Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mollalı
AzərbaycandaMollalı (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Mollalı (Oğuz) — Azərbaycanın Oğuz rayonunda kənd. Mollalı (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Mollalı (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Mollalı bələdiyyəsi — Azərbaycan Respublikasının Bərdə rayonunda bələdiyyə.ErmənistandaMollalı (Qafan) — Ermənistanda, keçmiş Qafan rayonu ərazisində kənd.İrandaMollalı (Germi) — İranın Germi şəhristanında kənd. Mollalı (Kəleybər) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanında kənd.
Mollacıq (Həştrud)
Mollacıq (fars. ملاجيق‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 339 nəfər yaşayır (75 ailə).
Mollalı (Bərdə)
Mollalı — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. == Əhalisi == Səfiyar Behbudov — Azərbaycanın Milli Qəhrəmanı.
Mollalı (Cəlilabad)
Mollalı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Cəlilabad rayonunun Kürdlər) i.ə.v.-də kənd. Burovar silsiləsinin şm.-ş. ətəyindədir. Yaşayış məntəqəsini mollalı nəslinə mənsub ailələr saldığı üçün belə adlandırılmışdır.[mənbə göstərin] == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 253 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Mollalı (Germi)
Mollalı (fars. ملالو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 459 nəfər yaşayır (85 ailə).
Mollalı (Hurand)
Mollalı (fars. ملالو‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd.
Mollalı (Kəleybər)
Molalı (fars. ملالو‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 135 nəfər yaşayır (29 ailə).
Mollalı (Meşkinşəhr)
Mollalı (fars. ملالو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 92 nəfər yaşayır (15 ailə).
Mollalı (Oğuz)
Mollalı — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Rayon mərkəzindən 32 km cənub-şərqdə, Tikanlıçayın sağında, Oğuz-Qəbələ şose yolunun solunda yerləşir. Sincan İnzibati Ərazi Dairəsinə daxildir. "Mollalı" nəsil adından yaranmış oykonimdir. XIX əsrin ortalarında Xaçmaz kəndindən öz ailəsi ilə köçüb burada məskən salmış Molla Əlinin adını daşıyır. Sonralar Molla Əli adı təhrifə uğrayaraq Mollalı formasına düşmüşdür. Molla axunddan sonra gələn dini rütbədir. "Mollalı" (molla-lı) – "mollaya məxsus" anlamını verir. Əhalisi (603 nəfər) heyvandarlıq, taxılçılıq, meyvə-tərəvəzçiliklə məşğuldur. Kənddə orta məktəb, kitabxana, tibb məntəqəsi, 1 telefon var.
Mollalı (Qafan)
Mollalı — Ermənistan Respublikasının cənubunda, keçmiş Qafan rayonu ərazisində, Gığı dərəsində yerləşən kənd. Azərbaycanlılar yaşamış kənd Qafan şəhərindən 15 km şimal-qərbdə Gığıçayının orta axarında, çayın bilavasitə sağ sahilində yerləşir. Mollalı kəndi Qovşud kəndi ilə qonşu, birləşmiş kənd olduğundan rəsmi sənədlərdə Qovşud adlanır. == Tarixi == 1939-cu ilə qədər ayrı kənd olmuş, 1939-cu ildən sonra Qovşud kolxozu ilə birləşərək kənd ləğv edilmişdir. İkinci dünya müharibəsindən sonra yenidən bərpa edilən kənd 17 təsərrüfatdan ibarət olmuşdur. Qovşud kəndi çay kənarına enəndən sonra Mollalı kəndi ilə qarışıq kənd olmuş, bütün sənədlərdə Qovşud kimi adlandırılmışdır. 1918-ci il qırğınları vaxtı kənd dağıdılmış, əhalisinin sağ qalanları Naxçıvana pənah aparmışdır. Ermənistanda sovet hökuməti qurulandan sonra salamat qalan əhali öz yerlərinə qayıtmışlar. 1950-ci illərdən sonra kənddə tikinti işləri getmiş və orada əvvəldən yaşayanlar öz yerlərinə qayıtmışlar. == Adı == Toponim qaraçorlu türk tayfasının əliyanlı tirəsinə mənsub olan mollalı etnonimindən əmələ gəlmişdir.
