Monofelitlík - İsanın iki təbiətə və bir iradəyə malik olmasını iddia edən Xristian təriğətlərindən və cərəyanlardan biri. Xristoloji mübahisələrin getdiyi zaman yaranmışdır.
Erkən xristianlıq |
Yunandilli apologetika:
Yustin • Tatian • Afinoqor • Teofil Latındilli apologetika:
Minusius Feliks • Arnobius • Laktansius • Tertullian Qnostiklərə qarşı olanlar:
|
Xristian ehkamlarının formalaşması
Rəsmi kilsəyə qarşı duran təriqətlər:
Rəsmi kilsə tərəfdarları:
Atanasius • İoann Xrisostom • Saxta Dionisius Xristoloji mübahisələr səbəbilə ayrılan təriqətlər:
|
Latın qərbində Kilsə Ataları
Boesius • Kassiodor • Avqustin Avrelius |
Kalkedon Kilsə Məclisindən sonra monofizitlərlə, İsada ikili təbiətin olmasını qəbul edən Bizans kilsəsinin nümayəndələri arasında bir neçə onilliklər ərzində gərgin mübarizə getmişdi. VII yüzilliyin əvvəlində Bizansla İranın savaşı başlanmışdı. Bu savaşda qələbəyə qazanmaq üçün, imperator Heraklios (Herakleios) Ermənistanda iranlılara qarşı ikinci cəbhə açmaq niyyətində idi. Ancaq ermənilər, monofizit kilsəsinə mənsub olduqlarına görə, Bizans imperiyasından çəkinirdilər və İrana üstünlük verirdilər. Bizansda isə monofizitlər təqiblərə məruz qalmışdılar.[1]
Ermənilərlə münasibətlərin yaxşılaşdırılması və orada iranlılara qarşı cəbhənin açılması, Herakliosun əsas siyasi məqsədlərindən biri olmuşdu. Bu işdə, ona əsli suriyalı olan patriarx Sergius kömək etmişdi[2]. O, monofizitlərlə rəsmi Bizans kilsəsinin arasında ixtilafa səbəb olan, İsanın təbiəti haqqında problemin çözülməsi üçün, barışdırıcı fikir ortalığa çıxarmışdı. Sergius deyirdi ki, İsanın iki təbiəti olmuşdur, ancaq iradəsi (enerjisi) bir idi. Bununla razılaşan ermənilər Herakliosus müttəfiqləri oldular və bundan sonra o, İrana sarsıdıcı hərbi zərbələr endirə bildi.
“İki təbiət, bir iradə” prinsipini Roma papası Honorius da dəstəkləmişdir, ancaq sonra kilsə xadimləri onu bu addım atdığına görə pisləmişdilər. Yerusalim (Qüds) patriarxı Sofronius isə, bu prinsipi qətiyyətlə rədd etmişdir[3]. O İsada iki iradənin olduğunu iddia edirdi (İlahi və insani). Onunla birlikdə bu fikri məşhur ilahiyyatçı Tövbəkar Maksim da dəstəkləmişdi. Onların fikrincə hər bir iradə öz mahiyyətinə görə hərəkət edir və bu hərəkətə görə də təbiətlərin müxtəlifliyinin dərk olunması imkanı əldə edilir. Əgər iradə birdirsə, onda təbiətlərin arasında fərq olmur.
637-ci ildə Qüds ərəblər tərəfindən alınır və şəhərin patriarxı Sofronius (Sophronius) bir müddət onlarla əməkdaşlıq etdiyinə görə, xəlifə Ömər şəhərin bütün xristian müqəddəs yerlərini ona tabe etdirmişdi.
Sofroniusun ölümündən sonra, imperator Heraklios 638-ci ildə xristian imanının necə olması haqqında əmrini açıqlayır. Bu əmrə görə, İsanın yalnız bir iradəsi olmalı idi[4]. Bu cür inanca monofelit inancı deyilir. Həmin ildə patriarx Sergius da ölmüşdür və ondan sonra Konstantinopol patriarxı Pirr olmuşdur. O monofelit idi və imperatorun əmrini 638-ci ildə Kilsə Məclislərinin birində təsdiqlətdirmişdi.
Heraklios 641-ci ildə öləndən sonra onun yerinə II Konstant gəldi. O ümumiyyətlə İsada neçə iradə olduğu haqqında hər bir söhbəti qadağan etmişdi[5]. Romada isə papa Honoriusun ölümündən sonra Herakliosun monofelit əqidəsini dəstəkləyən əmri rədd etdilər. Papa I Martin, Lateranda Kilsə Məclisi yığaraq monofelit əqidəsini pisləmişdi. Ancaq imperator əmrini icra etməməsinə görə Martini məhkəməyə çəkmişdilər və sürgünə yollamışdılar.
Şərqdə isə monofelitlərə qarşı ən fəal çıxış edən Tövbəkar Maksim (Maximus) (580-662) olmuşdu. O da təqiblərə məruz qalmışdı. Onun fikrincə İsada insan iradəsi var idi. O hərəkət edərək seçim qarşısında qalanda isə o, İlahi iradəyə tabe olurdu.
Sonda bu mübahisələrə son qoymaq üçün imperator Konstantin (Constantinus) Konstantinopolda VI Ekumenik Kilsə Məclisi yığmışdı və bu məclisdə monofelit əqidəsi "heres" (küfr) elan edilmişdi. undan sonra monofelitlər təqiblərə uğramışdırlar.