Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mikroblar
Mikroorqanizmlər və ya mikroblar (yun. μικρός, mikrós, kiçik və ὀργανισμός, organismós - orqanizm, vücud";) — adətən ölçüləri 0,1 mm-dən az, gözlə görünməyəcək qədər kiçik olan canlı orqanizmlərin ümumi adı. Mikroorqanizmlərin öyrənilməsi ilə mikrobiologiya elmi məşğul olur. Onların tədqiqi ilk dəfə 1675-ci ildə öz yaratdığı mikroskop ilə mikroorqanizmləri kəşf edən Anton van Levenhukun faliyyəti ilə başlamışdır. == Ümumi məlumat == Mikroorqanizmlər çox müxtəlifdir, onlara bakteriyalar, göbələklər, mamırlar və sularda yaşayan kiçik canlılar daxildir. Bəzi mikrobioloq alimlər ora virusları da əlavə edirıər. Mikroorqanizmlər su, qrunt, istilik olan biosferin hər yerində yaşayırlar. Onlara atmosferin yüksəkliklərində, okeanların dərinliklərində və Yer kürəsinin dərinliklərində rast gəlmək olur. Bəzi mikroorqanizmlər azot yaratdıqlarından azot siklinin vacib bir hissəsi sayılırlar. == Biodövriyədə rolu == Mikroorqanizmlərin çoxu birhüceyrəli olur, onların bir qismi gözlə də görünür.
Mikoloq
Mikologiya göbələkləri ,onların biokimyəvi və genetik xüsusiyyətlərini ,təsnifatını, insanların həyatındakı rolunu ,insanlar üçün toksigenlik və yoluxma təhlükələrini və onların insanlar üçün tibbi,qida və enterogenlər kimi əhəmiyyətini öyrənən biologiyanın bir sahəsidir. Uzun müddət göbələklər bitkilər aləminə aid edildiyinə görə mikologiya biologiyanın müstəqil bölməsi kimi yox, botanika elmlərinə aid edilirdi. Bu insanlar ilk növbədə imana gəlməlidirhazırda da botanika üçün xarakterik olan elmi ənənələr mikologiyada da gözlənilir.Havanı təmizləyir. Mikologiyanın fitopatologiya sahəsi göbələklərin bitkilərdə yaratdıqları xəstəlikləri öyrənir .Mikologiya ilə məşğul olan mütəxəssis mikoloq adlanır.İlk mikoloqlar Elias Magnus Fries, Christian Hendrik Persoon, Anton de Bary və Lewis David von Schweinitz olmuşlar. Əksər göbələklər toksinlər,antibiotiklər və digər ikincili metabolitləri əmələ gətirirlər.Bəzi göbələklər insanlar və heyvanlarda da xəstəliklər yarada bilərlər.Mikologiyanın patoloji göbələkləri öyrənən bölməsi tibbi mikologiybitgilər 200 ə qədər Novo nəsli kəaulinba adlanır.
Nəriman Əliyev (mikrobioloq)
Əliyev Nəriman Cəlil oğlu — professor == Həyatı == O, 1911-ci ildə Böyük Vedidə bir ailədə doğulmuşdur. Atası Cəlil vaxtilə Böyük Vedinin kattası olmuşdu. O, zəmanəsinin sayılan ziyalılarından biri idi. == Təhsili == Nəriman Əliyev ilk təhsilini Əli bəyin Böyük Vedidə təşkil etdiyi çoxsinifli məktəbdə alıb. 1929-cu ildə İrəvan şəhərindəki, Nəriman Nərimanov adına Türk Pedaqoji Texnikumunu yüksək göstəricilərlə başa vurduqdan sonra Böyük Vediyə qayıdan Nəriman, vaxtilə oxuduğu məktəbdə müəllim işləyir. Elə həmin il İrəvan şəhərinə dəvət alır, Həşim bəy adına 9 sinifli türk məktəbində, eyni vaxtda Azərbaycan dilində fəaliyyət göstərən Kənd Təsərrüfatı Texnikumunda iqtisadiyyatdan dərs deyir. 1930-cu ildə İrəvandan Bakı şəhərinə ezam edilir. Elə həmin il Azərbaycan Tibb İnstitutunun rektoru Nadir Məmmədlini əvəz edən istedadlı həkim Əziz Əliyev Nərimanın qabiliyyətini, elmə tükənməz həvəsini, bacarığını görüb onu institutda saxlamağı qərara alır. Mikrobiologiya kafedrasının aspirantı olan Nəriman 1935-ci ildə Moskva Elmi-Tədqiqat Mikrobiologiya İnstitutuna göndərilir. 1937-ci ildə oranı əla qiymətlərlə bitirərək yenidən Bakıya qayıdır, Tibb İnstitutunda mikrobiologiya kafedrasında assistent işləməyə başlayır.