Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Monoloq
Monoloq (yun. μόνος — bir və λόγος — nitq) tək bir personaj tərəfindən təqdim olunan əksər hallarda birbaşa, bəzən də fikirlərini səslə ifadə etmək üçün təqdim olunan nitq. Başqa bir xarakterə və ya auditoriyaya müraciət edilir. Monoloqlar dramatik mediada (pyeslər, filmlər və s.), eləcə də poeziya kimi dramatik olmayan mediada geniş yayılıb.Monoloqlar soliloqlar (özünə ünvanlanmış nitq), apostroflar (nidalı ritorik nitq fiquru) və apartda (ictimaiyyətə yönəlmiş monoloqlar və ya iradlar mənasını verən teatr termini) daxil olmaqla bir sıra digər ədəbi formalarla çox oxşardır. Bununla belə, bu formaların hər biri arasında fərqlər var. == Oxşar ədəbi formaları == Monoloqlar şeirlərə, epifaniyalara və digərlərinə bənzəyir, ona görə ki, bir "səs" nitqini əhatə edir, lakin aralarında fərqlər var. Məsələn, soliloloq bir personajın öz düşüncələrini və hisslərini başqa personajlara müraciət etmədən özü və tamaşaçı ilə əlaqələndirməsini əhatə edir. Monoloq — insanın ucadan söylənilən fikirləridir.Monoloqlar natiqin və ya yazıçının xəyali şəxsə, cansız obyektə və ya ideyaya istinad etdiyi apostroflardan da fərqlənir.Apart (teatr termini) onların hər birindən təkcə müddətinə görə deyil, həm də məntiqi olaraq olması lazım olan situasiyalarda belə kənar personajlar tərəfindən eşidilməməsi ilə fərqlənir (məsələn, iki personajın dialoqu onlardan birinin bir söz deməsi ilə kəsilir). == Tarixi == Qərb dramaturgiyasının mənşəyi olan qədim yunan teatrında şərti üç aktyor qaydasından əvvəl iki aktyor qaydası tətbiq edilirdi ki, bu da öz növbəsində səhnəyə özündən əvvəl xorla birlikdə yalnız bir aktyorun çıxacağı bir konvensiya var idi.Beləliklə, dramatik bir vasitə kimi monoloqun mənşəyi dialoqdan qaynaqlanmır. Əksinə, dialoq monoloqdan inkişaf etmişdir.
Monoloq (1987)
== Məzmun == Film-portret Azərbaycanın xalq şairi, Sosialist Əməyi Qəhrəmanı, respublika Ali Sovetinin sədri Süleyman Rüstəmin yaradıcılıq yolundan danışır. Film bir çox tarixi hadisənin şahidi olmuş şairin monoloqundan ibarətdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Tofiq Mütəllimov Ssenari müəllifi: Əhmədağa Muğanlı Operator: Rafiq Əliyev Bəstəkar: Ramiz Mirişli Səs operatoru: Kamal Seyidov Redaktor: Nüsrət Kəsəmənli Direktor: N.Səfərov === Filmdə iştirak edən === Süleyman Rüstəm === Arxiv kadrlarda iştirak edənlər === Maksim Qorki (titrlərdə yoxdur) Süleyman Rüstəm (titrlərdə yoxdur) Səməd Vurğun (şəkil) (titrlərdə yoxdur) == Sitatlar == Süleyman Rüstəm: Neçə dəfə olub məsələn, məqalələr yazılıb yuxarıda, çağırıblar ki, bura qol çək. Biri elə lap Səməd Vurğunun əleyhinə bir məqalə yazmışdı, orada üç yoldaşın məqalənin altında adı olmalıydı. Biri mən, biri Rəsul Rza, biri də Məmməd Rahim. Dedilər Bağırov deyir ki, üçü də qol çəksin. Nə qədər çalışdıq ki, qol çəkməyək, nəhayət məcbur elədi qol çəkməyə.
