Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Monolitik nüvə
Monolit nüvə - tək fayldan ibarət olan əməliyyat sistemi nüvəsidir.
Monolitik sütun
Monolitik sütun və ya “tək fazalı sütun” (single-phase column) ənənəvi olaraq gövdəsi çox hissəli olaraq deyil, bir hissəli şəkildə istehsal olunan sütun növləri üçün istifadə olunan bir termindir. Monolitik bir sütun (və ya bir hissəli sütun), mil hissəsi şaquli hissələr əvəzinə böyük bir daş parçasından düzəldilmiş böyük bir sütundur. Daha kiçik sütunlar ümumiyyətlə tək daş hissələrindən düzəldilir, lakin daha az monolitik olaraq xarakterizə olunur, çünki bu termin normalda daha az yayılmışdır və bu şəkildə hazırlanmış daha böyük sütunlar üçün istifadə olunur. Monolitik sütunlardan istifadə etmək, karxanalarda və hərəkətdə əhəmiyyətli dərəcədə əlavə çətinliklər yaradır və eyni zamanda bir binada əzəmətin və vacibiyyətin ifadəsi kimi qəbul edilə bilər.
Monofelitlik
Monofelitlík - İsanın iki təbiətə və bir iradəyə malik olmasını iddia edən Xristian təriğətlərindən və cərəyanlardan biri. Xristoloji mübahisələrin getdiyi zaman yaranmışdır. == Yaranmasının siyasi səbəbləri == Kalkedon Kilsə Məclisindən sonra monofizitlərlə, İsada ikili təbiətin olmasını qəbul edən Bizans kilsəsinin nümayəndələri arasında bir neçə onilliklər ərzində gərgin mübarizə getmişdi. VII yüzilliyin əvvəlində Bizansla İranın savaşı başlanmışdı. Bu savaşda qələbəyə qazanmaq üçün, imperator Heraklios (Herakleios) Ermənistanda iranlılara qarşı ikinci cəbhə açmaq niyyətində idi. Ancaq ermənilər, monofizit kilsəsinə mənsub olduqlarına görə, Bizans imperiyasından çəkinirdilər və İrana üstünlük verirdilər. Bizansda isə monofizitlər təqiblərə məruz qalmışdılar. == Təlimi == Ermənilərlə münasibətlərin yaxşılaşdırılması və orada iranlılara qarşı cəbhənin açılması, Herakliosun əsas siyasi məqsədlərindən biri olmuşdu. Bu işdə, ona əsli suriyalı olan patriarx Sergius kömək etmişdi. O, monofizitlərlə rəsmi Bizans kilsəsinin arasında ixtilafa səbəb olan, İsanın təbiəti haqqında problemin çözülməsi üçün, barışdırıcı fikir ortalığa çıxarmışdı.