Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Musabəyli
Musabəyli (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd. Musabəyli (Füzuli) — Azərbaycanın Füzuli rayonunda kənd.
Azadə Musabəyli
Azadə Şahbaz qızı Musabəyli — Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutu, Türkdilli yazmaların tədqiqi şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi. == Elmi fəaliyyəti == Azadə Şahbaz qızı Musabəyli 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsini bitirmiş, 1974-cü ildən Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsində çalışır. 1978-82-ci illərdə aspiranturada təhsilini davam etdirmiş, 1982-ci ildə Şərq xalqları ədəbiyyatı ixtisas indeksi ilə filol.ü. fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 1987-89-cu illərdə Sankt-Peterburq Əlyazmalar bölməsində doktoranturada olmuş, 1994-cü ildə Azərbaycan ədəbiyyatı və Türk xalqları ədəbiyyatı ixtisas indeksləri ilə dissertasiya müdafiə edərək, filol. e. doktoru alimlik dərəcəsi almışdır. 1999-cu ildən Türkdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri olan A.Musabəyli 2000-ci ildə "Mətnşünaslıq" ixtisası üzrə dosentlik, 2011-ci ildə "Türk xalqları ədəbiyyatı" ixtisası üzrə professor elmi adlarına layiq görülmüşdür. İxtisasca türkoloq-mətnşünas olan A. Musabəyli orta əsrlər Azərbaycan-Türkiyə yazılı abiələrinin paleoqrafik-tekstoloji tədqiqi üzrə səriştəli və yüksək ixtisaslı mütəxəssis sayılır. Onun ilkin olaraq üzə çıxararaq, tədqiqata cəlb etdiyi Xəlilinin "Firqətnamə"si (1475), Füzulidən sonra Bağdadın yetirdiyi ən böyük türk şairi Ruhi Bağdadinin (-1606) Divanı, Seyyid Yəhya Bakuvinin tələbəsi Dədə Ömər Rövşəninin (-1487) "Külliyyat"ı, Şeyx İbrahim Gülşəni Bərdəinin (1427-1534) türk və ərəb divanları kimi əlyazma abidələrinin hər biri ədəbiyyat tariximiz baxımından mühüm hadisə sayıla bilər.
Hosono Masabumi
Hosono Masabumi (yaponcaː 細野 正文; 15 oktyabr 1870, Niiqata prefekturası – 14 mart 1939, Yaponiya) — "Titanik" gəmisi batarkən xilas olan və gəmidə batanlarla qalmadığı üçün öz ölkəsində ostrakizmə (yunan sözü olub geniş mənada "ictimai qınaq", "təmizlənmək" mənasındadır) və ya murahaçibuya (村八分) məruz qalan yaponiyalı. == Haqqında == Hosono Masabumi 15 oktyabr 1870-ci il tarixində Yaponiyada anadan olub. Yaponiyanın nəqliyyat nazirliyində işləyən 41 yaşlı dövlət qulluqçusu Hosono 1910-cu ildə Rusiya İmperiyasına, buradakı yerli dövlət dəmiryolu nəqliyyatı sistemi ilə tanış olmaq üçün ezamiyyətə göndərilir. Hosono Yaponiyaya Avropa və Amerikadan qayıtmalı olur. Bir müddət o, Londonda qalır. 1912-ci il aprelin 10-da Hosono Southamptonda [saʊθˈ(h)æmptən] (Həmpşir, İngiltərə) 2-ci sinif bileti ilə "Titanik" gəmisinə minir. Aprelin 14-dən 15-nə keçən gecə, gəminin bort nəzarətçisi onu oyadaraq təxliyə xəbərini çatdırır. Olduğu yerdən, yəni ikinci sinif otağından artıq suya buraxılan xilasedici qayıqlara minmək üçün Hosono çata bilməyəcəkdi. Ona görə də nəzarətçi ona üçüncü sinif sərnişinləri üçün nəzərdə tutulan göyərtəyə getməyi təklif edir. Hələ xilasedici qayıqlara ancaq qadınlar və uşaqların minə bildiyi dramatik vəziyyətdə Hosono 10-cu (bəzi mənbələrə görə 13-cü) qayığa minə bilir.Hosono 10-cu qayığı suya salan səlahiyyətli şəxsin "son iki nəfər" qışqırmasının ardınca bir kişinin qayığa tullandığını görür.
