MOON-BOUND

adj aya səmt götürmüş; ~ rocket aya tərəf buraxılmış raket; ~ trajectory ayın trayektoriyasına tərəf hərəkət edən

MOON-BLINDNESS
MOON-EYE
OBASTAN VİKİ
Moon Pride
Moon Pride (və ya MOON PRIDE) — 30 iyul 2014-cü ildə yayımlanan, Yaponiyanın Momoiro Clover Z qız musiqi qrupunun 12-ci sinqlı. == Haqqında == Sinqlda 2014-cü ildən göstərilməyə başlanılan "Sailor Moon Crystal" cizgi serialının mövzu musiqiləri yer almışdır. ("Moon Pride" açılış mahnısı, "Gekko" bağlanış mahnısıdır.)"Moon Pride" Sound Horizon orkestrından Revo tərəfindən yazılmış, bəstələnmiş və hazırlanmışdır. Qitara soloları ABŞ rok musiqiçisi Marti Fridman tərəfindən ifa edilmişdir.Sinqlın yayınlanmış 2 versiyası mövcuddur: "Sailor Moon Edition" və "Momoclo Edition". "Sailor Moon Edition"-nun Blu-ray diski və musiqili videosu mövcuddur. "Momoclo Edition"-nun sadəcə CD formatı mövcuddur, bununla əlavə "Seylor Mun R: Film" filmindən "Moon Revenge" mahnısı əlavə olunmuşdur.Musiqili video Yasuşi Uemura tərəfindən hazırlanmış, "Sailor Moon Crystal" cizgi serialının direktoru Munehisa Sakai tərəfindən nəzarət edilmiş və Toei Animation tərəfindən canlandırılmışdır. Musiqili videoda "Sailor Moon Crystal" cizgi serialından səhnələr var. Videoda 3 Seylor döyüşçüsünün çevrilməsinə yer verilmişdi: Seylor Mars, Seylor Venera və Seylor Yupiter. == Mahnı siyahısı == === Sailor Moon Edition (CD+Blu-ray) === === Momoclo Edition === == Şəxsi == == Hit paradlarda == == İstinadlar == == Xarici keçidlər == "Moon Pride" Momoiro Clover Z diskoqrafiyasında Youtube videosu.
Sailor Moon
Seylor Mun və ya Yaponiyada tanınan adı ilə Bishoujo Senshi Sailor Moon (美少女戦士セーラームーン, Bishōjo Senshi Sērā Mūn, azərb. Gözəl qoruyucu Seylor Mun‎) — yapon manqaka Naoko Takeuçi tərəfindən yazılmış və çəkilmiş şoco manqa seriyası. Manqa seriyası 1991-1997-ci illərdə "Nakayoshi" jurnalında nəşr olunmuşdur. Bu dövrdə 52 fəsli 18 tankobon cildi şəklində çap edilmişdir. Manqa seriyası Seylor Muna çevrilərək Ay şahzadəsinin və Əfsanəvi Gümüş Kristalın (「幻の銀水晶」, Maboroshi no Ginzuishō) axtarışına çıxan 14 yaşlı qız Usaqi Tsukino haqqındadır. Seriya boyunca Seylor Mun Əfsanəvi Gümüş Kristalı qorumaq və Günəş sistemini məhv etmək istəyən düşmənlərin qarşısını almaq üçün yaradılmış Seylor döyüşçüləri (セーラー戦士, Sērā Senshi) komandasına başçılıq edir. Manqa seriyasının 18 cildi əsasında Toei Animation tərəfindən anime hazırlanmışdır. Anime Yaponiyada 5 mövsüm olmaqla 1992-1997-ci illərdə yayımlanmışdır. Bundan başqa, manqa seriyası əsasında 3 animasiya filmi, 3 qısametrajlı animasiya, 1 televiziya verilişi və "Gözəl qoruyucu Seylor Mun" adlı teleserial hazırlanmışdır. Anime hekayəsi 2014-cü ildən göstərilən "Sailor Moon Crystal" animesi ilə yenidən başladılmışdır.
