Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Meteor
Axan ulduz və ya Meteor — Günəş sisteminin kiçik cisimlərindən biridir. Onlar kometlərin parçalanması nəticəsində yaranan, həmçinin Günəşə yaxınlaşarkən itələmə qüvvəsinin təsiri ilə kometləri tərk edən hissəciklərdir. Yanan daş normalda daş alovu söndürür amma meteor nə qədər isdi ki daş belə yanır. === Meteorlar haqqında === Planetlərin toz mühiti içərisində ən dinamik maddə növü meteor maddəsidir. Bunların ən kiçikləri (ᐸ0,5 mkm) işığın təzyiqi ilə Günəş sistemini tərk edirlər. Nisbətən böyük meteor maddəsi Robertson-Poyntinq effekti nəticəsində Günəş sistemində qalır. Bunların hər birinin kütləsi qramın onda biri qədər, hətta daha kiçik olur. Nadir halda bəzi meteor cisminin kütləsi qramlarla olur. Bu cisimlərin konsentrasiyası çox kiçikdir: yerətrafı fəzada 1 km3 həcmdə iki mikrometeor vardır. Yerə nisbətən sürətləri 10–15 km/san olan mikrometeorlar əksəriyyət təşkil edirlər.
Mutter
Mutter (azərb. Ana‎) — Rammstein qruppunun üçüncü albomudur.
Lotar Matteus
Lotar Herbert Matteus (alm. Lothar Herbert Matthäus‎, 21 mart 1961[…], Erlangen, Bavariya) — görkəmli alman futbolçu və futbol mütəxəssisi. 1990-cı ildə Qızıl top mükafatına layiq görülmüş, 1991-ci ildə FİFA tərəfindən ilin oyunçusu seçilmişdir. == Ailə həyatı == Matteusun ilk həyat yoldaşı 47 yaşlı Silviya olub. Onların nigahı 1981-ci ilin iyulundan 1992-ci ilin dekabrına kimi davam edib. Bu nigahdan iki qızı olan Matteusun ikinci evliliyi İsveçrənin keçmiş gözəli Lolita Moreno ilə olub. Lotar televiziyada aparıcı olan Lolita ilə 1994-1999-ci ilə birgə yaşayıb və onların Loris adlı oğulları var. Əfsanəvi futbolçu üçüncü həyat yoldaşı Mariana Kostiçlə isə 2003-cü ilin Dunay çayında gəmi səyahəti zamanı tanış olub. Matteusu arzulanan həyat yoldaşı hesab edən Mariananın ondan üç uşağı var. Növbəti dəfə Lotar "Playbol" jurnalında çəkilən Ukraynalı fotomodel, özündən 26 yaş Liliana ilə 2007-ci ildə tanış olsa da, cütlüyün münasibətləri 2009-cu ilin yanvarın 1-də Las-Veqasda rəsmiləşib.
Fedon Matteu
Fedon Matteu (Φαίδων Ματθαίου; 12 iyul 1924-cü il, Saloniki - 17 sentyabr 2011-ci il) - Yunan basketbolçusu və basketbol məşqçisi. Karyerası boyunca mərkəz və oyun quran müdafiəçisi mövqeyində oynamışdır. Bir nömrə ilə çıxış edərdi. Basketbolçu kimi Helsinki Olimpiadasında yunan millisinin şərəfini qorumuş, London Olimpiadasında yunan akademik avarçəkmə komandasının tərkibində çıxış etmişdir. "Yunan basketbolunun patriarxı" kimi tanınırdı. == Ümumi məlumat == Fedon "Aris" klubunun prezidenti Mantos Matfeunun oğludur. Atası İtaliya-Yunan müharibəsində, 1941-ci ildə İtaliya Hərbi Hava Qüvvələrinin Salonikiyə hava hücumu zamanı ölmüşdür. Karyerasına 1945-ci ildə atasının "Aris" klubunda basketbolçu kimi başlamış və 1949-cu ildə Panatinaikosa keçmişdir. Bu klubun tərkibində üç dəfə Yunanıstan çempionluğunu qazanmış, 1955-ci ildə Beynəlxalq Kubokda (Avroliqanın sələfi) oynamış və klubun ən yaxşı qolkiperi, eyni zamanda bütün turnirin MVP-si olmuşdur. 1955-ci ildə "Panionios" və "Afina Sporting" komandalarında oynamış, daha sonra İtaliyanın "Varese" klubuna keçmişdir.