Monoloq (film, 1987)
== Məzmun == Film-portret Azərbaycanın xalq şairi, Sosialist Əməyi Qəhrəmanı, respublika Ali Sovetinin sədri Süleyman Rüstəmin yaradıcılıq yolundan danışır. Film bir çox tarixi hadisənin şahidi olmuş şairin monoloqundan ibarətdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Tofiq Mütəllimov Ssenari müəllifi: Əhmədağa Muğanlı Operator: Rafiq Əliyev Bəstəkar: Ramiz Mirişli Səs operatoru: Kamal Seyidov Redaktor: Nüsrət Kəsəmənli Direktor: N.Səfərov === Filmdə iştirak edən === Süleyman Rüstəm === Arxiv kadrlarda iştirak edənlər === Maksim Qorki (titrlərdə yoxdur) Süleyman Rüstəm (titrlərdə yoxdur) Səməd Vurğun (şəkil) (titrlərdə yoxdur) == Sitatlar == Süleyman Rüstəm: Neçə dəfə olub məsələn, məqalələr yazılıb yuxarıda, çağırıblar ki, bura qol çək. Biri elə lap Səməd Vurğunun əleyhinə bir məqalə yazmışdı, orada üç yoldaşın məqalənin altında adı olmalıydı. Biri mən, biri Rəsul Rza, biri də Məmməd Rahim. Dedilər Bağırov deyir ki, üçü də qol çəksin. Nə qədər çalışdıq ki, qol çəkməyək, nəhayət məcbur elədi qol çəkməyə.
Mikoloq
Mikologiya göbələkləri ,onların biokimyəvi və genetik xüsusiyyətlərini ,təsnifatını, insanların həyatındakı rolunu ,insanlar üçün toksigenlik və yoluxma təhlükələrini və onların insanlar üçün tibbi,qida və enterogenlər kimi əhəmiyyətini öyrənən biologiyanın bir sahəsidir. Uzun müddət göbələklər bitkilər aləminə aid edildiyinə görə mikologiya biologiyanın müstəqil bölməsi kimi yox, botanika elmlərinə aid edilirdi. Bu insanlar ilk növbədə imana gəlməlidirhazırda da botanika üçün xarakterik olan elmi ənənələr mikologiyada da gözlənilir.Havanı təmizləyir. Mikologiyanın fitopatologiya sahəsi göbələklərin bitkilərdə yaratdıqları xəstəlikləri öyrənir .Mikologiya ilə məşğul olan mütəxəssis mikoloq adlanır.İlk mikoloqlar Elias Magnus Fries, Christian Hendrik Persoon, Anton de Bary və Lewis David von Schweinitz olmuşlar. Əksər göbələklər toksinlər,antibiotiklər və digər ikincili metabolitləri əmələ gətirirlər.Bəzi göbələklər insanlar və heyvanlarda da xəstəliklər yarada bilərlər.Mikologiyanın patoloji göbələkləri öyrənən bölməsi tibbi mikologiybitgilər 200 ə qədər Novo nəsli kəaulinba adlanır.
Mololon
Mololon — Azərbaycan Respublikasının Masallı rayonunun Mahmudavar inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 431 nəfərdir. == Toponimiyası == Talış dilində Mololon kimi tələffüz olunur. Tədqiqatçıların fikrincə, oykonim molol çay, su kənarında bitən meyvəsiz qıjışəkilli yarpağı olan ağac növü, -on cəmlik bildirən şəkilçidir. Bütövlükdə, oykonim “molol ağacları bitən yer, molol ağacları çox olan yer, mololluq” mənasını bildirir.
Zooloq
Zoologiya — Heyvanlar aləmindən bəhs edən elmdir. Zoologiya heyvanlar aləminin müxtəlifliyini, onların bədən quruluşunu, həyat fəaliyyətini, yaşadığı mühitlə əlaqəsini, fərdi və tarixi inkişaf qanunauyğunluqlarını öyrənir. Heyvanlar aləmində ən ali sistematik vahid tip adlanır. Hazırda heyvanlar 23 tipə ayrılır. == Maraqlı faktlar == Ən böyük məməli heyvan göy balinadır. Onun kütləsi 150 tona çatır. Ən kiçik məməli heyvan isə kiçik ağdişdir. Onun kütləsi isə cəmi 3 qramdır. == Mənbələr == Ağamalıyev F. Onurğasızlar zoologiyası ali məktəblər üçün dərslik. Bakı, 2012.
Monlo
Monlo (fr. Montlaux, oks. Montlaur) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Sent-Etyen-lez-Orq kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye . INSEE kodu — 04130. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 2875 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 79 yaşında (15-64 yaş arasında) 49 nəfər iqtisadi cəhətdən, 30 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 62.0%, 1999-cu ildə - 68.8%). Fəal olan 49 nəfərdən 44 nəfər (25 kişi və 19 qadın), 5 nəfər işsiz (3 kişi və 2 qadın) idi.