Musabəyli (Ağsu)
Musabəyli — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Mədəniyyəti == Kənddə M. K. Rəhimov adına orta məktəb vardır. == Coğrafiyası və iqlimi == Musabəyli kəndi şərqdən Qaraqoyunlu, qərbdən Növcü kəndi ilə həmsərhəddir. Qaraqoyunlu ilə bu kəndi Nazir çayı ayırır. == İqtisadiyyatı == Kənd əhalisi əsasən əkinçilik, tərəvəzçilik və heyvandarlıqla məşğul olur. == Din == Kənddə Musabəyli kənd məscidi dini icması fəaliyyət göstərir.
Musabəyli (Füzuli)
Musabəyli – Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Musabəyli kəndi XIX yüzilin ikinci yarısında yaranmışdır. 1875-ci ildə Mirzənağılı оbasından Şıx Musa İsmayıl оğlu (1841--?), Şıx İsa İsmayıl оğlu (1846--?), Nüzgar kəndindən Qasım Kərbəlayı Əhməd оğlu (1834--?), Hüseyn Kərbəlayı Əhməd оğlu (1836--?), Məmməd Kərbəlayı Əhməd оğlu (1858--?), Rza Kərbəlayı Əhməd оğlu (1870--?), Qaracallı оbasından Məmməd Gülməmməd оğlu (1836--?), Zeynal Gülməmməd оğlu (1842--?), Qəhrəman (1844--?), Bayram Gülməmməd оğlu (1854--?), Hüseyn Gülməmməd оğlu (1856--?), Abbas Yusif оğlu 1816--?), Məmməd Yusif оğlu (1828--?) köçüb əski Xırdapara-Dizaq mahalının ərazisində məskunlaşmışdı. Kənd Şıx Musa Ismayıl оğlunun şərəfinə Musabəyli adlandı. 17 oktyabr 2020-ci ildə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Musabəyli oyk., diiz. Ağsu r-nunun Qaraqoyunlu i.ə.v.-də kənd. Şirvan düzündədir. Yaşayış məntəqəsi XIX əsrdə Musa- bəy adlı şəxsə məxsus ərazidə salındığı üçün belə adlandırılmışdır. R-nun ərazisində Musa- bəyin adı ilə bağlı bir neçə mikrotoponim də qeydə alınmışdır, Füzuli r-nunun Pirəhmədli i.ə.v.-də kənd.
Musabəyli bələdiyyəsi
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qışlaq-i Musabəy (Miyanə)
Qışlaq-i Musabəy (fars. قشلاق موسي بيگ‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 288 nəfər yaşayır (63 ailə).
Maçabeli
Maçabeli ( mahnı. gürc. მაჩაბელი ; PL. მაჩაბლები, Machablebi) ailəsi adından sonra Samaçablo adlanan Şida Kartli əyalətində (mərkəzi Gürcüstan) böyük bir fiefdom (satavado) keçirən bir gürcü knyazı evi idi. Ailənin mənşəyi bəlli deyil. Ənənəvi hesaba görə, Abxaziya-Gürcüstan feodal qəbilə rəislərindən biri nəslindən Ançabadze da iğtişaşlardan Abxaziya qaçmışdır. Digər bir versiyada, Maçabeli'nin, ilk domenlərinin yerləşdiyi Böyük Liaxvi çayı üzərindəki Açabeti kəndindən sonra sülalə adını aldıqları Tavxelidze ailəsinin bir atası olduğu iddia edilir . XV əsrdən başlayaraq Maçabeli şöhrətli böyüdü və Kartli gürcü padşahlarının məhkəməsində müxtəlif əhəmiyyətli vəzifələr tutdu. Onların cəsarətliliyi Samaçablo, indiki Cənubi Osetiyanın əhəmiyyətli bir hissəsini əhatə edirdi və 1470-1800. İllərdə Kartli Krallığında bir dərəcədə muxtariyyət əldə edirdi. Gürcüstanın Rusiya İmperatorluğuna birləşdirildiyi zaman Maçabeli 1850-ci ildə rus çarı tərəfindən ləyaqətlə təsdiq edildi.
