Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mono departamenti
Mono departamenti — Beninin 12 departamentindən biri. Mono departamentinin ərazisi 1 605 km2-dır. Mono departamentinə 6 şəhər daxilidir. 2013-cü ilə olan məlumatlara əsasən Mono departamentinin əhalisi 495 307 nəfərdir.
Mono qraflığı (Kaliforniya)
Mono — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 14,202 nəfər olmuşdur. Mərkəzi Bricport şəhəridir.
Mono no avare
Mono no avare (物の哀れ), hərf. əşyaların pafosu) — əşyaların qeyri-müəyyənliyini (無常, mujō) və ya aniliyini, həm onların keçişində ani incə kədəri (yaxud hüznlülük), həm də bu vəziyyətin həyatın reallığı olması ilə bağlı daha uzunmüddətli, daha dərin incə kədəri dərk etmək üçün istifadə edilən Yaponiya idiomu Akira Kurosavanın "Qorxu içində yaşayıram" və Şohey İmamuranın "Qara yağış" termini ilə əlaqələndirilmişdir. Memento mori "Lecture notes". 9 October 2012 tarixində arxivləşdirilib.
Acer pictum subsp. mono
Xırdayarpaq ağcaqayın (lat. Acer pictum subsp. mono) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinin acer pictum növünə aid bitki yarımnövü. == Təbii yayılması == Yaponiya, Koreya, Çin, Monqoliyada bitir. == Botaniki təsviri == Hündürlüyü 20–25 m-ə çatan, piramidal — şaxələnmiş çətirli, yarpağı tökülən ağacdır. Qabığı hamar, sonradan isə sarı-boz olur. Yarpaqları beş və ya yeddi pərli, eni 8–15 sm, hər tərəfdən yaşıl, zəif və ya mərkəzinədək kəsik, kənarları hamar, alt tərəfi tükcüksüz və ya əsas borucuqlarda yumşaq tükcüklüdür. Pərləri üçkünc, bərabər, ucu bizdir. Saplaqları uzundur. Payızda sarı, qırmızı rəng alır.
Chip Chrome & the Mono-Tones
Chip Chrome & the Mono-Tones — amerikan rok qrupu The Neighbourhood-un dördüncü studiya albomu. 25 sentyabr 2020-ci ildə Columbia Records tərəfindən buraxılıb.
Momo
Duman Adamlar olaraq da bilinən Momo , Maykl End tərəfindən 1973-cü ildə nəşr olunan fantastik bir romandır. Söhbət zaman anlayışından və müasir cəmiyyətlərdə insanlar tərəfindən necə istifadə edilməsindən gedir. Adı açıqlanmayan bir şəhərin kənarındakı köhnə amfiteatrın xarabalıqlarında haradan gəldiyi bilinməyən kiçik qız Momo yaşayır. Valideynləri yoxdur, əynində isə geyinilmiş uzun bir palto var. Saymağı və hətta neçə yaşı olduğunu da bilmir. Ondan yaşını soruşanda, "Bildiyimə görə, həmişə var olmuşam" cavabını verir. Yaxşı bir dinləyici olduğu üçün məhəllədəki insanların sevgisini qazanır. Sadəcə insanlarla vaxt keçirib onların problemlərini məsləhət vermədən dinləməklə belə qarşısındakının yaxşı hiss etməsinə səbəb olan biridir Momo. Hətta camaat arasında "Get bir Momony gör" ifadəsi məşhur idi. Momo bir çox dostlar qazanır, xüsusən də vicdanlı, sakit bir küçə süpürgəçisi Beppo və şair ruhlu turist bələdçisi Gigi onun ən yaxın dostlarına çevrilirlər.
Monjo
Monjo (fr. Montjaux, oks. Montjòus) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sen-Bozeli kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12153. Kommuna təxminən Parisdən 530 km cənubda, Tuluza şəhərindən 130 km şimal-şərqdə, Rodezdən isə 39 km cənub-şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 393 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 141 nəfər (15-64 yaş arasında) 103 nəfər iqtisadi fəal, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.0%, 1999-cu ildə bu göstərici 69.8%).
Monlo
Monlo (fr. Montlaux, oks. Montlaur) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Sent-Etyen-lez-Orq kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye . INSEE kodu — 04130. 2008-ci ildə əhalinin sayı 2875 nəfər təşkil edirdi. 2007-ci ildə 79 yaşında (15-64 yaş arasında) 49 nəfər iqtisadi cəhətdən, 30 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 62.0%, 1999-cu ildə - 68.8%). Fəal olan 49 nəfərdən 44 nəfər (25 kişi və 19 qadın), 5 nəfər işsiz (3 kişi və 2 qadın) idi.