MBDA Meteor
MBDA Meteor raketi, çoxmillətli “MBDA” şirkəti tərəfindən hazırlanan, 320 km məsafəli, radarla idarə olunan hava-hava tipli döyüş raketidir. Yüksək intensivlikdə olan elektron müharibə mühitində işləyən və qabaqcıl ramjet mühərrik texnologiyasından istifadə edən raket 2016-cı ildə Avropa ölkələrində istehsal olunmağa başlanmışdır. Meteor raketi AIM-120 AMRAAM raketinin əvəzinə yeni nəsil, çox uzaq mənzilli, görüş dairəsindən kənarda fəaliyyəti təmin edəcək bir önləmə raketinin axtarışı ilə ortaya çıxmışdır. Raket üzərində həyata keçirilən işlər, layihədə bir sıra digər Avropa ölkələrinin iştirakı və qısa müddət ərzində Boeing-in dəstəyini bu layihəyə verməsi ilə MBDA şirkətinin rəhbərliyi çərçivəsində beynəlxalq bir proqrama çevrildi. Aktiv idarə olunan radar, yüksək sürətlərdə hərəkətinə imkan verən ramjet mühərriki və uzun mənzili sayəsində qısa və orta mənzildə effektiv MICA ilə işləyən meteor raketi; Eurofighter Typhoon, Dassault Rafale, Saab JAS 39 Gripen, Lockheed Martin F-35 Lightning II kimi döyüş təyyarələrində istifadə olunur. == İstifadəçilər == Meteor raketi, İngiltərə Kral Hərbi Hava Qüvvələri, Səudiyyə Ərəbistanı Kral Hərbi Hava Qüvvələri, Alman Hərbi Hava Qüvvələri, İspaniya Hərbi Hava Qüvvələri, İtaliya Hərbi Hava Qüvvələri, Fransa Hərbi Hava Qüvvələri, İsveç Hərbi Hava Qüvvələri, Çex Respublikası Hərbi Hava Qüvvələri, Misir Hərbi Hava Qüvvələri, Hindistan Hərbi Hava Qüvvələri, Qətər Hərbi Hava Qüvvələri kimi bir çox dövlətin hərbi hava qüvvələri tərəfindən istifadə olunur.
Meteor seli
Meteor seli hər ilin eyni ayda gedən qısamüddətli və sıx (dəqiqədə 1000-dən çox) meteorların dəstəsi. Böyük meteor seli radiantının daxil olduğu bürcə görə adlandırılır. Yerdən görən kimi meteor seli meteor yağışı adlanır. Əsas meteor seliləri Kvadratidlər, Liridlər, η-Akvaridlər, δ-Akvaridlər, Perseidlər, Drakonidlər, Orionidlər, Tauridlər, Leonidlər, Germinidlər və Ursidlərdir.
Meteor yağısı
Meteor seli hər ilin eyni ayda gedən qısamüddətli və sıx (dəqiqədə 1000-dən çox) meteorların dəstəsi. Böyük meteor seli radiantının daxil olduğu bürcə görə adlandırılır. Yerdən görən kimi meteor seli meteor yağışı adlanır. Əsas meteor seliləri Kvadratidlər, Liridlər, η-Akvaridlər, δ-Akvaridlər, Perseidlər, Drakonidlər, Orionidlər, Tauridlər, Leonidlər, Germinidlər və Ursidlərdir.
Mettyu Koma
Mettyu Koma - (d. 2 iyun, 1987, Bruklin, Nyu-York) amerikalı müğənni, yazar, DJ və prodüser.
Nikolay Metner
Nikolay Karloviç Metner(rus. Никола́й Ка́рлович Ме́тнер, 5 yanvar 1880 - 13 noyabr 1951) — Rusiya bəstəkarı. == Həyatı == Nikolay Karloviç Metner 5 yanvar 1880 -ci ildə Moskva şəhərində anadan olmuşdu. Nikolay Metner 13 noyabr 1951-ci ildə Londonda vəfat edib.
Qetter Yaani
Qetter Yaani (est. Getter Jaani; d. 3 fevral 1993, Tallin) — Estoniya pop-müğənnisi. 2011 Avroviziya Mahnı Müsabiqəsində Estoniyanı "Rockfeller Street" (azərb. Rokfeller küçəsi‎) mahnısı ilə təmsil etmiş, finala çıxmış, 24-cü yeri tutmuşdur. == Bioqrafiya == 1993-cü ilin 3 fevralında Tallində anadan olmuş və böyümüşdür. 2015-ci ildə gecə məktəbindən məzun olaraq diplomunu almışdır. İlk dəfə "Eesti otsib superstaari" (azərb. Estoniya super ulduz axtarışındadır‎) müsabiqəsinin 3-cü mövsümündə tanınmış və 4-cü yeri tutmuşdur. 2011-ci ildə 2011 Avroviziya Mahnı Müsabiqəsində iştirak etmişdir və "Rockfeller Street" mahnısı ilə finalda 24-cü yeri tutmuşdur.