Meşəbəyi
Meşəbəyi- peşə [1] meşə təsərrüfatı üzrə mütəxəssis, meşə təsərrüfatının və ya rayon meşə təsərrüfatının rəhbəri. Meşəbəyi həm direktor-meşəçi vəzifəsi olan bütün meşə təsərrüfatını , həm də rayon meşə təsərrüfatını (meşəçi, böyük rayon meşəçisi) idarə edə bilər. Meşəbəyi meşə mühafizəsi üzrə köməkçiyə və dövlət müfəttişinə (bir və ya bir neçə nəfər) tabedir. Meşəbəyi vəzifəsinə ali və orta texniki meşə təhsili və meşə təsərrüfatında təcrübəsi olan şəxslər təyin edilir. Meşəbəyi məhəllələri təkcə meşə təsərrüfatı sahəsində deyil, həm də xüsusi mühafizə olunan təbiət ərazilərində formalaşdığından meşəbəyilər də qurumun direktoruna tabe olan milli park və qoruqların işçiləri sırasındadırlar. == Meşəbəyinin səlahiyyətləri və vəzifələri == Meşəbəyi meşələrin yanğından mühafizəsinə və meşə pozuntularından mühafizəsinə rəhbərlik edir , meşələrin zərərvericilərdən və xəstəliklərdən mühafizəsi tədbirlərini planlaşdırır, meşə yanğınlarının söndürülməsinə nəzarət edir, yerli sakinlər arasında meşələrin mühafizəsi ilə bağlı maarifləndirmə işləri aparır, məktəb meşə təsərrüfatının işinə rəhbərlik edir. Meşəbəyi vəzifə təlimatlarına uyğun olaraq qırma və meşəbərpa işlərinə nəzarət edir, meşələrdən istifadə üzrə digər işlərə nəzarət edir, meşə təsərrüfatı ərazilərinin dolama yollarını və emalatxanalarını yoxlayır. Həmçinin, meşəbəyi tabeliyində olan köməkçilər, meşəçilər, meşəçilər üçün təlim və ixtisasartırma işlərini həyata keçirir. Rəhbərliyin tapşırığı ilə meşəbəyi meşə pozuntuları və meşə yanğınları ilə bağlı işlərə baxılarkən inzibati və məhkəmə orqanlarında nümayəndə kimi çıxış edə bilər. Mövcud qanunvericiliyə əsasən meşəbəyinin hüququ vardır: 1.meşə təsərrüfatı qanunvericiliyinin, o cümlədən meşələrdən istifadə etməyən şəxslər tərəfindən törədilən pozuntuların qarşısını almaq; 2.səlahiyyətli federal icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş standartlara uyğun olaraq meşələrə nəzarət etmək; 3.vətəndaşların istifadə, mühafizə, meşəbərpa və meşəsalma hüquqlarını təsdiq edən sənədlərini yoxlamaq; 4.Meşə Məcəlləsində nəzərdə tutulmuş sənədləri olmayan şəxslər tərəfindən meşə qanunvericiliyinin pozulması hallarının qarşısını almaq, o cümlədən meşə plantasiyalarının kəsilməsini dayandırmaq; 5.meşələrdə qalmasının məhdudlaşdırılması və ya qadağan edilməsi dövründə vətəndaşların meşə ərazilərinə daxil olmasını, nəqliyyat vasitələrinin daxil olmasını məhdudlaşdırmaq və qarşısını almaq; 6.meşə təsərrüfatı qanunvericiliyinə əməl olunmasına nəzarəti həyata keçirmək; 7.meşə qanunvericiliyinə əməl olunmasına dair aparılan yoxlamaların nəticələrinə əsasən aktlar tərtib edir və onların meşələrin istifadəsi, mühafizəsi, mühafizəsi, bərpası və meşə salınması ilə məşğul olan vətəndaşlara, hüquqi şəxslərə və fərdi sahibkarlara tanış edilməsini təmin edir; 8.meşə qanunvericiliyinə əməl olunmasının yoxlanılması nəticəsində aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə icrası məcburi olan göstərişlər verir və müəyyən edilmiş müddətdə həmin göstərişlərin icrasına nəzarət edir; 9.müəyyən edilmiş qaydada avtonəqliyyat vasitələrinə texniki baxış keçirmək və zəruri hallarda onların saxlanılmasını həyata keçirmək; 10.meşələrin istifadəsi, mühafizəsi, mühafizəsi, bərpası və meşə salınmasını həyata keçirən vətəndaşlara, hüquqi şəxslərə və fərdi sahibkarlara meşə qanunvericiliyinə əməl olunmasına dair aparılan yoxlamaların nəticələri və aşkar edilmiş pozuntular barədə yazılı məlumat vermək; 11.meşələrin istifadəsi, mühafizəsi, mühafizəsi, bərpası və meşəsalma ilə məşğul olan vətəndaşlara, hüquqi şəxslərə və fərdi sahibkarlara meşə qanunvericiliyinə əməl olunmasına dair aparılan yoxlamalar nəticəsində aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün tələbləri təqdim etmək; 12.