Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mataram sultanlığı
Mataram sultanlığı — 1575-ci ildə qurulan və 1755-ci ilədək həyat sürən Yava adasındakı müstəqil bir müsəlman dövləti. == Tarixi == İslama bağlılıq, Hindu mədəniyyətini mənimsəmiş olan Macapahit hakimlərinə qarşı bir qorunma vasitəsi olaraq ortaya çıxınca İslami çevrə bir anda genişlədi. Şimal sahilləri xalqı da İslamiyəti qəbul etdi və silaha sarılaraq Macapahitlərə qarşı savaşdı. 1520-ci illərdə y Demak sultanı Raden Patah son Macapahit hakiminə qarşı zəfər əldə edərək Hindu hakimiyyətinə son verdi. İslamiyətin müstəqilliyə çatmaqda önəmli bir ünsür təşkil etdiyinin anlaşılması üzərinə öncəki dönəmdə hakim sinfi təşkil edənlər durumlarını qorumaq üçün İslamiyəti qəbul etmək məcburiyyətində qaldılar. Beləcə yeni düzəndə özlərinə bir yer edərək sosial həyatdakı köhnə durumlarını qismən də olsa qoruya bildilər. XVI əsrin sonlarına doğru Orta Yava bölgəsində Mataram sultanlığı adıyla geniş bir siyasi güc ortaya çıxdı (1575). Bu yeni dövlət Yava şimal sahili İslam dövlətləri kimi tamamilə İslami bir dövlət görüntüsü vermədi. Mataram hakimləri müsəlman olmaqla birlikdə onların hakimiyyətində qədim Hindu Macapahit krallığı dönəmindən qalma bir sıra siyasi ünsürlərin izlərini görmək mümkündür. Mataram sultanlığı hakimiyyətində qədim dönəmə aid Macapahit hakim və aristokratları fəaliyətlərini sürdürdülər.
Mamağan
Mamağan — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanının Mamağan bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 10,872 nəfər və 3,258 ailədən ibarət idi. Əhalisi azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Maştağa
Maştağa — Bakının Sabunçu rayonunda şəhər tipli qəsəbə. Bir sıra tarixi fərziyyələrə görə, qəsəbə sakinlərinin soykökündə Böyük Kiri döyüşdə məğlub edən və V–VI əsrlərdə Xəzər sahillərində məskunlaşan qədim köçəri türk tayfası durur. == Tarixi == Bakı şəhərinin ən böyük yaşayış məskənlərindən biri hesab olunan, 6 min hektara qədər əraziyə malik Maştağa kəndi (sonralar qəsəbəyə çevrilib) qədim bir tarixə malikdir. Burada Azərbaycanın qədim adət və ənənələri, inam və etiqadları, mifoloji təsəvvürləri, şifahi ədəbiyyatı qorunub saxlanmaqdadır. Daha doğrusu, kəndin əhalisi bütün bunları nəsilbənəsil bir-birinə ötürür və ən gözəl ərmağan kimi bu gün də yaşadır. Maştağa kəndi öz tarixini burada ucaldılmış, tarixin daş yaddaşına çevrilmiş memarlıq abidələri ilə də təsdiqləyir. Lakin təəssüflər olsun ki, kənddə geniş arxeoloji qazıntılar aparılmadığından, tarixi faktların elmə töhfəsi qənaətbəxş deyildir. Maştağanın orta əsrlərdən bəri 27 hamamı, 21 ovdanı, müdafiə qalası, 20 məscidinin inşaası, tarixi ərazisinin irimiqyaslı ictimai tikililərlə zəngin olması onu Bakıdan sonra ikinci yerə qoyurdu. Bir məhəllədə 5 məscidin, 7 hamamın, 5 ovdanın olması Abşeronda istisna hal idi. "Maştağa" sözü, bu kəndin özündən əvvəl yaranıb.