İohann Matteus Bexşteyn
İohann Matteus Bexşteyn (alm. Johann Matthäus Bechstein‎;11 iyul 1757 – 23 fevral 1822 və ya 1822) — ornitoloq, zooloq, botanik və meşəbəyi. == Əsas işləri == «Forstinsectologie» (3 cild., Gota, 1818); «Forstbotanik» (Erfurt, 1810; 5 nəşr. Belena, 1841—1842) xüsusilə «Forst— und Jagdwissenschaft nach allen ihren Theilen» (5 cilddə, Erfurt, 1818—1821), hansıki Laurop tərəfindən davam etdirilib; «Abbildungen naturhistorischer Gegenstände» (8 cilddə, Leypsiq, 1783—1810, 2 nəşr. 6 cilddə, 1816—1823) «Naturgeschichte der Hof- und Stubenvögel» (Berqenin 5 nəşri, Leypsiq, 1870). Bax: L. Bechstein, «Johann Matth. Bech. und die Forstakademie Dreissigacker» (Meyningen, 1855).
Mette Frederiksen
Mette Frederiksen (dan. Mette Frederiksen; 19 noyabr 1977, Olborq, Danimarka) — 2019-cu ilin iyunundan etibarən Danimarkanın Baş naziri, 2015-ci ilin iyunundan etibarən isə Sosial Demokratların lideri olan danimarkalı siyasətçi. Həmkarlar ittifaqı işçisi kimi çox qısa fəaliyyətinə əlavə olaraq, Frederiksen heç vaxt siyasətdən kənar heç bir işlə məşğul olmadı. İlk dəfə 2001-ci il ümumi seçkilərində Folketinqə seçildi və Kopenhagen əyalətini təmsil etdi. Sosial Demokratlar 2011-ci il ümumi seçkilərində qalib gəldikdən sonra Baş nazir Helle Torninq-Şmitt tərəfindən Məşğulluq Naziri təyin edildi. 2014-cü ildə Ədliyyə Naziri vəzifəsinə yüksəldi. 2015-ci il ümumi seçkilərində Sosial Demokratların kiçik fərqlə məğlubiyyətindən sonra Torninq-Şmitt istefa etdi və Frederiksen onu əvəz etmək üçün növbəti seçkilərində qalib gələrək müxalifət lideri oldu. Frederiksen partiyasını 2019-cu il ümumi seçkilərinə apardı, nəticədə sol və mərkəz-sol partiyaların bloku Folketinqdə çoxluq qazandı. Frederiksen Kraliça II Marqrete tərəfindən yeni hökumət qurmaqda danışıqlara rəhbərlik etmək üçün təyin olundu və 27 iyunda Baş nazir olaraq and içdi. == Həyatı == Danimarkanın şimalında Olborq şəhərində anadan olub.
Better Call Saul
Ən yaxşısı Sola zəng et (ing. Better Call Saul) — Vins Qilliqan və Piter Quld(en) tərəfindən yaradılmış amerikan cinayət–drama teleserialı. Qilliqanın yaradıcısı olduğu əvvəlki işi "BədBəxt"in (2008–2013) spin-offudur. "Ən yaxşısı Sola zəng et" AMC telekanalında 8 fevral 2015-ci ildən 15 avqust 2022-ci ilə qədər altı mövsüm 63 seriya yayımlanaraq sona çatmışdır. Hadisələr 2000-ci illərin əvvəllərində, "BədBəxt"dən illər öncə Albukerkedə cərəyan edir. Serial ağır cinayətləri örtbastır edən vəkil – hazırda Sol Qudman(en) kimi fəaliyyət göstərən keçmiş dələduz Cimmi MakQilldən (Bob Odenkirk(en)) bəhs edir. Serialın digər önəmli personajları arasında narkotik tacirləri ilə əməkdaşlıq edən korrupsiyoner polis məmuru Mayk Ermantraut(en) (Conatan Benks(en)), Cimminin sevdiyi həmkarı Kim Veksler(en) (Rey Sihorn(en)), öz doğma qardaşı və düşməni Çak MakQill(en) (Maykl Makkin(en)), Çakın hüquqşünası Hovard Hemlin(en) (Patrik Fabian(en)), narkotik satıcısı Naço Varqa(en) (Maykl Mendo(en)), narkobaron Qus Frinq(en) (Cankarlo Ezpozito(en)) və kartel rəhbəri Lalo Salamanka(en) (Toni Dalton(en)) var. Serialda həmçinin Solun narkobaron Volter Vayt (Brayan Krenston) ilə tərəfdaşlığı da işıqlandırılmışdır. == İstinadlar == == Xarici keçidlər == amc.com/shows/better-call-saul--1002228 — Ən yaxşısı Sola zəng et rəsmi saytı Ən yaxşısı Sola zəng et Netflix-də Ən yaxşısı Sola zəng et — Internet Movie Database saytında.
Should've Known Better
Should've Known Better (azərbaycanca: Yaxşı bilmək lazım idi) — Danimarka 2012 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Soluna Samay ifa etdiyi mahnıdır. 23-ci yeri tutdu.