Mollalı (Qubadlı)
Mollalı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Hal kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 30 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kənd Bərgüşad çayının (Bazarçay) sahilindədir. Əsil adı Molla Alıdır. Yerli məlumata görə, yaşayış məntəqəsini Molla Alı adlı şəxs saldığı üçün belə adlanmışdır. Lakin sonralar Mollalı şəklinə düşmüşdür və rəsmi olaraq qəbul olunmuşdur.
Mollalı bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Xarici əlaqələri == Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Modallıq
Modallıq (fr. modalité, lat. modus - ölçü, üsul) — mühakimənin doğruluq dərəcəsini göstərən fəlsəfi kateqoriya. Hər-hansı bir obyektin mövcudluğu və ya hər hansı bir hadisənin gedişi üsulu (ontoloji M.). Yaxud obyekt, təzahür və ya hadisə haqqındakı anlayış, mühakimə üsulu. Aristotelin işlətdiyi M. anlayışı sonralar klassik fəlsəfəyə daxil olmuşdur. Yeni dövr məntiq və fəlsəfəsində mühakimənin İ.Kant tərəfindən assertorik, apodiktik və problematik mühakimələrə bölünməsi ənənəvi şəkil almışdır.
Mollalar
KəndlərMollalar (Laçın) — Azərbaycanın Laçın rayonunun inzibati ərazi vahidində kənd. Mollalar (Tovuz) — Azərbaycanın Tovuz rayonunun inzibati ərazi vahidində kənd.Mollalar (Ağdam)Mollalar (Boyəhmədli, Ağdam) — Ağdam rayonunun Boyəhmədli inzibati ərazi dairəsində kənd. Mollalar (Əlimədətli, Ağdam) — Ağdam rayonunun Əlimədətli inzibati ərazi dairəsində kənd.Mollalar (Bukan) —Köhnə Mollalar (Bukan) —ŞəxslərMollalar Əşrəf — Azərbaycanlı şair, mühəndis-mexanik, maşınqayırma sənayesi alimi.
Mollalar (Ağdam)
Mollalar (Boyəhmədli, Ağdam)
Mollalar (Bukan)
Mollalar (fars. ملالر‎) — İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 477 nəfər yaşayır (97 ailə).
Mollalar (Laçın)
Mollalar — Azərbaycan Respublikasının Laçın rayonu Hoçaz kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Mollalar kəndi Qarabağ yaylasındadır. Yerli məlumata görə, yaşayış məntəqəsini Cənubi Azərbaycandan gəlmiş bir molla saldığı üçün belə adlanmışdır.1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Mollalar (Tovuz)
Mollalar — Azərbaycan Respublikasının Tovuz rayonunun Böyük Qışlaq kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kəndin keçmiş tam adı Kəlbəyimollalardır. Kəndi vaxtilə Kəlbayi Molla Alı adlı şəxs saldığına görə onun adı ilə adlandırılmışdır. Sonralar kən­din adı dəyişdirilərək Mollalar şəklində qəbul olunmuşdur. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Murğuz silsiləsinin (Kiçik Qafqaz) ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Mollalar (Əhər)
Mollalar (fars. ملالار‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 158 nəfər yaşayır (28 ailə).
