Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Monoetnik dövlət
Monetnik dövlət və ya təkmillətli dövlət — bir ölkədə (regionda), müəyyən bir xalqın (etnosun) tarixən formalaşmış etnik ərazisində yaradılan və onun suverenliyini təcəssüm etdirən dövlət. Yaponiya monoetnik ölkənin tipik nümunəsidir. Yaponiyada bütün ölkə monoetnikdir, lakin burada bir neçə etnik azlıqlar (məs. koreyalılar, aynular və ryukyuanlar) da yaşayır. Onlar bütün əhalinin təxminən 1%-ni təşkil edir. Digər monoetnik ölkə Cənubi Koreyadır. Cənubi Koreyada kiçik etnik azlıqlar əhalinin təxminən 1%-ni təşkil edir. Bunlara təxminən 650,000 çinli mühacir daxildir. Sub-Sahara Afrikasının əksəriyyət hissəsi mono-irqi cəmiyyət hesab edilə bilər, lakin adətən bir ölkədə onlarla etnik qrupa rast gəlmək olar. Məlumdur ki, Yuqoslaviya müharibələri Yuqoslaviyanı "de-fakto və de-yure monoetnik milli dövlətlər" etdi, Bosniya və Herseqovina isə daha da monoetnik anklavlara bölündü.