Marağa
Marağa — İranın Şərqi Azərbaycan ostanında şəhər. Təbrizdən 130 kilometr cənub-şərqdə yerləşir. Marağa bağ-bağatı, meyvəsi, xüsusilə üzüm, doşab və kişmişi ilə məş­hurdur. Şəhər, meyvəsindən əlavə, taxılı və gözəl mərməri ilə də böyük şöhrət qazanmışdır. Həmçinin Marağa öz qədim Marağa rəsədxanası və bütün Azərbaycanda tanınan Marağa sabunuyla məşhurdur. == Etimologiyası == Bir çox mütəxəssis indiki Marağanı qədim tarixi qaynaqlarda adı çəkilmiş, Atropatenada yerləşən Vera şəhəriylə, habelə Fraata, Prasana, Fraaspa, Fraspa, Əfrahrud (rud farsca çay deməkdir) kimi toponimlərlə əlaqələndirir. Bəzi qaynaqlara görə, "Marağa" sözünün mənası "otlaq yeri" deməkdir. Marağa şəhərinin adını ərəb dilində "otlamaq" mənasındakı "mərəğə" sözüylə əlaqələndirib, bu adın "otlaq, at bəslənən yer" demək olduğunu qeyd edirlər. Lakin çox güman ki indiki Marağa toponimi ilə bağlı olan qədim toponimlərin (Fraata, Fraaspa, və s.) Azərbaycan ərazisinə ərəb xilafətinin axınlarının başlamasından xeyli əvvəl mövcud olduqları nəzərə alındıqda, bunun gerçək olması ehtimalı az olur. == Tarixi == Strabonun yazdığına görə, Atropatena hökmdarlarının yay iqamətgahı olan Qazaka və qış iqamətgahı olan Vera adlı iki paytaxt şəhərləri olmuşdur.
Matara
Matara (sinh. මාතර, tam. மாத்தறை) — Şri-Lankada şəhər. Cənub əyalətinin okean sahillərində yerləşir. Ölkə paytaxtı Kolombodan 160 km məsafədədir. Matara dairəsinin əsas ticarət mərkəzi və inzibati mərkəzidir. Şəhər 2004-cü ildə Hind okeanında baş vermiş zəlzələdən böyük zərər görmüşdür. Şəhər əhalisinin sayı 68 000, aqlomerasiyada isə əhalinin sayı 831 mindir. == Etimologiyası == «Matara» sözü «Böyük bərə» mənasını verir və böyük ehtimal ki, tamil dilində olan «matturay» sözündəndir. Matturay sözü isə «böyük dəniz limanı» və ya «böyük qala» mənasını daşıyır.
Matam
Matam (ing. Matam, Senegal) — Seneqalda, yerləşən bir yaşayış məntəqəsidir. Matamın 17,324 nəfər əhalisi var.
Chalempon Malakam
Chalempon Malakam (tay เฉลิมพล มาลาคำ, ing. Chalermpol Malakham; 10 oktyabr 1962) — Tailand musiqiçisi musiqi etiketi altında Topline Diamond.
Marağan (Sərdəşt)
Marağan (fars. مراغان‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 384 nəfər. yaşayır (78 ailə).
Maştağa bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Maştağa məscidləri
Maştağa məscidləri — 1939-cu ilin məlumatına görə Maştağada 36 məscid, 4 pir olmuşdur. == Cümə məscidi == Bu məscid 1893–95-ci illərdə tikilib. XIX əsrə aiddir. Ərazisi 1600 m², sahəsi 400 m², ibadət tutumu 400 nəfər. Məscid hicrətin səkkizinci yüzilliyində, miladi tarixilə 1414-cü ildə məştağalı memar Ərtuğay İbn Hacı Xəlil əl-Məşqədəh tərəfindən tikilibmiş. Məscidin minarəsinin memarı ustad Kərbalayı Hacı Qulu olub. Usta Kərbəlayı Hacı Qulu minarənin yuxarısında dairə boyunca Ayətəl-Kürsü də həkk etmişdi. 1994-cü ildə bu məscidin nəzdində İmam Cəfəri Sadiq mədrəsəsi açılır. Burada gənclər elmi dini biliklərə yiyələnir. == Hunlar məscidi == Seyid İbad Ağa küçəsində keşmiş bazar yerləşən meydana bitişikdir.