Mollalar Əşrəf
Əşrəf Məmməd oğlu Abbasov və ya təxəllüsü ilə Mollalar Əşrəf (29 noyabr 1936, Karrar, Kürdəmir rayonu – 1 oktyabr 2005, Bakı) — Azərbaycan şairi, mühəndis-mexaniki, maşınqayırma sənayesi alimi. Azərbaycan mətbuatında və Sibirdə şeirləri çap olunub. 2,000-dən çox şeirin müəllifidir. Baş elmi işçi, texnika elmləri namizədi olub. 50-dən artıq elmi məqalənin, 4 patent, 5 ədəd müəlliflik şəhadətnaməsinin müəllifidir.Mütəmadi olaraq Azərbaycan Radiosunun qonağı olub, bir sıra şeirləri ilə yanaşı "Mən, atam və müharibə" adlı poeması efirdə səsləndirilib.Şeirləri, müsahibələri "Vışka", "Gələcək Gün", "Ədəbiyyat", "Azərbaycan işıqları", "Azərbaycan müəllimi" qəzetlərində, "Vəfa", "Azərbaycan təbiəti" jurnallarında, ədəbiyyat, o cümlədən müxtəlif mədəniyyət və ədəbiyyat portallarında dərc olunub. "Neftçi" Ədəbi Məclisinin fəal üzvü olub.2001-ci ilin yekunlarına görə "Vışka" qəzeti onu Azərbaycanda "İlin şairi" hesab edib."Əmək veteranı" medalı laureatıdır. == Həyatı == Abbasov Əşrəf Məmməd (Məhəmməd) oğlu 1936-cı il noyabr ayının 29-da Kürdəmir rayonunun Karrar kəndində anadan olub.1951-ci ildə Karrar kənd 7 illik məktəbini, 1954-cü ildə isə Kürdəmir şəhər orta məktəbini bitirib. 1959-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki ADNSU) Neft-mexanika fakütləsində ali təhsilini bitirib, "Neft və Qaz Mədənlərinin Maşın və Avadanlığı" sahəsində mühəndis-mexanik ixtisası alıb. 2 il Bünyad Sərdarov adına Maşınqayırma zavodunda işlədikdən sonra 1961-ci ilin avqust ayında Azərbaycan Elmi Tədqiqat və Layihə Konstruktor Neft Maşınqayırma İnstitutuna (AZİNMAŞ) gəlib və 2005-ci ildə vəfat edənə qədər, 44 il burada işləyib. İctimai işlərdə əvəzsiz xidmətlərinə, fədakar əməyinə və sosialist öhdəliklərini yerinə yetirdiyinə görə 1987-ci ildə AZİNMAŞ tərəfindən fəxri fərmanla təltif olunub.
1 dollarlıq əməkhaqqı
1 dollarlıq əməkhaqqı (ing. One-dollar salary) — ABŞ-də ölkənin böhran yaşadığı dövrlərdə həyata keçirilən iqtisadi konsepsiya.ABŞ-də ölkənin böhran yaşadığı bir neçə dövr olmuşdur. Bu dövrlərin əksəriyyəti isə son vaxtlara təsadüf edir. Birinci və İkinci dünya müharibələri, Koreya müharibəsi ölkəni bərbad vəziyyətə gətirib çıxarmışdı və hökumət öz gücünün köməkliyi ilə bu vəziyyətdən çıxa bilmirdi. Bu zaman, yəni XX əsrin əvvəlində "One-dollar salary" konsepsiyasını yaratmaq qərarına gəlirlər. Bu ideya çərçivəsində ölkə rəhbərliyi məşhur biznesmen və sahibkarları məsləhətçi qismində dəvət edirdi və onlar da öz növbəsində səfərbər olmalı, ölkə iqtisadiyyatını idarə etməli idilər. Dəvət edilmiş sahibkarlar müxtəlif vəzifələri tutur, məsləhətçi qismində fəaliyyətə başlayaraq nazir olaraq bitirirdilər. Onları birləşdirən ümumi cəhət isə 1 dollarlıq əməkhaqqı idi. Belə düşünülürdü ki, hər bir sahibkar artıq sərvətə sahibdir və buna görə də göstərdikləri xidmət qarşılığında əmək haqqı almağa ehtiyacları yoxdur. Dövlət onların hər birinə eyni – 1 dollar əməkhaqqı təyin etmişdi və bununla da əlaqədar olaraq "Dollar-a-year men" ifadəsi yaranmışdır.
