Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Metamorfoza
«Metamorfoza» (lat. Metamorphoses) — qədim Roma şairi Publi Ovid Nazonun müxtəlif metamorfoz-çevrilmələrdən (insanları heyvanlara, bitkilərə, bürclərə, daşlara və s.) bəhs edən on beş kitabdan ibarət poema. Kitaba Yunan və Roma mifologiyasından, folklordan və tarixi əfsanələrdən çevrilmələr haqqında hekayələr daxildir; onlar "tarixi" ardıcıllıqla təqdim olunur: dünyanın yaranma vaxtından (özü metamorfoz kimi qəbul edilir) Yuli Sezarın (ulduza çevrilməsinin hekayəsi) vaxtına qədər. Ümumilikdə 250 -yə yaxın belə hekayə var. Poema Ovid tərəfindən Romada e.ə. 2-ci (Böyük Yuliya üçün sürgün ili) və 8-ci illər (Ovidin özünün sürgün ili) arasında yazılmışdır. Poema öz əhatə dairəsinə görə unikal olan (Apollodorun “Mifoloji Kitabxanası” ilə birlikdə) qədim miflər toplusu kimi mühüm əhəmiyyət kəsb edir.
Metamorfozalar (Apuleyus)
"Metamorfozlar" (lat. Metamorphoseon) və ya "Qızıl eşşək" (Asinus aureus) - II əsrin qədim Roma yazıçısı Apuleyus tərəfindən yazılmış 11 kitabdan ibarət bir romandır. Latın dilində ən məşhur antik romanlardan biridir, dəfələrlə başqa dillərə tərcümə edilmiş və nəşr edilmişdir. == Əlyazmaları və nəşrləri == Bir neçə ifadənin içindəki korlanmış fraqmentlər istisna olmaqla "Metamorfoz" bizə qırxa ayxın siyahıda və demək olar ki, itkisiz gəlib çatıb. Ən qədim və ən yaxşı siyahı 11-ci əsrdə yaradılmış, hazırda Florensiyada, Laurensiana kitabxanasında olan Laurentianus hesab edilir. Buraya sadalanan ardıcıllıqda Apuleyusun ({{dil-la|Apologia), Metamorfozlar və (lat. Florida), həmçinin Tasitin (lat. Annales və (lat. Historiae) əsərlərindən bir neçə fəsil daxildir. Bu gün də çap olunan ingilis dilinə klassik tərcümə 1566-cı ildə Vilyam Adlinqton tərəfindən nəşr edilən tərcümə hesab olunur.
Metamorfizm
Metamorfizm (yun. metamorphoomai-çevrilirəm, dəyişirəm) — mantiyada və yer qabığının dərinliklərində temperaturun, təzyiqin və kimyəvi-fəal dərinlik məhlullarının təsiri altında süxurların strukturunun, kimyəvi tərkibinin və fiziki xassələrinin əsaslı dəyişməsi prossesinə deyilir. Metamorfizmin regional, kontakt (əlaqə), dinamik və hidrotermal növlərini ayırırlar.
Metamorfik süxurlar
Metamorfik süxurlar (yun. "metamorfozis - çevrilmə) — Yerin dərinliyində temperaturun, təziqin və kimyəvi şəraitin dəyişməsinin təsirindən çökmə və maqmatik süxurların dəyişilmiş formalarıdır. Yer qabığını təşkil edən süxurların əsas hissəsi iki dəfə, bəzən bir neçə dəfə gah dərinliyə Yerin təkinə bataraq, gah da yuxarıya qalxaraq özlərinin ilkin formaşdığı şəraiti dəyişməli olurlar. Daha çox əhəngdaşları, gillər, bazaltlar və s. tanınmaz dərəcədə dəyişilirlər. Metamorfik süxurlar Yer səthinin 12 %-ni təşkil edir. == Ümumi məlumat == Məlumdur ki, plastik gil sobada bişirildikdə kərpicə, möhkəm əhəngə və ya çox bəzəkli, gözəl çini qablara çevrilir. Yerin təkində 30–60 km dərinlikdə yüksək temperatur (400 −900 °C) və çox yüksək təziq (on minlərlə atmosfer) şəraitində milyon illər ərzində yuxarıdan daxil olan yumşaq çöküntülərdə çevrilmələr gedir. Nəticədə kiçikdənəli yumşaq çöküntülər irikristallik (0,3 −1,0 sm ölçüdə dənələr) süxurlara, görünüşü o qədər də cazibədar olmayan əhəngdaşıları isə qədim sarayları bəzəyən müxtəlif rəngli nəcib mərmərlərə çevrilir. Ala-bəzək mərmər kolleksiyasını Moskva, Sank-Peterburq, qismən də Bakı metropolitenlərinin zallarında görmək olar Metamorfik süxurlara eyni zamanda südrənli-ağ və ya yaşıl nefrit, yasəmən rəngli çaroit, gözəlliyinə və rəngarəngliyinə görə təkrarolunmaz yaşəmlər aiddir.