Monolit (bina)
"Monolit" Azərbaycanın paytaxtında, Bakı şəhərində çoxmərtəbəli bir binadır. Binanın cənub fasadı İstiqlaliyyət küçəsinə (əvvəlki Kommunistiçeskaya), şimal — Əhməd Cavad küçəsinə (əvvəlki Əliheydar Qarayev), əsas şərqə — Azərbaycan prospektinə (keçmiş Hüsü Hacıyev küçəsi) baxır. 1940-cı ildə memar Konstantin Sençixin tərəfindən inşa edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin əmrinə əsasən "Monolit" Azərbaycanda yerli əhəmiyyətli tarix və mədəniyyət memarlıq abidəsidir. == Tarix == Başlanğıcda binanın yerində şəhərin zibil yeri var idi [3]. 19-cu əsrin sonunda bu yerdə bir-birinə möhkəm sarılmış bir və iki mərtəbəli kiçik evlər meydana çıxdı [4]. İyirminci əsrin 30-cu illərinin əvvəllərində bu ərazidə böyük bir yaşayış binası tikilməsinə qərar alıdı. Bu baxımdan burada yerləşən xarab olan evlər sökülməyə başlandı. Sahədə kəşfiyyat işləri və geoloji tədqiqat aparılmağa başlandı. Planlaşdırılan tikinti yerində nəhəng monolitik bir qayanın çıxdığını aşkar edən çox sayda kəşfiyyat quyusu qazıldı.
Monolit nüvə
Monolit nüvə - tək fayldan ibarət olan əməliyyat sistemi nüvəsidir.
Manolo Blanik
Manolo Blanik (isp. Manolo Blahnik; 27 noyabr 1942) — ispan ayaqqabı dizayneri və eyniadlı şirkətin təsisçisi. == Bioqrafiyası == Blanik ailəsinin banan əkdiyi Kanar adalarında, İspan və Çex ailəsində anadan olmuşdur. 1965-ci ildə Cenevrə Universitetini bitirmişdir, burada hüquq və ədəbiyyat öyrənmiş, dizaynı öyrənmək üçün isə Parisə köçmüşdür. 1970-ci ildə Londona köçmüşdür. Vogue Italia jurnalında bir ayaqqabı sütununa rəhbərlik etdi. Eskizlərini görən Diana Vriland, gəncə vaxt itirməməyi və ayaqqabı dizaynı ilə məşğul olmağı tövsiyə etdi. Üç il sonra, Çelsi şəhərində Zapata mağazasını satın alaraq ilk mağazasını açmışdır. 1979-cu ildə Blanik Nyu-Yorkdakı Medison prospektində bir butik açaraq Perri Ellis və Calvin Klein ilə əməkdaşlıq etməyə başlamışdır. 1990-cı illərdə Con Qalyano və İv Sen Loran ilə birlikdə çalışaraq şöhrət qazanmışdır.
Monlor (Averon)
Monlor (fr. Montlaur, oks. Montlaur) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Belmon-syur-Rans kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12154. Kommuna təxminən Parisdən 560 km cənubda, Tuluza şəhərindən 120 km şərqdə, Rodezdən isə 60 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 254 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 141 nəfər (15-64 yaş arasında) 103 nəfər iqtisadi fəal, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.0%, 1999-cu ildə bu göstərici 69.8%).