Köhnə Mollalar (Bukan)
Köhnə Mollalar (fars. كهنه ملالر‎) — İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 67 nəfər yaşayır (13 ailə).
Mollalar (Boyəhmədli, Ağdam)
Mollalar — Azərbaycan Respublikasının Ağdam rayonunun Boyəhmədli kənd inzibati ərazi dairəsində kənd.Kənd 1993-ci il iyunun 15-də Ermənistan Ordusu tərəfindən işğal olunmuşdur. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Mollalar Ağdam rayonunun Boyəhmədli inzibati ərazi vahidində kənd. Oykonim “mollalar nəslinə mənsub olanlar” mənasındadır. Hal-hazırda kənddə ermənilər yaşayırlar. Onların əvvəlki məskənləri keçmiş DQMV-in Mardakert rayonunun Seysulan kəndidir. Mollalar kəndinin də adı digər kəndlərin adları kimi dəyişdirilib. Ermənilər buranı “Nor Seysulan” (Yeni Seysulan) adlandırıblar. İlk baxışdan “seysulan” erməni sözü kimi görünə bilər, amma bu söz “Seyid Sultan”ın təhrif olunmuş formasıdır. Belə ki, 1727-ci ilə aid “maliyyə dəftəri”ndə Keştək nahiyəsində Seyid Sultan kəndi kimi qeyd olunur.
Mollalar (Əlimədətli, Ağdam)
Mollalar — Azərbaycan Respublikasının Ağdam rayonunun Əlimədətli kənd inzibati ərazi dairəsində kənd.Kənd əhalisi heyvandarlıq,qoyunçuluq,üzümçülük,bağçılıq və digər sahələrlə məşgul olmuşdur. İqlimi mülayim-istidir.. Kəndin ətrafı sıra dağlarla əhatələnmişdir. Mollalar ərazisində duru və sərin bulaqlar mövcuddur. Burada dağ-bozqır bitkiləri(kəklikotu)və s.geniş yayılmışdır.. Kənd 1993-ci il iyunun 15-də Ermənistan Ordusu tərəfindən işğal olunmuşdur.İşgal edildikdən sonra kəndin adı dəyişdirilərək "Nor Aygestan"adlandırılmış və buranın gözəl təbiəti olduğu üçün buraya əvvəllər Agdərənin "Çaylı"kəndində yaşayan Ermənilər köçürülmüşdür.. 2020-ci il 10 noyabr kapitulyasiyasına əsasən Ermənistanın Ağdam rayonunu Azərbayacana təhvil verməsindən sonra bu kənd də öz azadlığına qovuşudu... == Tarixi == Mollalar kəndinin oykonimi "mollalar nəslinə mənsub olanlar" mənasındadır.
Mollanın Sərgüzəşti (1960)
== Məzmun == Film-felyeton din pərdəsi altında hər cür fırıldağa əl atan, dindarların hesabına qeyri-normal həyat tərzi keçirən "molla"nı ifşa edir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Kəramət Tağıyev, Fərman Eyvazlı Quruluşçu rejissor: T. Sasanpur Quruluşçu operator: Teyyub Axundov Quruluşçu rəssam: Cəbrayıl Əzimov Səs operatoru: Əziz Şeyxov Quraşdırılmış səhnələrin operatoru: Vladimir Zbudski (V. Zbudski kimi) Filmin direktoru: M. Axundov === Rollarda === Möhsün Sənani — Molla Fətəli Nəsibə Zeynalova — Gülsüm Törəxanım Zeynalova (Törə Zeynalova kimi) — qarı Əli Mənsur — Əli kişi Rima Məmmədova — qız Əli Zeynalov — sürücü M. Pirili H. Xəlqi Əkbər Fərzəliyev F. Məmmədov R. Kərimov İbrahim Azəri Sultanov == Mənbə == Əlizadə, M. “Mollanın sərgüzəşti” [kino] //Kommunist.- 1960.- 30 noyabr.