Monom
Birhədli — ədəd, dəyişənlər və ya onların müəyyən natural üstlü qüvvətlərinin hasilindən ibarət olan ifadəyə deyilir. Məsələn, 7 {\displaystyle 7} , a {\displaystyle a} , 3 x {\displaystyle 3x} , − 2 a 2 {\displaystyle -2a^{2}} , 1 3 x ∗ ( − 2 x y ) {\displaystyle {\frac {1}{3}}x*(-2xy)} , − 7 a 2 ∗ 0 , 4 b 3 c {\displaystyle -7a^{2}*0,4b^{3}c} ifadələri birhədlilərdir. Tərifə görə ədəd də, dəyişən də ayrılıqda birhədlidir. Məsələn, − 2 {\displaystyle -2} , 0 {\displaystyle 0} , a {\displaystyle a} , x {\displaystyle x} , y {\displaystyle y} , m {\displaystyle m} və s. də birhədlidir. Birinci vuruğu ədəd olmaqla, müxtəlif dəyişənlərin müəyyən qüvvətlərinin hasili şəklində yazılmış birhədliyə onun standart şəkli deyilir. 7 x 3 {\displaystyle 7x^{3}} , 0 , 3 a 4 b {\displaystyle 0,3a^{4}b} , 7 a b 4 c 2 {\displaystyle 7ab^{4}c^{2}} , 3 m 6 n 4 {\displaystyle 3m^{6}n^{4}} ifadələri standart şəkildə yazılmış birhədlilərdir. Vurmanın və qüvvətin xassələrindən istifadə etməklə istənilən birhədlini standart şəkildə yazmaq olar. Məsələn, ( 3 a 2 b ) 2 ∗ 5 a b 7 = 9 a 4 b 2 ∗ 5 a b 7 = ( 9 ∗ 5 ) ∗ ( a 4 ∗ a ) ∗ ( b 2 ∗ b 7 ) = 45 a 5 b 9 {\displaystyle (3a^{2}b)^{2}*5ab^{7}=9a^{4}b^{2}*5ab^{7}=(9*5)*(a^{4}*a)*(b^{2}*b^{7})=45a^{5}b^{9}} , ( a 3 b 4 ) 7 ∗ ( 2 c 9 b 3 ) 2 = a 21 b 28 ∗ 4 c 18 b 6 = 4 a 21 b 34 c 18 {\displaystyle (a^{3}b^{4})^{7}*(2c^{9}b^{3})^{2}=a^{21}b^{28}*4c^{18}b^{6}=4a^{21}b^{34}c^{18}} , ( 3 a 4 b 2 ) 3 ∗ 1 3 a b 4 c 3 = 27 a 12 b 6 ∗ 1 3 a b 4 c 3 = 9 a 13 b 10 c 3 {\displaystyle (3a^{4}b^{2})^{3}*{\frac {1}{3}}ab^{4}c^{3}=27a^{12}b^{6}*{\frac {1}{3}}ab^{4}c^{3}=9a^{13}b^{10}c^{3}} və s. Standart şəkildə yazılmış birhədlinin ədədi vuruğu birhədlinin əmsalı, birhədlinin dəyişənlərinin qüvvət üstlərinin cəminə birhədlinin qüvvəti(dərəcəsi) deyilir: 45 a 5 b 9 {\displaystyle 45a^{5}b^{9}} birhədlisinin əmsalı 45, dərəcəsi 5+9=14; 4 a 21 b 34 c 18 {\displaystyle 4a^{21}b^{34}c^{18}} birhədlisinin əmsalı 4, dərəcəsi 21+34+18=73; 9 a 13 b 10 c 3 {\displaystyle 9a^{13}b^{10}c^{3}} birhədlisinin əmsalı 9, dərəcəsi 13+10+3=26; − 0 , 7 a 8 b {\displaystyle -0,7a^{8}b} birhədlisinin əmsalı −0,7, dərəcəsi 8+1=9-dur.
Mons
Mons və ya Bergen — Belçikanın fransızca danışılan Valloniya bölgəsində yerləşən şəhər. Zəngin bir tarixə və memarlıq mirasına sahib olan Mons 2002-ci ildən bəri Valloniya Bölgəsinin mədəniyyət paytaxtı hesab olunur. 94 964 nəfər.
