Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vokalçı
Vokal ― bir və ya daha çox ifaçının ya instrumental müşayiət altında, ya da instrumental müşayiət olmadan həm monofonik, həm də polifonik olmaqla ərsəyə gətiriyi etdiyi ifa növü.
Şotalı
Şotalı, Şotanlı - Yelizvetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda tarixi kənd. Oxçu çayının sağ sahilində yerləşmişdir. Erməni mənbələrində kəndin ilk adının Şatah olduğu göstərilir. Toponim «hunların varisi şato» etnoniminə mənsubluq bildirən -lı şəkilçisinin qoşulması ilə düzəlib, «şato tayfasına mənsub kənd» mənasını ifadə edir. Mənbələrdə qeyd edilən şato tayfasının adı toponimdə şata, şota fonetik formasında öz əksini tapmışdır ki, Azərbaycan dilində o~a səsəvəzlənməsi qanunauyğun haldır. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Kənddə 1897-ci ildə 30 nəfər, 1922-ci ildə 25 nəfər, 1926-cı ildə 19 nəfər azərbaycanlı yaşamışdır. 1930 - cu illərdə kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Motal
Motal — müxtəlif süd məhsullarını uzun müddət saxlamaq üçün xırdabuynuzlu heyvan dərisindən hazırlanmış qab. Pendir, yağ və şor maldar əhali arasında əsasən motallarda saxlanılır. Azərbaycanda bir-birinə oxşar iki motal növü var: Xırdabuynuzlu heyvan dərisinin iyidilərək yunu yonulur və duzlanaraq qurudulur. Sonra dəri yenidən yumşaldılaraq içəri tərəfə çevrilir. Dərinin qolları iplə möhkəm bağlanır. Motala pendir yığılanda onun içərisinə bir qədər üzlü süd, dələmə və ya qaymaq tökülür ki, pendir həm yaxşı qalsın, həm də yağlılığı və dadı artsın. Ağzı bağlanan motalı uzun müddət saxlamaq olur. Xalq arasında buna Qarabağ motalı deyilir. Qazax motalı adı ilə tanınan digər motal Azərbaycanın qərb zonasında geniş yayılmışdır. Bu növ motalı hazırlamaq üçün yenə də dəri duzlanır və günün altında möhkəm qurudulur.
Moçalnı adası
Moçalnı adası — Volqa çayında, Oka çayının ona töküldüyü yerin qarşı tərəfində yerləşir. 1864 və 1872-ci illərdə Nijeqorodda baş vermiş yanğınlardan sonra süngər ticarəti adaya köçürülmüşdür.. Ada öz adını buradan almışdır. 17-dən 18 avqusta keçən gecə adada Oranski kilsəsinin 15 monaxı güləlkənmişdir Bir müddət sonra ada kürləvi lülələmə yerinə çevrilir. Öldürülən şəxslərin cansız bədənləri Volqa çayına atılırdı. Rusiya vətəndaş müharibəsi zamanı adada 5 min insan güllələnmişdir. 30 sentyabr 2004-cü ildə bu hadisələrin şərəfinə taxta xaç qoyulur. Bu taxta xaç 2006-cı ildə daş xaçla əvəzlənmişdir.
Əvəz Abdullayev (vokalçı)
Əvəz Baxşəli oğlu Abdullayev — Azərbaycanın xalq artisti (2012). Əvəz Abdullayev 1976-cı ildə Bakı şəhərində anadan olmuşdur. 2004-cü ildə Bakı Musiqi Akademiyasını bitirmişdir. Hələ tələbə ikən Ş.Məmmədova adına Opera studiyasında solist kimi çalışmağa başlamış, sonra isə Dövlət Xor Kapellasına qəbul edilmişdir. Ə.Abdullayev 2004-cü ildən Opera va Balet Teatrında çalışır. Bariton səs tembrinə malik olan vokalçı teatrda çalışdığı müddət ərzində klassik opera tamaşalarında bir-birindən maraqlı obrazlar yaratmağa müvəffəq olmuşdur. 2005-ci ildə Ə.Abdullayev respublika üzrə keçirilən “Russkaya pesnya” müsabiqəsində 1-ci mükafatın sahibi olmuş, eyni zamanda Vokalçıların Bülbül adına 3-cü Beynəlxalq müsabiqəsinin laureatı adını qazanmışdır (IV yer). 2006-cı ildə gənc vokalçı İ.Arxipova fondunun dəvəti ilə Beynəlxalq Musiqi Xadimləri İttifaqının Moskva və Yaroslavlda təşkil etdiyi konsertlərdə ugurlu cıxış etmiş və fondun xüsusi medalına layiq görülmüşdür. Ə.Abdullayev Rusiya, Fransa, İtaliya, Almaniya, Çexiya və s. ölkələrdə çoxsaylı qastrol səfərlərində olmuşdur.