Better Love (Katerina Duska mahnısı)
Better Love (azərb. Daha yaxşı sevgi‎) — Yunanıstanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Katerina Duska "Better Love" mahnısı ilə Yunanıstanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnı ifaçı Katerina Duska və Leon of Athens tərəfindən bəstələnmişdir.
A Matter of Time (Sennek mahnısı)
A Matter of Time (azərb. Zaman məsələsi‎) — Belçikanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Sennek "A Matter of Time" mahnısı ilə Belçikanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil edəcək. Mahnı ifaçı Laura Qrusıniken və eyni zamanda onun musiqi yoldaşları olan Aleks Kallye və Maksim Tribex tərəfindən bəstələnmişdir.
There'd Better Be a Mirrorball
"There'd Better Be a Mirrorball" — İngilis rok qrupu Arctic Monkeys mahnısı. 29 avqust 2022-ci ildə yeddinci studiya albomu The Car-ın ilk sinqlı kimi, musiqi videosu ilə birlikdə buraxıldı. == Musiqi videosu == Mahnı klipinin rejissorluğunu solist Aleks Törner edib. Videoda mahnının yazılma prosesi zaman qrup göstərilir.
Mehtər musiqisi
Mehtər türk adətlərində bir şənlik aləti deyil, əzəmətin, ehtişamın və görkəmliliyin bir işarəsidir. Dövlətin böyüklüyünə işarədir və təbillərin vurulması ilə çalınır. Türklərin dövlət anlayışında xalqın bütünlüyü, dövlətin ucalığı kimi anlayışlar çox önəmlidir. Bu inanc və adətlər, İslamdan əvvəlki türk dövlətlərində, Səlcuq və Osmanlı dövlətlərində də kiçik dəyişikliklərlə özünə yer alıb. Burada üç önəmli simvol var: Otağ adlanan xaqanın və ya baş komandanın olduğu yer. Bu bir savaş işarəsi olaraq qiymətləndirilir, çünki otağ yalnız savaşlarda qurulur. Xaqanın köçü adlanan böyük təbil xaqanlıq otağının önündə qoyulur və istifadəsi yalnız xaqana aiddir. Xaqanlıq mehtəri isə bayrağın altında və otağın önündə əsgərləri ürəkləndirmək üçün çalınan musiqi toplusudur. Bayraq və mehtər türk dövlətində biri-birindən ayrılmaz çox önəmli əşyalardır. Mehtərin çalınması ilə otağdan çıxılır və savaşa başlamaq üçün ilk addımlar atılır.
Səttər Piriyev
Səttdər Fuad oğlu Piriyev (25 oktyabr 1998; Quba rayonu, Azərbaycan — 7 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Quru Qoşunlarının Leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səttər Piriyev 1998-ci il oktyabrın 25-də Quba rayonunun Zərdabi qəsəbəsində anadan olub. 2004-2012-ci illərdə B. Şıxəmirov adına Zərdabi qəsəbəsi tam orta məktəbində, 2012-2015-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) alıb. == Hərbi xidməti == Səttər Piriyev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Səttər Piriyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə bölmələrin mühasirədən çıxarılmasın da, həmçinin yaralı hərbçilərin döyüş meydanından təxliyəsində fərqlənib. Səttər Piriyev noyabrın 7-də Hadrutun azad edilməsi zamanı "Qızılqaya" və "Üçtəpə" adlandırılan ərazilər istiqamətində şəhid olub. Quba rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səttər Piriyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Şeyx Məttar məscidi
Şeyx Məttar məscidi (türk. Şeyh Mutahhar Camii), Dörd Ayaqlı məscid, Qasım bəy məscidi və ya Qaım Padişah məscidi — Diyarbəkirdə 1500-ci ildə Ağqoyunlu bəylərindən Qasım bəyin əmri ilə inşa edilmiş məscid. == Haqqında == Ağqoyunlu memarlığının ən önəmli əsərlərindəndr. Şeyx Mutəhharın qəbrinin üzərində tikilmişdir. Xalq arasında Şeyx Məttar məscidi olaraq bilinir, lakin qaynaqlarda adı Qasım bəy məscidi və ya Qasım Padişah olaraq da keməkdədir. Dörd ayaqlı minarəsinə görə məşhurlaşmışdır. Yekparə daş sütun üzərində död künclü olaraq inşa edilmiş məscid Anadoluda ola yeganə dörd ayaqlı minarəyə sahibdir. Burada dörd ayaq 4 İslam məzhəbinin rəmzidir. Böyük ehtimalla, məscidə sonradan əlavə edilən minarə üzərində balkon vardır. Həsən paşa abidəsinin yanındakı dar küçə içərisində olan məscid kvadrat planlı və tək qübbəlidir.