Mont
Mont - Qədim Misir dinində müharibə tanrısı.
Dono
Vahco Sardono (30 sentyabr 1951, Surakarta, Mərkəzi Yava – 30 dekabr 2001, Cakarta) — Dono və ya Dono Warkop adı ilə tanınan İndoneziya aktyoru və komediyaçı. O, "Warkop" komediya qrupunun üzvü idi. Dono karyerasına İndoneziya Universitetində təhsil aldığı illərdə başlamışdır. Təhsilini başa vurduqdan sonra Dono 1980–1995-ci illərdə "Warkop" qrupu ilə birlikdə 34 komediya filmində rol aldıqdan sonra məşhurlaşmışdır. O, ömrünün sonunadək kütləvi informasiya vasitələrində sosial mövzularda məqalələr və bir neçə roman yazmaqla məşğul olmuşdur. Dono 2001-ci ildə ağciyər xərçəngindən vəfat etmişdir.
MOO
MOO (ing. Multi-user Object Oriented) texnologiyaları MOO texnolologiyaları obyekt yönümlü çoxistifadəçilərin qısaldılmışıdır. MOO – İnternet vastəsi ilə real vaxtda əlaqələri təşkil edən sistemdir. MOO-nun köməkliyi ilə istifadəçinin kompüteri virtual otaqları (virtual rooms) olan əsas (host) maşına çevrilir. Virtual otaqlarda, sizinlə eyni vaxtda həmin əsas maşına qoşulmuş adamlarla rastaşmaq olar. MOO-nun xarakter üstünlükləri virtual obyektləri yaratmaq imkanıdır. Digər alət – otaqda baş verənləri yazmaq imkanına malik olan virtual maqnitofondur. Həmçinin virtual müzakirələr üçün yazıları yazmaq imkanı verən lövhələr də yaratmaq olar. MOO özündə dərslərin eyni vaxtda keçirilməsi üçün rahat servis təşkil edir. MOO sürətli xətlər tələb etmir onurla hətta 9600 Kbit/san sürətli modemlərlə də işləmək olar.
Mon
Mon — soyad. Mon Hyan-Ja — Cənubi Koreyanı təmsil edən həndbolçu. Mon Kyon-Ha — Cənubi Koreyanı təmsil edən həndbolçu. Mon Pil-Hi — Cənubi Koreyanı təmsil edən həndbolçu.
Elizabet Monro
Elizabet Monro (ing. Elizabeth Monroe; 30 iyun 1768, Nyu-York, Nyu-York ştatı – 23 sentyabr 1830, Riçmond) — ABŞ siyasətçisi, 5-ci Prezidenti Ceyms Monroun həyat yoldaşı.
Entoni Monn
Entoni Monn (ing. Anthony Monn) — Alman musiqi yazarı və prodüseridir. Fransız ifaçısı Amanda Lir ilə əməkdaşlıq etmişdir.
Ernst Moro
Ernst Moro (8 dekabr 1874–1951)— Avstriya pediatrı, psixoloqu. == Həyatı == Ernst Moro 8 dekabr 1874-cü ildə müasir Sloveniyanın paytaxtı Lyublyanada anadan olub. Həmin illərdə isə Lyublyana Avstriya-Macarıstan imperiyasının şəhərlərindən biri sayılırdı. Və şəhər Laybax adlandırılırdı. Moro Qratsda (Avstriyada Ştiriyanın inzibati mərkəzi olan Qrats Avstriya imperiyasının Türk sərhədlərində ən qədim postlarından biri və ölkənin ən orijinal şəhərlərindən biri olub) oxuyub. 1899-ci ildə o, tibb doktoru alimlik dərəcəsi alıb, 1901-1902-ci ildə o, bağırsaq basili bakteriyasını kəşf edən Teodor Yeşerixlə çalışıb, 1906-ci ildə Münhendə pediatr ixtisasına yiyələnib, iki il sonra isə Heydelberq Universitetində professor olub. Həkim 1908-ci ildə tibb dünyasında elə bir yenilik etmişdi ki, onun izahı düz bir əsr sonra açılmışdı. Birinci Dünya müharibəsi illərində uşaqların çoxu ishaldan ölürdü. Moro uşaq ölümlərinin sayını azaltmaq üçün sadə resept yaradır. Bu reseptin əsas inqrediyenti kök şorbası imiş.