Azər Axundov (Onkoloq)
Azər Əliramiz oğlu Axundov (d. 12.9.1959, Bakı) — professor, cərrah, onkoloq, tibb elmləri doktoru, Rusiya Federasiyasının Səhiyyə Nazirliyinin, N.Bloxin adına Onkoloji Elmi və Tədqiqat Mərkəzinin baş və boğaz üzrə bölməsinin baş elmi işçisi. == Həyatı və fəaliyyəti == Azər Axundov 12 sentyabr 1959-cu ildə Bakı şəhərində həkim ailəsində anadan olub. === Təhsili === Orta məktəbi bitirdikdən sonra ali təhsil almaq üçün 1978-ci ildə Nəriman Nərimanov adına Tibb İnstitutuna daxil olub. Mokvada N.Bloxin adına Ümumittifaq Onkoloji Elmi və Tədqiqat Mərkəzində (hazırda Rusiya Federasiyasının ən böyük Onkoloji Elmi və Tədqiqat Mərkəzi sayılır) onkoloji-cərrahlıq sahəsində təhsilini davam etdirib. === Fəaliyyəti === 1984-ci ildə institutu bitirdikdə sonra öz təşəbbüsü ilə cərrah kimi təcrübəsini artırmaq üçün 1989-ildə qazaxstan SSRİ Kokçetansk şəhərinin Mərkəzi Xəstaxanasında, daha sonra Azərbaycan SSR-inin Lənkaran şəhərindəki hərbi hospitalda işləyib. 1994-ci ildə orada təhsilini bitirdikdən sonra “Boğaz xərçəngi xəstəliyinin şua ilə mualicəsi zamanı yaranan fəsadların terapiyasında araşdırmalar” mövzusunda dissertatsiyasıni müdafiə edərək, tibb elmləri namizədi dərəcəsini alıb. Onun bu elmi işi tibb elmi tarixində yeni müalicə metodu olduğundan Onkoloji Elmi və Tədqiqat Mərkəzin rəhbərliyi kimi işə dəvət edib. Həmin mərkəzdə bir müddət cərrah-həkim işlədikdən sonra 1999-cu ildə baş elmi işçi kimi vəzifəsinə təyin olunub. 2000-ci ildə bəd xassəli şişlərin innovativ müalicə metodları üzərində apardığı tədqiqatlar müdafiə etdiyi tibb elmləri doktorluğu dissertatsiyasında öz əksini tapıb.
Məmməd Əliyev (onkoloq)
Məmməd Əliyev (tam adı: Məmməd Cavad oğlu Əliyev; d. 4 aprel 1955-ci il; Tacikistan Respublikası, Kurqan-Tübə) — tibb elmləri doktoru, professor. == Həyatı == Məmməd Əliyev 4 aprel 1955-ci ildə Tacikistan Respublikası Kurqan-Tübədə anadan olub. Azərbaycan Tibb Universitetini bitirib. Hal-hazırda Rusiya Federasiyasında yaşayır və həkim kimi fəaliyyət göstərir. == Əsas elmi nailiyyətləri == 400-dən çox nəşriyyat əsərinin müəllifidir. == Mükafatları == Rusiya Federasiyasının əməkdar elm xadimi. Rusiya Federasiyasının Dövlət mükafatı laureatı(Rusiya Federasiyasının Prezidenti tərəfindən elm və texnologiyanın, ədəbiyyatın və sənətin inkişafına verdiyi töhfələrə görə qazanmışdır). Rusiya Federasiyası Hökumətinin elm və texnologiya sahəsində mükafatı. == Elmi, pedaqoji və digər fəaliyyəti haqqında məlumat == Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının tam üzvü Rusiya Federasiyasının əməkdar elm xadimi Ümumrusiya Azərbaycan Konqresinin sədri NN Bloxin adına Milli Tibbi Onkologiya Tədqiqat Mərkəzinin elmi və tibbi işlər üzrə direktor müavini Uşaq Onkologiya və Hematologiya Tədqiqat İnstitutunun direktoru Rusiya Tibb Elmləri Akademiyasının Klinik Onkologiya Tədqiqat İnstitutunun Ümumi Onkologiya şöbəsinin müdiri.
Rəhim Rəhimov (onkoloq)
Rəhim Rəhimov (18 mart 1923, Ordubad, Naxçıvan MSSR – 6 iyul 2013, Bakı)— rentgenoloq-klinisist, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, tibb elmləri doktoru, əməkdar elm xadimi, professor olmuşdur. == Həyatı == R.Rəhimov 1923-cü il martın 18-də Naxçıvan Muxtar Vilayətinin Ordubad şəhərində anadan olmuşdur. 1937-ci ildə natamam orta təhsili başa vuraraq, Ordubad şəhər pedoqoji texnikumuna daxil olmuşdur. Texnikumu bitirdikdən sonra 1941-ci ildən 1945-ci ilədək əvvəl kənd, sonradan şəhər orta məktəblərində müəllim işləmişdir. 1945-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun müalicə-profılaktika fakültəsinə daxil olmuşdur. 1950-ci ildə institutu bitirdikdən sonra Naxçıvan Muxtar Respublikasının Şahbuz rayon xəstəxanasında cərrah kimi işə başlamışdır. Bir ildən sonra R.Rəhimov Ordubad şəhər xəstəxanasına həkim-rentgenoloq vəzifəsinə köçürülmüşdür. Həmin vaxtdan onun bütün əmək fəaliyyəti rentgenologiyaya həsr olunmuşdur. 1953-cü ildə R.Rəhimov qəbul imtahanlarını müvəffəqiyyətlə verərək Elmi-Tədqiqat Rentgenologiya, Radiologiya (hazırkı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi) İnstitutunda şüa diaqnostikası ixtisası üzrə aspiranturaya qəbul olunmuşdur. O, bu mərkəzdə həkim və alim kimi formalaşmağa başlamışdır.
