Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Manasiya (monastır)
Manasiya monastırı (serb. Манастир Манасија) və ya Resava (serb-kiril Ресава) ― Serbiya ərazisində yerləşən, 1406-1418-ci illər arasında Stefan Lazareviç tərəfindən tikilmiş Serb Pravoslav monastırı. Kilsə Müqəddəs Üçlüyə həsr edilmişdir. Kompleks orta əsr serb mədəniyyətinin ən əhəmiyyətli abidələrindən biridir və "Morava memarlıq məktəbinə" aiddir. Monastır nəhəng divarlar və qüllələrlə əhatə olunmuşdur. Manasiya monastırı qurulduqdan dərhal sonra Serb despotluğunun mədəniyyət mərkəzinə çevrildi. Resava Məktəbi 15 və 16-cı əsrlərdə despotluğun Osmanlı imperiyasının hakimiyyəti altına keçməsindən sonra da əlyazmaları və tərcümələri ilə məşhur idi. Manasiya kompleksi 1979-cu ildə "müstəsna əhəmiyyətə malik mədəniyyət abidəsi" elan edilmişdir və Serbiya Respublikası tərəfindən qorunur. Monastır 2010-cu ildə UNESCO-nun ehtiyyatda olan ümumdünya irsi siyahısına daxil edilmişdir. == Memarlıq və tarix == Resava olaraq da tanınan Manasiya monastırı Despotovats şəhərindən iki kilometr şimal-qərbdə, mənzərəli dərədə inşa edilmişdir.