Fabritsio Moro
Fabritsio Mobriçi (it. Fabrizio Mobrici; d. 9 aprel 1975, Roma, İtaliya) və ya səhnə adı ilə Fabritsio Moro — İtaliya müğənnisi və bəstəkarı. Onun debüt albomu 2000-ci ildə təqdim olunmuşdur. 2007-ci ildə Moro İtaliyanın ən böyük musiqi hadisələrindən hesab olunan Sanremo musiqi festivalında ifa etdiyi "Pensa" mahnısı ilə qalib gəldikdən sonra İtaliyada şöhrət qazanmışdır. Mahnı ölkədə uzun müddət hit olaraq qalmışdır. 2018-ci ilə kimi Moronun yeddi studiya albomu, bir mini-albomu və bir canlı ifalardan təşkil olunmuş albomu işıq üzü görmüşdür. 2011-ci ildə İtaliyanın RAI 2 telekanalında ifaçı Sberra adlı televiziya proqramına aparıcılıq etmişdir. Bundan başqa Moro digər italyan müğənniləri üçün mahnılar da yazmışdır. Moro Ermal Meta ilə duet şəklində ifa etdiyi "Non mi avete fatto niente" mahnısı ilə 2018 Sanremo musiqi festivalında qələbə qazanmışdır.
Homalium moto
Homalium moto (lat. Homalium moto) — söyüdkimilər fəsiləsinin homalium cinsinə aid bitki növü.
Homalium mouo
Homalium mouo (lat. Homalium mouo) — söyüdkimilər fəsiləsinin homalium cinsinə aid bitki növü.
Janna Moro
Janna Moro(fr. Jeanne Moreau [ʒan mɔˈʁo]; d. 23 yanvar 1928, Paris - ö. 31 iyul 2017, Paris) — fransız müğənnisi, aktrisası, kinorejissoru. == Həyatı == Janna Moro 23 yanvar 1928-ci ildə Parisdə dünyaya gəlib. Hələ erkən yaşlarından rastlaşdığı ikinci dünya müharibəsinin fəsadları onun ailəsindən də yan keçməyib. II dünya müharibəsinin başlanması Jannanın uşaqlıq illərinə düşdüyü üçün o, özünü hər zaman müharibə uşağı adlandırıb. Müharibənin başlanmasıyla atasının müflisləşməsi, ingilis qanı daşıdığı üçün anasının həbs olunması bir dövrə təsadüf edib. Hitlerçilərin Fransaya soxulması, kədərli və ac uşaqlıq dostları, qara bazar, küçələrdəki fahişəlik, alman əsgərləri, qəzəb və qorxu Jannanın uşaqlıq illərində ən çox rastlaşdığı məqamalar olub. Özünün artistlik istedadına güvənən Jannanın teatra və kinoya olan həvəsi bir zamanlar “Folli Berjer” müzik-xollunda balerina olmuş anasından qaynaqlanır.
Kara Bono
Kara Bono (ing. Cara Buono; 1 mart 1974 və ya 1 mart 1971, Bronks, Nyu-York ştatı) — amerikalı aktrisa. Əsasən Qəribə şeylər (2016-cı ildən) serialı və Halk (2003) filmi ilə tanınır. == Həyatı və təhsili == Bono 1 mart 1974-cü ildə Nyu-York şəhərinin Bronks bölgəsində italyan ailədə dünyaya gəlmişdir. İki qardaşı və bir bacısı var. Bono Forelle Laquardiya tam orta məktəbində təhsilini almışdır. Daha sonra isə Kolumbiya Universitetində ingilis dilində siyasət ixtisasında bakalavr təhsili almışdır. Bakalavr diplomunu üç ildə əldə etmişdir. == Karyerası == Bono ilk aktrisalıq təcrübəsini 12 yaşında "Kabus ev" tamaşasında yaşamışdır. Bono film karyerasına Etan Hok və Ceremi Ayrons ilə brilikdə "Su ölkəsi" filmində başlamışdır.
