Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Metodizm
Metodizm və ya digər bilinən adı ilə Metodist hərəkatı protestant xristian ənənəsidir. John Wesley tərəfindən əsası qoyulmuşdur. Digər görkəmli şəxslər Corc Uaytfild və Conun qardaşı Çarlz Ueslidir. Onlar metodist adlanırlar, çünki onlar öz xristian inanclarını yaşamaq üçün metodik bir yol izləyirlər. Wesley müqəddəs olmağın metodist inancının ən vacib hissəsi olduğunu söylədi. Metodistlər Allah tərəfindən yaradılmışdır. Metodistlər 18-ci əsrdə İngiltərə kilsəsində dirçəliş hərəkatı olaraq başladılar. Uesli öldükdən sonra onlar ayrı bir kilsə oldular. Hərəkat missionerlər vasitəsilə yayıldı. Onun dünya üzrə təxminən 80 milyon müridi var.
Meliorizm
Meliorizm (kökü lat. melior sözüdür, "yaxşı" məna verən bonus sözünün müqayisə dərəcəsi) — metafizika nəzəriyyəsi, ona əsasən, tərəqqi dünyanı təkmilləşdirilməyə aparacaq real anlayışdır. Onun konsepsiyasına görə, insanlar təbii proseslərə müdaxilə edərək daha yaxşı nəticə qazana bilərlər, nəinki bu prosesləri özbaşına buraxsalar. Meliorizm insan və cəmiyyətin konsepsiyası kimi müasir liberal demokratiya və insan hüquqlarının əsasında durur və liberalizmin əsas komponentidir.
Melodram
Melodram — ənənəvi dramaturgiya janrıdır. Kinematoqrafiyada xüsusilə geniş yayılmışdır. Kəskin intriqalar, xeyirlə şərin açıq şəkildə üz-üzə qarşılaşdırılması, ideal qəhrəman, iztirab çəkən qadın, məkrli cani, süjetin inkişafını müəyyənləşdirən təsadüfi və qəlbi sarsıdan hadisələr, tamaşaçıların hissləri ilə oynamaq, anlaşıqlı və nəsihətamiz əxlaq dərsləri melodramın xarekter əlamətləridir. Melodram (q.yun. δρᾶμα) mahnı və dram–hadisə. 1. Mövzusunda mübaliğəli dramatik gərginlik, zahiri effekt və həyəcanlı səhnələr olan dramatik janr, habelə bu janrda əsər. 2. Öz hiss və həyəcanlarını həddindən artıq faciəli və qeyri-təbii şəkildə ifadə etmə. 3.
Melizm
Melizm – ümumiyyətlə melodiyanı gözəlləşdirən əlavə melodik artırmalara deyilir. Melizm işarələri ən çox Azərbaycan musiqisində işlədilir. Qərb və rus klassik musiqisində də çox təsadüf edilir. Bu əlavə melodik artırmaların müəyyən şəkli vardlr. Musiqidə melizm hələ qədim zamanlardan başlayaraq inkişaf etmişdir. Onların yazılışı müxtəlif olduğu kimi ifa üsulları da müxtəlifdir. Melizm xüsusi işarələrlə gostərilərək xanənin ümumi olcüsünə daxil olmayan bir neçə kiçik notlardan təşkil olunur.
Melodram filmi
Melodram — ənənəvi dramaturgiya janrıdır. Kinematoqrafiyada xüsusilə geniş yayılmışdır. Kəskin intriqalar, xeyirlə şərin açıq şəkildə üz-üzə qarşılaşdırılması, ideal qəhrəman, iztirab çəkən qadın, məkrli cani, süjetin inkişafını müəyyənləşdirən təsadüfi və qəlbi sarsıdan hadisələr, tamaşaçıların hissləri ilə oynamaq, anlaşıqlı və nəsihətamiz əxlaq dərsləri melodramın xarekter əlamətləridir. Melodram (q.yun. δρᾶμα) mahnı və dram–hadisə. 1. Mövzusunda mübaliğəli dramatik gərginlik, zahiri effekt və həyəcanlı səhnələr olan dramatik janr, habelə bu janrda əsər. 2. Öz hiss və həyəcanlarını həddindən artıq faciəli və qeyri-təbii şəkildə ifadə etmə. 3.
Melodik death metal
Melodik det metal ("Melodet" və "MDM" olaraq da adlanır) — det metal janrının melodik xüsusiyyətindən yaranmış musiqi janrı. Melodik det metal sürətli və ağır "metal" janrıdır. Digər janrlardan fərqli olaraq bu janrın ifası zamanı sərt rifli gitaradan və sərt barabandan istifadə olunur. Bu janrın dünyada ən məşhur nümayəndələri Kalmah, Amon Amarth, Insomnium və In Flames, ən məşhur qrupları isə Skandinaviya yarımadasından olan qruplardır. At The Gates-in (Slaughter of the Soul), In Flames-in (The Jester Race) və Dark Tranquillity-nin (The Gallery) albomları melodik det metalın ən önəmli və böyük albomlarından hesab edilir. Melodik det metal janrının modern ("modern melodik det metal") tərzi İsveç musiqi qrupları In Flames və Soilwork tərəfindən yaradılmışdır. Azərbaycanda melodik det metalın nümayəndəsi Death Is Just The Beginning qrupu, modern melodik det metalın təmsilçisi isə Silence Lies Fear qrupudur.
Melodik det metal

Azərbaycanın melodiya və ritmləri (film)
Azərbaycanın melodiya və ritmləri sənədli filmi "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Azərbaycanın melodiya və ritm zənginliyindən, kökləri əsrlərin dərinliklərinə gedib çıxan Azərbaycan musiqisindən bəhs edir. == Məzmun == Film Azərbaycanın melodiya və ritm zənginliyindən, kökləri əsrlərin dərinliklərinə gedib çıxan Azərbaycan musiqisindən bəhs edir. Filmdə Polad Bülbüloğlunun, tarzən Həmid Vəkilovun, kamança ustası Habil Əliyevin ifaları da yer almışdır.