyəsi —arilərin Hindistan yarımqitəsinin yerliləri olduğuna və Hind-Avropa dillərinin Hindistandakı bir vətəndən indiki yerlərə şüalanmasına olan inanc. Bu, Hindistan tarixinə "dini-milliyətçi" baxışdır və Qara dəniz-Xəzər çöllərinə əsaslanan müəyyən edilmiş miqrasiya modelinə alternativ kimi təbliğ olunur. Hindistandan çıxış nəzəriyyəsinə dəstək əsasən hindu dini və Hindistanın tarixi və arxeologiyası üzrə hind alimlərinin bir hissəsi arasında mövcuddur. Bu, hindutva siyasətində mühüm rol oynayır.
Xaricilik
Xaricilər (ərəb. الخوارج‎ əl-xəvaric; mənası – çıxıb gedənlər) — erkən İslam məzhəblərindən biri. Dini və siyasi məsələlərdə fərqli görüşləri və fəaliyyətləri ilə tanınan firqədir. Yenə müxalifləri tərəfindən Xaricilər haqqında istifadə olunmuş bir digər isimdə " Dindən çıxmış"mənasında "məriqa"dır. Lakin Özləri isə Xaricilər özlərini "Allah və peyğəmbərinə hicrət edənlər", "Kafirlərlə hər cür münasibəti kəsənlər "mənasında istifadə edirlər. Xaricilərin bəyənib, özləri üçün istifadə etdikləri başqa bir ad isə "Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tovratda, İncildə, Quranda haqq olaraq vədd edilmiş, Cənnət müqabilində satın almışdır "ayəsi ilə əlaqəli olan şurat ismidir. Xarici sözünün mənası–çıxmaq, itaətdən çıxıb üsyan etmək deməkdir. Toplu olaraq xariciyyə və xəvaric kimi işlədilir. Firqənin adı barəsində müxtəlif fikirlər irəli sürülmüşdür. Kəndlilərinə qarşı üsyan etdikləri üçün firqənin müxalifləri xəvaric ismini “insanlardan, dindən, haqqdan və Əlidən uzaqlaşan və hakimiyyətə qarşı adlandırılaraq camaatdan çıxanlar “olaraq işlədilmişdir.
Sənicilik (Urmiya)
Sənicilik (fars. سنجيليك‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 142 nəfər yaşayır (29 ailə).
Xaricilik məzhəbi