Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nekroloq
Nekroloq (q.yun. νεκρός – ölü, q.yun. λόγος – söz) — hansısa bir şəxsin vəfatı barədə xəbər verən və adətən həmin şəxsin həyat, fəaliyyəti, eləcə də dəfn mərasimi haqqında məlumat verən xəbər məqaləsi. Nekrologiya hansısa bir təşkilat, qrup və ya sahəylə əlaqədar olan şəxslərin ölümü barədə verilən nekroloqların siyahısıdır. Tarixi nekroloqlar əhəmiyyətli mənbə hesab edilir. == Həmçinin bax == Epitafiya == İstinadlar == == Ədəbiyyat == Baranik, Alana; Şiler, Cim; Miller, Stefen. Life on the Death Beat: A Handbook for Obituary Writers. Oak-Park: Marion Street Press. 2005. ISBN 1-933338-02-4.
Fariz Babayev (nefroloq)
Fariz Hənifə oğlu Babayev — Azerbaycan Nefroloqlar Cemiyyetinin sedri, Tibb elməri namizədi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş Nefroloqu, "Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası" publik hüquqi şəxsin direktoru. Avropa Nefroloqlar və Dializ Assosiasiyasının (ERA – EDTA), MDB Nefroloqlar və Türk Dünyası Transplantoloqlar Dərnəyinin (TDTD) rəyasət heyətinin üzvü və Azərbaycan üzrə səlahiyyətli nümayəndəsi, Dünya Transplantoloqlar Cəmiyyətinin (TTS), Azərbaycan Nefroloji Yardım İctimai Birliyinin idarə heyətinin, Səhiyyə Nazirliyinin hemodializ üzrə komissiyasının üzvüdür. 23 iyun 2018-ci ildə "Tərəqqi Medalı" ilə təltif edilmişdir. == Həyatı == Babayev Fariz Hənifə oğlu 1963-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1980-cı ildə orta məktəbi "Qızıl medal" ilə bitirmişdir. == Təhsili == 1980–1986-cı illərdə Azərbaycan Tibb Universitetinin müalicə pofikaktika fakültəsində təhsil almışdır. Fariz babayev 1986-cı ildə Azərbaycan Tibb Universitetini "Fərqlənmə diplomu" ilə bitirmişdir. 1989–1991-ci illərdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda klinik ordinatura keçmişdir. == Əmək fəaliyyəti == 1989–1991-ci illərdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda klinik ordinatura keçmişdir. 1991-ci ildə M.Topçubaşov adına Elmi-Tədqiqat Klinik və Eksperimental Cərrahiyyə İnstitunun hemodializ laboratoriyasında kiçik elmi işçi,1994-cu ildən böyük elmi işçi kimi çalışmışdır.
Nekroloq (film, 2001)
== Məzmun == Film institut işçisi Şamil müəlimin (Fərhad İsrafilov) başına gələn yarı gülməli, yarı faciəli əhvalatdan bəhs edir. İnstitutun şöbə müdiri Abdulla müəllimin xəstələnməsi xəbəri ildırım sürəti ilə bütün instituta yayılır. Onun vəziyyətinin tamamilə pis olduğunu doktor Məmişdən eşidən Şamil başlayır Abdulla müəllim üçün nekroloq hazırlamağa, hətta, özünü onun vəzifəsinə təyin etdirmək üçün digər vəzifəli adamlara müraciət edir. Film qəribə sonluqla tamamlanır... == Film haqqında == Filmdə müğənni Aygün Kazımovanın "Tı i ya" klipindən istifadə edilmişdir.
Çikaqo metropol regionu
Çikaqo aqlomerasiya regionu (İngilis dilində: Chicago metropolitan area) və ya Chicagoland, ABŞ-nin Çikaqo şəhərini və ətrafını əhatə edən aqlomerasiya regionudur. Təxminən 9,4 milyon əhalisi ilə ABŞ-nin üçüncü böyük aqlomerasiya regionudur. Çikaqo aqlomerasiya regionu dörd milyondan çox işçisi və illik 561 milyard dollarlıq ümumi regional istehsalı (GRP) ilə dünyanın ən böyük və ən müxtəlif iqtisadiyyatlarından biridir. Regionda 400-dən çox böyük korporativ mərkəz vardır.
New York metropol regionu
New York metropoliteni (ingilis dilində: New York metropolitan area) ABŞ-nin başda ölkənin ən böyük şəhəri olan New York olmaqla, Nyu-York ştatının cənub hissəsini Nyu-Cersi, Konnektikut və Pensilvaniya əyalətlərinin bir hissəsini əhatə edən metropoliya sahəsidir. Sahəsi 34,490 km² olan bu bölgənin əhalisi 2015-ci ildə 23,723,696 nəfərdir və Şimali Amerikanın ən böyük metropoliya ərazisidir. Nyu-York metropoliya sahəsi, maliyyə, beynəlxalq ticarət, media, daşınmaz əmlak, təhsil, moda və əyləncə, turizm, biotexnologiya və istehsal kimi bir çox sahələrin mərkəzi kimi dünyanın ən vacib iqtisadi bölgələrindən biridir. 2012-ci ildəki məlumata görə ÜDM-i 1.55 trilyon ABŞ dolları təşkil etmişdir. ABŞ-nin ən böyük sənət muzeyi olan Metropolitan İncəsənət Muzeyi də bu ərazidə yerləşir.
Regional metroloji təşkilat COOMET
Regional metroloji təşkilat COOMET (COOMET - metrologiya sahəsində əməkdaşlıq) — 12 iyun 1991-ci ildə Bolqarıstan, Polşa, Rumıniya, SSRİ və Çexoslovakiyada metroloqların təşəbbüsü ilə təsis edilmişdir. Bu gün anlaşma memorandumu imzalanmışdır. SSRİ dağılandan sonra keçmiş SSRİ-nin 15 respublikası sayəsində təşkilat üzvlərinin sayı 19-a çatdı. 2000-ci ildə təşkilat rəsmi olaraq dövlət metroloji qurumlarının Avro-Asiya əməkdaşlığı adlandırıldı. COOMET-in ali orqanı, bütün iştirakçı ölkələrin nümayəndələrini daxil edən COOMET Komitəsidir. COOMET fəaliyyətləri Prezident, dörd vitse-prezident və Katiblik rəhbərindən ibarət Prezident Şurası tərəfindən əlaqələndirilir. COOMET komitəsinin üzvləri vitse-prezidentləri təyin edən prezidenti üç il müddətinə seçirlər. COOMET orqanlarının iclaslarının keçirildiyi və sənədlərin tərtib olunduğu rəsmi dillər rus və ingilis dilləridir. COOMET-in öz maliyyə mənbələri yoxdur. 12 COOMET texniki komitəsi bütün ölçü sahələrində elmi iş aparır.