Adil Əliyev (zooloq)
Adil Rüstəm oğlu Əliyev — AMEA Zoologiya İnstitutu, Hidrobiologiya laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru. == Həyatı == Adil Rüstəm oğlu Əliyev 1939-cu ildə Şərur rayonunun Sədərək kəndində anadan olmuşdur. Atası, Hətəmov Rüstəm Əli oğlu kolxozçu olmuş, Böyük Vətən müharibəsi illərində arxa cəbhədə çalışmış və 1944-cü ildə vəfat etmişdir. Anası, Hətəmova Balaqız K.Məmməd qızı evdar qadın olub. Adil Əliyev 1957-ci ildə Sədərək orta məktəbini bitirmişdir. 1959–1961-ci illərdə Sovet Ordusunda xidmət etmişdir. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1967–1968-ci illərdə Bakı Dövlət Universitetində çalışmışdır. 1968–1971-ci illərdə AMEA Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının aspirantı olmuş və 1971-ci ildə "Ceyranbatan su anbarının bentik faunası" mövzusunda, Bakı şəhərində namizədlik dissertasiyasını müdafiə etmişdir. 1971-ci ildə hidrobiologiya laboratoriyasında baş laborant, 1972–1974-cü illərdə kiçik elmi işçi, 1974–1995-ci illərdə baş elmi işçi, 1995–2005-ci illərdə aparıcı elmi işçivəzifəsində çalışmışdır.
Emiliya Abbasova (zooloq)
Emiliya Cəlil qızı Abbasova — Azərbaycan zooloqu. Biologiya elmləri namizədi (1972). == Elmi fəaliyyəti == E.C.Abbasova 1965-1991-ci illər ərzində Azərbaycanın fitoseiid gənələrini öyrənib. O, bu gənələrin 70-ə yaxın növünü aşkar edib və onlardan 9 növü elm üçün yeni kimi təsvir edib. == Təsnif etdiyi taksonlar == Amblyseius begljarovi Abbasova, 1970 Euseius apsheronica Abbasova & Mekhtieva, 1991 Neoseiulus muganicus (Abbasova, 1970) Neoseiulus sugonjaevi (Wainstein & Abbasova, 1974) Proprioseiopsis bregetovae (Abbasova, 1970) Typhlodromus caucasicus (Abbasova, 1970) Typhlodromus hadzhievi (Abbasova, 1970) Typhlodromus wainsteini (Abbasova, 1970) == Şərəfinə adlandırılmış taksonlar == Amblyseius abbasovae Wainstein & Beglyarov, 1971 == Elmi işləri == Аббасова Э.Д. Фитосейидные клещи (Parasitiformes, phytoseiidae) Азербайджана : диссертация ... кандидата биологических наук : 03.00.00. - Баку, 1971. - 337 с. : ил. Аббасова Э.Д., 1970 а.