Kazuhisa Kono
Kazuhisa Kono (d. 30 dekabr 1950) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Klod Mone
Oskar Klod Mone (fr. Oscar-Claude Monet, 14 noyabr 1840[…], Paris[…] – 5 dekabr 1926[…]) — fransız rəssamı, impressionizm cərəyanının yaradıcılarından biri. == Həyatı == Klod Mone 1840-cı ildə Parisdə dünyaya gəlib. O, 5 yaşındaykən ailəsi Normandiyaya köçür. Notre-Dame-de-Lorette kilsəsində təhsil aldığı illərdə onun adı Oskar Klod Mone kimi yazıldı. Ata-baba sənəti olan baqqallığı davam etdirməsi üçün atası çox cəhd göstərsə də, o, musiqiçi anasının sənətinə maraq göstərirdi. 1851-ci ildə La Havre-də orta məktəb təhsilinə başlayan Mone qara karandaşla çəkdiyi cizgilərlə çevrəsində tanınırdı. Onun incəsənətə olan marağı məhz bu cizgilərdə təzahür edirdi. Fransis Oçarddan ilk dərslərini alan Klod bu ərəfədə gələcək karyerasında əvəzsiz rolu olacaq Boudinlə də tanış oldu. 28 yanvar 1857-ci ildə anası öldüyündə onun 16 yaşı vardı.
Kono Bayrey
Kono Bayrey (yap. 幸野 楳嶺; 20 aprel 1844, Kioto – 2 fevral 1895) — yapon rəssam, kitab illüstratoru və incəsənət müəllimi. O Yasuda Bairei kimi anadan olub və Kyotoda yaşayıb. O, Ukiyo-e məktəbinin üzvü idi və Yaponiyanın Meiji dövründə kacho-e rəssamlığının ustası idi.
Kono Yasui
Kono Yasui (保井 コノ, Yasui Kono, 16 fevral 1880, Kaqava – 24 mart 1971, Bunkyo) – Yaponiya bioloqu və sitoloqu. O, Yaponiyada elm üzrə doktorat dərəcəsi əldə etmiş ilk qadındır. == Həyatı == Kono Yasui 16 fevral 1880-ci ildə Yaponiyanın Kaqava prefekturasında doğulmuşdur. Kaqava Normal Məktəbinin qadınlar bölməsində təhsil almış, 1898-ci ildə Tokio Qadınlar Ali Normal Məktəbinə daxil olmuşdur. 1902-ci ildə məzun olduqdan sonra Gifu Qızlar Liseyində, 1904-cü ildə Kanda Qızlar Məktəbində müəllim kimi işləməyə başlamışdır. 1905-ci ildə Tokio Qadınlar Ali Normal Məktəbinin yeganə elmi tədqiqat üzrə tələbəsi olmuş, zoologiya və botanika sahələrində ixtisaslaşmışdır. Onun tərəfindən 1905-ci ildə yazılmış "Karp balığında Veber orqanı" məqaləsi "Zoological Science" jurnalında qadın müəllifə aid ilk məqalə olmuşdur. Yasui 1906-cı ildə botanika və sitologiya sahələrində araşdırmalar aparmağa başlamışdır. Salvinia natans adlı qıjı növünün ziqotunu araşdırmış və nəticələri "Journal of Plant Science" jurnalında nəşr olunmuşdur. Digər tədqiqatları Böyük Britaniyanın "Annals of Botany" jurnalında yayımlanmış və işi xarici jurnalda yayımlanmış ilk yapon qadın olmuşdur.
Loko Moko
Loko Moko- Havayi mətbəxinə aid təam. Onun müxtəlif variantları mövcuddur, lakin ənənəvi Loko Moko hamburger çörəyi üzərinə düyü, yumurta, qəhvəyi qrevi qoymaqla hazırlanır. Digər növlərində tərkibinə Çili bibəri, basdırma, vetçina, Spam, linquiça, teriyaki toyuğu və müxtəlif ət növləri əlavə edilir. == Tarixi == Loko Moko ilk dəfə 1949-cu ildə, Hiloda, Linkoln Qril restoranında Riçard İnuye və həyat yoldaşı Nensi tərəfindən yeniyetmələr üçün hazırlanmışdır. İlk Loko Moko düyü və hamburger çörəyi üzərinə qrevi tökməklə hazırlanmışdır. Yumurta sonradan əlavə edilmişdir. Yeniyetmələr bu yeməyi onların üzvü olan Corc Okinotonun "Dəli"(ingiliscə:crazy) ləqəbinə uyğun adlandırıblar. Hilo orta məktəbində ispanca təhsil alan Corc Takanaşi "Loko" adını təklif edir ki, bu da ispancadan dəli mənasını verir. Moko hissəsi hissə loko sözü ilə uyğun olduğu üçün əlavə edilir.