Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Petit Beurre
Petit Beurre (azərb. kiçik kərəyağı‎) — Çayla yeyilən, tortlarda istifadə edilən, südlə əzilərək körpə yeməyi kimi istifadə edilen peçenye. İlk dəfə 1886-cı ildə Fransanın Nantes şəhərində Lefèvre-Useful Luis tərəfindən hazırlanmışdır. Şəklindən ötəri bu adı alan bu biskviti bu gün dünyanın bir çox ölkəsində dəyişik biskvit istehsalçıları çıxarır.
Santa Muerte
Santa Muerte (ispancadan – "Müqəddəs ölüm") — əsasən Meksika və ABŞ-də yayılmış, xalq katolisizmində və Meksika neopaqanizmində idol və ilahə. O, ölümün təcəssümüdür və onun fədailəri onu sağalma, qoruma və axirətə təhlükəsiz çatdırılma ilə əlaqələndirirlər. Katolik kilsəsinin və yevangelist hərəkatların liderləri tərəfindən qınanılmasına baxmayaraq, onun kultu XXI əsrin əvvəlindən bəri getdikcə artır. Kultun bəzi nümayəndələrini "Meksika və ABŞ-nin ənənəvi Katolik kilsəsi" adlanan kilsə birləşdirir. Təsisçisi David Romodur. Bu təşkilatın ilk kilsəsi 1999-cu ildə meydana çıxmışdır. Chesnut, R. Andrew. Devoted to Death: Santa Muerte, the Skeleton Saint (Second). New York: Oxford University Press. 2018 [2012].
Məbrurə Gönenç
Əminə Məbrurə Gönenç (1900, Konstantinopol – 6 dekabr 1981) — türk məktəb müəllimi və siyasətçi, Türkiyə Böyük Millət Məclisinin ilk 18 qadın millət vəkilindən (deputat) biri. O, Türkiyənin 5-ci, 6-cı və 7-ci parlamentində Afyon seçki dairəsinin millət vəkili kimi fəaliyyət göstərib. Məbrurə Gönenç İstanbulda, Osmanlı sultanı II Əbdülhəmidin şəxsi məsrəflər idarəsində məmur işləyən İbrahim və onun həyat yoldaşı Didarın ailəsində, rəsmi məlumatlara görə 1900, ailənin qeyri-rəsmi məlumatına görə isə 1898-ci ildə anadan olub. İbtidai təhsilini Üsküdar qız peşə liseyində almış, daha sonra Beşiktaşdakı "Osmanlı birliyi məktəbi"ndə oxumuşdur. Gönenç 1914-cü ildə Arnavutköy amerikan qızlar liseyinə daxil olmuş və oran 1919-cu ildə bitirmişdir. Gönenç 1927-ci ildə Adana sakini olan həkim Əhməd Rəmzi ilə evlənib və həyat yoldaşı ilə Adanaya gedərək orada məskunlaşıb. Bu evlilikdən onun iki uşağı dünyaya gəlib. Əminə Məbrurə ilk olaraq Bəylərbəyi Qızlar Məktəbində fransız dili müəllimi kimi fəaliyyətə başlayıb, daha sonra Gedikpaşadakı Amerikan Məktəbində dərs deyib. Gönenç 1930-cu ildə Adana bələdiyyə məclisinə seçilmiş və beləliklə, məclisin ilk qadın üzvlərdən biri olmuşdur. O, ərinin işi ilə bağlı 1933-cü ilin iyun ayında Mersinə köçmüş və 1934-cü ildə Mersin bələdiyyə məclisinin də üzvü olub.
Ceyms Mürre
Ser Ceyms Oqastes Henri Mürre (d. 7 fevral 1837-ci il, Denholm, Şotlandiya - 26 iyul 1915-ci il, Oksford) — Böyük Britaniya leksikoqrafı. "İngilis dilinin yeni lüğəti"nin redaktoru (sonradan "İngilis dilinin Oksford lüğəti" adını aldı). == Həyatı == Ceyms Mürre Şotlandiyanın Denholm kəndində tacir ailəsində anadan olub. Ailəsi təhsil haqqını ödəyə bilmədiyinə görə 14 yaşında özəl məktəbi buraxmalı olub. 17 yaşında Xoikada ibtidai məktəbdə dərs deməyə başlayır. Gənclik illərində Mürre həm bank katibi, həm də müəllim işləmiş, lakin digər sahələrə, xüsusilə də filologiyaya həmişə böyük maraq göstərmişdir. İngilis Filoloji Cəmiyyətinə üzv olması və 1868-ci ildə nəşr olunan Şotlandiya dialekti haqqında kitabı ona bir çox mühüm elmi əlaqələr qurmağa imkan verdi. 1861-ci ildə öz gələcək həyat yoldaşı Meqqi Skot ilə tanış olub. İki ildən sonra qızları anadan olur, ancaq tezliklə tuberkulyozdan vəfat edir.