Mahir Hüseynov (zooloq)
Mahir Əli oğlu Hüseynov — AMEA Zoologiya İnstitutu, biologiya elmləri doktoru, baş elmi işçi. == Həyatı == Mahir Əli oğlu Hüseynov 25 fevral 1951-ci ildə Azərbaycan Respublikası Bakı şəhərində anadan olmuşdur. 1968-ci ildə orta məktəbi bitirib. 1971–ci ildə AMEA Zoologiya İnstitutunun “Su heyvanlarının parazitləri” laboratoriyasında laborant kimi işə başlamışdir. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakultəsini bitirib. 1975–1979-cü illərdə Zoologiya İnstitutunun qiyabi aspiranturasında təhsil almışdır. 1976 – ci ildə baş laborant, 1977–cı ildə kiçik elmi işçi, 1986–ci ildə elmi işçi, 1993-ci ildə böyük elmi işçi vəzifəsinə seçilmişdir. 1983–cü ildə “Xəzər dənizinin Dəvəçi limanı və Kiçik Qızılağac körfəzində balıq və amfiblərin ibtidai qan parazitləri” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir, 2013-cü ildə isə 2429.01 parazitologiya ixtisası üzrə, mütəxəssislər tərəfindən çox yüksək qiymətləndirilən “Azərbaycanda baliq, amfibi və su reptililərinin qan parazitləri (faunasi, sistematikasi, ekologiyasi və biologiyasi)” doktorluq dissertasiyasını müdafiə etmişdir. Hal-hazırda AMEA Zoologiya İnstitutu nəzrində fəaliyyət göstərən D.01.071 Dissertasiya Şurasının üzvüdür... Hal-hazırda AMEA Zoologiya İnstitutunda “Parazitologiya” laboratoriyasında baş elmi işçi vəzifəsində çalışır.
Rauf Hacıyev (zooloq)
Rauf Hacıyev (tam adı: Rauf Vahid oğlu Hacıyev; 21 avqust 1958) — Azərbaycan zooloq alimi, ixtioloq, Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin "Onurğalılar zoologiyası kafedrası"nın professoru, biologiya elmləri doktoru. == Həyatı == 21.08.1958-ci ildə anadan olmuşdur. === Təhsili === 1965-1975 - Bakı şəhər 175 saylı orta məktəbdə təhsil almışdır. 1975-1980 – Azərbaycan Dövlət Universiteti Biologiya fakültəsi (ali təhsil) 1999-2003 – Bakı Dövlət Universiteti Hüquqşünaslıq fakültəsi (II ali təhsil) 1989- «Эколого-физиологические особенности развития лосося в раннем онтогенезе» (Erkən ontogenezdə Kür qızılbalığının inkişafının ekoloji-fizioloji xüsusiyyətləri) mövzusunda namizədlik dissertasiyasının müdafiəsi 2005- «Осетровые и лососевые Куринско-Каспийского региона, их биологические группы и эколого-физиологические особенности» (Kür-Xəzər regionu qızılbalığının və nərəkimilərin müxtəlif bioloji qruplarının ekoloji-fizioloji xüsusiyyətlərinin tədqiqi ) mövzusunda doktorluq dissertasiyasının müdafiəsi. === Elmi dərəcəsi və elmi adları === 1989 – Biologiya elmləri namizədi, 1993 – Dosent, 2005 – Biologiya üzrə elmlər doktoru, 2008 – Professor. === Tədris etdiyi fənlər === Su bioresurslarının mühafizəsi və idarə edilməsinin dövlət sistemi; Balıq populyasiyalarının dinamik nəzəriyyəsi; Balıqların davranışı və miqrasiyası; Balıqların akvakulturası; Su bioresurslarının idarə olunmasının əsasları. === Tədqiqat sahəsi === Zoologiya, İxtiologiya, balıqçılıq təsərrüfatı və akvakultura, balıqların və digər su bioresurslarının ekologiyası və mühafizəsi, Xəzər dənizinin ekologiyası. == Mükafatları == 2009 – Azərbaycan Respublikası Prezidentinin sərəncamı əsasında «"Tərəqqi" medalı» ilə təltif edilib. 2012 – Fransa Respublikası Hökümətinin kənd təsərrüfatı və balıqçılıq sahəsində Zabit dərəcəsində "Şöhrət" ordeni ilə təltif edilib. 2013 – BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) nəzdində “Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində regional Komissiya”nın Azərbaycan üzrə milli əlaqələndiricisi təyin edilib.