Full Moon Hotel
Full Moon Hotel — Azərbaycanın paytaxtı Bakıda tikilməsi planlaşdırılan otel idi. Otelin tikintisinə 2012-ci ildə başlanması planlaşdırılırdı, hündürlüyü 120 metr və 35 mərtəbə olacaqdı. Otel əvvəlcə kənarları yuvarlaqlaşdırılmış disk və yuxarı künclərdən birində deşik olan, baxış bucaqlarından köklü şəkildə fərqli görünən aspektləri olan bir dizayn kimi ortaya çıxdı. Yuxarı küncündəki bu dəlik Ölüm Ulduzunu xatırladırdı, lakin yan tərəfdən adi şüşə qüllə kimi görünürdü. Full Moon Hotel şəhərin 21-ci əsr memarlığının yeni Dubayına töhfə verən Port Baku binalarının qarşısında Bakı buxtası ətrafında tikilməkdə olan Aypara Tower qarşısında planlaşdırılmışdı. Lakin binanın korpusu tamamlanmaq üzrə olduğu üçün orijinal dizayndan imtina edərək daha çox nəhəng Suzanbağı çiçəyinə bənzəyən dizayna üstünlük verildi. Hazırda binanın planlı torpaq sahəsində tikilmiş Dəniz Mall var.
Red Moon (EP)
Red Moon (azərb. Qırmızı Ay‎) – Cənubi Koreya musiqi qrupu Mamamoo tərəfindən buraxılmış EP. EP-yə əsas sinql olan "Egotistic" və Munbyul tərəfindən Red Velvet qrupunun solisti Sılqi oxuduğu "Selfish" treki də daxildir. "Rainy Season" mahnısının qabaqcadan buraxılışı da EP-dədir.
Sailor Moon Crystal
Sailor Moon Crystal və ya Yaponiyada tanınan adı ilə Bishoujo Senshi Sailor Moon Crystal (美少女戦士セーラームーンCrystal(クリスタル), Bishōjo Senshi Sērā Mūn Kurisutaru, azərb. Gözəl döyüşçü Seylor Mun: Kristal‎) — 2014-cü ildən şoco manqa seriyası olan "Seylor Mun" manqasının 20 illik yubileyi münasibəti ilə yayımlanan ONA seriyası. Toei Animation tərəfindən hazırlanan, Munehisa Sakay və Çiaki Konin rejissoru olduğu anime serialının I və II mövsümləri 5 iyul 2014-cü ildən 18 iyul 2015-ci ilə qədər davam etmiş və ayda 2 dəfə olmaqla 26 seriyası yayımlanmışdır. 4 aprel 2016-cı ildən 27 iyun 2016-cı ildə kimi anime serialının III mövsümü yayımlanmışdır. İlk iki mövsüm bütün dünyada Niconico vasitəsilə göstərilmişdir. 1992-1997-ci illərdə göstərilən "Seylor Mun" animesindən fərqli olaraq bu dəfə hekayə Toei Animation tərəfindən yenidən və daha dəqiq işlənmişdir. Lakin anime serialı 1990-cı illərdəki animeyə bənzər ssenariyə sahibdir. Anime 14 yaşlı Usaqi Tsukino adlı qızın Seylor Mun olmasından, Seylor döyüşçülərini tapmasından (Seylor Merkuri, Seylor Mars, Seylor Yupiter və Seylor Venera) və Əfsanəvi Gümüş Kristalı qorumasından bəhs edir.Anime serialının ilk seriyası Usaqi personajının doğum günü hesab edilən 30 iyun 2014-cü ildə göstərilmişdir. Blu-ray formatında ilk xüsusi buraxılışı 15 oktyabr 2014-cü ildə Yaponiyada yayınlanmışdır. 2014-cü ilin mayında Viz Media animeni Şimali Amerikada ingiliscə yayınlanması üçün lisenziyalaşdırmışdır.
Pokemon Sun və Moon
Pokemon Sun və Moon – 2016 cı ildə buraxılmış videooyun. Oyun Nintendo 3DS platforması üçün buraxılmışdır. Oyunda ilk dəfə Z-Move hərəkəti təqdim edilmişdir. Bunun üçün Z-Ring və Z-Crystal adı iki əşyaya sahib olmaq lazımdır. Oyunun mövzusu tropik adalardır. Oyun Alola bölgəsində bir məşqçi olaraq keçir. Alola adasındaki tropik iqlimə görə, bəzi Pokemonlar Alola formalarının yaranmasına səbəb olur. == Alola adaları == Alola bölgəsi 4 adadan ibarətdir. Dörd adanın hər birinin qoruyucu tanrı adı verilən Pokemon var. Bu Pokemonlar kütləvi olarak Tapu olaraq adlandırılır və insanlar tərəfindən səcdə edilir.
