Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Les amants de minuit
Les amants de minuit (azərb. Gecəyarı aşiqləri‎)— Lüksemburqun 1956-cı ildə Avroviziyada təmsil olunduğu mahnı. Mişel Arnaud fransız dilində ifa etmişdir. 1956 Avroviziya Mahnı Müsabiqəsinin səsvermə nəticələri açıqlanmadığı üçün bu mahnının topladığı xal və tutduğu yer məlum deyil. Mahnının sözləri Yaquez Lassriyə, musiqisi isə Simone Laurensinə məxsusdur.
İnuit xalqı
İnuitlər və ya Kanada İnuitləri — hindu xalqlarından olan, Kanadada Arktik regionda yaşayan etnos.
Minuria
Minuria (lat. Minuria) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Minuria annua (Tate) Tate ex J.M.Black Minuria cunninghamii (DC.) Benth. Minuria denticulata (DC.) Benth. Minuria integerrima (DC.) Benth.
Minnie
Nişa Yontararak (tay ณิชา ยนตรรักษ์; 23 oktyabr 1997, Banqkok) və ya tanınan səhnə adı ilə Minni (kor. 민니; tay มินนี่) – Cənubi Koreyada fəaliyyət göstərən Tailand müğənnisi, bəstəkarı və aktrisası. "(G)I-dle" qrupunun üzvüdür. == İlk illəri == Nişa Yontararak 23 oktyabr 1997-ci ildə Tailandın paytaxtı Banqkokda doğulmuşdur. Onun ailəsi üçüncü nəsil Tailand çinlilərindəndir. İki böyük qardaşı var. O, musiqi ailəsində doğulmuşdur. Anası, xalası və əmisi pianoda ifa edirlər. Minni 5 yaşında pianoda ifa etməyə və 7 yaşında vokal dərslər almağa başlamışdır. Musiqiyə maraq göstərməsində anasının böyük təsiri olmuşdur.
Manui
Manui adası (fr. Manui) — Qambe arxipelaqına daxil olan kiçik ada (Fransa Polineziyası). == Coğrafiya == Taiti adasından 1650 km şimal-qərbdə yerləşir. Adanın sahəsi 0,1 km²-dir. Maksimal hündürlüyü 54 metrdir. Ərazisinin böyük hissəsi qayalıqlarla örtülüdür. == İnzibati bölgüsü == İnzibati baxımından Qambe kommunasına daxildir. == Əhali == 2002-ci il məlumatına əsasən adada daimi yaşayış yoxdur. Bununla belə digər adaların sakinləri bəzən adaya balıq tutmağa gəlirlər.
Minix
Endrü Tanenbaum tərəfindən Operating Systems: Design & Implementation kitabının daha rahat başa düşülməsi üçün yaratdığı Əməliyyat sistemidir. Minixi yaradarkən professorun məqsədi dərslə birlikdə tələbələrinin praktikada da biliklərini tətbiq edə bilmələri idi. Buna görə də Tanenbaum Minixi inkişaf etdirmək üçün edilən təklifləri rədd etmiş və maksimum səviyyədə bu Əməliyyat sisteminin sadə qalmasına çalışmışdır. Minixin son versiyası (3.1.8) 4 oktyabr 2010-cu ildə yayımlanmışdır.
Minmi
Minmi (lat. Minmi) — Ankylosauria qrupuna daxil olan, kiçik ölçülü dinozavr cinsi. Onlar Təbaşir dövrü 119–113 milyon il əvvəl yaşamışlar. Cənub yarımkürrəsində bronirovanlara aid tapılan ilk tapıntı olmuşdur. Ralf Molnar tərəfindən 1980-ci ildə qeydə alınmışdır. 2011-ci ildə onun həmkarları tərəfindən Minmi ankilozavrlara daxil edilirdi. Tapılan tapıntı — Minmi Crossing növü adlanır. Avstraliyada aşkarlanan tapıntılar iki yaxşı qalmış skelet və bir necə sümük qalıqlarından ibarətdir. Onların üzəri müxtəlif ölçülü və formalı donqarlarla örtülü olmuşdur. Bu donqarlar hətta quyruqlarının üzərində belə mövcud olmuşdur.