öz səlahiyyətləri daxilində məhkəməyə, arbitraj məhkəməsinə iddia qaldırmaq; 13.öz səlahiyyətləri daxilində inzibati xətalar haqqında işlər üzrə icraatı həyata keçirmək; 14.hüquqi şəxslərə, fərdi sahibkarlara yoxlamalar zamanı nəzarət tədbirlərinin həyata keçirilməsinə, habelə meşələrdə mübarizə tədbirlərinin aparılmasına Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ekspertləri və ekspert təşkilatlarını cəlb etmək; 15.meşələrdə meşə qanunvericiliyinin tələblərini pozmuş vətəndaşları tutmaq və bu pozucuları hüquq mühafizə orqanlarına çatdırmaq; 16.meşə təsərrüfatı qanunvericiliyinin tələblərini pozan vətəndaşlardan hüquqpozma törətmə alətlərini, nəqliyyat vasitələrini və müvafiq sənədləri müsadirə etmək; 17.qanunlarla nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
Paşabəyli
Paşabəyli — Azərbaycan Respublikasının Ağdam rayonunun Xındırıstan kənd inzibati ərazi dairəsində kənd.
Musabeyli (Kilis)
Musabeyli Kilis ilinin sahə baxımından ən böyük ilçe sidir. == Tarix == Bölgədə Türklər, Ərəblər, Qaraçılar və kürdlər mövcuddur. Ayrıca Erməni mənşəli ailələr də vardır. Türklər 'in Anadolu' ya yerleşmelerinden əvvəl bölgə, böyük bir meşə sahəsi olaraq bilinməkdədir. Bu tarixdən sonra Murathöyügü adı ilə məskunlaşma vahidi halına gətirilmişdir. Ancaq, qəti olaraq quruluş tarixi məlum deyil. Adından da aydın olduğu kimi ilçe mərkəzi mound mövqesindədir. Zaman zaman edilən inşaat və iş qazıntıları əsnasında tarixi əsərlər bulunmaktadir. Bu tarixi qalıqların hititlər dövrünə aid olduğu sanılmaqdadır. 14 Aprel 1997 tarixində və 2768 saylı qərarla bölgə, Mədəniyyət və Təbiət Qoruma Qanunu lazımınca qoruma altına alınmış, ikinci və üçüncü dərəcədən arxeoloji sit sahəsi olaraq elan edilmişdir.
İvan Maçabeli
İvan Georgiyeviç Maçabeli (gürc. ივანე გიორგის ძე მაჩაბელი; 27 yanvar (8 fevral) 1854 – 26 iyun (8 iyul) 1898, Tiflis, Tiflis quberniyası, Rusiya imperiyası) — Vilyam Şekspir tərcümələri ilə tanınmış gürcü yazıçı, jurnalist və ictimai xadimi. == Həyatı == İvan Maçabeli Tamaraşeni kəndində (indi Tsxinval yaxınlığındakı Cənubi Osetiya Respublikası ərazisində) qədim gürcü zadəgan ailəsində anadan olub. Maçabeli Sankt-Peterburq, Almaniya və Parisdə təhsil alıb. Gürcüstana qayıtdıqdan sonra İlya Çavçavadzeyə gürcü mədəniyyətinin dirçəldilməsi və Rusiyanın imperiya hakimiyyətinə qarşı əməkdaşlığı təklif edir. Gürcüstanın aparıcı milli dövri nəşrləri olan "İveriya" və "Droeba"nın baş redaktoru vəzifəsində çalışır. 26 iyun 1898-ci ildə İvan Maçabeli Tiflisdəki mənzilini tərk edir və daha sonra itgin düşür. == Yaradıcılığı == Bütün həyatı boyu Vilyam Şekspirin tərcümələri üzərində çalışıb. Heç vaxt İngiltərədə olmamasına baxmayaraq Maçabeli, Hamlet, Otello, Maqbet, III Riçard, Yuli Sezar, Antoni və Kleopatranı mükəmməl tərcümə etmişdir. Onun bu tərcümələri hələ də Rustaveli Teatrı repertuarının gündəmindədir.
Paşabəy (Həştrud)
Paşabəy (fars. پاشابيگ‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 347 nəfər yaşayır (64 ailə).