Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Metamorfizm
Metamorfoza
«Metamorfoza» (lat. Metamorphoses) — qədim Roma şairi Publi Ovid Nazonun müxtəlif metamorfoz-çevrilmələrdən (insanları heyvanlara, bitkilərə, bürclərə, daşlara və s.) bəhs edən on beş kitabdan ibarət poema. Kitaba Yunan və Roma mifologiyasından, folklordan və tarixi əfsanələrdən çevrilmələr haqqında hekayələr daxildir; onlar "tarixi" ardıcıllıqla təqdim olunur: dünyanın yaranma vaxtından (özü metamorfoz kimi qəbul edilir) Yuli Sezarın (ulduza çevrilməsinin hekayəsi) vaxtına qədər. Ümumilikdə 250 -yə yaxın belə hekayə var. Poema Ovid tərəfindən Romada e.ə. 2-ci (Böyük Yuliya üçün sürgün ili) və 8-ci illər (Ovidin özünün sürgün ili) arasında yazılmışdır. Poema öz əhatə dairəsinə görə unikal olan (Apollodorun “Mifoloji Kitabxanası” ilə birlikdə) qədim miflər toplusu kimi mühüm əhəmiyyət kəsb edir.
Metamorfik süxurlar
Metamorfik süxurlar (yun. "metamorfozis - çevrilmə) — Yerin dərinliyində temperaturun, təziqin və kimyəvi şəraitin dəyişməsinin təsirindən çökmə və maqmatik süxurların dəyişilmiş formalarıdır. Yer qabığını təşkil edən süxurların əsas hissəsi iki dəfə, bəzən bir neçə dəfə gah dərinliyə Yerin təkinə bataraq, gah da yuxarıya qalxaraq özlərinin ilkin formaşdığı şəraiti dəyişməli olurlar. Daha çox əhəngdaşları, gillər, bazaltlar və s. tanınmaz dərəcədə dəyişilirlər. Metamorfik süxurlar Yer səthinin 12 %-ni təşkil edir. Məlumdur ki, plastik gil sobada bişirildikdə kərpicə, möhkəm əhəngə və ya çox bəzəkli, gözəl çini qablara çevrilir. Yerin təkində 30–60 km dərinlikdə yüksək temperatur (400 −900 °C) və çox yüksək təziq (on minlərlə atmosfer) şəraitində milyon illər ərzində yuxarıdan daxil olan yumşaq çöküntülərdə çevrilmələr gedir. Nəticədə kiçikdənəli yumşaq çöküntülər irikristallik (0,3 −1,0 sm ölçüdə dənələr) süxurlara, görünüşü o qədər də cazibədar olmayan əhəngdaşıları isə qədim sarayları bəzəyən müxtəlif rəngli nəcib mərmərlərə çevrilir. Ala-bəzək mərmər kolleksiyasını Moskva, Sank-Peterburq, qismən də Bakı metropolitenlərinin zallarında görmək olar Metamorfik süxurlara eyni zamanda südrənli-ağ və ya yaşıl nefrit, yasəmən rəngli çaroit, gözəlliyinə və rəngarəngliyinə görə təkrarolunmaz yaşəmlər aiddir.