Rinit
Rinit (yun. ῥίς, ῥινός - "burun") — burun boşluğu selikli qişasının qıcıqlanması və iltihabı. Ümumi simptomları — burun tutulması, asqırma və burun axıntısıdır. İltihab viruslar, bakteriyalar, qıcıqlandırıcılar və ya allergenlərdən qaynaqlanır. Rinitin ən çox rast gəlinən növü allergik rinitdir, adətən toz və tük kimi havada olan allergenlər səbəb olur. == Simptomları == Allergik rinit asqırma və burun qaşınması, öskürək, baş ağrısı, yorğunluq, halsızlıq və koqnitiv pozuntu kimi əlavə simptomlara səbəb ola bilər. Allergenlər gözlərə də təsir edə bilər, gözlərdə sulanma, qızartı və ya qaşınma, göz ətrafında şişlik yarada bilər. Əvvəllər qeyri-allergik rinit diaqnozu qoyulmuş bir çox insanda əslində yerli allergik rinit ola bilər. Əsas simptomları burun axıntısı, tutulması, tez-tez asqırmaq, tənəffüsün çətinləşməsi, burunda və boğazda qızartı, qaşıntı, qıcıqlanma və s. == Təsnifatı == === Yoluxucu rinit === kəskin rinit.
Abies minuta
Picea abies var. abies (lat. Picea abies var. abies) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinin adi küknar növünə aid bitki yarımnövü.
Aquila minuta
Calidris minuta
Sərçəvi qumluqca (lat. Calidris minuta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin qumluqca cinsinə aid heyvan növü.
Hubert Minnis
Hubert Aleksandr Minnis (ing. Hubert Alexander Minnis; 16 aprel 1954, Nassau) — 2017-ci ilin mayından Baham adalarının keçmiş Baş naziri. 2016-cı ilin dekabrında partiyasındakı liderlik vəzifəsindən azad edildi və partiyadakı daxili qarışıqlıqdan sonra 2017-ci ilin aprelində vəzifəsinə qaytarıldı. Partiyasının 10 may 2017-ci il tarixli ümumi seçkilərdə qazandığı zəfərdən sonra Baş nazir oldu. == Həyatı == Minnis Baham adalarının paytaxtı Nassau şəhərində dünyaya gəlib. Nassaudakı Bizim Xanım İbtidai məktəbi, Qərbi Cunior və Müqəddəs Avqustin Kollecində ilk təhsilini almış, sonra isə Minnesota Universitetində davam etdirmişdir. 1985-ci ildə Londonda Qərbi Hindlər Universiteti və Kral Mamalıq və Ginekologiya Kollecində doktorluq dərəcəsi aldıqdan sonra Baham adalarına qayıtdı. Burada Şahzadə Marqaret Xəstəxanasında həkim olaraq çalışdı. Minnis Baham Adaları Tibb Dərnəyinin Prezidenti, Tibb Şurasının üzvü, Baham Adaları Xəstəxanalar Korporasiyasının sədri və Qərbi Hindlər Universitetində Qadın Xəstəlikləri və Ginekologiya müəlliminin köməkçisi olub. Minnis ilk dəfə 2007-ci ilin mayında parlamentə seçildi və Səhiyyə Naziri olaraq kabinetə təyin edildi.
Köndələlən mielit
Köndələlən mielit — nisbətən qısa müddətdə (bir neçə saatdan bir neçə günə kimi) başlayan onurğa beyninin müəyyən səviyyəsi ilə bağlı olan və struktur dəyişikliyi (məsələn, disk yırtığı) ilə müşahidə olunmayan sidik kisəsinə və bağırsaq funksiyasına nəzarətin pozulması ilə müşahidə edilən motor və sensor pozuntulardır. Bu DS-nin ilk təzahürü ola bilər, amma belə pasiyentlərin üçdə birində gələcəkdə heç bir həmlə müşahidə olunmur. Onurğa beyninin kəskin disfunksiyası olan hər bir şəxs təcili surətdə müayinədən keçməlidir, çünki onda cərrahi əməliyyatı tələb edən kompressiv zədələnmə ola bilər.
