Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Daniele Massaro
Daniele Massaro (it. Daniele Massaro; 23 may 1961, Monsa, Lombardiya) — İtalyalı keçmiş peşəkar futbolçu, mövqeyi hücumçu olub. İtaliya millisiylə Dünya çempionu olub. Daha çox "Milan" klubunda oynaması ilə tanınır. İndi "Milan"ın ictimaiyyətlə əlaqələr üzrə meneceridir. == Karyerası == Karyerasına B seriyasında yarışan "Monza" klubunda oynamaqla başlayır. Burada komanda yoldaşı Paolo Monelli ilə birlikdə əla oyun göstərərək daha böyuk klubların diqqətini çəkir. 1981-ci ildə Monelli ilə birlikdə "Fiorentina" klubuna keçir. Yeni klub ilə 13 sentyabrda A Seriyasında debüt edir və 10 gün sonra İtaliyanın gənclər komandasının heyətində ilk oyununu keçirir. 1986-cı ildə "Milan"a gedir və burada 1995-ci ilə qədər 300-dən çox oyun keçirdir (1988/89 mövsümünü icarə əsasında "Roma" klubunda keçirdir) və Arriqo Sakki və Fabio Kapellonun rəhbərliyi altında 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində əfsanəvi "Milan"ın bir hissəsi olur.