Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Monoetnik dövlət
Monetnik dövlət və ya təkmillətli dövlət — bir ölkədə (regionda), müəyyən bir xalqın (etnosun) tarixən formalaşmış etnik ərazisində yaradılan və onun suverenliyini təcəssüm etdirən dövlət. == Monoetnik dövlətlərin nümunələri == Yaponiya monoetnik ölkənin tipik nümunəsidir. Yaponiyada bütün ölkə monoetnikdir, lakin burada bir neçə etnik azlıqlar (məs. koreyalılar, aynular və ryukyuanlar) da yaşayır. Onlar bütün əhalinin təxminən 1%-ni təşkil edir. Digər monoetnik ölkə Cənubi Koreyadır. Cənubi Koreyada kiçik etnik azlıqlar əhalinin təxminən 1%-ni təşkil edir. Bunlara təxminən 650,000 çinli mühacir daxildir. Sub-Sahara Afrikasının əksəriyyət hissəsi mono-irqi cəmiyyət hesab edilə bilər, lakin adətən bir ölkədə onlarla etnik qrupa rast gəlmək olar. Məlumdur ki, Yuqoslaviya müharibələri Yuqoslaviyanı "de-fakto və de-yure monoetnik milli dövlətlər" etdi, Bosniya və Herseqovina isə daha da monoetnik anklavlara bölündü.