Mikrit əhəngdaşları
Mikrit əhəngdaşları (mikritlər) - çox incə dənəli (3,5–4) əhəngdaşları. Mikrit əhəngdaşları beş genetik tipə ayrılır (Flugel, 1967): hemogen, biohemogen (yosunların təsiri ilə karbonatlı maddənin iynəvari formalar şəklində biokimyəvi çökməsi), kokkolitli, foraminiferli və qırıntılı (kalsit qabıqların pozulma məhsulu). == Həmçinin bax == Əhəngdaşı == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Mingis (məhəllə)
Mingis (digər adı: Məngis) — Ordubad şəhərində qədim məhəllə == Haqqında == Ordubad çayının sol sahilindədir. Adi mingislilərlə, yəni, müəyyən tarixi, iqtisadi əlaqələr nəticəsində Mingis adlanan yerdən köçüb gələnlərlə əlaqədardır. XVIII əsrin əvvəllərində Naxçıvan sancağının tərkibinə daxil olan Azadciran nahiyyəsi Ordubad qəsəbəsinin məhəllərindən biri kimi adı çəkilir. Mənbələrin yazdığına görə, məhəllənin kiçik meydandan ibarət mərkəzində məhəllə məscidi, kəhriz, xırda dükanlar yerləşirdi. Mingis meydanı orta əsr məhəllə meydanının gözəl örnəyi kimi cəhətlərini qoruyub saxlamaqla, buradak məscid və bazar bitkin, vahid kompleks təşkil edir. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 321.
Mingis məscidi
Mingis məscidi — Azərbaycan Respublikasının Ordubad şəhərinin Mingis məhəlləsində yerləşən məscid və tarix-memarlıq abidəsi. XVII əsrə aid olan məscid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. == Haqqında == === Tarixi === Mingis məscidi Ordubad şəhərinin Mingis məhəlləsində yerləşir. Vaxtilə giriş qapısının baş tərəfində qoyulmuş mərmər lövhə üzərindəki kitabədən aydın olur ki, məscid hicri-qəməri təqvimlə 1088-ci ildə, miladi 1677-ci ildə Əbdülhüseyn Ordubadinin oğlu Məhəmməd Hadi tərəfindən bərpa etdirilib. Kitabədə adı qeyd olunan və məscidi bərpa etdirən Məhəmməd Hadinin atası Əbdülhüseyn Ordubadi I Şah Abbasın baş vəziri, Etimad əd-Dövlə Hatəm bəy Ordubadinin qardaşı Hacı Ədhəm bəyin oğludur. Əbdülhüseyn Ordubadi Səfəvi hökmdarı I Şah Səfinin dövründə (1629-1642-ci illər) sarayın baş münşisi yəni, sarayda fəaliyyət göstərən katiblərin rəhbəri olub. XVII əsrin 2-ci yarısında bərpa etdirilən məscidin inşa tarixi daha əvvəlki dövrlərə aiddir. Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi.
Minuria suaedifolia
Kippistia (lat. Kippistia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Kippistia suaedifolia F.Muell. Sinonim Minuria suaedifolia (F.Muell.) F.Muell. ex Benth.
Neoseiulus innuit
Neoseiulus innuit (lat. Neoseiulus innuit) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Potentilla minuta
Gümüşü qaytarma (lat. Potentilla argentea) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin qaytarma cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Fragaria argentea (L.) Crantz Hypargyrium argenteum (L.) Fourr. Pentaphyllum argenteum (L.) Nieuwl. Potentilla varia var. argentea (L.) Spenn.