Motal papaq
Motal papaq – əsasən kənd əhalisinin yoxsul təbəqələri istifadə edərdi. Uzuntüklü qoyun dərisindən hazırlayırdılar, konus formasında olurdu. Qədimlərdən üzü bəri hər kişinin başında börk olması əsas şərt idi. Kişidə böyük (papaq), arvadda isə ləçək (çərqəd) şərafət nişanəsi sayılırdı. Papağa və ləçəyə hörmətsizlik müqəddəslərə və namusa hörmətsizlik sayılırdı. Buna görə də heç vaxt kişinin papağı başından əskik olmazdı. Hətta oğlan uşaqlarının da özünəməxsus papaqları olurdu. Bu papaqlara "tərlik" deyərdilər. Ancaq tərlik papaq qədər qalın olmazdı, bir qat toxunmuş açıq qırmızı forması olardı və bu papaq formasının Səfəvi hökmdarlarının "qızılbaş" ordusundan qalması zənn edilir.
Annaqılınc Möhtaci
Annaqılınc Möhtaci (1824 (1825) - 1884) — türkmən şairi. == Həyatı == Gerçək adı Annaqılınc, təxəllüsü Möhtaci olan şair 1824-cü ildə Aşqabadın Köşi kəndində dünyaya gəlmişdir. XIX əsrin görkəmli şairlərindən biridir. Xallı Bəxşi ilə eyni kənddən olması və qonşuluğu onun şeirlərinin mahnı kimi xalq içində yayılmasını təmin etmişdir. Möhtaci kənd məktəbini bitirmiş, ənənəvi türkmən mədəniyyətini, xalq dastanlarını dərindən öyrənmişdir. Gəncliyində sevdiyi və qovuşa bilmədiyi Annagülün həsrəti onu saza-sözə bağlamış, şairliyə sövq etmişdir. Annaqılınc Möhtaci bir müddət İranda əsirlikdə qalmış, 1879-81-ci illərdə baş verən Göytəpə faciələrinin şahidi olmuş, 1884-cü ildə Köşi kəndində qızılca xəstəliyindən vəfat etmiştir. Onun çoxlu övladı olmuş, atası kimi şair olan oğlu Molladurdu maarif naziri vəzifəsində işləmişdir. Nəvəsi Murad da şair ol-muşdur. Törəmələri Aşqabadda yaşayırlar.
Mia Mottli
Mia Amor Mottli (ing. Mia Amor Mottley; 1 oktyabr 1965, Barbados) — barbadoslu siyasətçi və vəkil, Barbadosun hazırkı Baş naziri və Barbados İşçi Partiyasının lideri. Mottli 1994-cü ildən bəri Sent Maykl şimal-şərq bölgəsi üzrə Parlament üzvüdür. 1994–2008-ci illərdə Barbados Baş prokuroru vəzifəsi də daxil olmaqla bir sıra nazir vəzifələrində çalışmış və bu vəzifəyə təyin olunan ilk qadın olmuşdur. O, eyni zamanda Amerikalararası Dialoqun da iştirakçısıdır. Mottli öncə 2008–2010, daha sonra 2013–2018-ci illərdə Barbados Məclis Məclisində iki dəfə müxalifət lideri olub. 2018-ci ildə Mottlinin BİP-ı 30 yerlə 24 may ümumi seçkilərində tarixi bir zəfər qazandı. Nümayəndələr Palatasında xalqın səslərinin 72.8%-i alması ilə yanaşı, bunu bacaran ilk partiya oldu və bir partiyanın ümumi seçkilərdə əldə etdiyi ən yüksək paya imza atdı. Mottli ailəsinə çox bağlıdır. Kilsə səviyyəsində əmlak alveri və uğurlu siyasətçi olan Ernest Dayton Mottlinin nəvəsidir.
Şri Mataci Nirmala Devi
Şri Mataci Nirmala Devi (21 mart 1923, Çxindvara[d], Britaniya Hindistanı – 23 fevral 2011, Genuya) — Sahaca-Yoqa nın yaradıcısı. Şri Mataci Nirmala Devi 21 mart 1923-cü ildə Hindistanın Maharaştra şəhərində xristian ailəsində anadan olub. Atası və anası Prasad və Cornelia Salve, Şalivahana Kral Sülaləsi nəslindən idi. Bu son dərəcə parlaq uşağın gözəlliyini görüb ona "Təmiz, qüsursuz" mənasını verən Nirmala adını verdilər. Daha sonra Şri Mataji Nirmala Devi kimi çoxluq arasında tanınmağa başladı; yəni doğulduğu gündən aydınlaşan və çox gənc yaşlarında bütün bəşəriyyət üçün mümkün olması lazım olan misilsiz bir qabiliyyətə sahib olduğunu anlayan əziz Anne. Ailəsi İngiltərənin hakimiyyəti altında Hindistanın Müstəqilliyi uğrunda mübarizədə mühüm rol oynadı. Mahatma Qandinin yaxın dostu olan atası Hindistanın Seçki Cəmiyyətinin üzvü idi. Məşhur bir alim idi, 14 dildə danışırdı və Quranı marati dilinə ilk çevirən idi. Anası Hindistanda Riyaziyyat üzrə Fəxri qazanan ilk qadın idi.