Natamam limodorum
Natamam limodorum (lat. Limodorum abortivum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin limodorum cinsinə aid bitki növü. Çoxillik bitkidir. Kökümsovu qısa, üfüqi, çoxlu qalın köklüdür. Gövdəsi qalın, 30–60 (80) sm hündürlükdə, yaşılı-bənövşəyi, boz, iti qınlıdır. Çiçəkqrupu iri, 6–20 çiçəkdən ibarət boş salxım şəklindədir. Çiçəkləri iri, bənövşəyi rəngli, 20–25 mm uzunluqdadır. Çiçəkyanlığının yarpaqları lansetvari, çəhrayı, 20 mm uzunluqdadır. Dodaqcığı açıq-bənövşəyi rənglidir. Mahmızı nazik, 15 mm uzunluqda, yumurtalığa bərabər və ya uzundur.
Yatağan dəmirtikan
Yatağan dəmirtikan (lat. Tribulus terrestris) — bitkilər aləminin həlməlçiçəklilər dəstəsinin həlməlkimilər fəsiləsinin dəmirtikan cinsinə aid bitki növü. Birillik ot bitkisi olub, nazik, düz kökləri olur. Gövdəsi budaqlanan olub, uzunluğu 10-60 (120) sm-dir. Yarpaqları qarşı-qarşıya, cüt cüt, mürəkkəb lələkvari, 6-8 olmaqla, cüt-cüt yerləşən uzunsov yarpaqcıqdan ibarət, uzunluğu 3-8 sm, eni isə 1,5-2 sm-dir. Çiçəkləri qoltuq yarpaqlarından ibarət, qısa ayaqcıqlı, tək, azsaylı, kiçık, 1,2 sm diametrində çiçək tacından ibarətdir. İkiqat çiçək yanlığı, düzgün, beşüzvlü olmaqla, 10 erkəkcikdən ibarətdir. Yetişən zaman meyvələri 5 ulduzşəkilli künclü və 4 ədəd uzun və sərt tikan və çoxsaylı qabarcıqlardan ibarətdir. Çiçəkləri yaşıl-sarı, yarpaqları yaşıl, meyvələri isə açıq-yaşıldır. Özünəməxsus zəif iylidir.
Yatağan ilanlar
Yatağ ilanlar, və ya Qum yatağan ilanları (lat. Eryx) – Yatağanlar fəsiləsinə aid ilan cinsi. Bu cinsə daxil olan ilan növlərinin yalnız az qismi qumda yuva qururlar. Digər qismi isə gilli, çınqıllı və daşlıq ərazilərdə yuva qurur. Bədəni silindirik formaya malik olur və əzələ sistemi yaxşı inkişaf etmişdir. Quyruğu isə çox qısadır. Gözləri xırda olub yuxarı istiqamətlənmiş formadadır. Ön dişləri arxa dişlərinə nisbətən uzundur. Onlar əsasən öz ovunu əzələli bədəni ilə sıxaraq öldürürlər. Əsasən kərtənkələlərlə qidalanırlar.
Əbdülqadir Marağai
Əbdülqadir Marağayi və ya Əbdülqadir Maraği (az-əbcəd. عبدالقادر مراغی‎; fars. عبدالقادر مراغی‎) — Azərbaycan türklərindən olan böyük alim. Musiqi Azərbaycan xalqının həyatının bütün sahələrində həmişə xüsusi yer tutub. Görünür, elə buna görə də orta əsrlərdə bütün Şərq musiqisinin nəzəriyyə və təcrübi məsələlərini əhatə etmiş Səfiəddin Urməvi və Əbdülqədir Marağayi kimi iki korifey məhz Azərbaycandan çıxmışdı. Əbdülqədir ibn Qeybi əl-Hafiz Əl-Marağayi XIV əsrin ortalarında Azərbaycanın məşhur elm və mədəniyyət mərkəzlərindən sayılan Marağa şəhərində anadan olub. Orta əsrlərin bir çox digər alimləri kimi Marağayi də hərtərəfli təhsil almışdı. O, şərq musiqi nəzəriyyəsini dərindən mənimsəmiş, gözəl xanəndə, musiqiçi, bəstəkar, rəssam – xəttat və şair olmuşdur. Marağayi öz şerlərini Azərbaycan türkcəsi, fars və ərəb dillərində yazıb. Marağayi özünün yazdığı kimi, şeirlərinin əksər qismini Azərbaycanda və İraq türkləri arasında geniş yayılmış Segah, Üşşaq və Nəva muğamlarına uyğun vəznlərdə qələmə alıb.