Sailor Moon: La Luna Splende
"Sailor Moon: La Luna Splende" (azərb. Seylor Mun: Parlayan Ay‎) — Yaponiyanın Bandai Namco videooyun şirkətinin 16 mart 2011-ci ildə İtaliyada yayımladığı 2D videooyun. Oyun italyan dilində olan ilk "Seylor Mun" videooyunu xüsusiyyətini daşıyır. == Haqqında == Videooyun 2011-ci ilin 16 martında Nintendo DS platformaları üçün yayımlanmışdır və "Seylor Mun" videooyunlarının son versiyasıdır. Oyun İtaliyada satışa buraxılmış və adını "Seylor Mun" animesinin ikinci mövsümünün italyanca dublajındakı adından almışdır. Adını ikinci mövsümdən alsa da, videooyunun baş düşməni olan Kunsayt sadəcə birinci mövsümdə görünmüşdür. Videooyundakı personajların adları seriyanın italyanca versiyasına uyğunlaşdırılmışdır. "Sailor Moon: La Luna Splende" italyan dilində olan və Nintendo DS platformaları üçün istehsal olunan ilk "Seylor Mun" videooyunudur. == Hekayə == Nina (Naru Osaka) şüursuz şəkildə xəstəxanaya yerləşdirilir, Banni (Usaqi Tsukino) və dostları onun ziyarətinə gəlirlər. Luna onlara deyir ki, Ninaya hansıda bədheybət hücum etmiş ola bilər.
Sailor Moon Crystal seriyalarının siyahısı
Sailor Moon Crystal — 2014-cü ildən şoco manqa seriyası olan "Seylor Mun" manqasının 20 illik yubileyi münasibəti ilə yayımlanan ONA seriyası. Toei Animation tərəfindən hazırlanan, Munehisa Sakai və Çiaki Konun rejissoru olduğu anime serialının ilk iki mövsümü 5 iyul 2014-cü ildən 18 iyul 2015-ci ilə kimi Niconico vasitəsilə bütün dünyada yayımlanmışdır və manqanın ilk 26 fəslini əhatə etmişdir. 2015-ci ilin sentyabrında Toei Animation üçüncü mövsümü istehsal etdiyini açıqlamışdır. Anime serialının üçüncü mövsümü "Ölüm həvariləri" adı ilə tanınır və manqadakı "Sonsuzluq" hekayəsinə əsaslanır. Üçüncü mövsümün ilk seriyası 6 mart 2016-cı ildə Tokiodakı "Animate Ikebukuro" mağazasında nümayiş etdirilmişdir. Üçüncü mövsüm 4 aprel 2016-cı ildən 27 iyun 2016-cı ilə kimi Tokyo MX kanalında yayımlanmışdır. == Mövsümlər == == Seriyalar == === I mövsüm: Qaranlıq Krallıq (2014-2015) === === II mövsüm: Qara Ay (2015) === === III mövsüm: Ölüm həvariləri (2016) === == Media == === Yaponiya === King Records animenin DVD və Blu-ray formatında 13 cildini yayımlamışdır.
Sailor Moon SuperS Shin Shuyaku Soudatsusen
"Sailor Moon SuperS Shin Shuyaku Soudatsusen" (美少女戦士セーラームーンSuperS: 真・主役争奪戦) — 1996-cı ilin 8 martında Angel Studios (indiki Rockstar San Diego) tərəfindən satışa buraxılmış və PlayStation ilə Sega Saturn platformaları üçün nəzərdə tutulmuş 2D "Seylor Mun" videooyunu. Faytinq janrında olan bu oyun ancaq Yaponiyada yayımlanmışdır. Oyunun Sega Saturn platforması üçün versiyası çıxdıqda oyun "Sailor Moon SuperS - Various Emotion" adlandırılmış və fərqli üz qabığından istifadə olunmuşdur. Sega Saturn versiyasında Seylor Çibi Munun görünüşü də fərqlidir. == Hekayə == Oyun iki rejimdə oynanıla bilər: hekayə rejimi və görüş rejimi. Hekayə rejimi təkoyunçulu, görüş rejimi çoxoyunçuludur. Əgər oyunçu hekayə rejimini seçibsə, ancaq bu personajlardan istifadə edə bilər: Seylor Mun, Seylor Merkuri, Seylor Mars, Seylor Yupiter, Seylor Venera və Seylor Çibi Mun. Əgər oyunçu görüş rejimində oynayırsa, bu personajlarla yanaşı Seylor Pluton, Seylor Uran, Seylor Neptun və Seylor Saturndan da istifadə edə bilər.Oyunçu istədiyi Seylor döyüşçünün gücünü artıra, onun gücünə maksimum 20 xal verə bilər.Oyunda 4 çətinlik səviyyəsi var: asan (nakayoşi), normal, çətin, ən çətin (muzukaşi). == Personajlar və səsləndirənlər == == İstinadlar == == Xarici keçidlər == Seylor Mun Vikisində.
