Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Amensalizm
Amensalizm — özü xeyir verməyən və başqa populyasiyaya birtərəfli ziyan vuran yaşayış forması. == Ümumi məlumat == Su hövzələrinin dibində yaşayan xərçənglər çox vaxt torpağı qarışdırmaqla oradakı yosunların inkişafına mənfi təsir göstərirlər. Bu biotik əlaqə formasında iki qarşılıqlı təsirdə olan növlərdən biri üçün birgə yaşama mənfi nəticə göstərir. Digər növ isə ondan nə fayda alır, nə də zərər çəkir. Daha çox bu formada olan qarşılıqlı əlaqə təsirinə əsasən bitkilərdə rast gəlinir. Məsələn, işıqsevər ot növləri fıstıq və ya küknar meşəsində ağac çətirlərinin güclü kölgəsi altında sıxışdırılır, lakin ağaclara belə "qonşuluq" heç bir fərq göstərmir. Bitkilərdə bəzən birinin ayırdığı məhsul digərinin (amensalın) böyüməsini ləngidir. Bu əlaqə adətən birbaşa rəqabətə aid edilir və antibioz adlanır. Bu əlaqə forması bitkilərdə yaxşı öyrənilib, bunun əsasında resurs uğrunda rəqibə qarşı mübarizə məqsədilə müxtəlif zəhərli maddələrdən (herbisid) istifadə olunur. Bu hadisə allelopatiya adlanır.
Mentalist
Mentalist (ing. The Mentalist) — 23 sentyabr 2008-ci ildən 18 fevral 2015-ci ilə qədər CBS kanalında yayımlanan Amerika televiziya serialı. İngilis yazıçısı və rejissoru Bruno Heller tərəfindən yaradılmışdır, o, eyni zamanda icraçı prodüserdir. Serial yeddi mövsüm və cəmi 151 seriyadan ibarətdir. Baş qəhrəman Patrik Ceyndir (Saymon Beyker), əla mentalist, praktik psixoloq və manipulyator, bir vaxtlar özünü "ekstrasens" və "uzaqgörən" kimi göstərirdi. Ceyn müxtəlif ağır cinayətlərin açılmasında ABŞ-ın Kaliforniya Təhqiqat Bürosuna (CBI) kömək edir, lakin Patrikin CBI ilə əməkdaşlığının əsas səbəbi baş qəhrəmanın həyat yoldaşı və qızını cinayətdən beş il əvvəl öldürən Qanlı Con (ing. Red John, həmçinin Qırmızı Con) ləqəbli seriyalı qatili tutmaq istəyidir. Ceyn xüsusi agentlər Kimble Ço, Veyn Riqsbi, Qreys van Pelt və onların müdiri Teresa Lissabonun daxil olduğu CBI Departamentinin məsləhətçisidir. Altıncı mövsümün doqquzuncu epizoduna qədər olan hər bir epizodun başlığında (pilot istisna olmaqla) "qırmızı", "qanlı" sözləri və ya hansısa şəkildə qırmızı rənglə əlaqəli başqa sözlər var ki, bu da Ceynin əsas düşməninə istinad edir.
Mədxalizm
Mədxalizm və ya Mədinə camaatı — məşhur sələfi üləması Rəbi ibn Hadi əl-Mədxalinin əsərlərindən ilhamlanan sələfi hərəkatı daxilində bir cərəyan. Politoloq Ömər Aşur və bəzi Qərb KİV-ləri "mədxalizmi" dini bir təriqət olaraq təyin edirlər. Mədxalizm ideologiyasının təməl daşı, öz təbəələrini əsassız zorakılığa məruz qoysa belə, hökumətə şübhəsiz sədaqətdir. Yaxın Şərqdəki diktatura rejimlərinə tez-tez qarşı çıxan digər İslam qruplarından fərqli olaraq, Mədxalitlər bu cür rejimləri açıq şəkildə dəstəkləyirlər. Bəzi tədqiqatçılar hərəkatın doğulmasını Müsəlman Qardaşlarına və Seyid Qutb (Qutbitlər) tərəfdarlarına qarşı reaksiya ilə əlaqələndirirlər. 1990-cı illərdə Səudiyyə Ərəbistanı və Misir hökumətləri islamçı hərəkatın daha radikal ünsürlərinə qarşı sələfi mədxaliləri dəstəkləyirlər. Analitiklərin fikrincə, Hollandiyadakı bütün sələfilərin təxminən yarısını mədxalilər təşkil edir. Politoloq Talqat Mamıraymovun fikrincə, Qazaxıstanda ibadət edən müsəlmanların təxminən 5–10%-i sələfilərdir, onların arasında sələfi mədxaliləri üstünlük təşkil edir və onlar öz ardıcıllarını dövlət hakimiyyətinə tamamilə tabe olmağa çağırırlar.