Adrian Minune
Adrian Minune (əsl adı: Adrian Kopilul Simionesku; ing. Adrian Copilul Simionescu) — romaəsilli Rumıniya manele müğənnisi və skripkaçısı. == Həyatı == Adrian Kopilul Simionesku 24 sentyabr 1974-cü ildə Rumıniyanın paytaxtı Buxarestdə anadan olmuşdur. Adrianın valideynləri əslən romanidir. Rumıniyada Adrian Minunaya populyarlıq gətirən ilk hit Kosti İonitse ilə birlikdə ifa olunan "Of! Mea Viaţa …" ("Oy! Mənim həyatım …") mahnısı idi. Adriano tezliklə "manele" mahnılarının ən populyar ifaçılarından birinə çevrilmişdir. O, "Manele imperatoru" tituluna malikdir. == Diskoqrafiyası == == Filmoqrafiyası == Aşağıdakı filmlərdə rol alıb: Dəli özgə (1997) — "L'Enfant Prodige" rolunda Adrian Copilul Minune (1999) — özü kimi.
Arctium minus subsp. minus
Arctium minus var. minus
Mini
Mini (BMW)
Minik avtomobili
Minik avtomobili — sürücünün oturacaq yeri daxil olmaqla, oturacaq yerlərinin sayı doqquzdan çox olmayan avtonəqliyyat vasitəsi. Minik avtomobillərini yerinə yetirdiyi funksiyalara görə Fərdi minik avtomobilləri, Taksi minik avtomobili ləri, İdarə, müəssisə və Təşkilatlara məxsus olan minik avtomobilləri və qeyri müntəzəm sərnişin daşımalarını yerinə yerirmək üçün istifadə edilən minik avtomobilləri kimi təsnifata ayırmaq olar. Minik avtomobillərinin təsnifatı Kuzasının növü görə avtomobilləri qapalı (limuzin, sedan, universal), açıq (fayton, kabrolet, torpedo) və kombinə edilmiş (açılabilən) kuzalı olurlar. Qapılarının sayına görə kuzalar 2, 4 və 5 qapılı olurlar. Mühərrikin işçi həcminə (litrlə) görə və öz kütləsinə görə minik avtomobilləri ən kiçik (1.2-dən az), böyük (3.5-dən çox) və ali (məhdudlanmır) siniflərə bölünürlər. Minik avtomobilləri əvvəllər tətbiq olunan sovet təsnifatında əsas təsnif əlaməti olaraq mühərrikin işçi həcmi istifadə olunurdu. Müasir avtomobilqayırma praktikasında bir modeldən olan avtomobillərin müxtəlif həcmli və güclü mühərriklərlə təchiz olunmasının geniş yayıldığı nəzərə alınarsa bu cür təsnifat səmərəli deyildir. Ona görə də, adətən minik avtomobillərinin Avropa təsnifatından istifadə edilir. Belə təsnifatda Minik avtomobilləri qabariti və kuza və şassinin konstruksiyasının xüsusiyyətlərinə görə fərqləndirilir. Təsnifatda istehlak məqsədləri və bazarın marketinq seqmentasiyası üçün şərti olaraq 10 qrup-altı sinif (A-dan F-ə qədər latın hərifləri ilə işarələnir) və dörd kuza və ya şassi növü ayırd edilir.
Minin şxeri
Minin şxeri — şxerlərdən ibarət olan arxipelaq. Kiçik adalar qrupu Kara dənizi ərazisində, Taymır yarımadasından bir qədər aralıda, Pyasin çayının mənsəbində yerləşir. Adalar şturman Fyodr Alekseyeviç Mininin şərəfinə adlandırmışdır. O, Böyük Şimal Espedisiyasının Ob-Yenisey dəstəsinə rəhbərlik etmişdir. Adalar 1740-cı ildə kəşf edilmişdir. Minin isə adaları «Kamennıe» adlandır. İnzibati cəhətdən Krasnoyarsk diyarı ərazisinə daxildir. Şxerlər tundra ilə örtülüdür. Ərazisi Böyük Arktik qoruğu ərazisinə daxildir.