Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Perostema
Nectandra (lat. Nectandra) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinə aid bitki cinsi. Porostema Schreb. Perostema Raeusch. Pomatium Nees ex Meisn.
Peristera
Şamdangülü (lat. Pelargonium) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinə aid bitki cinsi. Çox vaxt mürəkkəb hibrid mənşəli növ olan zonal şamdangülündən (P.zonale) istifadə edirlər. Bu yaşıl zoğlu, yumru, qırmızı zolaqlı, sallaq yarpaqları olan iri bitkidir. Müxtəlif rəngli çiçəkləri çətir-hamaşçiçəyinə yığılmışdır. Gülçülükdə dişli yarpaqlı və ikirəngli çiçəkləri olan kraliçə şamdangülü (P.domesticum), ətirli yarpaqları olan ətirli şamdangülü (P.fragrans) və sallaq zoğlu, çəhrayı çiçəkləri olan sarmaşıqyarpaqlı şamdangülündən (P.Peltatum) geniş istifadə olunur. Çox vaxt şamdangülünü qələmlə çoxaldırlar. Bu dövrdə bitkinin çox zoğ verməsi üçün təpə tumurcuğu kəsilir. Qələmləri əkməzdən əvvəl 1-2 saat qurudulur və kölgəli yerdə əkilir. Şamdangülünü çox vaxt dibçək gülü kimi becərilir, yayda açıq sahəyə köçürürlər.
Epistema
Epistema — fəlsəfə tarixindəki ümumi istifadəsiylə, məlumat mənasını verməkdədir. Fəlsəfənin alt qaynaqlarından biri olan epistemalogiya da epistema anlayışından gəlir. Epistemalogiya epistema və loqos terminlərinin birləşməsindən yaranır.
Eritema
Eritema — yanaqlarda və burunda müşahidə edilən, gül şəklində olub sızanağa bənzəyən dəri xəstəliyidir.
Düyünlü eritema
Düyünlü eritema (ing. eritema nodosum) – pannikulitin bir növüdür, daha çox 20–45 yaşlı qadınlarda, hiperemiyalı, ağrılı, müxtəlif ölçülü düyüncüklərdir, dərialtı piy toxumasının geniş yayılmış kəskin iltihabıdır. Dəri əvvəl çərhayı və qırmızı, sonra isə qəhvəyi və göyərmiş olur. Ən çox aşağı ərtaflarda (baldırın ön səthində) olur. Bakteriya və göbələk infeksiyaları, vərəm, sarkoidoz, BİX və xərçəng kimi xəstəliklərin ilk əlaməti ola bilər. Əsas xəstəliklə əlaqədar yarandıqda halsızlıq, qızdırma, çəki itirmə, öskürək və sümüklərdə ağrı olur. Sağalma 4–6 həftə ərzində, nadir hallarda xora yarana bilər, miqrasiyə edən formaları illərlə gedə bilər.