Çalempon Malakam
Chalempon Malakam (tay เฉลิมพล มาลาคำ, ing. Chalermpol Malakham; 10 oktyabr 1962) — Tailand musiqiçisi musiqi etiketi altında Topline Diamond.
Dəvəboynu (Marağa)
Dəvəboynu (fars. ‎‎‎دوه بوينی‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 28 nəfər yaşayır (6 ailə). == Tarixi == Dəvəboynu kəndinin əhalisi buranı tərk edərək ətraf şəhər və əyalətlərə köç etmişlər. Lakin bəzi ailələr 2005-ci ildə ata-baba kəndlərinə yerləşməyə qərar vermiş və burada daimi məskunlaşmışlar. Bu dövrdə kənd yalnız elektrik enerjisindən istifadə edir və başqa şəraiti yoxdur. Dəvəboynu kəndinin təxminən yaşı 300-dür. Lakin kənddə qədim dəfn yerlərinin olması və köhnə mağaraların mövcudluğu onun qədimliyini göstərir. Dinozavr qalıqlarının aşkar edilməsi böyük əhəmiyyət daşıyır. Şəhərdən uzaqda yerləşməsi və asfalt yolların olmaması səbəbindən bu kənddə nəqliyyat digər kəndlərə nisbətən daha azdır.Bununla belə bu kənddə çox təmiz hava müşahidə olunur.
Eydli (Marağa)
Eydli (fars. عيدلو‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 22 nəfər yaşayır (7 ailə).
Fətullahbulağı (Marağa)
Fətullahbulağı (fars. فتح اله بلاغي‎‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Gənci (Marağa)
Gənci (fars. گنجي‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 48 nəfər yaşayır (15 ailə).
Hacıbağırkəndi (Marağa)
Hacıbağırkəndi (fars. حاجي باقركندي‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 120 nəfər yaşayır (26 ailə).
Hacıkürd (Marağa)
Hacıkürd (fars. حاجي كرد‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,101 nəfər yaşayır (512 ailə).
Hacıkənd (Marağa)
Hacıkənd (fars. حاجي كندي‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 145 nəfər yaşayır (27 ailə).
Heris (Marağa)
Heris (fars. ‎‎هريس‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 215 nəfər yaşayır (47 ailə).
Kahaq (Marağa)
Kahaq (fars. كهق‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,600 nəfər yaşayır (425 ailə).
Kahcıq (Marağa)
Kahcıq (fars. كهجوق‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,256 nəfər yaşayır (306 ailə).
Malaqa
Malaqa — İspaniyanın cənubunda, Əndəlüsdə, yerləşən şəhərdir. Ərazisi 395 km², əhalisinin sayı 568.507 nəfərdir. Malaqa Aralıq dənizinin qərb sahilində, Piriney yarımadasının cənubunda, Cəbəllütariq boğazından 100 kilometr uzaqda yerləşir. Əhali sayına görə Malaqa İspaniyada 6-cı, Əndəlüsdə 2-ci, Avropa İttifaqında 46-cıdır.
Malaqal dağı
Malaqal dağı — Qazax rayonu ərazisində dağ. == Ümumi məlumat == Əli-Bayramlı kəndindən cənub-şərqdədir. Hündürlüyü 544 metrdir. Güman etmək olar ki, oronim Azərbaycanın bir çox rayonlarında müxtəlif variantlarda qeydə alınmış "isti vaxtda mal-qaranın sərin düşənə kimi saxlandığı kölgəli yer" mənalı mağal sözü ile eyni mənşəlidir.
Markqam adası
Markqam — İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Ada 1740-cı ildə Böyük Şimal Ekspedisiyası zamanı Dmitriy Vasileviç Sterleqov tərəfindən kəşf edilmişdir. 1893-cü ildə Fritof Nansen tərəfindən Klement Robert Markxemin şərəfinə adlandırılmışdır Kara dənizində, Sorevnavaniya adasından 7 km şimalda, materikdən isə 9 km aralıda yerləşir.