Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Memuar
Xatirə yaxud memuar — oçerk kimi faktiki həyat materialı və sənədlilik əsasında yazılır. Amma oçerkdən fərqli olaraq, xatirədə konkret bir şəxsdən bəhs etmək məhdudiyyəti yoxdur. Xatirədə əsas şərt müəllifin iştirak etdiyi, şahidi olduğu hadisələri təsvir etməkdir. Bundan əlavə, xatirədə həcm məhdudiyyəti də yoxdur. Xatirə həcmcə oçerkdən xeyli böyük də ola bilər. C.MəmmədquIuzadənin "Xatiratım", A.Şaiqin"Keçmiş günlər", Ö.F.Nemanzadənin "Xatirələrim", S.Rüstəmin "Unudulmaz müəllim", M.Hüseynin "Bir ay, bir gün", Anarın "Sizsiz" əsərləri xatirə nümunələridir. Dəqiqlik, tarixi həqiqətin gözlənilməsi memuar janrının mühüm xüsusiyyətləridir. Bu janrda yazılan əsərlərdə şəxsiyyətlərə, hadisələrə müəyyən fərqli yanaşmalar da ola bilər.
SSRİ xalq memarı
SSRİ xalq memarı (rus. Народный архитектор СССР) — SSRİ Ali Sovetinin 12 avqust 1967-ci il fərmanı ilə təsis olunmuşdur. Azərbaycanlılardan bu ada Mikayıl Hüseynov (1970) layiq görülmüşdür.
Azərbaycan Respublikasının əməkdar memarı
Azərbaycan Respublikasının əməkdar memarı — Azərbaycan memarlığının inkişafında böyük xidmətlər göstərmiş, yüksək sənət nümunələri olan xatirə abidələrinin, bina və komplekslərin, şəhərsalma sahəsində memarlıq layihələrinin hazırlanmasında və həyata keçirilməsində xüsusi nailiyyətlər əldə etmiş şəxslərə verilən fəxri ad.
Həsən Məzarcı
Həsən Məzarcı və ya Həsən Məzarçı (türk. Hasan Mezarcı; 11 may 1954) — Türkiyə siyasətçisi və kult lideri. Keçmişdə islamçı fundamentalist fikirləri ilə tanınır. == Həyatı == O, müfti olduğu İstanbulda Rifah Partiyası tərəfindən Türkiyə Böyük Millət Məclisinə öz namizədliyi göstərmiş və deputat seçilmişdir. Məzarcı yaxın tarixlə bağlı mübahisəli məsələləri məclisin gündəminə gətirməsi, konfranslarda Atatürkü təhqir etməsi və laisizm əleyhinə çıxışları ilə diqqət çəkmiş və bu səbəbdən partiyasından xaric edilmişdir. Daha sonra Atatürkü təhqir etdiyinə görə Ankara 5-ci Cəza Məhkəməsi ona 1 il həbs cəzası vermişdir. 3 ilə yaxın yaşadığı Almaniyadan Türkiyəyə qayıdan Məzarcı cəzasını çəkmək üçün göndərildiyi Ədirnədəki İpsala qapalı həbsxanasında təxminən 3 ay qalmışdır. Bundan sonra o, "Cəzaların icrası haqqında" qanunun müddəalarına uyğun olaraq cəzasını çəkmiş və 6 may 2002-ci ildə azadlığa çıxmışdır. Mezarcının həbsxana prosesindən başlayaraq özünə qapanma və təcrid dövrünə girdiyi müşahidə edilmişdir. O, 25 noyabr 2000-ci ildə verdiyi müsahibədə 3 il əvvəl həbsxanada İsa Məsih olduğunu Allah tərəfindən ona xəbər verildiyini bildirmiş və həvariləri ilə birlikdə vəzifəsini yerinə yetirəcəyini bildirmişdir.