Sahib Əhmədov (zooloq)
Əhmədov Sahib Bəylər oğlu (1 iyul 1949, Xələfli, Cəbrayıl rayonu – 2019, Bakı) — AMEA Zoologiya İnstitutu Herpetologiya laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, publisist. == Həyatı == Əhmədov Sahib Bəylər oğlu 1 iyul 1949-cu ildə Azərbaycan SSR Cəbrayıl rayonunun Xələfli kəndində ziyalı ailəsində anadan olmuşdur. 1956-cı ildə Xələfli kənd səkkizillik məktəbbin birinci sinfinə daxil olmuş, 1964-cü ildə həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir. 1964-cü ildə Cəbrayıl şəhərindəki M. Qorki adına orta məktəbin 9-cu sinfinə daxil olmuş və 1966-cı ildə həmin məktəbi bitirmişdir. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. 1971-ci ildə Azərbaycan Dövlət Universitetində keçirilən Ümumittifaq tələbə elmi məruzəsinə görə I dərəcəli diplom almışdır. O 1972-ci ildə "Azərbaycanda çöl turağaylarının ekologiyasına dair" mövzusunda yazmış olduğu diplom işində Azərbaycanda ilk dəfə ikixallı turağayın yayıldığını faktik materiallarla təsdiq edir və onun ekologiyasını dərindən tədqiq edir. 1972–1973-cü tədris ilində İmişli rayonunun Ağaməmmədli kənd orta məktəbində, 1973–1974-cü tədris ilində həmin rayonun Murquzallı kənd səkkizillik məktəbində kimya-biologiya müəllimi işləmişdir. 1974–1978-ci illərdə Cəbrayıl rayon Xələfli stansiyasındakı 8 illik məktəbində kimya-biologiya müəllimi işləmışdır. 1978-ci ildə Azərbaycan Respublikası Elmlər Akademiyası Zoologiya İnstitutunun aspiranturasına qəbul olunmuşdur.
Saleh Əliyev (zooloq)
Saleh Əliyev (bioloq)
Ənvər Rüstəmov (zooloq)
Ənvər Göyüş oğlu Rüstəmov d. 17 dekabr, 1917, Aşqabad, Türkmənistan - 18 yanvar, 2005, Aşqabad) — Akademik, zooloq, Stalin mükafatı laureatı. == Həyatı == Ənvər Göyüş oğlu 17 dekabr 1917-cı ildə Aşqabad şəhərində anadan olmuşdu. 1934-1938-cü illərdə pedaqoji institutda oxumuşdu. M.K. Laptevin başçılığı altında ekpedisiyalarda iştirak etmişdi. 30 ildən artıq İ.M. Kalinin adına Türkmənistan Kənd Təsərrüfatı institutunun rektoru olmuşdur (1960-cı ildən). Tədqiqatı, əsasən, səhra landşaftının qorunması və səmərəli istifadəsinə həsr edilmişdir. Səhra şəraitində müxtəlif heyvanlarda aşkar edilmiş eyni uyğunlaşmaların, əsasən, “səhra yaşayışı formalı” olduğunu ilk dəfə Ənvər Rüstəmov isbat etmişdir. “Qaraqum çölünün quşları” adlı iş yazaraq 32 yaşında doktor və professor olmuşdu. O, İsveçdə, İngiltərə, Fransa, Hindistan, Zair, Amerika Birləşmiş Ştatları və sair ölkələrdə keçirilən konqreslərdə məruzə ilə çıxış etmişdir.
Əziz Əliyev (cərrah-onkoloq)
Əziz Cəmil oğlu Əliyev (16 yanvar 1975, Bakı) — tibb elmlər doktoru, professor. İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) Bakı filialının rektoru (14 dekabr 2015-ci ildən). Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzinin baş-boyun şişləri şöbəsində aparıcı elmi işçi və cərrah-onkoloq vəzifəsində çalışır (may 2013-cü ildən). == Həyatı == Əziz Cəmil oğlu Əliyev 16 yanvar 1975-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1991-ci ildə Bakı şəhəri 134 saylı məktəbi gümüş medalla bitirib. 1991-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə fakültəsinə daxil olub. Təhsilini Azərbaycan Respublikasının Dövlət proqramıi xətti ilə Amerika Birləşmiş Ştatlarında davam etdirərək Nyu-York Universitetini bitirib. Daha sonra Pittsburg Tibb Universitetinin (ABŞ) rezidenturasına qəbul olunub və rezidentura müddətində əsas diqqət baş və boyun şişlərinin cərrahi müalicəsi yönəldilib. Amerika Birləşmiş Ştatlarında Memorial Sloan-Kettering Xərçəng mərkəzində “Baş və boyun onkologiyası” üzrə 2 illik proqramı uğurla bitirdikdən sonra cərrah-onkoloq diplomuna layiq görülüb. Avstriyada cərrahlıq üzrə tibb diplomu təsdiqləndikdən sonra Avstriyanın Barmherzigen Schwestern klinikasında baş-boyun şişləri şöbəsində cərrah-onkoloq vəzifəsində işləyib.