Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Raviqot
Ravigote sousu fransız mətbəxindən olan yaşıl sousdur. Adətən Aralıq dənizi midyəsi, yengəc klam və alabalıq salatı kimi balıq və dəniz məhsulları ilə verilsə də, qızardılmış ətlə də yaxşı gedir. Mikserlə kele və ya bulyon, sirkə, xardal, qara istiot və acı qırmızı istiot tozu yavaş-yavaş yağ əlavə edilərək emulsiya halına gətirilir. Bu emulsiya cəfəri, yaşıl soğan, şüyüd, frank cəfərisi, tərxun, sarımsaq qabığı və yumurta ilə qarışdırılır. Turşu xiyar, tikanlı kəvər və krem kimi maddələrin də əlavə edilməsi mümkündür.
Mariqo
Mariqo (fr. Marigot) — Fransanın Sen-Marten dəniz ərazisinin paytaxtı və ən iri yaşayış məskəni. Əhalisi 5,7 min nəfərdir (2006). Yaşayış məskəni XVIII əsrdə bataqlıq yerdə salınıb. Əvvəllər bura balıqçılıq qəsəbəsi olub.
Sarıgöz göyərçin
Sarıgöz göyərçin (lat. Columba eversmanni) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinin göyərçin cinsinə aid heyvan növü.
Sarıgöz pinqvin
Sarıgöz pinqvin, və ya Möhtəşəm pinqvin, Antipodov pinqvini (lat. Megadyptes antipodes) — pinqvinlər fəsiləsinə, nəsli kəsilməyən Megadyptes cinsinə aid olan yeganə növ. Maori dilində Xoixo adlandırılır. Bu vcanlıların bədən quruluşu daha çox Kəkilli pinqvinlərə bənzəyir. İri fərdlərin boyu 70–75 sm, çəkisi 6–7 kq olur. Orta ömür müddəti 10–12 ildir. Bəslənmə şəraitində isə bu 20 ilə qədər uzana bilir. , Dişilərin böyük qismi artıq 2 yaşında yumurta qoyur. Xarici görünüş baxımından isə digər pinqivinlərə bənzəyirlər. Başları qızılı-sarı həm də qara tüklərlə örtülürlər.