Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mikrolit
Mikrolit — porfir süxurların əsas kütləsini təşkil edən və ya afir süxurların tərkibinə daxil olan lövhəvari, iynəvari, prizmatik və ya izometrik formalı mikroskopik kristallar. Mikrolit təşkil edən mineral adi optik üsullarla təyin olunur. Bu göstəricisinə və aydın formasına görə mikrolit kristallitlərdən fərqlənir. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Mikrofiş
Mikrofiş – bir neçə kadrın ardıcıl düzüldüyü şəffaf plyonkadan ibarət sənəd növü. Fotoqrafik kiçildilmiş görüntüləri (məsələn, sənədin, praktiki olaraq adi gözlə oxunması mümkün olmayan bir sıra kiçik görüntülər şəklində olan səhifələrini) saxlamaq üçün istifadə olunan, təqribən 1012 sm ölçüdə kiçik "plyonka" vərəqi; mikrofişləri oxumaq üçün xüsusi qurğudan istifadə olunur. Ultramikrofiş – predmetlərin əksinin 90 dəfədən çox kiçildilmiş ölçüdə mühafizə edən mikrofiş 6×12 və ya 7,5×12sm. ölçülü bir mikrofişə 30-dan 130-a qədər kitab səhifəsi həcmində mətn sığa bilər. Mikrofişin oxunması üçün xüsusi proyeksiya aparatlarından istifadə olunur. Bu aparatın köməyi ilə görüntü 5–20 dəfəyədək böyüdülüb oxunur. Mikrofişin oxunması üçün başqa vasitələr də vardır. Məsələn, fotoböyüdücü, diaproyektor və ya güclü lupa. Yüksək kontrastlı pozitiv fotoplyonkada və ya fotokağızda hazırlanır, neqativlərdən çap olunur. Kompyuterləşmənin inkişafına qədər mikrofişlər kitabxanalarda, arxivlərdə istifadə olunurdu.
Mikroklin
Mikroklin — mineral. Cavan (kaynozoy) süxurların arqon üsulu ilə, qədimlərin – stronsium üsulu ilə izotop yaşını təyin etmək üçün istifadə edilir. Mikroklinləşmə metasomatozun ilk qələvi mərhələsində aktiv qranitoid intruziyalarının avtometasomatoz nəticəsində kvars-çölşpatı metasomatitlərinin əmələgəlmə prosesidir. Qələvi qranitoidlərdə metasomatik yolla mikroklin, kvars və muskovitlə yanaşı, ribekit və egirin əmələ gəlir. Metasomatik mikroklinləşmə əsasən mikroklin metasomatitlərini əmələ gətirir. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Mikrit əhəngdaşları
Mikrit əhəngdaşları (mikritlər) - çox incə dənəli (3,5–4) əhəngdaşları. Mikrit əhəngdaşları beş genetik tipə ayrılır (Flugel, 1967): hemogen, biohemogen (yosunların təsiri ilə karbonatlı maddənin iynəvari formalar şəklində biokimyəvi çökməsi), kokkolitli, foraminiferli və qırıntılı (kalsit qabıqların pozulma məhsulu). Əhəngdaşı Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Mikrit əhəngdaşları (mikritlər)
Mikrit əhəngdaşları (mikritlər) - çox incə dənəli (3,5–4) əhəngdaşları. Mikrit əhəngdaşları beş genetik tipə ayrılır (Flugel, 1967): hemogen, biohemogen (yosunların təsiri ilə karbonatlı maddənin iynəvari formalar şəklində biokimyəvi çökməsi), kokkolitli, foraminiferli və qırıntılı (kalsit qabıqların pozulma məhsulu). Əhəngdaşı Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.