The Dark Side of the Moon
The Dark Side of the Moon — Harvest Records tərəfindən 1 mart 1973–cü ildə buraxılmış İngilis rok qrupu Pink Floydun səkkizinci albomudur. Əsasən canlı çıxışlar zamanı inkişaf edən qrup, qeyd başlamazdan bir neçə ay əvvəl, yazının erkən versiyasını təqdim etdi. Yeni material 1972 və 1973–cü illərdə Londondakı Abbey Road Studios-da iki seansda qeyd edildi. The Dark Side of the Moon Pink Floydun ən çox satan albomu olmaqla yanaşı, dünyanın ən çox satan musiqi albomlardan da biridir. Albomun 45 milyondan çox nüsxəsinin satıldığı ehtimal olunur. == Mövzu == Ayın qaranlıq tərəfi müasir həyatın normal insanlara təsirini təsvir edir. Məsələn, yerə çırpılan təyyarənin səsi ilə başlayan "On the Run"da uçmaq qorxusundan bəhs edilir. "Zaman" zamanın biz fərq etmədən necə tez keçdiyini təsvir edir. "Göydəki Böyük Konsert" ölümün təbiətindən bəhs edir. “Pul” sərvətin insanlara təsirini ironik şəkildə təsvir edir.
Sailor Moon SuperS Plus - Ami's First Love
Sailor Moon SuperS Plus - Ami's First Love (美少女戦士セーラームーンSuperS 外伝 亜美ちゃんの初恋, Bishōjo senshi Sērā Mūn SuperS gaiden - Ami-chan no hatsukoi, azərb. Seylor Mun SuperS plus: Aminin ilk sevgisi‎) — "Seylor Mun"un 1995-ci ildə buraxılmış xüsusi seriyası. 23 dekabr 1995-ci ildə "Sailor Moon SuperS" anime filmi ilə birlikdə nümayiş etdirilmişdir. == Məzmun == Seriyada hadisələrin əsas diqqət mərkəzində Seylor Merkuri kimi tanınan Ami Mizunodur. Ami bir gün məktəbə gələndə ona yazılmış bir sevgi məktubu alır və böyük təşvişə düşür. Lakin o dostlarına hazırda məhəbbət haqqında düşünmədiyini bildirir. Ami dostlarına bildirir ki, imtahanlara "Mercury" ləqəbi ilə qatılıb maksimal nəticə göstərib, lakin onunla birlikdə "Mercurius" adlı şagirdin də maksimal nəticə əldə edib. Ami bunu meydan oxuma kimi qəbul edib əvvəlkindən də daha gərgin çalışmağa başlayır. Amini izləyən Bonnon ona hücum edir. Ami Bonnonu "Mercurius" zənn edir və Seylor Merkuriyə çevrilib onu məğlub edir.
Bishoujo Senshi Sailor Moon SuperS Gaiden: Ami-chan no Hatsukoi
Sailor Moon SuperS Plus - Ami's First Love (美少女戦士セーラームーンSuperS 外伝 亜美ちゃんの初恋, Bishōjo senshi Sērā Mūn SuperS gaiden - Ami-chan no hatsukoi, azərb. Seylor Mun SuperS plus: Aminin ilk sevgisi‎) — "Seylor Mun"un 1995-ci ildə buraxılmış xüsusi seriyası. 23 dekabr 1995-ci ildə "Sailor Moon SuperS" anime filmi ilə birlikdə nümayiş etdirilmişdir. == Məzmun == Seriyada hadisələrin əsas diqqət mərkəzində Seylor Merkuri kimi tanınan Ami Mizunodur. Ami bir gün məktəbə gələndə ona yazılmış bir sevgi məktubu alır və böyük təşvişə düşür. Lakin o dostlarına hazırda məhəbbət haqqında düşünmədiyini bildirir. Ami dostlarına bildirir ki, imtahanlara "Mercury" ləqəbi ilə qatılıb maksimal nəticə göstərib, lakin onunla birlikdə "Mercurius" adlı şagirdin də maksimal nəticə əldə edib. Ami bunu meydan oxuma kimi qəbul edib əvvəlkindən də daha gərgin çalışmağa başlayır. Amini izləyən Bonnon ona hücum edir. Ami Bonnonu "Mercurius" zənn edir və Seylor Merkuriyə çevrilib onu məğlub edir.